və ağac boşqabdan yemək yeyirdi.
Deyirdilər ki, Attila Xristian şəhəri Korinfi işğal edəndə, o
küçənin hər küncündə fahişə qadınları görüb qəzəblənmişdi.
Həmin qadınlara ya adamlarından birinə ərə getməyi, və ya
sürgünə yollanmağı seçmək imkanını vermişdi.
Romanlar digər düşmənlərinə nisbətən Attiladan daha çox
qorxurdu. O, öz adamlarına Roma ərazisində yaşamağa və ya
Roma mallarını almağa icazə vermirdi.
O, Roma ərazilərinə müdaxilə edəndə, romanlaşmanı dəyişdi,
Roma tikililərini dağıtdı və həmçinin Romadan təzminat pulu
kimi minlərlə funt qızıl götürdü. 452-ci ildə o, nəhayət Romanı
sıxışdırmağa başlayanda imperator, yepiskop Leonu onunla
görüşməyə göndərdi. Gələcək Papa Leo Attila ilə sövdələşmə
danışığı apardı, bu şərtlərə görə imperatorun qızı Honoriya onun
arvadı olmalı idi və minlərlə funt qızılı da cehiz kimi özü ilə
götürəcəkdi. Bu səbəbdən də Atilla Roma imperiyası üzərində
ağalığa və dünyanı idarə etməyə nail olduğuna inandı.
Attila və onun xalqı şamanizmi tətbiq edirdilər. Döyüşlərdə Attila
özü ordusuna başçılıq edirdi, ona bunu şaman keşişləri məsləhət
görürdülər. Hun ordusu döyüşə ulamaqla atılırdı, silahlarını
cingildədirdi, buynuzlarla və zənglərlə səs salırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
90
Bunların hamısından məqsəd ölülər batalyonunu, öz əcdadlarının
kabuslarını çağırmaq idi ki, onlar da əsgərlərlə birlikdə
döyüşsünlər. Onlar həmçinin şaman qaydasında ət yeyən
heyvanların, canavarların və ayıların ruhlarını haraylayırdılar ki,
özlərinə daxil olmaqla, döyüşənlərə fövqəltəbii qüvvə versinlər.
“Şaman” sözü tunqus-monqol isimi olub “bilən adam” mənasını
verir. Şamanlar barbar müdaxilələri dövründən indiyədək
müxtəlif texnikalardan istifadə edirlər, bəziləri bunu “ekştazın
arxaik texnikaları” adlandırır. Onlar trans vəziyyətinə düşməklə
işləyirlər Ritmik qaval vurmaqla və rəqs etməklə öz sehrli
əməllərini həyata keçirirlər. Bir çox tablolar şamanistik
mədəniyyətləri, onların translarının məlumatları kimi təsvir
edirlər.
Müasir ezoterik təlimə görə bütün şamanizm, istər bu köhnə Hun
və ya Monqol Ordalarınınkı olsun, istər bu gün Cənubi Afrikada
tətbiq edilən sanqoma olsun, bunlar vaxtilə mövcud olmuş gözəl
ilkin görünməni təmsil edir. Şərti tarixdə (insanda, heyvanda,
bitkilərdə, cisimlərdə müstəqil başlanğıc- ruhların olması
barədəki fantastik təsəvvürlər sistemi) dinlər əvvəlki səhnələrində
animizm və totemizm (müəyyən tayfa qrupunun hansısa bir
totemlə fövqəltəbii əlaqəyə və qan yaxınlığına olan inam. Totem
ilahi deyil, nəslin başlanğıcı kimi qəbul olunur) kimi tanınırdı. Bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
91
bütün qədim sivilizasiyaların dolaşıq kosmologiyalarına doğru
inkişaf etdi. Gizli tarixdə bəşəriyyətin ilk qarşılaşdığı görünmə
dolaşıq, təhrif edilmiş və gözəl idi, yalnız sonralar animizmə,
totemizmə və şamanizmə doğru pozuldu.
