Telman Orucov “Dünyanın gizli tarixinin



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix12.02.2017
ölçüsü0,91 Mb.
#8341
1   2   3   4   5   6   7   8   9   10
bəzən öz əsərində ezoterik mövzulardan istifadə edirdi. 
O,  bəstəkar  Riçard  Vaqnerin  mistik  cəhətlərini  öyrənmək  üçün 
yaradılmış  “Valqalla”  adlanan  qrupun  bani-üzvü  idi.  Həsr 
olunmuş  rəssam  olan  Pikasso  dünyanı  yenidən  düzəldə  bilərdi, 
allah da yeni doğulmanı məhsuldar edə bilərdi.  
Lakin  bunları,  gözəlliyin  şərti  qanunları  şəraitində  edə  bilməzdi. 
O,  kənara  atılmışdı,  səpələnmişləri,  eybəcərlikləri  yeni  gözəl 
qaydada yenidən birləşdirəcəkdi. 
1906-cı ildə Mahatma Qandı otuz altı yaşında öz arvadı ilə intim 
yaxınlıqdan  imtina  etdi.  Onun  ruhi  intizamına  hər  gün  əl 
cəhrəsində  parça  toxumaq  işi  də  daxil  idi.  Əgər  o,  müxtəlif 
ölçülərdə  öz  bədəninə  ağalıq  edə  bildirdisə,  özünün  ruh  gücü 
adlandırdığına  yüksələ  bilirdi.  O,  inanırdı  ki,  kosmos  həqiqət 
tərəfindən,  həqiqət  qanunları  tərəfindən  ifadə  olunur  və  bu 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 134 
 
qanunlara  müvafiq  olaraq  hərəkət  etdikdə  fərdi  olan 
Satyaqrahanı,  həqiqət  və  məhəbbət  gücünü  qəbul  edəcəkdir. 
Sənin əleyhdarın hücum etdikdə, hirs və sənə həmlə edənə nifrət 
barədə  bütün  fikirlərdən  azad  olmağa  çalışmalısan.  Qandi 
düşünürdü ki, bu fəlsəfəyə boyun əysən “sən krallardan, xalqdan, 
ulduzlardan,  pələnglərdən,  hətta  ölümdən  qorxmaqdan  azad 
olacaqsan”. 
Hindistan pambığı Britaniyaya ixrac edilirdi ki, oradakı Lankaşir 
toxuculuq  fabriklərində  emal  edilsin,  sonradan  həmin  parça 
satılmaq  üçün  geri  Hindistana  qaytarılsın  ki,  bundan  Britaniya 
fayda  götürsün,  Hindistan  isə  ziyan  çəksin.  Cəhrənin  arxasında 
oturan  Qandi  deyirdi:  “Bu  mənim  müəyyən  inamımdır  ki, 
çəkdiyim  hər  bir  sapla  mən  Hindistanın  taleyini  toxuyuram”. 
Gizli  cəmiyyətlərə  xas  olan  tipik  başayaq  düşüncəsində  Qandi 
Hindistanı  işğal  etdiyinə  görə,  britaniyalıları  deyil,  hindliləri 
məzəmmət  edirdi.  Bu  nöqteyi  –nəzərdən  ki,  üç  yüz  milyon 
hindistanlı buna dözməsə, 100 min britaniyalı Hindistana nəzarət 
edə bilməzdi.  
Qandinin ruh gücü elə idi ki, o, silahlı əsgərlərlə görüşəndə, onlar 
öz silahlarından da aşağı görünürdülər. Hindlilər və müsəlmanlar 
onun  yanında  bir-birlərini  bağışlayırdılar.  Qandinin  dustaq 
edilməsi  və  aclıq  keçirməsi  Britaniya  hökumətinin  əxlaqi 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 135 
 
