-Özünü bicliyə vurma, Cəfərli nəslindən səndən qabiliyyətlisi yoxdur. Ancaq mənimlə dəcəllik edirsən.
-Nataşa xala neynəyim? Xalamın biri Çində, Biri Tiflisdə, əlimə keçəni sənsən də. - deyə Əşrəf yenidən onu qucaqladı.
-Sakitləş! - deyə Seyid Bikə səsini qaldırdı: -İçəri keçin!
Hər iki qardaş dinməzcə otağa keçdilər.
-Сестричка, с ними так строго не надо!
-A kak надо?
-Чутучку вежливо.
-Наташка, ты о чем говоришь? Чем строже, тем лучше. Мы живем в плохое время.
- Я с тобой согласна, но они же прелесть.
-Тем более. Они всегда должны чувствовать надзор матери.- deyə, Seyid Bikə az qalmışdı desin ki, Volodyanı bu günə salan sənsən. Ancaq susdu. Bir neçə saniyə belə ötdü. Nataşanın yadına nəsə düşmüş kim soruşdu:
-Чуть не забыла, ты смогла встретиться с братом?
-Да, родная!
-Не может быть!
-Сейчас покажу фотки.
-Nərgiz, bəri gəl, get içəridən şəkilləri gətir, sonra atanla əminə çay ver!
Nərgiz tələsik otağa keçdi. Şüşəbəndin arxasından qızın otaqda çemodanları yerə tökdüyü görünürdü.
-Ay qız, tez gəl!-deyə Seyid Bikə onu harayladı.
-Nənə, bu dəqiqə, tapa bilmirəm.
Bir neçə qəqiqədən sonra qız onaqdan çıxdı. Nərgiz əlindəki şəkilləri Seyid Bikəyə uzatdı. Onun dalınca Əşrəflə Əyyub çıxdı və mizin ətrafına keçdilər.
Seyid Bikə əlindəki şəkilləri rəfiqəsinə uzatdı.
-Это он сам. Это его жена и дети. Какие красивые!?
-Oн не изменился, такой же красавчик, как раньше. Помнишь, все девушки гимназии были влюблены в него.
-Помню.
-O koм вы говорите, теть Наташа?-deyə Əşrəf soruşdu.
-O твоем дяде, Мир Камиле! -deyə, Nataşa şəkilləri ona uzatdı.
Otağa tam sakitlik çökdü. Əşrəf dayısı haqqında çox eşitməmişdi. Anası ondan az danışardı, adını ancaq dualarında çəkərdi:
-İlahi, sən özün itkin düşmüş qardaşım Mir Kamilion sorağını mənə çatdır! - deyə, gözləri dolardı.
Bu gün Əşrəf anasının tamamilə dəyişdiyinin şahidi olmuşdu. Üzündəki solmayan gülüşün səbəbini indi anladı.
Ürəyində "Vallah, arvad gül açıb!" - deyə, düşündü. Sonra o birisi otaqda dinməzcə kitab oxuyan atası tərəfə boylanıb baxdı. Onun də əhvalının xoş olduğunu hiss etdi.
-Nataşa xala, necə sanballı kişidir? – deyə Əşrəf şəkli Nataşa xalaya uzatdı.
-Sənin qardaşına oxşayır!
-İndi mən anlayıram, anam niyə Əlisəttarı bizdən çox istəyir.
-Oğul, bilsəydin: onlar bir-birini necə istəyirdilər. Bakının adlı sanlı ailələrinin qızları dayının aşiqidilər. Yazıq Bikə poçtalyona dönmüşdü. Bütün günü qızların məktublarını ona çatdırırdı.
Bikə onunla nəfəs alırdı.
Əşrəf Nataşa xalanı dinlədikcə anasının nələr çəkdiyini, nələr gördüyünü başa düşürdü.
Seyid Bikə dərdini heç kimə açmazdı. Onda olan qeyri-adi qürur bunu qoymurdu. Odur ki, nə çəkirdisə, içində keçirdi.
Seyid Bikə Əşrəfin qabağına çay qoydu.
-Raziyəyə nə olub, sən çay gətirirsən? - deyə Əşrəf soruşdu.
Bu məhəllədə gəlin olan yerdə qaynana oğlun qabağına nə çörək, nə çay gətirərdi. Bu qayda pozulan evə çox pis baxardılar.
-Aşağıdadırlar, qoy dincəlsin!
-Ay na, görən nə deyər!
