www.kitabxana.net
– Milli Virtual Kitabxana
1
www.kitabxana.net
2011
Telman Orucov
“Dünyanın gizli
tarixinin
mükəmməl tədqiqat
təşəbbüsü”
Milli Virtual Kitabxananın təqdimatında
M İ L L İ
V İ R T U A L
K İ T A B X A N A
www.kitabxana.net
– Milli Virtual Kitabxana
2
www.kitabxana.net
Milli Virtual Kitabxananın təqdimatında
Telman ORUCOV
Dünyanın gizli tarixinin
mükəmməl tədqiqat təşəbbüsü
(Conatan Blekin “Dünyanın gizli tarixi” kitabı
haqda qeydlər)
Fövqəltəbii qüvvələrə fərqli prizmadan
yanaşma
YYSQ - Milli Virtual Kitabxananın
e-nəşri N 70 (2011)
Şəbəkə redaktoru və e-nəşrə hazırlayanı:
Aydın Xan (Əbilov) - yazar-kulturoloq
YYSQ - Milli Virtual Kitabxana
Bakı - 2011
www.kitabxana.net
– Milli Virtual Kitabxana
3
Tarixi tədqiq edənlər, araşdıranlar təkcə hadisələrə, şəxsiyyətlərin
hərəkətlərinə
və
onların
motivlərinə
nüfuz
etməklə
kifayətlənməyib, həm də geoloji plastı andıran bir səviyyədə
meydana çıxan digər növ süxurlara bənzər köməkçi mənzərə
cəhətlərinə, ştrixlərə diqqət yetirməmiş qalmırlar. İnsan
cəmiyyətinin, sivilizasiyanın tarixi indiyədək nə qədər diqqətlə
öyrənilsə də, hər yeni nəsil öz araşdırmaları ilə ona nəsə daha bir
şey əlavə edir, qızıl axtaranlar kimi böyük qum kütləsini arası
kəsilmədən yumaqla orada hansısa qiymətli dənəcikləri tapmağa
çalışır. Axı hər bir dövrün salnaməsi təkcə təsvir edilən həlledici
hadisələrdən və görkəmli şəxsiyyətlərin fəaliyyətlərindən ibarət
deyil, onları bir qayda olaraq çox sayda digər proseslər və
həmçinin o qədər də məşhur olmayan iştirakçılar müşayiət edir.
Bu hadisələr və onların meydana gəlmə motivləri çox vaxt
sirlərdən hali olmur və baş vurduğumuz müəmmalar dənizində
biz yalnız uzaqdan da gözəçarpan kiçik adaları və ya atolları seyr
edirik, tarix adlanan okeanın təbiətinə aid olan cəhətlərə, ən azı su
altında gizlənən mərcan riflərə o qədər də əhəmiyyət vermirik.