Attilanın tayfa xalqı şamanizmi tətbiq edirdi, onlara bu ruh
dünyalarına girmək imkanı verirdi. Çox sayda kilsə xadimləri
buna qısqanclıq edə bilərdilər, lakin bu atavistik (yaşlı
orqanizmlərdə
onların
keçmiş
əcdadlarına
xas
olan
xüsusiyyətlərin və əlamətlərin meydana çıxması belə adlanır)
vəziyyətdəki ruh dünyasına girmək idi. Narkotiklərlə ruh
dünyasına daxil olmaq, lazım olan hazırlıq olmadan bunu etmək
idi və demonik ölçüyə girmək üçün qapını aça bilərdi. 453-cü ildə
Attila yüksək silkdən olan ailədən olan gənc qızla evləndikdə
öldü. Onun bu vaxtı artıq yüzlərlə arvadı var idi və Roma
imperiyasının sonunu müşahidə edirdi.
İnsan şüurunun yeni pilləsinin erkən böyüməsi qönçəni
qopartmaq kimi bir şey idi. Səhərisi gün Attilanın ölüm xəbəri
yayıldı. O, əvvəllər də burnundan çox miqdarda qan açılmasından
əziyyət çəkmişdi.
Çoxları Persiyaya gəlirdi, burada Xosrov şah yunan
sivilizasiyasını ihamlandırana bənzəyən böyük akademiyanın
əsasını qoymağı arzulayırdı. Neoplatonizmin, Qnostisizmin və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
92
Hermetisizmin elementlərini özündə birləşdirən intellektual
fermentdə Aristotel metodologiyası maddi dünyanın və ruh
dünyalarının birləşdirməsi şəklində tətbiq olunurdu. Beləliklə
Ərəb magiyasının qızıl erası başlandı.
Burada heç də təəccüblü belə bir şey yoxdur. Bütün bizim
uşaqlığımız sehrli görmə tərəfindən – dühalardan, sehrli
lampalardan yaranan işıq idi.
İslam peyğəmbəri və islam sivilizasiyası
İndi isə kitabın müəllifinin islam peyğəmbəri haqqındakı fikirləri
ilə bir qədər geniş şəkildə tanış olaq. 570-ci ildə Məkkədə
Məhəmməd adlı uşaq anadan oldu. Altı yaşı olanda o, hər iki
valideynini itirmişdi və çoban kimi əmək fəaliyyətinə başladı. O,
enlikürəkli, qara qıvrım saçları olan və saqqalının arasından ağ
dişləri görünən gənc kimi böyüyürdü. Dəvə sürənə çevrildi,
karvanla ədviyyat və ətirli maddələr daşıyırdı, xüsusən Məkkədən
Suriyaya səfərlər edirdi. İyirmi beş yaşında o, Məkkənin varlı dul
qadını ilə evləndi, şəhərin ən varlı və nüfuzlu vətəndaşlarından
birinə çevrildi. Valideynlərini itirməsi hesabına o, itirdiklərinin
hamısını sonralar geri qaytarsa da, heç də məmnun deyildi.
Məkkənin dini mərkəzində Kəbə adlanan qara qranit daş var idi,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
93
bəzi ənənələrə görə bu daşın Sirius ulduz sistemindən yerə
düşməsi deyilirdi. Həmin vaxt Ərəbistan şamanistik tayfalar
tərəfindən məskunlaşmışdı, adamlar öz allahlarına və ruhlara
sitayiş edirdi. Kəbədən kənarda yüzlərlə bütün saxlandığı
müqəddəs çadır var idi. Məkkə həmçinin müqəddəs suyu
satmaqla pozulmuşdu – bu su İsmayılın hesabına qumdan çıxan
bulaqdan götürülürdü. Məhəmmədin gözündə hər şey qeyri-
müəyyənlikdə görünürdü. O, gördü ki, adamlar yalnız pul
qazanmağa, qumar oynamağa, at çapmağa və sərxoşluğa maraq
göstərir. Dəvə karvanı ilə Suriyaya gedəndə o, İudaizm və İisus
Xristin əhvalatları barədə eşitmişdi. Məbədin təmizlənmə əhvalatı
onun həssas siminə təsir etmişdimi? Məhəmməd belə bir inama
yiyələnmişdi ki, Ərəbistan xalqı İisus Xrist kimi bir peyğəmbərə
möhtacdır, bu peyğəmbər xalqı cəhalətdən, pozulmadan
təmizləyə bilər və onları bir kosmik niyyətdə birləşdirə bilər.