-Yaxşı hirslənmə! Günah məndədir. Birdə ki, o səni görmədi.
-Çağırardın.
Seyid Bikə oğlunun cızıqdan çıxdığını görüb səsini ucaltdı.
-Qurtar söz söhbəti! Bu nə deməkdir? Mənə ağıl öyrədirsən?
Əşrəf anasının səsini ucaltmasından başa düşdü ki, özü səhvə yol verib. O saat susdu. Ancaq çox çəkmədi, anası ilə birlikdə Nataşa xalanı da qucaqladı:
-Теть Наташа, я не понимаю, почему мама защищает своих невест? Qaynana должна сажать сажать на голове невестки репки, а у нас что получается? Моя мама им как мать. Нам проходу не дает.
-И хорошо делает! A что вы думали? Она будет на вашей стороне? Какие глупые! Сынуля, азербайджанцы поэтому говорят: Будь холястяком, будь султаном! Вы ужепроиграли. Превратились в слуги своей семьи.- Nataşa arvad zarafat etdi.
-Ты так не говори при Володи! Его потом не сможем женить.- Seyid Bikə xəbərdarlıq etdi.
-Ana, indi danış necə keçdi.
Seyid Bikə bir an fikrə daldı:
-Namiq əkənin dayısı oğlanları Hüseyn ağa ilə Həzrətqulu bizi Aşqabaddan Riza dağının ətəyilə İrana keçirdilər. Sən demə, onların ikisi də Türkistanda dayınla birlikdə Ənvər paşanın dəstəsində vuruşublar. Dayın sərdarları olub. Sonra İrana keçib, indi İranın generallarından biridir. Şirvan şəhərində, sənin baba mülkündə onunla və arvad-uşaqlarıla görüşdük...
-Ay na, mən sizi Aşqabada göndərmişdim, siz isə İrana keçib qayıtmısınız. Nərgiz də sizinlə olub?
-Yox, mənim balam, Nərgiz Namiq əkəgildə qalmışdı.
Əşrəfin ürəyi yerinə gəldi:
-Dədəni sən yoldan çıxartmısan?
-Öyrənəndə ki, Mir Kamil ağa ilə görüşmək mümkündür, dədən özü İrana keçməyi təklif etdi.
-Ay na, yazıq kişi neynəsin? Sonra sənin dilinin altından çıxa bilərdi?
-Düz deyirsən, mənim balam, arvadın dilinin altına düşdün, götür başını qaç! O Fazildir ki, Seyid Bikəyə dözür. - deyə Nataşa xala zarafat elədi.
Seyid Bikə şəkilləri Əşrəfə uzatdı. O, şəkillərə bir-bir baxıb stolun üstünə qoyduqca, hər iki qadın onu dinməzcə süzürdü. Əşrəfin qaşları çatılır, gah ciddiləşir, gah də dodaqları gülümsəyirdi. Hərdən birdən başını qaldırıb onlara baxırdı. Nə isə demək istəyirdi.
-Dədə düz eləyib, səni ora aparıb. Mən də olsaydım gedərdim. Allaha min şükür! Onları görə bilmisən.
Sonra otağa keçdi. Atasının əlindən öpdü.
-Dədə, xoş gəlmisən! - dedi.-İcazə versəydin, qeyd edərdik. Dostlarım eşidib bizə gəlirlər.
-Pis olmaz! Ancaq Əlağanı da dəvət edin.
Əşrəf "Baş üstə!" deyib, eyvana çıxdı. Seyid Bikə Nataşa xalayla yenə də nədənsə danışıb gülüşürdülər.
Əşrəf eyvandan enib üzünü həyətdə nərd oynayan Nərimanla Volodyaya tutdu.
-Volodya, Nərimanı özünlə götür, get, dağlı Əjdərin yanına, denən, bir yaxşı quzu versin! At maşının dalına. Sonra Abbasın dükanına dəy! Ona denən, hazırlıqlı gəlsin! Babəlini, İbişi, Sabiri də gətirsin! Haydı! Əjdərin özünü də gətirin ki, qoyunu kəssin!
Volodyayla Nəriman həyətdən çıxan kimi, Əşrəf Raziyəni harayladı.
-Qonaqlarımız gələcək! Səriyə xalaya denən ki, çörəyi azdırsa, təndirə yenidən çörək yapsın. Uşaqlar hamısı tökülüb gələcəklər.
Uşaqlar deyəndə Əşərəf həmişə dostlarını nəzərdə tuturdu.