Elmi, əsasən materialist baxışların aparıcı rol oynadığı bir vaxtda
isə biz çox hallarda ruhla əlaqədar olan məsələlərə hətta istehza
ilə yanaşırıq. İngilis yazıçısı Conatan Blekin “Dünyanın gizli
tarixi” əsəri vaxtilə bestsellər (hərfi mənada “daha yaxşı satılan”
www.kitabxana.net
– Milli Virtual Kitabxana
4
mənasını versə də, daha çox oxunan ifadəsi kimi işlənir) kimi
məşhurlaşsa da, iyirmi iki il sonra, 2010-cu ildə Londonda
yenidən və bir sıra əlavələrlə nəşr edilib. Kitabda fövqəltəbii
qüvvələrin mistik və məxfiliklərindən xəbər verən hadisələrin
izahına cəhd edilmişdir. Müəllif gizli cəmiyyətlərin, guya ağılsız
qoca adamların dünyanı idarə etmək qəsdindən başqa bir şey
olmadığı barədəki cari ideyalardan uzaqlaşmağı bacarmış,
əvəzində göstərməyə çalışmışdır ki, həmin qadınlar və kişilər,
cavanlar və qocalar gizli spiritualizm (dünyanın mahiyyətinin
ruhi başlanğıc olduğunu təsdiq edən, materiyaya ruhun, allahın
yaratdığı kimi baxan fəlsəfi təlim) barədəki qədim cərəyanların
mühafizəçiləri olmaqla, əslində bizə nəsə bir mühüm şeyi demək
istəyib. Bu, materializm dalğasının geri dönməsi ilə əlaqədər
olaraq indi mütəşəkki dinin (söhbət Xristian dinindən gedir)
tənəzzülə uğradığı bir şəraitdə xüsusilə vacibdir. Gizli
spiritualizmin müxtəlif cərəyanların hamısı, mümkün olduğu
qədər bu yolla diqqəti cəlb edir. Kitab məhz mistik və fövqəltəbii
məxfilikləri təsvir etməyə çalışır və dünyanın elə bir tarixidir ki,
müəyyən sirli cəmiyyətlərdə əsrlər boyu öyrənilib. Müəllif
göstərməyə çalışır ki, kosmosun başlanğıcı, onun tarixi və
gələcəyi- yaradıcı allahların və ruhların, maqların və baş
çıxaranların, böyük tarixi şəxsiyyətlərin ulduzlar tərəfindən idarə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
5
olunması və mələklər tərəfindən ilhamlandırılması barədəki
mistik təxəyüllərlə yanaşı, güman ki, tarixdə iqtisadi və dar siyasi
məsələlərdən savayı daha dərin, daha zəngin nümunələr olub. Bu
nümunələr bir qayda olaraq düşüncələrdə fövqəltəbii kimi qəbul
olunur və əgər elm hər şeyin mövcudluğunu ifadə edirsə, deməli,
onda bunlar heç bir vəchlə baş verməməli idi. Əsərdə ənənəvi
olaraq
bir-birindən
şübhələnən
qrupların-frimasionların,
antroposofistlərin, katolik mistiklərin, rəssamların, alimlərin
baxışlarına müraciət edilir. Onların hamısını isə, ümumilikdə
daim can atdıqları ruhi təcrübə aparmaq arzusu birləşdirirdi.
Həqiqi spiritual təcrübələr belə uzağa gedirsə, deməli adamlardan
bəziləri vergi ilə doğulub. Əgər bəzi adamlar öz baxışlarını
realizə etmək üçün kifayət qədər təxəyyülə malikdirsə, bu
təxəyyülün özü real olan şeyləri görmək vasitəsidir. Güman
etmək olar ki, təxəyyül həmçinin elə görmə orqanıdır ki, o məşq
edilə, təkmilləşə bilər. Bu tarixin özəyindəki qüdrətli və
mükafatlandırılmış SİRR Mariya Maqdalinada, Leanardo da
Vinçidə, Tereza Avillalıda, Uilyam Şekspirdə, Corc Vaşinqtonda
və tarixi yaradan çox adamlarda var idi. Dünyanın belə tarixi
müxtəlif epoxalarda mövcud olmuş həqiqi gizli cəmiyyətlərin
öyrənilməsindən ibarətdir. Bugünkü baxışlar nöqteyi-nəzərindən
deyilənlər tam səfeh bir iş kimi görünə bilər, lakin qeyri-adi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
6
adamların böyük bir hissəsi tarixi yaratmaqla yanaşı, həm də
inanc subyektləri olub. Qədim dünyanın tarixçiləri, Misir
sivilizasiyasının başlanğıcından Romanın tənəzzülünə qədər,
Fiva, Elois və Efes kimi yerlərdə keşişlərlə əhatə olunmuş ictimai
məbədlərin belə gizli cəmiyyətlərlə bağlı olmasından bizə söhbət
açırlar. Siyasi və mədəni elita meditasiya texnikasına öyrədilirdi.