Məhəmməd Məkkənin ətrafındakı dağların üstündə oturub
bunların hamısına necə nail olmaq barədə düşünəndə, mələk onun
qabağında göründü və dedi: “Mən mələk Cəbrayılam”. Bu gözə
görünmə sonra Məhəmmədə qızıl lövhəni göstərib, onu oxumağı
dedi. Məhəmməd etiraz etdi ki, o, savadsızdır, lakin Cəbrayıl
ikinci dəfə ona əmr etdikdə, Məhəmməd gördü ki, həqiqətən
oxuya bilir. Beləliklə, mələklə söhbətlər seriyası başlandı və bu
www.kitabxana.net
– Milli Virtual Kitabxana
94
Qurana çevrildi. Sonra Məhəmməd şəhərə enib Cəbrayılın ona
öyrətdiklərini parlaq səmimiyyətlə və valehedici qüvvə ilə moizə
etdi. O, öz kredosunu belə adi şərtlərdə cəmləşdirə bilərdi:
Mənim təlimim sadədir. Allah vahid allahdır. Bütpərəstlikdən
imtina et. Oğurluq etmə Yalan danışma. Böhtan atma Və heç vaxt
sərxoş olma. Əgər sən bu təlimləri qəbul etsən, sən İslamın yolu
ilə gedəcəksən. İlahi qüvvə tərəfindən ilhamlanmış öz
mülahizələrini sübut etmək üçün ondan möcüzə göstərmək tələb
edildikdə, Məhəmməd bundan imtina etdi. O, dedi ki, Allah
göyləri dayaqların köməyi olmadan yüksəltmişdir, yeri, çayları,
əncir, xurma və zeytun ağaclarını yaratmışdır və bu şeylərin
hamısı kifayət qədər möcüzədir. Bu coşğun materializmdə müasir
eranın ilkin pıçıltılarını eşidirik. Mələklə olan söhbətlər ərzində
böyük mələk Cəbrayıl sərinləmək üçün Məhəmməddən nəyisə
seçməyi xahiş etdi. Məhəmməd okkultistlərin “ay şirəsi”
adlandırdıqları südü seçdi. İslamda spirtli içki qadağan
ediləcəkdi. Ezoterik nöqteyi-nəzərdən yüksək əhəmiyyət daşıyan
bu idi ki, Quranı diktə edən mələk Cəbrayıl, ənənəvi cəhətdən
Ayın arximələyi idi. Cəbrayıl burada bəşər ehtiraslarına nəzarət
edən fikir qüvvəsinin və məhvedici fantaziyanın rəmzi kimi çıxış
edir, onun allahı isə böyük allah idi və müsəlman
ikönorafiyasında hilal ay kimi təsvir olunur. Məhəmmədin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
95
Məkkənin bazar meydanında moizələri bəzilərini, onu öldürmək
qəsdini hazırlamağa həvəsləndirir. O, öz şagirdi, öz ardıcıllarının
rəhbəri olan Əbu Bəkrlə Mədinə şəhərinə mühacirət etdi. 629-cu
ildə o, Məkkəyə qayıtdı, öz ölümünə qədər qalan müddətdə
(Məhəmməd peyğəmbər 632-ci ildə vəfat etmişdir) Ərəbistanın
qalan hissəsi üzərində öz nəzarətini qurdu. Əbu Bəkr onun varisi
və ya Xəlifə olduqda, işğallar təəccübə səbəb olan qaydada
davam etdirildi. Dini uğurlu edən şeylərdən biri, onun dünyada
işləməsi, belə deyilsə, maddi fayda gətirməsi idi, Məhəmmədin
radikal monoteizmi, Aristotelin elmi metodologiyası ilə
birləşməklə, axırıncı həqiqətən də ərəb fikirinə nüfuz etmişdi,
tezliklə İspaniyadan tutmuş Çinin sərhədlərinə qədər Yer kürəsini