iradəsinə  güclü  zərbə  vurdu  və  1947-ci  ildə  Hindistanın 
müstəqilliyinə  aparıb  çıxardı.  Dünyanın  heç  vaxt  görmədiyi  ən 
böyük imperiya dağıldı.  
Bu  tarixdə  Böyük  Aleksandr  və  Napoleon  kimi  liderlərin  həyatı 
ilə  müqayisədə,  Qandi  öz  hissəsində  onların  hər  birindən 
böyükdür.  O,  inanırdı  ki,  ruh  gücü  ən  böyük  hərbi  qüvvədən  də 
imtina  edə  bilir,  çünki  hərəkətin  arxasındakı  niyyət  hərəkətin 
özünə daha böyük və daha geniş yayılan effektlər göstərə bilər.  
Müqəddəs Fransisk kimi Qandi də bütün dünyanı sevirdi. 
Günəş allah göstəriş verirdi ki, özünü tanı. Ezoterik fəlsəfə bizim 
ürəyimizdə  sıralanan  ruhi  iyerarxiyaları  yenidən  kəşf  etməyə 
çağırırdı və bizim içərimizdə sıralanan ilahi qabiliyyətlərin kəşfi 
ilə yaxından əlaqədə idi. Bu Platon, Müqəddəs Pavel, Leonardo, 
Şekspir  və  Nyuton  kimi  fərqli  dahilərin  qoruyub  saxladığı  və 
qidalandırdığı  sirr  deyil.  Platon  deyirdi  ki,  bütün  fəlsəfə 
maraqdan  başlayır.  Belə  bir  qədim  ənənə  vardır  ki,  iki  min  il 
bundan  əvvəl  Xrist  inkarnasiya  etmişdi,  beləliklə  bizim 
dövrümüzdə də İblis inkarnasiya edəcəkdir. 
Konkistadorların  yerli  dini  məhv  etmək  cəhdlərindən  salamat 
qalan  az  sayda  Mayya  mətnləri  indiki  dövrümüzün,  uzun  tarixi 
siklin sonu kimi nişanələndiyini qeyd edir. Mayyaların 21 dekabr 
2012-ci  ildə  sonun  baş  verəcəyi  barədə  əvvəlcədən  verdikləri 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 136 
 
xəbər geniş qəbul olunmuşdur. Yüksək dərəcədə intriqa xarakterli 
olan  bu  Mayya  peyğəmbərliyi  İudaizm-Xristian  peyğəmbərliyi 
ənənəsi  ilə  və  son  vaxtlarda  bəzi  çox  nüfuzlu  xristian 
mistiklərinin  öncə  görməsi  ilə  üst-üstə  düşür.  Bu  mistiklərin 
proqnozları  belə  bir  köməklik  göstərdi  ki,  1980-cı  ildən  2016-cı 
ilə qədər olan aşağıdakı dar pəncərədən indi ətrafa baxıla bilsin. 
Onlar  həmçinin  mayyaların  nəyi  qabaqcadan  görməyə  cəhd 
etdiklərini daha aydın seçməkdə bizə kömək edə bilər.  
Dünyanın sonu, “apokalipsis” barədə öncədən xəbər vermələr az 
deyildir. Hətta  Birləşmiş Ştatların  bəzi  alimləri və elmi  idarələri 
də  belə  qorxulu  proqnozlarla  çıxış  edirlər.  Qədim  mayyaların 
gələcəyi xəbər verməsinə gəldikdə, onlara görə 21 dekabr 2012-ci 
ildə  bizim  sivilizasiyanın  sonu  baş  verəcəkdir.  Qədim  traktata 
uyğun  olaraq  həmin  gün  bizim  Günəş  sistemimizdə  nəsə  qeyri-
adi bir hadisə – “planetlərin paradı” baş verəcəkdir. Yer, Yupiter, 
Mars  və  Saturn  bir  xəttə  düzüləcəkdir,  Günəş  isə  mərkəzdə 
olacaqdır.  Yerin  Günəşə  qeyri-adi  yaxınlığından  zəncirvari 
reaksiya baş verəcəkdir: atmosferə  gur enerji axınları gələcəkdir 
ki, bunlara yerin səthi dözə bilməyəcəkdir. Qədim şumerlər də 21 
dekabr 2012-ci ildə dünyanın sonunun baş verəcəyini bildiriblər. 
Onların  mülahizəsinə  görə  Yerin  yanından  keçən  Nibiru  planeti 
maqnit qütblərinin dəyişilməsinə səbəb olacaq və bizim planetin 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 137 
 