Hazırlıq işlərindən sonra Platon, Esxil, Böyük Aleksandr, Avqust,
Tsitseron və digərləri gizli fəlsəfədən hali idilər. Müxtəlif
dövrlərdə bu “məktəblər” tərəfindən istifadə edilən vasitələrə
həmçinin sensor məhrumiyyətlər, nəfəs alma təcrübələri,
müqəddəs rəqs, drama, hallusinasiya dərmanları və digər
eksperiment metodları daxil edildi. Çox sayda məşhur adamlar
təəccüblü şəkildə ezoterik fəlsəfəni müstəsna olaraq həsr edilənlər
üçün nəzərdə tutulan sirli, qapalı təlim kimi, mistik vəziyyəti isə
gizli cəmiyyətlərdə gizli qaydada öyrədirdilər. İsaak Nyuton, heç
şübhəsiz, yaşlı ömrü boyu əlkimya ilə məşğul olmuşdu və bunu
özü üçün daha mühüm iş kimi qiymətləndirirdi. Corc Vaşinqton
onun adını daşıyacaq paytaxt şəhərinin əsasını qoyarkən göydəki
böyük ruhu köməyə çağırmışdı. Napaleon deyəndəki ona ulduzlar
bələdçilik edir, bu heç də nitqi gözəlləşdirən obraz əlavəsi
deyildi. O, deyirdi ki, böyük ruh ona öz taleyini göstərmişdi və
bir şəxs kimi onu uğurlu və bəxti gətirən edib. Qədim dünyanın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
7
ikonoqrafiyasında və heykəltəraşlığında Zaratustra dövründən
başlayaraq Sirli Məktəblərin gizli göstərişlərini bilmək, əldə lülə
şəklində bükülmüş kağızı tutmaq qaydasında ifadə olunurdu. Bu
ənənə müasir dövrdə də davam etməkdədir və bu gün dünyanın
bir çox şəhərlərindəki ictimai heykəllər bu qaydanın təsirinin
necə geniş yayıldığını nümayiş etdirir. Heç də çox uzaqlara
səyahət etmək lazım gəlmir ki, gizli kultların okkult (okkultizm
dünyada elmi cəhətdən dərk olunmayan, yalnız “seçilmişlər”,
“həsr edilmişlər” tərəfindən dərk edilən sirrli, fövqəltəbii
qüvvələr haqqında guya mövhumatçı hesab edilən anlayışlar
sistemidir) simvollarını tapmaq mümkün olsun. Gizli
cəmiyyətlərin daha çox məxfiliyi öyrətməsi yalnız şifahi yolla baş
verirdi. Digər hissələr qəsdən aydın olmayan şəkildə yazılırdı ki,
kənar adamların onları başa düşməsi qeyri-mümkün olsun. Bütün
dünyada mövcud olan müxtəlif ənənələr biri digərlərini
işıqlandırırdı. Lakin ezoterik (gizli) təlimlər daha çox Qərb
ölkələrində
gizlədilirdi.
Ənənələr
arasında
potensonal
münaqişələr də yox deyildir. Məsələn, sufi ənənəsi ilə
müqayisədə hind ənənəsində reinkarnasiyanın – yenidən
doğulmanın vurğulanması daha geniş yer tuturdu. Fikir
məktəbləri və gizli cəmiyyətlər həqiqi ənənədən meydana gəlirdi.
Beləliklə, Kabala, tərkidünya, Sufizm, Tampliyerlər, ezoterik
www.kitabxana.net
– Milli Virtual Kitabxana
8
frimasonluq, Martinizm, Madam Blavatskaya teosofiyası və
antroposofiya, onların tərkib hissəsi hesab olunmalıdır.