dolaşdı. Ərəblər Zoroastrizmdən, Buddizmdən, Hinduizmdən və
kağız istehsal etmək də daxil olmaqla, Çin elmindən yeni
ideyaları həzm etməklə, onları yayırdılar. İslamda, onun zəfər
dövründə ehkamçılığa və paternalizmə çevrilmək kimi bir meyl
var idisə, Sufizm əks impulsu təmsil edirdi, vaxtaşırı təhrif
edilməyə və bu yolla paradoksal fırlanmağa aludəçilik göstərən
və ruha xas olan bir təlim idi. Ezoterik islam ruhi həyatın
tərəfində olmağını hiss edirdi. Bu, isə Sufi poeziyasında geniş
şəkildə öz ifadəsini tapırdı. Qurandakı ayəyə (50.16) müvafiq
olaraq “Allah adama onun şah damarından yaxındır” sözləri həm
www.kitabxana.net
– Milli Virtual Kitabxana
96
də yüksək dərəcədə adamları özünəməxsusluqdan ayırırdı, kütlə
artıq onun çağırışına oyanırdı. Böyük Sufi yazıçısı İbn Ərəbi
deyirdi ki, Sufi müəllimi o adamdır ki, öz üzərindən pərdəni
götürür. Sufi müəlliminin təlimatı altında keçirilən dərslərə nəfəs
almanın dəyişən təcrübələri və vəziyyətə nail olmaq üçün istifadə
edilən musiqi daxil ola bilərdi. Sufizm bəzən “yuxudan oyanma”
kimi ağrılı prosesləri öyrədirdi, bu özü barədə və bizdən keçən
kosmik mistik axından agah olmağa imkan verirdi. Harun ər-
Rəşid öz erasının qeyri-adi şəxsiyyətlərindən biri idi. O, iyirmi
yaşında xəlifə olmuşdu və Bağdadı dünyanın ən füsunkar
şəhərlərindən birinə çevirmişdi, saraylar tikdirmişdi. Ona yüzlərlə
əyanlar, qullar və hərəmlər xidmət edirdi. “Min bir gecə” nağılları
onun hökmranlığının müxtəlif cəhətlərini təsvir edir. O, sarayına
dövrünün bütün böyük yazıçılarını, incəsənət xadimlərini,
mütəfəkkirlərini cəlb etmişdi. “Min bir gecə”də olduğu kimi belə
şayiə gəzirdi ki, o, bəzən gizli qapıdan maska altında sarayından
çıxırdı ki, xalqın nə danışdığını eşitsin və onların real olaraq nə
düşündüklərindən hali olsun. Ən məşhur hekayətlərdən birində
dənizdəki balıqçının öz torunda iri dəmir qazanı çıxardığı
göstərilir. O, sahilə çıxdıqda gördü ki, qazanın metal səthinə
Solomonun möhürünün üçbucağı nəqş olunmuşdu. Təbii olaraq
çox şeyə maraq göstərən balıqçı qazanı açdı və birdən ondan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
97
qalxan qara buxar bütün göy üzünə yayıldı. Beləliklə o, görünə
bilənlərin hamısını qaranlığa qərq etdi. Buxar yenidən cin
formasındakı monstra çevrildi və balıqçıya dedi ki, o, Solomonun
qazanında dustaq edilmişdi. And içmişdi ki, kim onu azad etsə,
onu varlandıracaqdır. Beş yüz ildən sonra o, and içmişdi ki, öz
xilaskarını hakimiyyətlə mükafatlandıracaqdır. Min illərin
əsirlindən sonra, o, and içmişdi ki, kim onu azad etsə, onu
öldürəcəkdir. Beləliklə, cin dedi ki, balıqçı ölməyə hazırlaşsın.