orbitini tam dəyişəcəkdir. Planetin cazibə qüvvəsi Yerdən nəhəng 
su kütləsini qaldıracaq və endirəcəkdir. Bu bütün canlıları məhv 
edəcəkdir.  Maraqlı  cəhət  orasındadır  ki,  NASA  (ABŞ-ın 
Aeronavtika və kosmosun təriqəti üzrə Milli idarəsi) 1982-ci ildə 
Nibiru planetinin mövcudluğunun mümkünlüyünü etiraf etmişdi.  
Müxtəlif mədəniyyətlərin ümumi həqiqi ezoterik ənənəsi belə bir 
inam  irəli  sürür  ki,  biz  heç  də  dünyanın  sonunun  hansısa  bir 
yaxınlığında  yaşamırıq.  Ezoterik  ənənələrin  bəzilərinin  inamı 
belədir ki, dünya tarixi bizim yerdən gördüyümüz kimi ulduzların 
və planetlərin dövrə vurmasının təsirinə məruz qalır. Mayyaların 
öncə görməsi daha çox ona bənzəyir ki, ulduzların və planetlərin 
bir  sikldə  tədricən  formalaşması  başa  çatacaq,  digəri 
başlanacaqdır.  Bu  eranın  sonu  radikal  dəyişikliklərlə  və  böyük 
tərpətmələrlə  əlamətlənəcəkdir.  Sonra  isə  ulduzlar  və  planetlər 
arxadan  gələn  dünya  tarixində  yeni  nümunələr  və  yeni  eralar 
əmələ gətirəcəkdir. 
 
Kitabın yaratdığı təəssüratın epiloqu 
 
Conatan  Blekin  kitabını  oxuyub  qurtardıqdan  və  səthi  də  olsa 
təhlilə məruz qoyduqdan sonra dünyanın sirli cəhətləri barədə çox 
qarışıq,  mürəkkəb  fikirlər  meydana  gəlir.  Axı  gizli  cəmiyyətlər 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 138 
 
barədə  biz  onlara  tənqidi  cəhətdən  həsr  olunmuş,  az  qala  ifşa 
xarakteri  daşıyan  əsərlərdən  müəyyən  məlumatlar  almışdıq. 
Müəllifin  iyirmi  illik  zəhmətinin  bəhrəsi  olan  “Dünyanın  gizli 
tarixi”  kitabında  isə  Kainatın  yaranmasının  yeni  versiyasını, 
Kabala,  frimasonlar,  astrologiya,  əlkimyaçılar  barədə  tam  başqa 
ideyaları  əhatə  edən  düşüncələrlə  tanış  oluruq.  Yaxşı  cəhət 
orasındadır  ki,  müəllif  heç  də  bu  cərəyanlara  xüsusi  məhəbbət 
hiss  etdiyini  göstərmir,  ona  görə  də  əsərdə  şit  tərif  və  sitayiş 
münasibətindən yaranan mədh nişanələrinə də rast gəlinmir. 
Materialist  fəlsəfə,  onun  barışmaz  kahinləri  daim  materiyanın 
birinciliyi  barədə  kristallaşdırdıqları  fikri  əsaslandırmaq  üçün 
şüur,  ideyalar  dünyasının  hər  cür  təzahürlərinə  qarşı  aqressiv 
mübarizəni  nümayiş  etdirirlər.  Şüurun,  ideyaların  hakim 
kəsildiyi,  aparıcılıq  etdiyi  aləm  onlara  görə  maddi  dünyanın 
kölgəsində  qaldığından,  buna  elə  bir  əhəmiyyət  də  vermirlər, 
kiçik xatırlanma cəhdinə qarşı isə az qala səlib yürüşü elan edilir. 
İdeyanın  boynunu  vurmaq  mümkün  olmadığından,  ona  qarşı 
çıxanlar  öz  cəbbəxanalarında  olan  maddi  vasitələrdən  istifadə 
etmək  imkanından  məhrum  olurlar,  ona  görə  də  əks  cəbhəni 
anafemaya  məhkum  etmək  yolunu  tuturlar.  Çox  hallarda  elmi 
kəşflər də şüurun mühüm rolunun inkar edilməsinə xidmətə cəlb 
edilir. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 139 
 
