Şəkil 4.19. İKM siqnalının spektral tərkibi
Spektral analizdən görünür ki, İKM siqnallarının daimi spektr tərkibi Gp() diskret xarakterli olub, takt tezliyinin tək harmonikalarından ibarətdir. Bu harmonikaları darzolaqlı süzgəjlər ayırır. İKM siqnalının təsadüfi mürəkkəbəsi isə fasiləsiz spektrdən Gc() ibarətdir və tamamilə ayırmaq
qeyri-mümkündür.
Baxılan zaman diaqrammasından və spektral analizdən görünür ki, qəbuledijidə İKM siqnaldan ayrılan takt tezliyi dekoderin işini idarə edir. Əgər, takt sinxronlaşması prosesi pozularsa, dekodlama əməliyyatı zamanı səhvlər əmələ gələr.
İKM-sistemlərində korreksiyaediji kodlama üsullarından (m≥2, m=3) istifadə olunan zaman maksimum informasiya veriliş sürəti aşağıdaki kimi müəyyən edilir:
Rmax = , (bit/s)
İkili sistemli kodlama zamanı m=2, İKM-sistemlərində Rmax = n∙Fd (bit/s) olar ( n ≥8 bit).
Tədqiqatlar göstərir ki, İKM-sistemlərinə korreksiyaediji kodlama üsullarının tətbiqi onların maneədavamlılığını xeyli yüksəldir, lakin bu zaman informasiya veriliş sürəti aşağı düşür. Yuxarıda göstərilmiş çaiışmamazlıqları müəyyən dərəjədə minimallaşdırmaq üçün rəqəm modulyasiya və detektəetmə üsullarından istifadə olunur
4.7. Rəqəm siqnallarının modulyasiyası
və detektə olunması
Rəqəm siqnalları dedikdə diskret siqnalların səviyyəyə görə kvantlanması, daha dorusu, diskret siqnalların kod elementləri ilə təsvir olunması nəzərdə tutulur.
Kod simvollarından ibarət ardıjıl ilkin rəqəm siqnallarını ümumi formada belə də yazmaq olar:
. (4.67)
burada tn – n - simvolların daxil olma momentidir; - tipli impuls siqnalların forması; br(t) - isə rəqəm siqnalıdır.
Rəqəm siqnalları izoxron olduğu üçün, yəni, takt intervalına T bərabər ayrıja kod simvolları daxil olması nəzərdə tutulur və belə bir şəkildə yazıla bilər:
. (4.68)
Diskret məlumatı veriliş sistemlərində ikili kodun əsası m = 2 qəbul edilir və takt intervalı isə T = 1/2Fy müəyyən olunur. Bu zaman tezlik spektrinin effektiv eni Fe, Naykvist zolağından böyük alınır:
Fe > FN = 1/2T, (4.69)
Belə olan halda rəqəm siqnalları üçün xüsusi veriliş sürəti (Fk = 1 Hs olduqda) aşağıdakı kimi təyin edilir:
Vx = (1/TFe) < (1/TFN), bit/sanHs. (4.70)
Əgər, FN = (1/2T) olarsa, onda Vx = 2 bit/sanHs olar. Qeyd edək ki, faydalı (ilkin) rəqəm siqnallarını RK ilə ötürmək üçün müxtəlif aparıjı siqnallardan f(t) və modulyasiya üsullarından istifadə olunur.
Dostları ilə paylaş: |