Od çərşənbəsinə xalq arasında üskü çərşənbə, üskü gecəsi də deyilir. Od yaşamaq, yaşatmaq rəmzidir. Od-ocaq işıqlı sabahdır, xeyir-bərəkətdir. Həyatda hər şeyi od təmizləyir, od insana sağlamlıq, paklıq ve gözəllik gətirir. Od qüdrət, qüvvət, işıq, Günəş, azadlıq, ucalıq rəmzidir.
Od çərşənbısi əski görüşlərlə bağlı olub, Günəşə, oda, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranmışdır. Qədim azərbaycanlılar cahillik dövrlərində Günəşi, odu-ocağı həyat verən tanrı sayıblar, ona sitayiş ediblər.