Qədim  insanlardan  bizə  ötürülən  ağıllı  məsləhətlər  belə 
unutqanlıq  tiraniyasına  tabe  edilərək,  həyatın  izah  və  tətbiq 
edilməsi  dövrəsindən  uzaqlaşdırılır.  Axı  qədim  müdriklər  öz 
müşahidələri  və  düşüncələri  ilə  müxtəlif  elmlərin  təşəkkül 
tapmasına əvəzsiz köməklik göstərmişdilər. Onlar hansısa hakim 
ideyanın  əsarətində  olmadıqlarından,  təbiəti,  göy  cisimlərini, 
həyatda  baş  verən  qəribə  hadisələri  seyr  etməklə,  müəyyən 
nəticələrə  gələrək,  onları  sistemləşdirməyi  bacarmışdılar.  Qədim 
şumerlərin  bəşəriyyət  üçün  böyük  ixtiralarından  biri  Səma  Ayı 
təqvimi  idi,  onlar  əkinçilik  üçün  lazım  olan  vaxtın  düzgün 
müəyyən  olunmasında  Ayın  dövr  etməsindən  istifadə  edirdilər. 
Ay  on  iki  dəfə  bu  dövrəni  başa  vurub  keçdikdə  il  qurtarırdı. 
Beləliklə  şumerlərin  təqvimi  Göy  cisimlərinin  hərəkətini  böyük 
dəqiqliklə  müşahidə  etmək  hesabına  meydana  gəldi,  sonralar  bu 
kəşf nəinki öz qiymətini itirmədi, əksinə müasir yəhudi və islam 
təqvimlərində  də  istifadə  edilməsini  davam  etdirir.  İl  12  aya 
bölündüyü kimi, şumerlərdə gün də hər biri 12 saatdan ibarət olan 
iki hissəyə bölünürdü. 
Köhnə Babilistanda da riyaziyyat Şumer bünövrəsinə əsaslanırdı. 
Onlar  öz  arifmetikalarını  12-yə  vurmaq  əsasında  qururdular,  o 
vaxtlar hələ “sıfır” ədədi icad edilməmişdi. Sonralar ingilislər pul 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 140 
 
vahidlərində  12  rəqəmindən  istifadə  etmişdilər.  12  penni  bir 
şillinqə bərabər idi. 
Qədim  misirlilər  də  həyat  və  fəaliyyətlərinin  Göy  cisimlərinin 
hərəkətindən və mövqeyindən asılı olduğu qənaətinə gəlmişdilər. 
Sirius  ulduzu  Nilin  daşacağından  xəbər  verirdi.  Bu  isə  çay 
ətrafındakı  vadilərə,  torpaqlara  əslində  həyat  bəxş  edirdi.  Əhali 
hər il bu qaydada münbitliyi artmış torpaqdan bol taxıl məhsulu 
götürürdü. Ona görə də Yuli Sezar vaxtında da Misir Roma üçün 
taxıl anbarı hesab olunurdu. Nil, təkcə torpağa bərəkət gətirmirdi, 
əhalini bol qida ilə, ərzaqla təmin edirdi. Ona görə də tarixin atası 
Herodot Misiri “Nilin hədiyyəsi” adlandırmışdı. 
Bürclərin  insanların  taleyində,  xarakterində  oynadığı  rolu  qədim 
çinlilərdən,  yaponlardan  əxz  edilmiş  biliklərə  yiyələndikdən 
sonra,  onların  necə  böyük  əhəmiyyətə  malik  olduğu  qənaətinə 
gəldik.  On  iki  bürc  altında  doğulan  uşaqların  müxtəlif  talelərə 
qismət olması, elə bil ki, ulduz topasının müəyyən etdiyi kodlarda 
əvvəlcədən  nişanələnmişdir  və  heç  bir  şey  onu  əsaslı  qaydada 
dəyişdirə  bilmir.  Yaponlar  hər  60  ildən  bir  təkrar  olunan  “Odlu 
at”  ilində  doğulan  uşaqlarının  gələcəkdə  bədbəxt  olmamaları 
üçün  hətta  onların  anadan  olma  illərini  dəyişdirməklə,  bu  taleyi 
azacıq  da  olsa  korrektə  etməyə  cəhd  göstərirlər.  Onlar  bürcün 
insan həyatı üçün belə sərt hakimiyyətinə az qala itaət qaydasında 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 141 
 