“Frimasonlar və ya masonlar hərfi mənada “azad bənnalar”
deməkdir, dini-etik cəmiyyətin üzvləri olub, onlar mənəvi xüsusi
öztəkmilləşməni moizə etməklə yanaşı, xüsusi məralimləri keçirir
və məxfilikləri ilə seçilirdilər. Teosofiya insan ruhunun ilahiliklə
birləşməsi barədə din-mistik təlimdir. Antroposofiya teosofiyanın
növlərindən biridir). “Əbədi fəlsəfənin” əvvəlki cəhdləri bayağı,
şit olanların, – “bizim hamımız eyni dərinin “altındayıq”,
“Məhəbbət
özünün
mükafatıdır”
kimi
düşüncələrin
müəyyənləşməsinə, tanınmasına meyl edirdi. Bütün dünyadan
olan Sirli məktəblərin və gizli cəmiyyətlərin tanınmasının
öyrənilməsi hələ də çoxlarını hiddətləndirir və onlar ümumi
düşüncəyə təhlükə hesab edilir. Bu gün alimlər deyə bilərmi ki,
ən böyük ağrı anlarında ürəyinin dərinliklərindəkini ifadə etməklə
göylərə yalvarmağın əhəmiyyəti yoxdur, çünki sən oradan heç bir
cavab almayacaqsan. İnsanın borcu böyüməkdir, yaşa dolmaqdır,
bu laqeydlik şəraitlərinə gəlməyə öyrənməkdir. Kainat isə
müxtəlifdir, çünki onu bəşəriyyət öz ağlında düzəldib. Bu tarixdə
kainat antroposentrikdir (bu təminə görə insan Kainatın
mərkəzidir və bütün dünyanın son məqsədidir), onun hər bir sadə
təcrübəsi düzləndirilərək bəşəriyyətə doğru istiqamətlənib. Bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
9
kainat bizi min illər ərzində qidalandırmış, həm də unikal olan bir
şeyə kömək edib ki, bu da insan şüurudur. Şüur bizim hər
birimizi fərd olaraq inkişaf etdirir və həyatımızdakı ən böyük
anlara doğru irəli aparır. Nəzərə alın ki, siz qışqıranda kainat
rəğbətlə sizə doğru çevriləcək. Siz həyatınızdakı yol ayrıcına
gəlib çıxanda, bütöv kainat öz nəfəsini dayandıracaq, görsün ki,
siz hansı yolu seçirsiniz. Alimlər Sirlər haqqında danışa bilər və
kainatla hər bir sadə hissəciyin digər hissəciklə əlaqədə olması ilə
maraqlana bilərlər. Elmdə kainat cisimi ağıldan qabaq gəlir. Ağıl
cisimin macərasıdır, bir alim o qədər uzağa gedir ki, onu “cisimin
xəstəliyi” kimi təsvir edir. Bu bir faktdır ki, bəzi aparıcı alimlər
kosmosa qədim baxış yolunun mümkünlüyünü yenidən, artıq
rəğbət əlaməti altında görməyə başladı. Baxmayaraq ki, yeni
hissiyat metafizikaya (dialektikaya əks olan idrak metodu) azacıq
dözümlülük göstərir, ancaq qədim dünyanın kosmoqoniyası
(astronomiyanın göy cisimlərinin və onların sistemlərinin
mənşəyinə və inkişafına həsr olunmuş fəsili) bəzi tarixçilərin
mümkün saydıqları kimi, ideyaların düzgün, gözəl fəlsəfi
maşınıdır. Bu sistemlər arasındakı fərqlərin açarı ondadır ki, onlar
başqa-başqa şeyləri təsvir edirlər. Qədim fəlsəfə kainat barədə
təcrübəmizin bilavasitə baş verdiyi kimi bizə gəlib çatdığını ifadə
edir. Elm üçün ifadə edilən böyük möcüzə fiziki kainatdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