Lakin balıqçı ona dedi ki, inanmır ki, cin həqiqətən qazanın
içindəydi və beləliklə ruh bunu sübut etmək üçün özünü əvvəlki
buxov vəziyyətinə çevirdi və yavaş-yavaş spiral qaydasında
hərəkət etməklə qazanın içinə girdi. Bu vaxt balıqçı qazanın
qapağını bağladı. Bu uşaqlar üçün səfeh bir nağıl kimi görünə
bilər, okkultistlər üçün isə bu, ezoterik biliklərlə bir yerdə
qablaşdırılmışdır. “Cin” sözü “gizlətmək” demək idi və təfsilatına
varan nəzəriyyə və praktikada o demək idi ki, dağılmış evlərdə,
quyularda, körpü altında gizlənir. Cin alovdan və havadan ibarət
olmaqla, mələklərdən və şeytanlardan aşağıda dayanır. Cin
barədəki rəvayətlər ərəb xalqları arasında fəal şəkildə yayılırdı.
Bundan əlavə amumetlərdə (həmayillərdə), üzüklərdə və daşlarda
ruhların və demonların dustaq edilməsi, Solomonun möhürü kimi
sehrli cisimlərdən istifadə edilməsi də yaxşı məlum idi. Orta
www.kitabxana.net
– Milli Virtual Kitabxana
98
əsrlərdən belə biliklər vasitəsilə, onların çoxu, əlbəttə ki, ərəb
mənşəli idi və xüsusən də astroloji mənasına görə talismanlara
(tilsimlərə) aid olmaqla məşhur kolleksiyalarda toplanmalı idi.
Cəlaləddin Rumi “Mövlanə” adlanırdı, bu isə “Bizim müəllim”
mənasını verir. O, islam mistitsizminin – böyük Sufinin fars
dilində yazan şairi idi. Onun məşhur lirik və didaktik poeması
olan “Mənaveyi məsnəvi” (“Ruhi beytlər”) elə populyarlıq
qazanmışdı ki, onu “Persiyadakı Quran” adlandırırdılar.
Müsəlman mistik fikir və ədəbiyyatı isə bu dinə sitayiş edən
müxtəlif xalqların dillərində yazılmaqla, demək olar ki, saysız-
hesabsız idi. Rumi sarayın ən böyük şairlərindən birinə
çevrilmişdi. O, hələ uşaq olarkən biliyi ilə hamını
təəccübləndirmişdi. Altı yaşında oruc tutmağa başladı və bu
vaxtda da həmçinin o, gözünə görünənləri seyr etməyi bacarırdı.
Rumi daim insanların heyvanlardan daha ambisiyalı olduğuna
etiraz edərək, qeybə çəkildi. Adamlar qorxudan qışqıran vaxt, o,
qəflətən onların arxasından yenə üzə çıxdı. Onun gözlərində
qeyri-adi baxış var idi və dedi ki, yaşıl əbası olan ruhlar onu
kənara, digər dünyalara apardılar. Yaşıl əbalılar Əl-Xıdırın
kölgələri ola bilərdi, yaşıl biri qüdrətli varlıq olmaqla, vaxt
gələndə maddiləşməyə, həmçinin maddiləşməni ləğv etməyə
qadir olacaqdır. 37 yaşlı Ruminin həyatında mühüm rol oynayan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
99
həlledici bir hadisə baş verdi, o, Konyanın küçələrində dolaşan
dərviş, müqəddəs adam hesab edilən Şəmsəddin (“Dinin günəşi”)
Təbrizi ilə görüşdü. Şəmsəddinin heç bir ənənəvi mistik qardaşlıq
cəmiyyəti ilə əlaqəsi yox idi. Bu qəribə dərviş şeyxləri və digər
nüfuzlu din adamlarını təhqir etmək sahəsində özünəməxsus
şəkildə ad qazanmışdı, çünki onu Allahdan başqa heç kəs idarə
etmirdi. Cəlaləddinə isə Şəms Təbrizinin təsiri böyük oldu, ona
ilahi aliliyin və gözəlliyin sirrlərini açdı. Bir və ya iki ay onlar
meditasiya etdilər (gərgin düşünmə ilə məşğul oldular). Rumi
şagirdlərindən və ailəsindən ayrı düşmüşdü, onlara laqeydlik
göstərirdi. Buna görə də onlar Şəmsini şəhəri tərk etməyə məcbur
etdilər. Bu Cəlaləddini çox məyus etdi və Şəmsi geri qaytarıldı.
