www.kitabxana.net
– Milli Virtual Kitabxana
30
yürütdüyünü gördü. Qadın yatanda o, sevimli cütlüyün üstünə
hücum çəkdi. Osirisi on dörd yerə parçaladı və onları yerin
müxtəlif guşələrində gizlətdi. Osirisin sevdiyi qadın-Setin arvadı
Neptis Osirisin bədənini qazıb çıxardaraq, bir yerə yığdı və arvadı
İsida isə ondan Kainatın ağası olan Horu doğdu. Hor böyüdü,
atasının qətlinə görə əmisi Setdən qisas alıb, onu öldürdü. Osiris
bu vaxt Dünyanın altında Ölülərin sahibi kimi yaşayırdı. Hor isə
Seti taxtdan düşürüb, onun yerini tutdu.
Digər səviyyədə güman ki, bu həm də mövsümlərin erkən dövr
etməsi barədə məhsuldarlıq mifidir. Sirius ulduzunun göydə
görünməsi, bir neçə aydan sonra isə gizlənməsi qədim misirlilər
üçün belə əlamət idi ki, Osiris qısa müddətdə yenidən qalxacaq
və bu hadisəyə Nilin daşması da borcludur. Ona görə də Misirdə
Osirisə taxıl və yay məhsuldarlığı allahı kimi sitayiş edilir.
İsidanın da çox arzulanan görünməsi də bizə Sirius kimi tanışdır.
Sirius göylərdəki ən parlaq ulduzdur, bitkiləri, eynilə həmçinin
heyvan və insan dünyasını dirildən Nilin daşmasının simvoludur,
deməli tam mənasında həyat və ölüm məsələsidir. Piramida
mətnlərində Osiris deyirdi ki, mən həyatın ağacıyam.
Həmin vaxt inkişaf etmiş fiziki gözlərə dünya çox müxtəlif
qaydada görünürdü.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
31
Ovidinin öz “Metamorfozalar”ında yazdığı kimi, bu vaxt
insanların və heyvanların analitik forması bizim gördüyümüz
kimi deyildi, nəhənglərin, hibridlərin və monstrların dünyası
mövcud idi.
Tədricən cisim möhkəmlənməyə başladı. Kəllənin sümük damı
möhkəmləndi, Osiris fənərini örtdü, beləliklə, yuxarıdakı böyük
kosmik zəkanı süzgəcdən keçirdi. İnsanlar bu vaxt özləri üçün elə
bir məkana malik oldular ki, onun içərisində düşünməyi
bacardılar.
İnsan şəraitinin bu modelinin arxitipini Platonun “Mağara
Alleqoriyası”nda tapmaq mümkündür. Dustaqlar mağarada
zəncirlənmişdi, onların üzü divara baxırdı, ətrafı görə bilmirdilər.
Hadisələr kənarda baş verdi, mağaranın ağzından divara kölgələr
düşdü, bu dustaqların reallığı anlamasına səbəb oldu. Fiziki
obyektlər, digər tərəfdən sadəcə kölgələr və ya yüksək reallığın
əksləri idi.
İdealizmə inanan adam idealistik qaydada təcrübə aparır və
həmçinin tarixi prosesləri anlaşılan idealizm kimi başa düşür.
Platonun Alleqoriyasında mağara kəllənin sümük daşıdır. Kəllə
qaranlıqdır, sümük otaq ətlə örtülmüşdür. Gizli doktrinaya
müvafiq olaraq kosmos insan beynini elə qaydada yaratmışdır ki,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
32
o özü barədə düşünməyə qadir olsun. İdealist olanlar inanırlar ki,
kainat Zəka tərəfindən zəkalar üçün yaradılmışdır.
Dünyanın yaranmasının idealist tarixi minilliklər dövründəki
proseslərin və böyük hadisələrin salnaməsidir, burada Günəş, Ay,
planetlər və ulduzlar öz yerinə qoyulmuşdur. Bizim şüurumuz
indi elə quruluşa malikdir ki, bu da həmçinin göy cisimlərinin
bizdən yuxarıda öz qaydasında sıralanması ilə əlaqədardır.