10
Ezoterik fəlsəfə üçün böyük möcüzə isə insan şüurudur. Bir qədər
geniş prizmadan yanaşdıqda idealizmin və materializmin vəhdəti
çox güclü şeydir və işləməyə qadirdir. Alimlər adətən amillərin
müxtəlif qoyuluşları arasındakı tarazlıqların qeyri-adi seriyalarına
aludə olurlar, bu amillər isə güman ki, yer üzərindəki həyatı
qurmaq naminə zəruridir. Burada soyuq və isti, rütubətlə quraqlıq
arasında, Yerin Günəşdən bu qədər uzaq olması və Günəş
evolyusiyasının xüsusi səhnəsində qərar tutması (nə istidir, nə də
soyuqdur) kimi tarazlıqar terminləri barədə söhbət gedir. Daha
fundamental səviyyədə materiya öz qaydasında dərk edilməlidir,
cazibə qüvvələrinin və elektromaqnetizmin hər biri xüsusi
dərəcədə olmalıdır. Allahlara, mələklərə və ruhlara, onlar böyük
kosmik zəkadan, başqa sözlə Fikir-Varlıqdan əmələ gəldiklərinə
görə inanılmalı idi. Bu böyük Fikir – Varlıqlar özlərini xalq
vasitəsi ilə ifadə edirdi. Sonralar göründüyü kimi, allahlar,
mələklər və ruhlar millətlərin talelərində böyük dəyişikliklərin
baş verməsi yaxınlaşan bir vaxtda gələ bilərdi. Bunların gözə
çarpması əksər hallarda fərdi qaydada olurdu. Misal üçün, Böyük
Aleksandr və ya Napoleon böyük ruh üçün vasitə idilər. Heç kəs
onlara əks çıxmağı bacarmadı və ruh onları tərk edənə qədər nə
edirdilərsə, hər şeydə uğur qazanırdılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
11
Dünyanın yaranmasının başlanğıcı Elm və din onunla razılaşır ki,
başlanğıcda kosmos heç nə vəziyyətindən materiyanın
mövcudluğuna doğru hərəkət etdi. Lakin elm bu sehrli dəyişiklik
barədə az şey deyə bildi, deyilənlərin hamısı yüksək dərəcədə
spekulyativ xarakter daşıyırdı. Alimlər hətta bütün cisimlərin bir
dəfə yaranması və ya onun yaranmaqda olmasının davam etməsi
barədə müddəalar irəli sürməyə görə fərqli qruplara bölündülər.
Qədim dünyanın özünü bu işə həsr etmiş keşişləri arasında isə,
əksinə, gözəl yekdillik var idi. Onların gizli təlimləri dünyanın
böyük dinlərinin müqəddəs mətnlərində kodlaşdırılmışdı.
Başlanğıcda boşluğu andıran materiya var idi, bu yaxşı olmaqla,
işıqdan daha zərif idi. Sonra müstəsna qaydada, yaxşı olan qaz
gəldi. Əgər insan gözü tarixin dan şəfəqlərinə baxsaydı, bu ona
geniş kosmik duman, çən kimi görünə bilərdi. Bu qaz və ya çən
bütün Yaşayanların Anası idi, həyatın yaranması üçün lazım olan
hər şeyi özündə daşıyırdı. Ana İlahə, Yeri həmçinin bəzi hallarda
belə adlandırırlar, öz tarixi boyunca metamorfozaya uğrayacaq və
çox müxtəlif formaları və adları qəbul edəcəkdi. Lakin
başlanğıcda “Yer formasız və boşluq idi”. Bu vaxt tarix üçün
taleyin ilkin böyük dəyişilməsi gəldi. Bibliyanın hekayətləri
davam edir: “Qaranlıq yer üzünü örtmüşdü”. Bibliyanın ezoterik
