Qapıpusma ilaxır çərşənbə aşxamında icra olunan niyyət falıdır. İlaxır çərşənbə axşamında niyyat tutub qonşu evlərin qapısına gedilir. Evdə danışılan söhbətin eşitdiyi ilk sözünü qapıpusan öz niyyətinə uyğunlaşdırır. Niyyətdə tutulanla eşidilən söz arasında əlaqə olduqda niyyət sahibi istəyinə qovuşur. Buna görə də, çərşənbə axşamında evlərdə xoş, könülaçan söhbətlər edilir ki, qapıpusmaya gələn naümid qayıtmasın.
Yumurta döyüşdürmə
Nəinki, Novruz bayramı, çərşənbə günlərində, ümumiyyətlə Boz ayın başlanğıcından sonuna qədər oğlan uşaqları, cavanlar arasında keçirilən oyun-əyləncələrindən demək olar ki, ən maraqlısı yumurta döyüşdürməkdir.