yaşamağa başladı. Axırıncı isə fərdi qaydada Şekspirlə yaxından
eyniləşdirilmişdi. Bekon böyük elmi inqilabı ilhamlandırmışdı.
Şekspir dünyası bəşər dəyərlərinin dünyası idi. Burada nə baş
versə, bu, insan xoşbəxtliyi və karta qoyulan insan həyatlarının
ölçüsü idi. Bekon dünyası elə idi ki, insan dəyərləri soyulub
çıxarılmışdı.
İnsan təcrübəsi hiylə xüsusiyyətli, paradkosal, sirli və bütövlükdə
əvvəlcədən bilinən şey idi, bunları isə Şekspir dramatikləşdirirdi.
Bekon bəşəriyyətə öyrədirdi ki, fiziki obyektlərə baxsın, onlar
təcrübə ilə qənaətlənmişdir, tabe olduqları və qabaqcadan məlum
olan qanunları nəzərə alır. Ona görə də, elmi fəlsəfə tarixində o,
İnduksiyanın Atası kimi məşhurdur. Qısaca, Bekon belə qərara
gəldi ki, əgər obyektiv qaydada mümkün olan obyektləri
müşahidə etməyi bacarırsansa, müxtəlif nümunələr onun
quruluşunun subyektiv təcrübəsini verir. Bu planetin sifətinin
dəyişilməsinin reallaşması idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
119
1517-ci ildə Papa Romada yeni müqəddəs Pyotr bazilikasının
inşaasına çəkilən xərci ödəmək üçün bağışlanmanı –
indulgensiyanı satmağı yenidən işə saldı. Bu, dünyada ən
füsunkar, həm də bədxərcliklə tikilən bina olmalı idi.
Vittenberqdəki müəllim Martin Lüter indulgensiya satılmasına
qarşı olan öz arqumentlərini yazıb, bu kağızı yerli kilsənin
qapısına vurdu. Həmin vərəqə icma üçün nəzərə çarpan mövqeyə
çevrildi. Lüterin kilsədən kənarlaşdırılması barədə Papa bullu
çıxdından sonra o, bu sənədi ona valeh olan kütlə qarşısında
yandırdı. O, elan etdi: “Mən burda dayanmışam”. Saatın
qəhrəmanı olan Lüter yeni hökmdarın himayəsi nəticəsində
tonqalda yandırılmaqdan qaça bildi və Papalığın bədxərcliyinə
qarşı olan etirazlara başçılıq etdi. Protestanizm dünyaya gəldi.
Lüter mistik təlimdə sərt qaydada dəyişdi. Onun yaxın dostu və
ədəbi silahdaşı okkultist Filipp Malanxton idi. Axırıncı
astrologiyanı müdafiə edirdi və Faustun tərcümeyi-halını
yazmışdı. Lüterin özü də müəyyən şərtlərdə ruh dünyası ilə
əlaqədə idi, ona bələdçilik edən səsləri dinləyirdi. O, əlkimyaya
rəğbətlə yanaşırdı, onu “allerqoriyasına və gizli mənasına” görə
tərifləyirdi, etiraf edirdi ki, bəşəriyyətin dirilməsində müəyyən rol
oynamışdır. Lüter qızıl gülü öz simvolu kimi qəbul etmişdi. Buna
www.kitabxana.net
– Milli Virtual Kitabxana
120
baxmayaraq, Lüterin beş ləçəkli ağ qızıl gülü özündə kiçik
çarmıxı daşımaqla, heç də mistik qızıl gül deyildi.
Xristofor Kolumbun izi ilə az sayda idealist adamlar addımladı.
1519-cu ildə Ernando Kortes Yukatan körfəzi sahilinə üzdü,
orada o, Verakruz adlanan baza yaratdı. O, və onun ispan
ardıcılları attseklərin ağlasığmaz sərvəti barədə söhbətlər
eşitmişdilər,
onların
hökmdarı
Moktesumanın
səfirinin
hədiyyələrlə bazaya gəldiyini gördükdə, məəttəl qaldılar.