Yarım saat keçməmişdi ki, Əjdər bir quzunun ipindən darta-darta həyətə girdi. Əşrəflə salamlaşdı.
-Əjdər, bu balaca deyil? - deyə Əşrəf soruşdu.
-Quzu istəmişdin, quzu gətirmişəm. Bunun on-beş on altı kilo əti olar. Bundan böyüyü qoyundur.
-Yaxşı, çatmaz, birini də kəsərsən. Hələlik bunu kəsmə, bu bizimçündür. Get, bir dənə də böyüyünü gətir.
Əjdər qoyunu hovuzun üstündə bitən söyüd ağacına bağladı. Həyəti tərk etdi.
-Nə fikrin var?-deyə Raziyə soruşdu.
-Qurbanlıq paylamaq istəyirəm. Dədəynən, məmə, sağ salamat qayıdıblar.
Əjdər bu səfər quyruğu yerə dəyən bir qoçla həyətə girdi. Əşrəf qoyuna diqqətlə baxdıqdan sonra üzünü Əjdərə tutdu:
-Bax, bu başqa məsələ. Özü də Ələt qoyunudur. Dişlərinə bax!
-Əşrəf, mən qəssabam, ancaq heyvanı sən məndən yaxşı tanıyırsan.
-Nərgiz, qızım dədəynən məməni çağır.
Qonşular nə baş verəcəyini o saat anladılar. Bir-bir yaxınlaşıb "Allah qəbul eləsin!” - dedilər.
Məşədi Fazillə Seyid Bikə həyətə çıxan kimi qoyunu onların ayağının altına yıxdı. "Bissimillah! "-deyib Əjdər biçağı qoyunun boğazına çəkdi. Al qan Məşədi Fazillə Seyid Bikənin ayaqları altına töküldü.
Seyid qızı əyilərək barmağını al qana batırdı. Barmağıyıla qanı Nərgizin alnına yaxdı. Sonra Əşrəfin, Raziyənin və qalanların da alnına yaxdı. Bu qədimdən belə idi. Ancaq bir adam bilmirdi ki, niyə belə edirlər.
Seyid Bikə Əjdərin yanına qayıtdı və barmaq hesabı neçə adama pay göndərəcəyini dedi. Sonra üzünü Əşrəfə tutdu:
-Burda içki-mikgi olmayacaq! –deyə xəbərdarlıq etdi.
Anasının sözündən sonra Əşrəf kor-peşman keçib yerində oturdu. Raziyə isə stolunun üstündə qalmış çayını təzələdi.
Qoyun kəsilib soyulandan sonra, Əjdər üzünü Əşrəfə tutdu:
-Bəs quzunu nə edim?
-Onu da kəs. Qoyunu pay-pay elə ki, qonum-qonşuya paylayaq. Quzu özümüzündür. Götürüb aparacağıq çəmənə. Qurban kəsilən yerdə, yeyib-içmək olmaz!
4-cü xrebtovı küçəsindən ta ki Yasamala qədər məsafə göm-göy çəmənlik idi. Yamyaşıl otlar və rəngbərəng gül-çiçək insanın dizindən idi.
Yerli əhali bekar vaxtlarını burada keçirərdi. Tər-təmiz otların üstünə sərilər, dincələrdilər. Məhəllənin uşaqlarının gecə-gündüz oynadığı yer idi çəmənlik. Deyirdilər ki, inqilabdan əvvəl buralar bakılıların xırman yeri olub. Burada taxıl əkərmişlər.
Abbasın maşının siqnalından Əşrəf dostlarının gəldiyi başa düşdü. Küçəyə çıxdı. Abbasın maşınından Babəli yenicə düşmüşdü ki, Volodyanın da "Pobedası" qapıya yan aldı.
-Şakiri gördüm, flomonyadadırlar. Sabah konsertləri olacaq. Aşıq Pənahla birlikdə çıxış edəcəklər! - deyə Volodya üzünü Əşrəfə tutdu.
-Bəs niyə onları gətirmədin?
-Özləri gəlmək istəyirdilər. Dedilər ki, bir saatdan sonra dallarıycan gəlim. Nə deyirsən?
-Yaxşı indi keçin içəri. Bir stəkan çay içək. Çəmənə seyrə çıxacağıq.
Sonra Abasla Babəliyə kənara çəkdi.
-Abbas, Volodya getmişdi, dükanına heç nə gətirə bilməyib. Səni axtarıb ki, özün hər şeyi seçəsən! Get, baqajniki doldur qayıt, bir də yol üstü Əlağa dayını götür! Qoy, şairin də ruhunu açaq.