Sehrli keşişlər inanırdılar ki, Osiris Fənəri kəllənin sümüyü
altında geri çəkilməklə, bizə bu gün tanış olan qozşəkilli dəmir
tək öz mövqeyini tutmağa başlamışdı. İnsan sümükləri
bərkləşərək maddiyə çevrildi. İnsan kəlləsi bir qədər yarıyaşayan
və yarıölüyə çevrildi.
Gizli doktrinanın aksiomasında olduğu kimi ölümün başlanması
fikrin doğulması idi. Gizli təlimə müvafiq olaraq, həyatla düşüncə
arasında fundamental əkslik vardır. İnsanda həyat prosesləri
qidanın həzm edilməsi, nəfəs alma və böyümə prosesidir, bu
xeyli dərəcədə şüursuz işdir. Şüur, insanın düşünmək qabiliyyəti
yeganə xüsusiyyətdir ki, bu həyatı prosesləri müəyyən qədər
yatırtmaqla, onları mümkün edir. İnsan orqanizminin “polad”
qüvvələri, hansılar ki, heyvanlarda böyümək və bioloji
strukturlaşdırma üçün istifadə edilir, düşünmək üçün lazım olan
şəraitlərin yaradılmasından ötəri vacib vasitə rolunu oynayır. Belə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
33
deyirlər ki, bu elə səbəblərdən biridir ki, insanlar buna görə
müqayisəli qaydada xəstə heyvanlardır.
Protoinsanlar bitki varlıqları olanda, onlar ölümlə təcrübə
aparmırdılar. Heyvan xüsusiyyətlərinə yiyələnməyə başladıqda
isə ölümün dadını qabaqcadan təcrübədə görməyə başladılar. Bu,
yuxu görməklə dolu olan yatmaq təcrübəsinə bənzəyirdi. Sonra
bir
müddət
onlar
yenidən
maddi
dünya
içərisində
“oyanacaqdılar”. İnsan sümükləri və yerdə yaşayan bədən,
bərkiyən və əyilməyən kimi olanda insanlar az qaydada sərbəst
hərəkət edirdilər və bu həqiqətən də ağrı gətirən bir iş idi. Ölüm
çağırışı o vaxta qədər daha bərkdən səslənirdi, bu, demək olar ki,
qarşısıalınmaz labüdlüyə çevrilirdi. Yuxu ölümə bənzəyənə qədər
dərinləşdi və sonra o ölümə çevrildi.
Bu vaxt insanlar nəticədə həyatın, ölümün və yenidən
doğulmanın qəddar dövrəsinin tələsinə düşdülər, bu sikllərdə
yaşayan varlıqlar ölməli idi, çünki onlar bir yerdə yaşayırdılar.
Orada ataları ölməli idi ki, öz oğlanlarına yol açsınlar, necə ki,
kral ölməli idi ki, cavan, daha güclü varisə yol versin.
İnsan şəraiti çox müxtəlif səviyyələrdə dəyişilmişdi. Üçüncü Göz
hələ də bu gün olduğundan daha fəal idi və heç də rudimentar
(orqanizmin tarixi inkişafı ərzində öz funksiyasını itirən və yox
olmaq yolunda olan inkişaf etməmiş orqanlar belə adlanır) orqan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
34
deyildi. Maddi dünyanın dərk edilməsi ruhi qaydada aydın və
canlı xarakter daşıyırdı.
Qədim keçmişin müdrik adamları ölümün fikrin oyanması üçün
necə vacib olduğunu başa düşürdülər və ona görə də onlar dərk
edirdilər ki, tarixi proseslərdə bu qüvvələr necə də bir yerdə
toxunulmuşlar.
Bu gün biz bilirik ki, uzaqdakı ulduza baxanda, bundan nə
qədərsə əvvəl baş vermiş nəyisə görürük, çünki aradakı vaxt,
ulduzdan çıxan işığın yer üzərinə gəlib çatması üçün lazım idi.