yanaşırlar. Əgər ulduzlar, planetlər insan həyatına belə müdaxilə 
etmək qabiliyyətinə malikdirlərsə, onda görən astrologiyaya niyə 
belə mənfi münasibət qalmaqda davam edir.  
Məgər  XXl  əsrdə  də  Yer  həyatı  hadisələrini  göy  cisimlərinin 
tutduğu mövqeyə görə qabaqcadan xəbər verilməsi qaydası tətbiq 
edilmirmi? 
Əgər astrologiya qədim Xaldeyada yaranmışdısa və orta əsrlərdə 
geniş yayılmışdısa, hökmən o təkzib edilməlidirmi? Axı elmlərin 
çoxunun vətəni qədim Şərq ölkələri olmuşdur və bu bilik xəzinəsi 
indi də öz dəyərini itirməməlidir. 
Kitabdan  görünür  ki,  dahi  şəxsiyyətlərin  əksəriyyəti  bu  və  ya 
digər  dərəcədə  fövqəltəbii  qüvvələrin  təsirinə  məruz  qalmış, 
onların bələdçilikləri ilə tarixi bəzəyən, naxışlandıran hadisələrin 
müəllifləri olmuş, əslində tarixi yaradanlara çevrilmişlər. Onların 
dahiliyi həm də vergi xarakteri daşıyırdı və hələ gənc yaşlarından 
onlarda  olan  fövqəladə  qabiliyyətlər  və  istedad  üzə  çıxmağa 
başlamışdı.  Böyük  Aleksandrın  şücaəti  çox  erkən  özünü  büruzə 
vermişdi. Ram olmayan Butsifalı çapıb qayıdanda, atası ll Filipp 
Aleksandra  demişdi:  “Oğul,  özünə  başqa  çarlıq  axtar, 
Makedoniya  sənin  üçün  çox  kiçikdir”.  Bu  belə  də  oldu, 
Aleksandr  tarixin  ona  qədər  görmədiyi  nəhəng  bir  imperiya 
yaratdı,  ilk  dəfə  Avropa  ilə  Asiyanın  vəhdətini  bərqərar  etməyə 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 142 
 
uğurlu  bir  cəhd  göstərdi.  Bu  o  dövr  üçün  dünya  inqilabına 
bərabər bir hadisə idi.  
Qalliyadan  qayıdan  Yuli  Sezar  b.e.ə.  49-cu  ilin  ilk  günlərində 
Rubikonu  keçməklə  qadağanı  pozaraq  öz  ordusu  ilə  Roma 
ərazisinə daxil olanda, yəqin ki, onu təkcə öz iradəsi və ağılı idarə 
etmirdi.  Bu  hərəkəti  ilə  o,  ölkəsini  vətəndaş  müharibəsinə  cəlb 
etməklə yanaşı, həm də özünün gələcək faciəli qətli üçün bünövrə 
daşını  qoymuş  oldu.  Napoleon  özü  fövqəltəbii  qüvvələrin  təsiri 
altında olduğunu etiraf etmişdi. Corc Vaşinqton əsl frimason kimi 
təkcə  onun  qaydalarına  deyil,  həm  də  göy  cismlərinin  diktəsinə 
boyun əyməkdən qaçmırdı. 
İudaizm  təlimi  olan  Kabala  hər  şeyin  əsasını  rəqəmlərdə  və 
yəhudi  əlifbasının  hərflərində  axtarmağı  təlqin  etməklə,  həm  də 
sehrli  hadisələri  və  ibadətləri  izah  etməyə  qadir  idi.  Kabalanı 
mistisizmlə  əlaqələndirmək,  heç  də  onu  bütünlüklə  inkar  etmək 
dərəcəsinə  çatmamalıdır,  çünki  bu  ona  sidq  ürəklə  inananların 
hisslərinə  toxunmamış  qalmayacaqdır.  Tədqiqatlar  görkəmli 
rəssamların  əsərlərində  təsvir  olunanların  kodlaşdırılmış  mesaj 
olmasını göstərir. Xristian kilsəsində həyəcanla qarşılanan yazıçı 
Den Braunun “Da Vinçi kodu” adlı əsəri məşhur intibah rəssamı 
Leonarda  Da  Vinçinin  Milan  monastrında  çəkdiyi  “Son  şam 
yeməyi” freskasında İisus Xristi əhatə edən apostollardan birinin 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 143 
 