Lakin ailəsi Cəlaləddinin sevdiyi bu adamla yaxınlığına dözə
bilmirdi. Belə bir şəraitdə, ilk görüşlərindən üç il sonra Şəmsi
həmişəlik qeybə çəkildi, onu öldürmüşdülər. Rumi ağlayırdı, ağı
deyirdi, bədəncə xeyli zəifləmişdi. O, artıq sərgərdan idi. Bir gün
küçədə gəzəndə zərgər dükanının yanından keçirdi, bu vaxt
çəkicin qızıla vurulan ritmik zərbələrini eşitdi. Rumi Allahın
adını təkrar edib, sonra qəflətən ekstazda fırlanmağa başladı.
Sufilərin Mövlanə və ya fırlanan dərvişlər ordeni beləcə yarandı.
Fırlanma rəqsi “Səma” rəqsi adlanır və bugünkü Türkiyədə də
rəmzi dərviş rəqsi kimi ifa edilir. Məhəbbət təcrübəsi Rumini
www.kitabxana.net
– Milli Virtual Kitabxana
100
şairə çevirmişdi. O, təbiətdə “Dinin günəşinin” şüalanan
gözəlliyinin əksini tapırdı. O, çox vaxt öz şeirlərini rəqslə
müşayiət edirdi. Onun əsərləri mistiklər və öz şagirdləri
tərəfindən geniş miqyasda oxunurdu. “Məsnəvi” sufizmin bütün
müxtəlif cəhətlərini açıb göstərirdi. Bu əsər ilahi məhəbbət
təcrübəsini ifadə edirdi. Ruminin poeziyasında hər kəs mistik
təcrübələrin başlıca bəşəri ifadəsini tapa bilərdi. Ərəblərin
füsunkar sivilizasiyası orta əsrlər Avropasını həm valeh edir, həm
də dəhşətə gətirirdi. Səyyahların gətirdiyi təəccüblü xəbərlər
ondan ibarət idi ki, ərəblərin qiymətli metallardan düzəldilmiş
möcüzəli mexaniki bağı vardır və orada mexaniki quşlar uçur və
oxuyurlar. Onların arasında böyük qızıl ağac durur, təəccüblü
qaydada qiymətli daşlardan olan meyvələr gətirir və onlar
planetləri təmsil edirlər. Çoxlarına bu möcüzələr ölülər dünyası
kimi görünürdü, onlar sehrin və elmin arasındakı sərhədlərdə
mövcud idi. Ən azı buna müəyyən izah 1936-cı ildə Bağdadda
edilən qəribə kəşf vaxtda verildi. Alman arxeoloqu Vilhelm
Koeniq qədim saray drenaj arxını qazanda bilavasitə elektrik
batareyası kimi bir şey tapdı. Bunun düzəldildiyi dövr erkən orta
əsrlərə gedib çıxırdı. Kolleqası onun dəqiq oxşarını yaradanda
gördülər ki, bu qızılla gümüş qatından ibarət olsaydı, yarım saat
ərzində elektrik cərəyanı əmələ gətirməyə qadir olardı. 802-ci ildə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
101
Harun ər Rəşid Qərbin imperatoru Şarlemana (Böyük Katrla)
ipəklər, sarı mis şamdanlar, ətirlər və fil sümüyündən düzəldilmiş
şahmat göndərmişdi. O, həmçinin hədiyyə kimi fil və su saatı
göndərmişdi. Bürünc şarlar vazanın içərisinə düşəndə saatları
bildirirdi, bu vaxt kiçik mexaniki cəngavərlər isə xırda qapılardan
çıxırdı. Bu hədiyyələr Şarleman da ərəb elminin yüksək səviyyəsi
və öz imperiyasının da gələcəkdə buna nail olması barədə
təəssürat yaratmalı idi.