Qədim insanlar digər bir həqiqəti bilirdilər ki, onlar öz iradələrini
seyr edəndə, həmçinin hələ özləri doğulmamışdan xeyli əvvəl
formalaşmış nəyəsə baxırdılar. Onlar bilirdilər ki, məhəbbəti
yaşadıqda həmçinin gələcək minillik üçün kosmosa təsir
göstərəcəklər.
Biz məhəbbəti yaşadıqda böyük kosmik qüvvələrlə qarşılıqlı
fəaliyyətlərdə oluruq. Şair Rilke bu həyati hadisəni təsvir edərkən
yazırdı ki, “iki adam gecə vaxtı bir yerə gələndə gələcəyi
haraylayırlar”.
Xristian mifologiyasında eyni şəxsiyyət, eyni ruhi impuls Mariya
Maqdalinanın obrazında yenidən meydana çıxır. Biz ilkin Günaha
batma tarixinin arxasınca yollanırıq. Görünür ki, Günaha batma
insan ruhunun maddi dünyadan əvvəl mövcudluğa düşməsi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
35
deyildir, Günaha batmaqda insan bədənləri də maddi dünya
bərkidikcə bərkə çevrilir. Biz Günaha batma dünyasında
yaşayırıq. Xristian ənənəsində bəzən “Sofiya” adlanan müdrikliyə
biz, yalnız qaranlıqdan və yerin şeytan zonalarından keçməklə və
həmçinin özümüzə səyahət etdikdə nail oluruq. Qədim dövrlərdə
İsida yunan müdriklik ilahəsi Afina kimi tanınırdı. Afinanın isə
Pallada adlı tutqun dərili ögey bacısı vardı və onu hamıdan artıq
sevirdi. Bir dəfə onlar Anatoliya düzənliklərində oynayanda
Afinanın diqqəti yayındı, bacısından uzaqlaşdıqda çox qorxdu.
Həmin vaxtdan o, özünü Afina- Pallada adlandırdı, bacısının
xatirəsini əbədiləşdirmək üçün qara ağacdan heykəlini yondu. Bu
heykəl Palladium adlanır, Anatoliya xalqı ilahənin öz əli ilə
yonulmuş bu heykəli öz paytaxtlarında saxlayırdı. Troya isə
dünyanın ən böyük şəhəri idi.
Yunanlar troyalıların bildiklərini bilmək istəyirdilər. Onlar
troyalılara qalib gəldikdə, dünya sivilizasiyasında rəhbərlik rolu
onlara keçdi. Sonralar bu, bütün şərəfi ilə Romadan aşağıda dəfn
edildi, o vaxta qədər ki, onda imperator Konstantın paytaxtı
Konstantinopola keçirdi. Bu şəhər dünyanın spiritualizminin
mərkəzinə çevrildi. Böyük qüvvələr, frimasonlar da bu regiona
nəzarət imkanını axtardılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
36
İnsanların digər varlıqlarla tam ölçüdə müharibəsi gedirdi. Bu
varlıqlar əvvəlki epoxlardan olan mübarizlər idi. Neolit
dövründəki çaxmaq daşı oğurlayanlar tayfası olan lapiflər və
kentavrlar (qədim yunan mifologiyasında yarı adam-yarı at)
arasındakı müharibə Parfeonun frizlərində təsvir olunmuşdur.
Kentavrlar lapiflərin başçısının toyuna dəvət edilmişdi, lakin
burada lapif qadınların ağ, tüksüz bədənini görəndə cuşa gəlməyə
başladılar. Onlar gəlini yerlə sürüyüb, özünü, həmçinin
rəfiqələrini və paj oğlan uşaqlarını zorladılar. Bunun arxasınca
gedən döyüşdə Lapif çarı öldürüldü və bundan nəsillər boy
davam edən düşmənçilik başlandı.