Hədiyyələrə araba təkəri boyda Günəşin obrazı, həmçinin Ayı
təmsil edən gümüş obraz daxil idi. Burada həmçinin qızıl dənələri
ilə dolu dəbilqə və “kettsal” quşunun lələklərindən düzəldilmiş
baş bəzəyi var idi. Attsek səfiri izah etdi ki, bu onun ağası
Moktesumanın hədiyyələridir, Kettsal Koutl böyük allahı
tərəfindən verilmişdir. Səfir izah etdi ki, bu allah çoxdan Yer
üzünü tərk etmiş və Ayı öz vətəni etmişdir. Attsek astroloqları
peyğəmbərlik edirdilər ki, bu allah geri dönəcəkdir.
Kortesin ardıcılları attseklərin paytaxtı Tenoçtitlana (indiki
Mexiko şəhəri) gəlib çıxanda öyrəndilər ki, bu şəhər gölün
ortasındakı adada salınmışdır, yalnız əllə tikilmiş dar körpü
hesabına asanlıqla müdafiə olunur.
Moktesuma onları qarşılamağa gəldi, Allah kimi baxdığı Kortesin
qarşısında əyildi və onları içəri keçməyə dəvət etdi. Kortesin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
121
planı Moktesumanı oğurlamaq idi ki, onu girova çevirsin. Lakin
adamları saraydakı bütün qızılları görəndə, onlar ləngimədən çarı
öldürdülər. Bu səfehlikləri üzündən onlar yalnız uzun müddətli
döyüşdən sonra qaçıb aradan çıxa bildilər. Bu tarixdəki qanlı
epizodlardan birinin başlanğıcı idi.
Konkistadorlar (ispan işğalçıları) bütün qızılların gizli mənbəyi
və qızılla örtülmüş çar, El Dorado barədəki şayiələri eşitmişdilər.
Çar hər səhər maye qızılda çimirmiş. Bu əfsanəvi çar şəhərinə
qonaq kimi gələn ingilis səyyahı Uolter Reli də yazırdı:
“İmperiya şəhərinin damları qızıldandır”.
Kortesin rəqibi Fransisko Pisarro üzüb Peruya gəlmişdi, on min
adamı himayə etməklə, bütöv ölkəni talamaq niyyətində idi. Bunu
o, yalnız iki min nəfərdən ibarət tərkibi olan ordunun köməyi ilə
edəcəkdi.
Kortes kimi o, silahsız görüşmək təklifindən sonra çarı oğurladı.
Girovun haqqı kimi o, otağın tavanına qədər qızıl verilməsini
tələb etdi. Bir neçə həftə ərzində yerlilər dəstəsi qızıl lövhələri,
şamdanları və digər gözəl əl sənəti işləri olan şeyləri gətirirdilər.
Lakin otaq hələ də dolmamışdı. İspanlar tələb etdilər ki,
sövdələşmə yalnız otağın qızıl külçələrlə dolması ilə yerinə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
122
yetiriləcəkdir. Onlar bütün sənət əsərlərini əritdilər ki, otağı
doldurmaq üçün daha çox yer qalsın.
Kortesin etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da
səbirsizlik göstərib, Peru çarını öldürdülər. Açıq düşmənçilik
başlandı. Pisarronun kiçik ordusu paytaxta hücum edəndə qızıl
divarları olan sarayları, qızıl mətbəx avadanlıqlarını, qızıldan olan
heykəlləri, heyvanları və qızıl silahları gördülər.
Burada hətta ağacları, gülləri və heyvanları qızıldan düzəldilmiş
süni bağ var idi. Üç yüz fut uzunluğu və altı yüz fut eni olan
sahədə qarğıdalının hər birinin gövdəsi gümüşdən, qıçaları isə
qızıldan düzəldilmişdi.