Yarımsaata Əyyub da qayıtdı. O, da Voloyaya və Nərimana qoşulub, maşınla çəmənin ortasına manqalı, samovarı, qab-qacağı daşıdı. Nərgiz də əmilərinə kömək edirdi.
Volodya yenidən geri qayıtdıqda, Əşrəf onu aşıqların dalınca göndərdi.
-Yenə də çalıb oynamaq olacaq? - deyə Babəli soruşdu.
-Qardaş, bizə bu qalacaq. Yediyin sənindir, yemədiyin özgənin.
-Əşrəf, dilə-dişə salırıq özümüzü.
-Belə şeylərə fikir vermə! Əsası odur ki, bizə heç nə edə bilməzlər. Belə yaşamışıq, belə də yaşayacağıq.
-Təkcə balaları düşünməliyik.
-Allahın köməyilə, onların da yaşayışı yaxşı olacaq.
***
Volodyanın maşınından düşən Aşıq Şakirlə Aşıq Pənahı Nərgiz qarşıladı. Onları ədəb-ərkanla salamladı. Atasının çəmənlikdə gözlədiyini dedi.
-Nərgiz, orda nə edirlər?
Qızcığaz əli ilə çəmənliyin ortasından qalxan tüstünü göstərdi:
-Hamı oradadır.
-Bəs Məşədi Fazil?
-O, da gələcək.
"Pobedanın" siqnalı otun üstünə sərilmiş və mürgüləyən Əşrəfi yuxudan oyatdı. Ətrafına boylanıb dostlarına bir daha diqqət etdikdən sonra, maşının dayandığı yeri təxmin edərək, oraya yollandı. Gələnləri qarşıladı.
Qonaqları qarşılarında şəhərin gözəl panoraması gördülər.
-Əşrəf, nə gözəl yer seçmisən. Bütün şəhər ayağımızın altındadır.
-Bizim uşaqlığımız bu dağın yamacında keçib. Arxa tərəf odanlıqdır, qarşında isə Şubanı dağlarıdır.
Çəmənlikdə süfrə arxasında qonaqlar Əlağanı salamladılar
-Deyirlər ki, hər il mayın ikisi camaat bura "mayovkaya" gəlir. Buralarda bir vur-çatlasın olur ki.- deyə Şakir ona müraciət etdi.
-İndi də belədir. - deyə Əlağa Vahid bir an fikrə daldı. Sonra əlavə etdi: - Ancaq əvvəllər belə olmayıb. Erməni-müsəlman davasında aşağı məhəllənin camaatı buralara yığışardı, gecələyərdi.
Məşədi Fazil deyir ki, Nuru paşanın qoşunlarının bir tayı şəhərə Yasamal tərəfdən girmişdi və bu düzəndəki qaçqınlar onlara qoşulub, silahlanıb, daşnaqların üstünə getmişdilər.
-Mən bunları bilmirdim. - deyə Aşıq Şakir qarşısındakı "okoplara" tərəf irəlilədi. Əlağa Vahidə üzünü tutub soruşdu:
-Bu "okoplar"da o dövrdən qalanlardır?
-Yox, bunları Bakının qadınları Vətən müharibəsi illərində qazıyıblar. Şəhərin qoruyucu xətti buradan keçirdi. Hər tərəfindən evdar qadınları bura işləməyə gətirdilər.
Səhərdən axşama, axşamdan səhərə qədər əllərində “lapatka” "okop" qazıyırdılar. İndi okopların içində camaat gəlib dincəlir, vaxt keçirir.
Manqalın başında Abas Kababçı İbada kömək edirdi. Onu yuxarı məhəllədə tanımayan yox idi. Şura hökuməti qurulana qədər şəhərin mərkəzində böyük restoranı vardı. Deyirlər ki, "Parapet" bağının yanında idi.
Hökumət əlindən restoranını alandan sonra bir az sakitcə oturdu. Heç nə ilə məşğul olmadı.
O, ancaq bir şey bacarırdı - yaxşı kabab bişirmək. Elə bişirə-bişirə pul yığıb restoranı da almışdı.
Pulsuz qaldığını görüb, yenə də kabaçılığa başladı, ancaq harada? Camaatın yığışdığı yerlərdə manqalını qurub, kababını bişirdi.
Kababçı İbad həftədə bir dəfə, bazar günləri, Yasamala qalxar, it-döyüşünə baxmağa gələnlər üçün manqalını qoyub kabab bişirərdi.