Sümüklər yoğunlaşdıqca, heyvan dünyası öz çəkisini hiss etməyə
başladı. Heyvanlar yaşamaq üçün mübarizə aparmalı idilər.
Bəşəriyyət tənəzzülə uğramaqda davam edirdi, bunu da təbiət
edirdi. Heyvanların dişləri və caynaqları qırmızı rəng alırdı. Şirlər
və canavarlar insanlara hücum edirdilər. Bitkilər tikan
böyüdürdülər ki, adamların bədənlərini cızsın, ona görə də meyvə
yığmaq çətinləşirdi və zəhərli bitkilər çoxalırdı.
Tarix göstərir ki, insanlar digər şüur formalarına malik olan
adamları xoşlamırdılar, buna görə də onlar tolerantlığa çətinliklə
öyrəşirdilər. Biz bunu müqayisə etdikdə, yalnız avropalıların
attseklərə münasibəti, Avstraliyadakı aborigenlərin az qala
www.kitabxana.net
– Milli Virtual Kitabxana
37
genosidə məruz qalması və ya naytsistlərin qaraçıları yer üzündən
bütünlüklə silmək cəhdi barədə düşünməyə ehtiyac duyuruq.
Yəhudilərin hələ Moisey zamanından çox hallarda şüurun yeni
formaya salınması ilə üz-üzə dayandığını görə bilərik.
İnsanlar bu vaxt səhv etməkdən, nəyisə seçməkdən və onunla
əylənməkdən xali deyildilər. Bu artıq belə bir hadisə deyildi ki,
insanlar öz bütün ruhi qidalanmasını Ana Yerin südlü, şirə ilə
dolu olan döşlərindən alsın. Təbii hüquq və əxlaqi hüquq artıq
heç də eyni şey deyildi. Adamlar yaşamaq üçün mübarizə
aparırdılar və özlərini çox vaxt dözümlüyünün hədlərində uzanan
kimi görürdülər. Onlar kəşf etdilər ki, irəli aparan yol daim ölüm
təhlükəsi törədə bilərdi, lakin əgər bu yolu tutmasalar da,
istənilən halda onlar öləcəkdilər. Bu vaxtdan onlar riskə getməli
oldular. Bu risk nəyisə qiymətləndirməkdən ibarət idi. Uzaqda
müəyyən nöqtə var idi, heç bir geri dönmə imkanı yox idi. Onlar
kəşf etdilər ki, bu nöqtəyə çatmalıdırlar. Dünya qaranlığa
büründü, paradoks məkanına çevrildi, burada əksliklər görüşürdü
və bu insan üçün ağrılı idi, dünya isə qəhrəmanlığa çağırırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
38
Qədim yunan mifologiyasında əjdahanı öldürən qəhrəman Kadm
öz bacısı Yevropanı axtarırdı. Yevropanı isə, özünü ağ öküz
maskası altında gizlədən Zevs aparmışdı. Qəhrəman Kadm tütəyi
götürüb çoban kimi maskalandı və yaralı Tifon üçün tütək
çalmağa yollandı. Bundan əvvəl heç vaxt musiqi eşitməmiş Tifon
yeni qəribə səsi eşitdikdə, trans vəziyyətinə düşdü. Kadma isə
lirasının sınmış simi üçün vətər lazım idi. Tufan Zevsin vətərini
ona verdi, axı o, ağzından od tüpürə bilirdi, Zevs onu ildırımla
vurmaq istəsə də, buna nail ola bilməmişdi. Kadm öz çoban
komasına geri qayıtmaq istədiyini dedi, orada o, öz lirasına sim
çəkməli idi. Beləliklə, Zevs öz vətərlərini geri aldı, monstru
təəccübləndirə və ona qalib gələ bildi. Mühüm cəhət orasındadır
ki, Zevs yalnız qəhrəmanın köməyi ilə xilas oldu. Allahlar artıq
insanlara möhtac idi.