Yüz min attsekin Tenoçtitlan uğrunda döyüşdə öldürüldüyü
güman edilir, bunun müqabilində bir ovuc konkistador həyatını
itirmişdi. Belə hesab edilir ki, işğal dövründə iki milyona qədər
yerli adam öldürülmüşdü. Yerlilər asan qaydada ət yeyə
bilmirdilər. Avropalıların mentallığı ilə vuruşanda yerlilər onların
xəyanətkarlığını öyrənib, buna uyğunlaşdılar. Ona görə də
konkistadorlar da ağır itkilər verməyə başladılar.
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə
zənginlikdə olan hansısa bir qızıl mənbəyi mədənini tapmadılar,
Cənubi Amerikadakı qızıl ancaq Kontrreformasiyanı (XVI-XVII
əsrlərdə Qərbi Avropada papalığın başçılıq etdiyi və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
123
Reformasiyaya – katolik dininin eybəcərliklərinə qarşı mübarizə
hərəkatına qarşı olan dini-siyasi hərəkatı) maliyyələşdirmək üçün
kifayət idi. Bu İspan inkvizisiyasına böyük ölçüdə kömək
göstərirdi.
Frensis Bekon yazırdı Ki, “Təbiət sənin tələsik hərəkət etdiyin
labirintdir, o səni öz yolunu itirməyə sövq edəcəkdir. Bekon,
təbiətlə şahmat oynayan alim kimi yazırdı. Cavab vermək üçün o,
ilk dəfə təbiəti yaşamaq yolunu tuturdu. Əgər təbiət öz sirlərini
kənara bölüşməyə, hiyləgərlik etməyə möhtacdırsa, ona görə də
təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə.
Bekon deyirdi ki, “Biliyin bu bənzər səltənətində, göylərin Allah
səltənətinə nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç
kəs ona “ilk dəfə kiçik uşağa çevrilmək istisna olmaqla” daxil ola
bilməyəcəkdir”. Bu o demək idi ki, ağılın müxtəlif və
uşağabənzər vəziyyəti birincisinə çatmağa möhtacdır, bu qaydada
məhz yüksək biliyə çatılmalıdır.
Frimasonluq daim dünyanın düzgün sifətini təmsil etmişdir.
Anqlo-sakson lojaları öz ezoterik mənşələri barədə utancaq idilər.
Frimasonluğun məqsədi həm də həsr olunmağa hazır olduqda
adamı öz inkişafı səhnəsinə gətirmək üçün olan sosial şəraitlərin
sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf
www.kitabxana.net
– Milli Virtual Kitabxana
124
etdirilən adam iç kosmosu və fərqli zahiri kosmosu görməyə
başladı.
Corc Vaşinqton 1752-ci ildə frimasonluğa həsr olundu. 1774-cü
ildə Bencamin Franklin Tomas Peynlə Londonda Lojada
(Frimasonluq təşkilatının şöbəsi, masonların toplaşma yeri)
görüşdü və onu Amerikaya mühacirət etməyə inandırdı. Peyn
inqilabın böyük peyğəmbərinə çevrildi, ştatların federasiyasını
təklif edərək ilk dəfə “Amerika Birləşmiş Ştatları” terminini
dilinə gətirmişdi. O, quldarlığın ləğv edilməsini və yoxsulların
təhsili üçün dövlət fondu yaradılmasını təkid edirdi. Kolumbiya
mahalındakı Vaşinqtonda tikilən Kapitolinin künc daşını Corc
Vaşinqton 1793-cü ildə qoyarkən, icra edilən mason mərasimi bu
binanın qapısında təsvir edilmişdir. Vaşinqton xristian
dindarlığının modeli kimi astroloq idi. Frimasonların
astrologiyaya marağı Royal cəmiyyətinin bünövrəsində
köklərində çox güclü idi. Kristofer Ren və Corc Vaşinqton kimi
ezoteriklərin künc daşı qoyulanda astroloji proporsiyalara
müraciət etməsi, göy cisimləri iyerarxiyasını həmin mərasimdə
iştiraka dəvət etmək mənasını verirdi. Bu da xüsusi əhəmiyyət
kəsb edirdi ki, Corc Vaşinqton Kapitoli binasının bünövrə daşını
qoyanda Yupiter Şərqdə yüksəlmişdi. Prezident Franklin Delano
Ruzvelt 33-cü dərəcəli frimason idi, ona öz vitse-prezidenti Henri
www.kitabxana.net
– Milli Virtual Kitabxana
125
Uolles tərəfindən okkult simvolizmi barədə məsləhət verilirdi,
axırıncı isə frimason və teosofizm ardıcılı olmaqla yanaşı, rəssam
Nikolay Rerixin şagirdi idi.
