"Yel olmasa, sel olmaz", "Yel gətirib, gün qurudub", "Yel eləyəni fələk eləyə bilməz". "Yel üfürüb şişirtdiyini göy qaldırar
Torpaq çərşənbəsi
Boz ayın dörd çərşənbəsinin axrıncısına Torpaq çərşənbəsi deyilir. Bu çərşənbə torpağın isinib oyanmasın rəmzidir. Torpaq həyat manbəyidir. Torpaq olmasa həyatda olmaz.
Əski inamlara görə, təbiətdə bütün mövcud olanlar üçün özül olan torpağın oyanması ilə, yel, su, atəş daha böyük güç alır, ərzin donunu dəyişir, adamları yoxsulluq və qıtlıqdan, çətinlik və sıxıntıdan qurtarmaq üçün özündə daha böyük qüvvə, güc tapır. Torpaq yaradici, törədici olduğundan ona "ana torpaq" deyə ehtiram göstərirlər.
Qadim azərbaycanlılar torpağın qayğısını, nazını çəkənləri, onun qarşısında əyilən adamları sevirlər. Onlar inanırlar: Torpaq təpərdir, torpaqda güc var. Torpaqdan yapışsan, ona ayilsən, səni qaldırar.