Bu gün əgər biz gözəl qadına vurulmuşuqsa, gözəlliyi, böyük ruhi
müdrikliyin əlaməti kimi yaxşı görə bilərik. Biz gözəl gözlərə
baxanda, yəqin ki, ümid edə bilərik ki, burada həyatın özünün ən
vacib sirrini tapacağıq. Herkulesin Deyaniraya, Ariadnanın
Teseyə ya Yasonun Medeyaya məhəbbət əhvalatları göstərir ki,
adamlar arasında ruhi əlavə artıq dumana bürünmüşə
çevrilmişdir. Bu vaxt gözəlliyin gözlərinə baxmaq və orada
gördüyümüzdən aldanmaq imkanı mövcud oldu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
39
Qədim insanlara görə, yer üzərində baş verən hər bir sadə şey
ulduzların və planetlərin hərəkətləri ilə idarə olunur. Daha çox
sayda hekayətlər bu “poetik” nümunələri, həqiqi və daha realistik
mətnləri əmələ gətirdi. Bu qəhrəmanlar isə sadəcə metaforalar idi.
Onlar monstrlarla və demonlarla vuruşanda, əks qüvvələr öz şəxsi
varlıqlarını, pozulmuş insan canını, bəşər beyninin qaranlıq
labirintini sirayətləndirirdilər. Lakin onlar həm də canı və qanı
olan real monstrlarla vuruşurdular.
“Köhnə Vəsiyyət”də İöv yaxşı adam kimi xarakterizə olunur, o,
bütün pullarını itirmişdi. Onun oğlanları və qızları öldü, o,
tamamilə tənha qalmışdı. Bədəni taun çibanları ilə örtülmüşdü.
Bu qaydada zərərli olanlar artırdı.
O, ilk bəşər varlığı idi ki, hətta ən vacib və həqiqi dərin fikir
barədə düşünürdü. “Həyat ədalətsizdir” deyə düşünərək, İov
itaətsizliklə, göylərə haray çəkirdi.
Dil bizi dünyanı dolaşmağa sövq etməyə qadir idi. Dil bizə fiziki
mövcudluq adlandırandan geri çəkilməyə kömək etdi. Dil bizi
üstünlüklərə apardıqca, dünyanı daha soyuq, daha qaranlıq və
daha hiylə yeri etdi. O, həmçinin bizi qeyri-sağlam, az gümrah
etdi. Beləliklə, dil özü ilə yeni növ şüur gətirdi. Bu vaxt dil İovu
geri addım atmağa qadir etdi,o, şüurlu olmayanları nəzərə almağa
başladı. Həyat ədalətsiz idi. Lakin Allah İovu belə az başa
www.kitabxana.net
– Milli Virtual Kitabxana
40
düşməyinə görə məzəmmət etdi: “Mən Yerin əsasını qoyanda sən
haradaydın? Bəs dan ulduzları birlikdə şərqi deyəndə və bütün
mələklər sevincdən qışqıranda? Dənizin mənşələrinə sən
girmisənmi, yaxud dərinliyin dərinliklərində gəzmisənmi? Sənə
ölümün qapıları açılmışdımı? Günəşin harada yaşadığını və
qaranlığın haradan gəldiyini bilirsənmi?” İovu, biz gözəl yuxudan
ayılmaq vaxtı malik olduğumuz hiss xilas etdi.
Bu gün “apokrif” sözü alçaldıcı bir assosiasiya daşıyır, əslində,
isə gizlədilən – və ya ezoterik mənasını verir. (Apokrif Bibliya
süjetli əsər olub, məzmunu heç də bütünlüklə rəsmi din təlimi ilə
üst-üstə düşmür, ona görə də kimsə tərəfindən “müqəddəs” hesab
edilmir və qadağan edilmişdir). Apokrif İov Vəsiyyətində o, nəyi
bilməməsi şüuruna görə, itirdikləri barədəki şüuruna görə
mükafatlanmışdı. İovun oğlanları və qızları ona qaytarıldı, qızları
qızıl kəmər taxırdılar. Bir kəmər İova mələklərin dilini, ikincisi,
dünyanın yaranmasının sirrini və üçüncüsü, Xeruvimin dilini başa
düşmək qabiliyyətini verdi.