XVIII əsr tərəqqi etdikcə Fransada “naməlum filosof” Müqəddəs
Martin öyrədirdi ki, “hər adam kraldır”. Şevalye (cəngavər)
Ramsey 1730-cu ildə Parisdəki Böyük Lojanın əsasını qoyan
şotland mülkədarı idi. O, Parisdə yeddi il sonra yeni həsr
olunmalar vaxtı nitq söyləmişdi: “Bütün dünya böyük respublika
olmaqdan başqa bir şey deyildir. Biz işıqlanmış zəkası olan bütün
adamları yenidən birləşdirmək uğrunda mübarizə aparırıq... özü
də təkcə gözəl incəsənətə məhəbbətə görə deyil, həm də hətta
daha çox ləyaqətin, elmin və dinin inkişaf edən prinsiplərindən
keçməklə, haradakı qardaşlıq maraqları və bəşəriyyətin bütöv
ailəsi biri digəri ilə birləşə bilər... Və bundan irəli gələrək bütün
səltənətlərin təbəələri biri digərini sevməyi öyrənə bilər”.
Frimasonluq bütün dünyaya yayıldı, çox tezliklə öz sıralarına
minlərlə, daha sonra isə yüz minlərlə adamı cəlb etdi.
Frimasonlar müəyyən sosial və iqtisadi azadlıq dərəcəsində
tolerant çiçəklənən cəmiyyəti yaratmaq üzərində işləyirlər.
Şotlandiyada, Londonda və Parisdə ona lojalar qurulduqdan
sonra, XVIII əsrdə, 1760-cı illərdə frimasonlar üçün böyük hadisə
baş verdi. Bu Portuqaliya maqı Martines de Paskuallinin yaratdığı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
126
“Elus Koenlər” (və ya “Seçilmiş keşişlər”) ordeni idi. Müqəddəs
Martin isə onun şagirdi və varisi idi. Martinist fəlsəfəsi bu günə
qədər fransız frimasonluğunda yüksək dərəcədə nüfuzlu bir təlim
olaraq qalır. Terror dövründə (1793-94-cü illər) Parisdə yaşayan
Müqəddəs Martin adamlara öz mənzilinə gəlməyə icazə verirdi,
onları öz əlləri üzərində mistik qaydada uzandırmaqla həsr
olunmaya cəlb edirdi. Bu vaxt onlar təhlükəyə məruz qalırdılar,
maska geyinirdilər ki, görüş vaxtı kim olduqlarını digərlərindən
gizlətsinlər.
Romantizm.
“İşıqlananların” terroru
Kabalada isə bütün Romantizm ezoterik ənənələrdə olan kimi
dünyanın yaranması kosmik zəkadan çıxan müxtəlif mənşələr
seriyasının şəraitlərində baş verən kimi qəbul edilirdi. Kabalada
yunan və Roma miflərində olan kimi, mənşələr kişi və qadın kimi
düşünülürdü.