Dağlı Soltan kişinin bişirdiyi təndir çörəyinin arasına kababını qoyub çox ucuz qiymətə satardı. Camaat çox vaxt it döyüşünə baxmağa yox, İbadın kababını yemək həvəsinə gəlirdilər.
İt döyüşdürənlər də bunu yaxşı bilirdilər. Özləri ona kömək edirdilər ki, manqalını, kömürünü gətirsin.
Kababçı İbad yuxarı məhəllədə baş verən bütün məclisləri yola verərdi. İndi də Əşrəfin məclisinin başında idi.
-Əşrəf qardaş, kababın bir partiyası hazırdır. Süfrəyə verə bilərəm! - deyə İbad ona müraciət etdi.
-Buyurun!- deyə Əşrəf qonaqlarını süfrə başına dəvət etdi.
Məclisdə ağsaqqalıq edən Əlağa Vahid badəni qaldırdı:
-Böyük Mirzə Möcuz Şəbüstəri deyirdi ki,
"İçki can cövhərinin düşmənidir.
Gəl içək canımızın sağlığına"
- Mən bu sağlığa qaldırıram.
Hamı onunla razılaşdı. Axıra qədər içdilər. Sonra Aşıq Şakir ayağa qalxdı:
-Mən çox da içən olmasam da, bu məclisdə sağlıq demək istəyirəm. Bir el sənətkarı kimi, bir dost, bir tanış kimi bu badəmi bu süfrə arxasında oturan dostlarımın sağlığına, bir də hamımızın ağsaqqalı Məşədi Fazilin şərəfinə qaldırıram. Kaş bütün insanlar ona oxşayaydılar! Xeyirxah, çörək verən, adil və ədalətli insan, Məşədi Fazil! Mən istərdim ki, bütün savadlı insanlar ona bənzəsinlər. Mən onu kəşf etmişəm. Ondan çox şey öyrənirəm. Məşədi Fazilin sağlığına! Xəyyam buyurub ki:
Şərabı ən arif insanlarla iç,
Gül üzlü nazənin cananlarla iç.
Arabir, gizlicə, alışma, az-az,
Meyin hörmətini qananlarla iç.
Düşünürəm ki, məclisimiz ürfan məclisidir və hamı hal əhlidir. Eşq olsun, Məşədi Fazil ocağının işığına toplaşanlara!
Aşıq Şakirin tostu məclisdəkiləri guşə gətirdi. Əlağa Vahid onun qulağına nəsə pıçıldadı. O, əlini sağına uzatdı.
-Bəs mən? - deyə Aşıq Pənah soruşdu.
-Bu gün çaldı var, oxudu yoxdu! – deyə, Aşıq Şakir dostunu sakitləşdirdi:
- Əlağa Vahid qəzəllərini oxuyacaq. İstəyirsən, sən də mənə qoşul!
Aşıq Şakir segah üstündə çalmağa başladı.
Əlağa ağzındakı "Kazbeki" çıxartdı. Barmağını ucu ilə siqaretin külünü tökdü. Musiqinin ahəngi ilə qəzəlini deməyə başladı:
- Bu dünyada çox yaşadıq, bilmədik bu dünya nədir?
Bircə tez gələydi əcəl görəydik o dünya nədir?
Qəzəli oxuyub qurtaran Vahid başını aşağı salıb, daha nə baş verdiyini görmürdü. Sanki xəyalları göylərdə uçurdu. Şairə ilham gəlmişdi. O, heç kimi eşitmirdi. İki əlilə başını tutub dərin xəyala dalmışdı. Onu bu xəyaldan ayırmağa heç kim cürət etmirdi. Şairi bu vəziyyətdə görənlər sakitcə oturub onun reallığa qayıtmasını gözləyirdi.
-Şakir, sən niyə oxumursan? - deyə, birdən şair başını qaldırıb soruşdu.
-Əlağa dayı, sənin bu qəzəlindən sonra mənim oxumağım yersizdir. Sizin hamınızı sabah filarmoniyaya dəvət edirəm. Gələrsiniz.
Şair ayağa qalxdı:
-Mən gedib, Məşədi Fazillə görüşüm! O, kişilə danışmaq mənə fərəh verir. Məni anlayan və mənimlə yanan da odur.
Şair iri addımlarla çəmənlikdən uzaqlaşdı.
***
Üçüncü kitabın sonu.
Dostları ilə paylaş: |