Musiqi, matematika və dil qəhrəmanlar arasında icad edildi,
astronomiya da bu qəbildən idi. İlk daş dövrələr ulduzların və
planetlərin mövqelərini nişan verirdi. Beləliklə, gizli tarixdə ilk
dəfə böyük hadisələrin tarixlərinin qeyd olunmasına başlanması
mümkün oldu. Gizadakı Şərq tərəfə baxan Sfinkin şir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
41
pəncələrinin arasındakı iri bir daşın üzərində belə yazı vardır: “Bu
İlk Zamanın Gözəl Yeridir”. Bu sehrli kəlməni misirlilər zamanın
başlanğıcına işarə kimi istifadə edirlər. Sfinks metamorfozalar
erasının sonunu, bu gün bizim bildiyimiz bioloji formaların təbiət
qanunları kimi qeyd olunmasını nişan verir. Misirlilər Sfinski
“Hu” adlandırırlar, bu, “”himayə edən” mənasını verir. Bununla
onlar demək istəyirlər ki, yaratmanın, törətmənin geri, köhnə
yoluna hansısa sürüşməsinə qarşı mühafizəni həyata keçirirlər.
Gizli cəmiyyətlərin təlimində biz ideyaların və təxəyyülün geniş
okeanındakı materiyanın kiçik adasında yaşayırıq.
Platonun yazdığına görə Afinanın böyük dövlət xadimi və
hüquqşünası Solona Misir keşişləri, böyük Atlantida adası
haqqında danışmışdılar. Bu ada doqquz min əvvəl – b.e.ə.9600-cü
ilə yaxın dağılmışdı. Atlantida həyat ümumən idilliya xarakteri
daşıyırdı. Fakt orasında idi ki, həyat o qədər yaxşı idi ki, əhali
uzun müddət ərzində buna dözə bilmədi və səbirsiz oldu,
tənəzzülə uğradı və pozuldu, yenilik və qüvvə axtarmağa başladı.
Beləliklə, Zevs onları cəzalandırmağı qərarı aldı. Adalar daşqına
məruz qaldı, o vaxta qədər ki, yalnız kiçik adalar salamat qaldı,
onlar da dənizə ilişib qalmış skeletə bənzəyirdi. Sonra nəticədə
böyük zəlzələ bütün adaları bir gün və bir gecə ərzində uddu.
Aristotel demişdi ki, “Platon təkbaşına Atlantidanı dənizdən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
42
yuxarı qaldırdı və sonra onu yenidən suya qərq etdi”. Atlantida
bir neçə fəlakətli daşqınlarda əzab çəkdi, bir müddət sonra isə
suda batdı. Nuh da altı gün davam edən daşqından xilas olmaq
üçün gəmisində üzməyə məcbur olmuşdu.
Hindistan indiyədək spiritual biliyin, xüsusən də okkult
psixologiyasına görə dünyanın ən böyük anbarı olaraq qalır. Bu
gün də Hindistana səfər edən adamlar havanın indiyədək
astrallıqdan (ulduz təsirindən) necə xışıldadığını hiss edəcəklər.
Hətta nüfuzlu Sufi ənənəsi də çakraları öyrənməkdə hinduizm
müdrikliyinə tərəf əyilir. Ramanın tacdan imtina etməsindən
sonra, bu dövrdə heç bir böyük şəxsiyyətin ağalığı mövcud
olmadı. Əgər Rama fəaliyyətdə olan qəhrəman idisə, o,
monstrlarla vuruşmuşdu, uzun, təhlükəli macəralara yollanmış,
şəhərlər salmışdı, onun varisləri isə bəzi hallarda Yeddi Müdrik
adam və ya Rişilər adlanır. Onlar heç bir daş bina tikməmişdilər,
palçıqdan olan binalarda yaşayırdılar. Rişiləri öz bildiklərindən
başqa heç nə şirnikləndirmirdi.