Avropa imperatorlarının şərqə doğru genişlənməsi, digər
istiqamətlərdə keçmişi qazıb üzə çıxarmaq, Tankrit yoqa
praktikaları barədə şayiələrin yayılmasına səbəb oldu.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
127
Romantizmdə isə fərdi daxili həyat nəticədə genişlənərək
nəhayətsiz variantlarda geniş kosmosa çevrildi. Məhəbbət bir
kosmosun digərinə olan məhəbbəti idi. Dərinin dərinliyə
çağırırdı. Romantizmlə məhəbbət yeni dəbə keçdi və simfonik
olana çevrildi. Əgər adam sevirsə, beləliklə işıqlanana çevrilir,
dünya isə kölgələrin dünyasına çevriləcəkdir. Onlar yenidən
ayrıldıqda, məna, mahiyyət dünyada şeh kimi məskunlaşacaqdır.
Bethoven öz sənətini yeni musiqinin dilini eşitməklə tapdı, hiss
edilən və ifadə edilən şeylər heç vaxt belə şəkildə hiss və ifadə
olunmamışdı. Böyük Aleksandr ilahi qüvvə maniyası ilə idarə
olunanda, onun dühasının dayanmaq bilməyən mənbəyi Misir və
Hind ezoterik mətnlərinin təkrar-təkrar oxumaq idi. Bethovenin
isə “de Minor Sonata”sı və “Apposionata”sı Şekspirin “Tufanı”na
bərabər bir sənət nümunələri idi. Şekspirin pyesində isə okkult
ideyaların ən dəqiq ifadəsi nəzərə çarpır.
Siyasət məsələlərinə gələndə, şevealye Ramsey 1730-cu ildə
əsasını qoyduğu lojalarda siyasətin müzakirəsini qadağan etmişdi,
lakin frimasonlar Avropada siyasi liderliyi əldə saxlamışdılar.
Kim ki, siyasi təsir göstərmək istəyir, bu yolunu azma şəkilində
olmalıdır.
1789-cu ildə Fransada üç yüz loja var idi, onlardan altmış beşi
Parisdə idi. Bu günkü fransız frimasonlarının bəzilərinin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
128
qiymətinə görə Fransada o vaxtlar yetmiş mindən çox frimason
var imiş. Danton, Demulen, Mirabo, Marat, Robespyer, Gilyoten
və digər liderlər “işıqlanmışdılar”.
Terror vaxtı edam olunanların sayı barədə müxtəlif məlumatlar
vardır. Sərt təbiətli və pozulmamış hüquqşünas olan Maksimilian
Robespyer İctimai Təhlükəsizlik Komitəsinə başçılıq edəndə, o,
həm də polis departamenti səlahiyyətini daşıyırdı, gündə yüzlərlə
adamı gilyotinaya göndərirdi, cəmi 2750 adam edam olunmuşdu.
Onlardan yalnız 650-si kübar idi, qalanları isə adi zəhmətkeş
adamlar idi. Rebespyer hətta silahdaşı Dantonu da edam
etdirmişdi.
Saturn öz uşaqlarını yeyirdi.
Necə olurdu ki, ən maariflənmiş və ağıllı adamlar, bu qan
tökülməsinə razılıq verirlər? İdealistik fəlsəfəyə görə sonluqlar
heç də mahiyyətə haqq qazandırmırdı. Motivlər nəticəni nə qədər
gizlətsə də, ona təsir göstərməmiş qalmırdı, Robesniyer guya
vətəndaşların haqlarını və onların əmlakını mühafizə etmək
naminə öz mənfur vəzifəsini həyata keçirmək üçün qan tökürdü.
Mehrab qarşısında dayanan Robspyer 8 iyul 1794-cü ildəki
çıxışında dedi: “Bütöv universitet bura toplaşmışdır... Sabah biz
işə qayıdacağıq, biz yenidən şərə və tiranlara qarşı vuruşacağıq”
www.kitabxana.net
– Milli Virtual Kitabxana
129
Robespyer özünü allah elan etməyə cəhd etdiyinə görə ittiham
olunmuşdu. O, axırıncı küncə sıxılan idi, özünü güllə atəşi ilə
öldürmək istəmişdi, ancaq zərbə çənəsinin yarısını dağıtmışdı. O,
gilyotina olunmağa yollananda çalışdı ki, çox sayda toplaşanlara
bəlağətli şəkildə müraciət etsin, lakin yalnız boğula-boğula
qışqıra bildi.