Əgər üç nəslə aid olan fransız kralları- Şarl Martel, Pipin və
Şarleman olmasaydı, islam, xristianlığı yer üzündən silib ata
bilərdi. 742-ci ildə anadan olan Şarleman Longinusun nizəsini
miras kimi götürmüşdü, bu nizə İusus Xrist çarmıxa çəkiləndə
onun böyrünü deşmək üçün istifadə olunmuşdu. Şarleman bu nizə
ilə yaşayır və yatırdı, inanırdı ki, silah gələcəyi qabaqcadan
görmək və öz taleyini həll etmək üçün ona qüvvə verəcəkdir. lX
əsrin birinci onilliyində o, müsəlmanlar üzərində qələbə çaldı.
Şarleman aldadıcı fiziki görkəmə malik idi. Yeddi fut (213 sm)
hündürlüyündə olmaqla, parlayan mavi gözləri var idi, lakin o,
sadə, mülayim adətlərə malik adam idi, həm də öz iradəsini,
taleyinin gedişi istiqamətinə yönəldə bilirdi. İslam müdaxiləsi ilə
üz-üzə gələndə o, Xristian düşüncəsini qorumaqla yanaşı, həm də
www.kitabxana.net
– Milli Virtual Kitabxana
102
öz xalqını pozulmaqdan və tiran xasiyyətli kübarlardan mühafizə
edirdi. Şarl Monteskyo özünün “Qalunların ruhu haqqında” adlı
məşhur əsərində onun şəxsiyyətinə çox yüksək qiymət verir.
Şarlemanın 770-ci ildə əsasını qoyduğu “Müqəddəs Vehm” və ya
“Azad hakimlərin gizli tribunası” özünü həsr etməməyi istisna
etmək üçün gizli rəqəmlərdən və işarələrdən istifadə edirdi.
Bəzən işığın gizli əsgərləri kimi maskalı adamlar qanundan
yuxarıda yaşayanların qəsrlərinin qapılarına çağırış mismarlaya
bilərdilər. Şarlemanın həsr etmə yollarının ən güclü sübutu bu
gün də mövcud olan Axen kilsəsidir. Bura qurd qapısından girilir-
kilsəni şeytanın mülkiyyətindən çıxarmaq üçün hiyləgərlik edən
əfsanəvi cəngavərin adı ilə qapı belə adlanmışdı. Bura gələn
adam birinci mərtəbədəki qalereyadan Qərbin imperatorunun iri
taxtını görür. Kilsənin mərkəzində Şarlemanın sümükləri olan
qalın qızıl tabut qoyulmuşdur. Ondan yuxarıda “İşıq Tacı” –
nəhəng araba təkəri ölçüsündə şamdan asılmışdı.
Şarlemanın xristian dünyasının alimlərini bir yerə yığması da
daxil olmaqla Harun ər –Rəşidin rəqib sarayına çatmaq
cəhdindəki nailiyyətləri göz qabağında idi. Ən böyük alim yəqin
ki, Alkuin idi, o, İngiltərənin York şəhərindən idi. Britaniyalıların
bu əlaqəsi gizli tarixdə mühüm əhəmiyyət daşıyırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
103
Xristianlar Qraal kubokunu tapmağa çalışırdılar. Erkən alman
versiyasına görə Qraal daşdan idi. Əlbəttə bu, kubok ölçüsündə
Lutsiferin alnına düşsəydi onun dəydiyi də daşa çevriləcəkdi. Bu
kubokda Xristin qanı saxlanırdı, çarmıxda olanda onun
bədənindən tökülən qanı yığmaq üçün istifadə edilmişdi.
Müqəddəs Qraalın sirri heç də qan xətti kimi təmsil olunmurdu,
yəqin ki, reinkarnasiya ezoterik təliminə qarşı idi.
Dostları ilə paylaş: |