Mariya  Maqdalina  olduğunu  israr  edir  və  uzağa  gedərək  bildirir 
ki, Mariya İisusun arvadı olmuşdu. Den Branunun bu əsəri üçün 
axırıncı simvolun mənbəyi rolunu çox güman ki, Conatan Blekin 
haqqında danışdığımız kitabı oynamışdır.  
Digər  rəssamlar  da  öz  əsərlərində  simvollardan,  kodlardan 
istifadə  etmişdilər.  Vinsent  van  Qoqun  məşhur  “Günəbaxanlar” 
seriyasına daxil olan tablolarda rəssam günəşin enerjisinin təsirini 
bütünlüklə sarı, çəhrayı rənglərdə əks etdirən və az qala alovlanıb 
yanan  bu  çiçəklərdə  öz  sakit  olmayan  ruhunu  ifadə  etməklə, 
özünün 
kodlaşdırmış 
portretini 
yaratmışdır. 
Yaxud, 
impressionizmin  görkəmli  nümayəndəsi  Eduard  Manenin 
“İmperator  Maksimilianın  güllələnməsi”  əsərində  Meksika 
imperatoru  edam  edildikdə,  onun  güllələyən  yerli  əsgərlər 
arasında  rəssam  Maksimilianı  bu  bəlaya  düçar  etmiş  Fransa 
imperatoru lll Napoleonun da şərti obrazını yaratmışdır.  
Mistik vəhylərdən tutmuş ezoterik kodlara qədər olanların hamısı 
bütövlükdə  gizli  cəmiyyətlərə  inanc  üzərində  qurulan  dünyanın 
tarixi  olmaqla,  əslində  bəşər  mövcudluğunun  radikal  şəkildə 
yenidən  izah  olunmasıdır  və  dünyaya  əvvəllər  bizdən  gizlədilən 
baxışdır.  Blekin  kitabında  ifadə  olunanlar  dünyanın  qəribə  və 
sirrli olduğunu  göstərir  və həm  də bildirir ki,  bəşəriyyət  kosmik 
müəmmanın  ürəyindədir.  Böyük  alimlərin,  nadir  dühaların 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 144 
 
əksəriyyəti məxfiliklərə, sehrli olanlara, kodlara sönməyən maraq 
göstərmiş,  bir  çox  kəşflər  də  belə  maraq  hesabına  mümkün 
olmuşdur. Ancaq sirlərə bələd olanlar heç də daim rəğbət ağuşları 
ilə qarşılanmırdılar, əksinə çox vaxt bünövrəsini dözümsüzlükdən 
götürən  qəddarlıqla  üzləşirdilər.  Konernikin  heliosentrik 
kosmologiyasını  inkişaf  etdirərək  kainatın  nəhayətsiz  və  saysız-
hesabsız  dünyalardan  ibarət  olduğunu  irəli  sürdüyünə  görə 
Cordano  Bruno  inkvizisiya  tərəfindən  1600-cü  ildə  tonqalda 
yandırılmışdı.  Qalileo  Qaliley  isə  dünyanın  geosentrik  sistemi 
(dünyanın  Ptolomey  sistemi)  ideyasının  əleyhinə  çıxaraq, 
dünyanın heliosentrik (Yerin və digər planetlərin Günəş ətrafında 
fırlanması) sistemini müdafiə etdiyinə görə mühakimə edilmişdi. 
İnkvizisiya  o  vaxt  elmi  kəşflərə  görə  alimləri  təqib  edirdi,  indi 
onu  fərqli  baxışları  nümayiş  etdirənlərə  qarşı,  başqa  ad  altında 
yaşadığımız  dövrün  səhnəsinə  gətirmək  heç  də  böyük  ağıldan 
xəbər vermir. 
Blekin  kitabı  bir  daha  xatırladır  ki,  idrak  məsələsində  nəyəsə 
inhisar  qoymaq,  düşüncəni  tabu  girovuna  çevirmək  əslində 
dünyanın  geniş  surətdə  dərk  edilməsi  imkanlarını  azaldır,  xırda 
prizma tətbiq etməklə, kainatın seyr və dərk etmə üfüqlərini xeyli 
daraltmış olur. 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 145 
 