Napoleon yaxşı qaydada öz ulduzunun arxasınca gedirdi. Höte
onun haqqında demişdi: “Demon hər gün bizə bələdçilik etməyə
borclu idi və hər bir hadisə baş verəndə bizə nəyi etməyə borclu
olduğumuzu deyirdi. Lakin yaxşı ruh bizi dönməyə məcbur etdi
və biz qaranlıqda əlimizlə yoxlaya-yoxlaya gedirik. Napoleon
insan idi. Demək olar ki, işıqlanmışdı, demək olar ki, təmiz və
hər bir saatda qərar verən və dözən idi, lazım bildiyi istənilən şeyi
kifayət olan enerji ilə yerinə yetirirdi. Onun həyatı döyüşdən
döyüşə, qələbədən qələbəyə yarımallaha məxsus olan geniş
addımlar idi. Belə deyilməlidir ki, o, davam edən işıqlanma
vəziyyətində idi... Sonrakı illərdə bu işıqlanma onun taleyi və
yaxşı ulduzu kimi onu tərk etmək üçün meydana çıxdı”.
Fransız qoşunları Misirə girdi, bu Napoleonun nöqteyi-nəzərinə
görə vacib bir iş idi. Fransız gizli polisinin başçısı Fuşeyə görə
Napoleon Böyük Piramidanın içərisində müqəddəs Jermen olmaq
www.kitabxana.net
– Milli Virtual Kitabxana
130
üçün bir adamla görüşməli idi. Bu hadisə dəqiq şəkildə göstərir
ki, Napoleon ezoterist və astroloq olan Fabre de Olivyeni öz
məsləhətçilərindən biri kimi seçmişdi və həmçinin işi elə
qurmuşdu ki, Böyük Piramidada bir gecə tək qalsın. Napoleon
müqəddəs Jermeni bədəndə və ya ruh şəklində gördümü?
Napoleon göstəriş verdi ki, Misir antik əşyalarının “Description
de l` Egypt” adlanan kataloqunu tutsunlar. Bu “Napaleon le
Grand”a – “Böyük Napaleona” həsr ediləcəkdi, onun Böyük
Aleksandrla müqayisəsi üçün edilirdi. Günəş allah kimi, kataloqu
qarşısında onun portreti çəkildi.
Onun imperiyası genişlənərək təkcə İtaliya və Misiri deyil,
Almaniyanı, Avstriyanı və İspaniyanı əhatə etdi. Şarlemandan
başqa heç bir imperator Papa tərəfindən taclanmamışdı, ancaq
1804-cü ildə Napoleon Şarlemanın tacını və skipetrini ondan aldı.
Papa Piyi parisə gəlməyə məcbur edərək, Napoleon simvolik
qaydada tacı onun əlindən tutub aldı və özünü imperator kimi
taclandırdı.
Napoleon alimlər komandasını işlədirdi ki, onlar belə bir nəticəyə
gəlsinlər ki, İsida Parisin qədim ilahəsi olmuşdur və sonra belə
dekret verdi ki, ilahə və onun ulduzu, ordunun Paris pencəyinə
nişan kimi daxil ediləcəkdir. Zəfər Tağının üzərində Jozefina,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
131
İsidanın dəfnə çələngi ilə onun ayaqları qarşısında diz çökmüş
şəkildə təsvir edilmişdi.