ənənə içərisində çalışan təfsirçilərinə müvafiq olaraq bu, kitabın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
12
nəql etmə yolu idi ki, Ana İlahə yandırıcı quru küləyin hücumuna
məruz qaldı, o az qala bütünlüklə həyatın potensialını məhv
etmişdi. Allahın zəkasından ilk dəfə əmələ gələn nazik toxunmuş
dumanlar qəflətən ikinci mənşə tərəfindən yoxlandı. Bu,
astronomların müşahidə etdikləri nadir və effektli fenomenə –
ulduzun ölməsinə bənzəyən güclü tufan idi. Güman etmək olar ki,
istisna kimi bu, başlanğıcda tam ölçüdə bütöv kainatı
doldurmuşdu. Ana İlahə çox vaxt sevən, həyat verən və
işıqlandıran şəxs kimi xatırlanır. Lakin o, həm də dəhşətli
xüsusiyyətə malikdir, lazım gəldikdə döyüşkən olurdu. Misal
üçün, qədim Frigiya xalqı arasında o, şirlərlə dolu olan döyüş
arabasında
gəzən
mərhəmətsiz
ilahə
Kibela
kimi
qiymətləndirilirdi. Allahın zəkasından çıxan ilk varlıq Yerin
ilahəsi kimi metamorfozaya uğramışdısa, ikinci əmələ gələn allah
Saturna çevrildi. Saturn öz izini Günəş sisteminin hədlərində
qoyacaqdı. Misir mifologiyasında isə Saturn Yeri saxsı təkərlərlə
yumşaldan Ptah idi və bir çox əsatirlərdə Saturnun titulu “Rex
Mundi” – “Dünyanın çarı” və ya “Bu dünyanın hökmdarı” idi.
Bizim maddi həyatımız onun nəzarətində idi. Saturnun
ucbatından bizim həyatımız olduqca çətin idi. Çünki Saturnun hər
bir qılıncı iki dilli idi və hər bir tacı tikandan düzəldilmişdi.
Saturn bizi öz hədlərimizə atırdı. Bu olduqca çətin bir hal olmalı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
13
idi ki, Kosmosda həyat üçün olan potensial hələ doğulmamışdan
əvvəl məhv ola, sola bilərdi. Kosmos bütün əbədilik dövründə ölü
cisimin nəhayətsiz dəyişilməsi yeri kimi qala bilərdi. Tarix
boyunca biz görəcəyik ki, Saturn müxtəlif vaxtlarda və müxtəlif
maskalar altında mumiyalanmış bəşəriyyətdə öz məqsədinə
çatmaq və ondan kənardakı həyatı əzib sıxmaq üçün geri dönür.
Bu tarixin sonunda biz həmçinin görəcəyik ki, onun ən həlledici
ixtirası, gizli cəmiyyətlər tərəfindən uzun müddət xəbər verilən
hadisə kimi, gözlənildiyi tək, qısa müddətdə yer tutmağa
müvəffəq oldu. Saturnun Ana Yer üzərindəki tiraniyası, onun
kosmosdan kənar bütün həyat potensialını əzməsi sahəsindəki
qanlı cəhdi, insan ağlı ilə ölçülə bilməyən geniş dövrlərdə davam
edir. Onun tiraniyası mahiyyətcə devrilmişdir və Saturn əgər
tamamilə məğlub edilməmişdirsə, nəzarətdə saxlanır və öz
sferasında qapadılmışdır. Bəs bu qələbə necə əldə edilmişdir?
Bibliyada dünyanın yaranması üçün, əlbəttə, iki izah vardır.
İkincisi isə, Müqəddəs İoannın “İncil”indədir və bu daha dolğun
olmaqla “Başlanğıc” kitabının kodunun açılmasına kömək edir.
Bu günlər kilsə müstəsna olan və radikal monoteizmi moizə edir.