Belə bir Kabalistik deyim vardır: “Sənin gördüyün hər bir şey,
hər bir çiçək, hər bir quş, hər bir qaya öləcək və toza
çevriləcəkdir, lakin sənin onları görməyin ölməyəcəkdir”.
Bükülmüş ayaqlar üstündə oturan Rişilərin yalnız ayaqları yuxarı
baxırdı, onlar heç bir cazibəni, maddi dünyanın, kiçildilərək geri
www.kitabxana.net
– Milli Virtual Kitabxana
43
atılması şərti ilə hiss etməyi arzu etmirdilər. Onlar bunun əvəzinə
ruh dünyalarına istiqamətlənirdilər. Onlar yer üzərindəki işdə ruhi
varlıqları görmək qabiliyyətinə malik idilər.
Onlar yazda toxumların rüşeym verməsinə, cücərməsinə, yayda
güllərin çiçəklənməsinə, payızda ağacların meyvə gətirməsinə
necə kömək etmələrini – toxumların qış vaxtı eyni ruhi varlıqlar
vasitəsilə özlərinin necə saxlanmasını görə bilmirdilər. Rişilər
nəhəng meh kimi ruhi təsirin qabarma və çəkilməsini təcrübədən
keçirirdilər. Qədim hind sivilizasiyası aşağı Göy səltənətinə
bənzəyirdi.
İndi İran adlanan ərazidə vaxtilə yeni böyük liderin anadan
olacağı barədə söhbət gedirdi. Onun anası kiçik kənd təsərrüfatı
icmasında yaşayırdı. Qış vaxtı görünməmiş taun xəstəliyi
yayılmağa başladı. Bəziləri gənc qadını cadugərlikdə ittiham
edirdi. Tufanların, taunun onun işi olduğunu iddia edirdilər.
Hamiləliyinin beşinci ayında o, dəhşətli yuxu gördü. Gördü ki,
əjdahalar, canavarlar və ilanlar nəhəng buluddan çıxıb, onun
bətnindəki uşağı parçalamağa cəhd edirlər. Lakin monstrlar gəlib
çıxanda, uşaq ana bətnində danışmağa başladı, anasını
sakitləşdirdi. Sonra səs yoxa çıxdı və o, göydən enən işıq
piramidasını gördü. Piramidanın aşağısında sağ əlində bükülü
www.kitabxana.net
– Milli Virtual Kitabxana
44
kağız tutan uşaq gəlirdi. Onun gözləri daxili alovla işıq saçırdı.
Onun adı Zaratustra (Zərdüşt) idi.
Zaratustra. Krişna. Misir və Şumer sivilizasiyaları
Zaratustranın dövrü barədə müxtəlif fikir məktəbləri vardır. Bəzi
qədim dünya yazıçıları onu təqribən b.e.ə. 5000-ci ilə aid edirlər.
Bu vaxtı Plutarx kimilər isə b.e.ə. 6000-ci il tək göstərirlər. Bu
yenə də bir neçə Zaratustranın olması faktı ilə əlaqədardır.
Zoroastrizm ənənəsinə görə İblis Əhrimən kimi şər qüvvələrə
başçılıq edirdi. Kosmosa demonların orduları hücum çəkmişdi,
ona görə də göy qaranlıqlaşmışdı. Demonlar özlərini insanların
arasına və ruhi iyerarxiyanın yüksək eşelonlarına da soxmuşdular.
Biz yuxuya girəndə heyvan şüurunu itiririk. Gizli cəmiyyətlərin
təlimində heyvan şüuru – və ya ruh-yatandan sonra bədəndən
çıxan kimi təsvir edilir. Bu iki başlıca nəticəyə malikdir.
Birincisi, heyvan elementi olmasa bizim bədənimiz bitki
vəziyyətinə qayıdardı. Biz möhkəmlənmiş kimi oyanırıq. İkincisi,
Dostları ilə paylaş: |