Biz belə bir rəyə gələ bilmərik ki, Napoleon özünü Siriusla
eyniləşdirmirdi, özünü Orion göydə Siriusun arxasınca düşən
kimi aparırdı. Müəyyən frimason həsr etmə mərasimlərində
namizədlər Osiris kimi yenidən doğulurlar, İsidanı təmsil edən
beşgünəşli ulduza baxırlar. Ovçu Osiris / Orion hakimiyyətə
doğru kişi impulsudur. İsidanı izləməklə məşğuldur, həyat
sirrinin qapıçısıdır.
Bu, Napoleonun ezoterik frimasonluğa dərindən nüfuz etmiş
ailədə doğulan və onunla görüşdükdə artıq frimason olan Jozefina
haqqında nə düşündüyünü göstərir. Napoleon materik Avropasını
fəth edə bilərdi, lakin heç vaxt yüksək dərəcədə gözəl olan
Jozefinanı fəth edə bilmədi. Dante Beatriçanı sevən kimi o, bu
qadına ürəkdən vurulmuşdu və bu məhəbbət onu yüksək dərəcədə
coşdururdu.
Ezoterik təlimlə mürəkkəb bağlılıq Jozefinaya məhəbbətlə
birlikdə tale barədə Napoleon düşüncəsindən xəbər verir. Lakin
1813-cü ildə Napoleonu idarə edən və ona səlahiyyət verən
qüvvələr onu tərk etdi, necə ki, onlar daim istənilən adamı tam
qəflətən tərk edir və Hötenin yazdığı kimi, qitənin irtica qüvvələri
onu məhv etmək üçün hər tərəfdən hücum etməyə başladılar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
132
Erkən romantizm öz iradəsindən təbiət dünyasında diri olduğuna
görə təşvişə yol açan heyvan şənliyindən həzz alırdı. Hegel tarix
qüvvəsini belə izah edirdi: “Ruh bizi aldadır, ruh fitnə törədir, ruh
yalan deyir, ruh zəfər çalır”.
Höte Svedenborqun “Göy və Cəhənnəm” əsərini oxuyanda
özünün şərə nüfuz etmə düşüncəsini üzə çıxarmışdı, məhz
fövqəltəbii qüvvələr Fausta əzab vermişdi.
Svedenborq Dostoyevskiyə də çox güclü və uzağa gedən təsir
göstərmişdi, bu təsir bütöv eranın əhval-ruhiyyəsini qəmgin
etmişdi.
Dostoyevski ruhi təcrübənin çıxış hədlərindən istifadə etməkdə
sərbəst olduğunu hiss edib, qaranlıq və işıq qüvvələri arasında
çox adamın şüur səltənətində olan döyüşləri təsvir edir.
F.M.Dostoyevskinin Cəhənnəmə səyahəti Danteninkinə bənzəyir,
bu müəyyən dərəcədə ruhi səyahətdir, ancaq həm də bəşəriyyətin
yaratdığı Yerə cəhənnəmdən keçməklə olan səyahətdir.
Cəhənnəm ilk dəfə içərisində yaşadığımız dünyada heç bir fərq
olmadan meydana çıxa bilər, lakin sonra tədricən anomaliyalar
özünü göstərir. “Cinayət və cəza” romanında Dostoyevski yazır:
“Mən gələcək həyata inanmıram”.
Dostoyevskinin əsərlərində tarixin Rusiya düşüncəsi öz əksini
tapırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
133
İspaniya güman ki, Avropada elə bir ölkədir ki, burada
fövqəltəbii hər günün səthinə daha yaxın yerləşir. Modernizmin
böyük maq-rəssamı Pablo Pikasso daim ruh dünyalarına
müdaxilə etmək barədə güclü hisslərə malik idi. O, uşaq olarkən
dostları onu fövqəltəbii qabiliyyətlərə yiyələnməli olacağına
inandırmışdılar, bura düşüncəni oxumaq və peyğəmbərlik etmək
də daxil idi. O, Fransaya səfər edərkən Apolliner, Jan Kokto və
digərləri onu sofistik okkult ənənəsinə həsr etmişdilər. Pikasso
Dostları ilə paylaş: |