Bu çox güman ki, müəyyən qədər elmin ağalıq etməsi ilə
əlaqədardır. Xristianlığa dostcasına yanaşan elmdə Allah kainatda
fərqlənməyən və daimiliyi müəyyən oluna bilinməyən səviyyəyə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
14
kiçildilir. Lakin tarixi reallıq ondan ibarətdir ki, xristianlıq
yüksəldiyi regionların köhnə dillərində kök atmışdır və onların
hamısı politeist (çoxallahlı) və astronomik xarakterli idi. Erkən
xristianların inamları bunu əks etdirir. Onlar üçün spiritualizm
aktual ruhlarla kommersiya aparmaq mənasını verirdi. Xristian
kilsələri – Romadakı Müqəddəs Pyotr kilsəsindən tutmuş kiçik
məhəllə kilsələrinə qədər, bütün dünyadakı qədim müqəddəs
quyuları, müqəddəs kahaları, məbədləri və Sirrli məktəbləri olan
şəhərlərdə tikilmişdir. Tarix boyu bunlara bənzər müəyyən
şəhərlər ruhlar üçün baş giriş qapısı kimi qiymətləndirilirdi.
Bütün xristian kilsələri astronomik qaydada düzülmüşdür,
kilsənin həsr edildiyi müqəddəs gündəki tək şərqə
istiqamətlənmişdir.
Parisdəki
Notr-Dam
kilsəsindən
Barselonadakı Saqrada Familiaya qədər böyük kafedral kilsələrin
hamısı astronomik və astroloji simvollarla örtülmüşdür. Bu ənənə
yenə də davam edir. Müasir kilsə xadimləri çox vaxt
astrologiyanı məhkum edirlər, lakin heç kəs bunu inkar edə
bilməz ki, misal üçün, böyük Xristian bayramlarının hamısı
astonomik qaydada müəyyənləşdirilmişdir – Pasxa bütöv aydan
sonrakı ilk Bazar gününə təsadüf edir və ya Milad bayramı qışda
Günəş dönüşündən sonrakı ilk günə düşür. Bu vaxt qalxan Günəş
üfüqdə dönəndə görünən şəkildə geriyə doğru hərəkət etməyə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
15
başlayır. (Astrologiya insan təbiətinin göylərin əlamətlərində başa
düşülməli olan bir birlik sistemidir. O, astronomiyanın anası
olmaqla astronomik müşahidələrlə yaxından bağlı olan tətbiqi
elm hesab olunurdu. İslam astroloqları göy cisimlərinin hərəkətini
dəqiq qaydada öyrənib, ona əvvəlcədən xəbər verirdilər. Bu yolla
onlar varlı himayəçilərinin bəxtini müəyyən edirdilər. Müsəlman
astroloqlar Yerin öz oxu ətrafında və Günəş ətrafında fırlanması
qənaətinə gəlmişdilər. Onların Göy cisimlərinin hərəkəti barədəki
cədvəlləri yunanınkılardan çox qabağa getmişdi.) Bütün dinlər
öyrədir ki, ağıl materiyadan qabaq gəlmişdir. Hamı anlayır ki,
dünyanın yaranması bir sıra əmələ gəlmə seriyaları kimi yer
tutmuşdur və onlar universal qaydada ruhi varlıqların
iyerarxiyası, allahlar və ya mələklər kimi əyani şəkildədir.
Mələklərin, böyük mələklərin iyerarxiyası həmişə kilsə təliminin
bir hissəsi olmuşdur. Müxtəlif ordenlərdə mələklər ulduzların və
planetlərin allahları kimi tanınır. Kilsə rəssamlığında və
arxitekturasında hər yerdə dörd xeruvim: Öküz, Şir, Qartal və
Mələk kimi rəmzləndirilir. Onların astronomik oxşarlığına sübut
təxəyyüldə onların xatırlanmasına əsaslanır: Öküz Taurusdur, Şir
Leodur, Qartal Əqrəbdir, Mələk isə Akvariusdur. Bibliyanın
“Başlanğıc” kitabında 1:26 cümləsi, adətən “Başlanğıcda Allah
Göyü və Yeri düzəltdi” kimi tərcümə olunur. Lakin fakt
www.kitabxana.net
– Milli Virtual Kitabxana
16
orasındadır ki, bəzi Bibliya alimləri onlara yalnız təzyiq
Dostları ilə paylaş: |