Tarix  göstərir  ki,  Misir  sivilizasiyasının  iki  min  beş  yüz  yaşı 
olanda  yunanlar  sadəcə  yenicə  öz  sivilizasiyalarını  yaradırdılar. 
Platon  Misir  kahininin  qədim  yunan  yeddi  müdrikindən  biri 
sayılan  Solona  dediyi  sözləri  qələmə  almışdı:  “Siz  yunanlar  nə 
qədim  dünya  barədə  heç  bir  biliyə,  və  nə  də  heç  bir  biliyin 
qədimliyinə  malik  olmadığınıza  görə  həmişə  uşaq  olaraq 
qalacaqsınız”. 
Müasir  insan  da  qədim  dünyanın  biliklərinə  arxa  çevirməklə, 
əslində  misirlilərin  tənqid  etdikləri  qədim  yunanlara  bənzəmiş 
olur.  Axı  vaxtilə  təkzib  olunanların  çoxu  sonradan  öz  təsdiqini 
tapdı. Ona görə də dünyanın gizli cəhətlərinə aid olan biliklərə də 
hörmətlə yanaşmağı bacarmalıyıq. 
Kitabda  xırda  da  olsa  müəyyən  səhvlərə  və  qüsurlara  yol 
verilmişdir.  Həcərin  Misir  faraonunun  qızı  olması  da  Bibliyaya 
uyğun gəlmir, orada onun yalnız misirli qul qız olduğu göstərilir, 
axı faraonun qızını Abrahamın arvadı Sara öz oğlu doğulduqdan 
sonra  onun  oğlu  İsmayellə  birlikdə  qova  bilməzdi.  Məhəmməd 
peyğəmbərin  Misirə  səfər  etdiyi  qeyd  olunur,  bu  isə  tarixi 
həqiqətə  uyğun  gəlmir.  Böyük  Karl  heç  də  Müqəddəs  Roma 
imperiyasının  imperatoru  olmamışdı,  o  Qərbin  imperatoru  idi, 
kitabda adı çəkilən imperiya isə onun ölümündən əsr yarım sonra 
meydana  gəlmişdi.  Qriqori  Rasputinin  1914-cü  ildə  öldürülməsi 

www.kitabxana.net
 – Milli Virtual Kitabxana 
 146 
 
də səhvdir, o, 1916-cı ildə knyaz Feliks Yusupov tərəfindən qətlə 
yetirilmişdir. Müəllif isə tarixi səhv salmaqla, həmçinin Avstriya 
ershersoqu,  imperiya  taxt-tacının  varisi  olan  Frants  Ferdinandın 
Sarayevoda öldürülməsi ilə birlikdə Birinci dünya müharibəsinin 
başlanmasında Rasputinin də qətlinin bəhanə rolu oynaması kimi 
yanlışlığa  yol  verir.  Bütün  bunlar  kitabın  qiymətini  və  ona  olan 
marağın dərəcəsini azaltmaq gücündə deyildir. 
 
Son  
 
 
http://www.525.az/view.php?lang=az&menu=7&id=38065 
 
 
 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin