mətnlərində Veneranın müşahidələri xəbər verilir və bu Bibliya,
həmçinin bizə gəlib çatmış Misir məlumatları ilə üst-üstə düşür.
Moisey b.e.ə. XVl əsrin ortalarındakı Misir hökmdarı l
Neferhotepin hökmranlığı dövrünə düşür.
Misir prinsi kimi Moisey özünü Misir sirrlərinə həsr etmişdi. Bu
“İncil”in “Aktlar” kitabında da (7.22) təsdiq olunur, orada apostol
Stefen deyir ki, “Və Moisey misirlilərin bütün müdrikliyi ilə
təlimatlanmışdı”. Moisey sürgünə, səhraya qaçanda müdrik qoca
müəllimlə görüşdü. O, afrikalı, həbəşistanlı yüksək keşiş Cefro
idi, daş lövhələrdən ibarət kitabxananın mühafizəçisi idi. Moisey
www.kitabxana.net
– Milli Virtual Kitabxana
60
onun qızına evləndikdə, Cefro onu yüksək səviyyədə özünü həsr
edənə çevirdi. Moisey gördü ki, kol yansa da, alov onu məhv
etmir. Bu özünü görmə idi ki, qəbirin başqa tərəfində gözləyən
təmizləyici alov tərəfindən o, məhv olmadı. Moiseyin yanan kolu
görməsindən missiya hissi qalxdı, bu məhz süd və bal axan
xoşbəxt torpağa apardığı üçün, bəşəriyyətin faydası naminə
işləməli olan bir impuls idi.
Lakin Moisey onun qarşısında qoyulmuş tapşırığın böyüklüyü
müqabilində tərəddüd etdikdə, Allah öz qərarını sərtləşdirdi: “Və
sən bu çubuğu əlinə götürməlisən, çünki sən əlamətlər nümayiş
etdirməlisən”. Moisey geri, Misirə qayıdanda qərara aldı ki,
“onun adamlarını azad etməyə” Faraonu (fironu) inandırsın.
Moisey və qardaşı Aaron saray otağında dayanmışdılar. Aaron
qəflətən öz çubuğunu yerə atdı; çubuq dəyişilib, sehrli qaydada
ilana çevrildi. Faraon öz saray sehrbazlarına əmr etdi ki, onunla
fərasətdə yarışsınlar, lakin onlar belə etdikdə, Aaronun ilanı
onlarınkını uddu.
Moiseylə faraon arasında iradə döyüşü böyüyürdü. Moisey öz
çubuğundan hadisələrin gedişi istiqamətində, göydən od ələmək
və dolu yağdırmaq, çəyirtkə azarı gətirmək, Qırmızı dənizi
yarmaq, qayadan güclü su axını gətirməkdən ötəri ona zərbə
vurmaq üçün istifadə etdi. Moisey Faraonu öz adamlarını azad
www.kitabxana.net
– Milli Virtual Kitabxana
61
buraxmağa inandırmağa cəhd etdikdən sonra, onları Sinay
səhrasına apardı və dağdan daş lövhələr gətirdi. Allahın
tapşırığını yerinə yetirmək Moisey üçün Faraonu inandırmaqdan
da çətin idi. Adamlar onun göstərişlərini dəfələrlə yerinə
yetirmirdilər.
Onlar odlu taunla və bürünc ilanla cəzalandırıldı. Moiseyin
misirlilərə zərbə vurmaq və öz xalqını intizama dəvət etmək üçün
istifadə etdiyi çubuq isə heyvani şüurun isə obrazı idi.
On ehkam və “Çıxış”ın digər qanunları və “İkinci qanun” kitabı
Moiseyin ictimai təlimini formalaşdırırdı. Onlar bütün xalq üçün
idi. Ezoterik ənənədə o, həmçinin yetmiş sayda yaşlı adama
Kabalanı, eyni zamanda İudaizmin gizli mistik təlimlərini
öyrətdi. Kabala geniş kilsə kimi, böyük dünya dini kimi idi. Yenə
də bunun köhnə ənənədən, misirlilərin bir sıra mistisizmindən
kənarda böyüməsi düşüncəsi iddiası ilə Moiseyi və ya Kabalanı
heç cür qaralamaq olmaz.
Riyazi hesablamalar da qədim Misirdən gəlmişdi, ancaq yüksək
matematika Misir rəssamlığında qalmışdı. Biz indi görürük ki,
heroqlif ədədlər bölməni təmsil edir, hansılar ki, 64-ün 63-ə
bölünməsinin yekununa əlavə edilir. 64-ün 63-ə bölünməsi
rəqəmi misirlilərin ən böyük sirri, “Pifaqor Vergülü” adlanır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
62
Yüksək mürəkkəb rəqəmlər “Pifaqor Vergülünə” bənzəyirlər,
“Pi” və “Fi” (bu bəzən “Qızıl Mütənasiblik” adlanır) irrasional
rəqəmlər kimi tanınır. Onlar fiziki kainatın quruluşunun
dərinliyindədir və misirlilər onlara dünyanın yaranmasına nəzarət
edən prinsiplər kimi baxılırdı, bu prinsiplərə görə materiya
kosmos zəkasından düşmüşdü.
Misirlilərə görə bu rəqəmlər həmçinin kosmosun gizli
harmoniyası idi və ritmlər və mütənasibliklər kimi onları öz
piramidalarının və məbədlərinin tikintisində istifadə edirdilər. Bu
yolla tikilən ideal olmalı idi. “Qızıl Mütənasibliyin” istifadə
edilməsi ilə tikilən dəhliz, qapı, pəncərə, ifadə olunmayan bir
qaydada insan ruhunu əyləndirməli idi. Misirin böyük məbədləri,
əlbəttə ki, bitki formaları ilə dolu idi. lakin bu, insanın bədən
üzvlərinə mütənasiblik verən bitki həyatı idi. Bitki həyatı
qabırğalara çevrilirdi və onları riyazi formulaya xoş gələn
qaydada əyilən edirdi. Məbəd tikənlər xüsusilə bunu yenidən
yaratmağa həvəs göstərirdilər.
Misir məbədləri bu yolla tikilmişdi, çünki allahlar artıq can
bədənində və qanda məskunlaşmağa qadir deyildilər. Məbəd
ancaq allahın bədəni olmaq üçün tikilmişdi. Allahın ruhu bitkinin
daxilində yaşayırdı və maddi bədənlər olan məbədlər bəşər ruhu
kimi bitkilərin və maddi bədənlərin daxilində yaşayırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
63
Qədim yəhudilər misirlilər kimi zəngin arxitektura irsi qoyub
getməmişdilər. Ədəd mistisizmi isə bizə Moiseyin kitablarının
dilində, kodlaşdırılmış şəkildə gəlib çatmışdır.
Kabalanın böyük kitabı olan “Zohar” “Köhnə Vəsiyyət”in ilk beş
kitabının geniş təfsiri idi, bu kitabların müəllifliyi isə adətən
Moiseyə aid edilir. Kabala (yaxud Kaballa) yəhudi sözü olub,
“ənənə”, “vermə”, “verilmə” deməkdir. XIX əsrin böyük rus
tarixçisi H.T.Qranovski “vermə” mənasını vurğulayır. Həqiqətən
də yəhudilər bu ad altında allahın Adəmə və Abrahama verdiyi
gizli olmayan bir elmi düşünürdülər. İntibah erasının görkəmli
nümayəndələri olan italyan mütəfəkkiri Piko della Mirandola və
alman humanisti İohann Reyxlin isə bütün elmləri özündə
birləşdirən vahid bir elmin yaranmasını arzulayırdılar və bu elmi
Kabalada tapmağı düşünürdülər. Onlar güman edirdilər ki,
Kabalada ümumdünya simvolikasının açarını tapmaq olar. Əgər
dünya maddiləşmiş fikirdirsə, o vaxt Kabalaya müvafiq olaraq,
sözlər və hərflər bu prosesin baş verməsi deməkdir. Allah
dünyanı qədim yəhudi əlifbasının hərflərindən istifadə etməklə və
nümunələrini düzəltməklə yaratmışdır. Qədim yəhudi hərfləri ola
görə də sehrli proporsiyaya malik idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
64
“Çıxış” kitabının 14-cü fəsili üç-19, 20 və 21 saylı bəndlərdən
ibarətdir, onların hər biri 72 hərfdən əmələ gəlib. Əgər bu bəndlər
biri digərinin başına yazılsa, sütunda 72 hərf üzə çıxacaqdır.
Sonra oxunan sütun 72-nin sirrinin Allahın adı olduğu kimi
açılacaqdır.
Hər bir qədim yəhudi həmçinin ədəd idi. Yəhudilərin “A” hərfi
“əlif” – “bir” idi. “Bet” – “iki” demək idi və sonrakılar da bu
qaydada gedirdi. Burada həmçinin mürəkkəb əlaqələr vardır.
Qədim yəhudi sözü “ata” 3-ün ədədi mənasını verirdi, “ana” sözü
“41” mənasında idi. Qədim yəhudilərdə “uşaq” sözü “44 idi, Ata
və Ananın birləşməsi”ndən əmələ gəlirdi.
Yəhudilərin “Ədəm bağı” kəlməsinin ədədi mənası144 idi. Bilik
Ağacının ədədi mənası isə 233 idi. Əgər 233-cü 144-ə bölsək, bu,
“fi” qızıl prororsiyanın qiymətinə yaxın olan rəqəmi ifadə
edəcəkdir.
Ziqmund Freyd Kabala ilə dərindən maraqlanırdı. O, sübut edirdi
ki,
Misir
faraonu
Exnaton
Moisey
monoteizminin
(təkallahlığının) mənbəyi idi.
Biz bilirik ki, Moisey birinci gəlmişidir. Exnatonun monoteizm
ideyaları hiyləgərcəsinə qurulmuşdu, həm də təhlükəli qaydada
fərqli idi. Misir Yeni çarlığının ən yüksək dövründə Exnatonun
atası III Amenhotepin hökmranlığı böyük sülh və çiçəklənmə vəd
www.kitabxana.net
– Milli Virtual Kitabxana
65
edən yeni eranın siqnalı kimi görünürdü. Hətta bu dövr Böyük
Piramidanın unikal nailiyyəti ilə müqayisə olunmasa belə, qədim
dünyanın çox gözəl məbədlərinin tikilməsini görmüşdü.
Exnaton xromosom qüsuru ilə doğulmuşdu, ona görə də qəribə
görünüşə malik idi. Qadın budları kimi iri budları var idi, uzun
üzü onu yerə məxsus olmayana bənzədirdi, hətta ruhi xarakter
daşıyırdı. Bu qüsur həmçinin ruhi tarazsızlıq simptomlarına,
maniyaya, paranoyyaya və ilyuziyaya qapılmağa aparıb çıxarırdı.
Exnaton hökmranlığı Sotik siklinin başlanması ilə bir vaxta
düşdü. Keşişlərin ilahiyyatına görə bu, tarixin gördüyü ən böyük
astronomik sikllərdən biri idi. Misir mifologiyasında bu siklin hər
yeni başlanğıcı Bennu quşunun qayıtmasını görürdü, bu Feniks
yeni eranın başlanmasının və yeni paylanmanın rəmzi idi.
Exnatonun birinci işi günəş dairəsi allahı Atona Məbəd tikmək
idi. Məbəd onun böyük saray həyətinin mərkəzində yerləşmişdi,
obeliskin başındakı daşda əfsanəvi Feniks dirilməli idi. Onun
ikinci addımı yeni böyük paytaxt şəhərini tikmək idi. O, istəyirdi
ki, yeri öz oxu ətrafında fırlatsın. Sonra o, elan etdi ki, bütün
allahlar real olaraq mövcud olmamışlar və Aton bir, həqiqi və
vahid Allahdır. Bu müasir düşüncədəki monoteizmə çox
oxşayırdı. İsidaya, Osirisə və Amon – Raya sitayiş qadağan
www.kitabxana.net
– Milli Virtual Kitabxana
66
edildi, onların məbədləri ləğv edildi və bağlandı, onların populyar
bayramları cəhalət nişanəsi elan edildi.
Bu günkü monoteizmə oxşar şəkildə, Exnatonun monoteizmi də
materialist idi. Çünki monoteizm ruh təcrübələrini inkar etməyə
meyl edir, bu təcrübə isə həqiqətən spiritualizm qaydasında adi,
Atona həsr edilən təriflər gözəl himn şəklində bizə gəlib
çatmışdır və onlar Davidin Zəburlarını qiymətləndirməyə xidmət
edə bilər: “Sən dünyanı öz arzuna uyğun olaraq yaratdın – bütün
adamları, “mal-qaranı” və vəhşi heyvanları” deyə Exnaton
deklamasiya edirdi. David isə oxuyurdu: “Sənin işlərin, necə
saysız-hesabsızdır, sən onların hamısını belə müdrikliklə gördün.
Dünya sənin yaratdıqlarınla doludur”.
Tənəzzül zəruri olaraq içəridən gəldi. Hökmranlığın on beşinci
ilində Atona olan bütün dualara baxmayaraq, onun çox sevdiyi
qızı öldü. Sonra həmişə onu dəstəkləyən anası Tiy öldü. Gözəl
arvadı Nefertiti saray məlumatlarından qeybə çəkildi. İki il sonra
keşişlər Exnatonu öldürdülər və onlar taxt-taca gənc oğlanı
qoydular və o, dünyada Tutanxamon kimi tanındı. Keşişlər vaxt
itirmədən Fivanın bərpasına başladılar. Exnatonun paytaxtı
tezliklə kabus şəhərə çevrildi və ona qoyulmuş abidə, onu təsvir
edən hər bir heykəl, Exnatonun adının hansısa bir qaydada
xatırlanması rəhmsiz şəkildə və ardıcıl olaraq yoxa çıxdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
67
Sauldan sonra hakimiyyətə gələn David-Tadua ilk dəfə olaraq
İsrail tayfalarını bir çarlıqda birləşdirən ilk çar oldu. O, b.e.ə
1004-cü ildə Yerusəlim çarına çevrilmişdi. David bu şəhərdə
məbədin bünövrəsini qoydu, lakin onu tikdirə bilmədən öldü, ona
görə də bu işin başa çatdırılması onun oğlunun üzərinə düşdü.
Oğlu Solomon isə b.e.ə. 971-ci ildə Yerusəlim çarı oldu. Əgər o,
ümumən real tarixi şəxsiyyət idisə, Dəmir erasında yaşamışdı.
Solomon öz sehirli biliyini gizli kitabda bildirir, sonralar bu
Yerusəlimdəki ikinci məbədin bünövrəsinə qoyuldu. Qədim
yəhudi folkorunda da deyilirdi ki, Solomonun hökmranlığı elə
gözəl idi ki, qızıl və gümüş, küçələrdəki daş kimi çox idi. Ona
görə ki, yəhudilər həmin dövrdə məbədlər tikmək ənənəsinə
malik deyildilər. Onlar köçəri xalq idilər.
Solomon məbədin layihəsi üzərində işləmək üçün finiklyalı
Hiram Abiffi seçdi. Məbəd Mouseyin daş lövhələri yerləşdirilən
Müqavilə Səyyar məbədinin saxlandığı yer olmalı idi. Məbədin
künclərində ayı təmsil edən dörd buynuz və yeddi lampalı qızıl
şamdan var idi. Əlbəttə ki, axırıncı günəşin, ayın və beş böyük
planetin təmsilçiləri idi. Cakim və Boaz pillələri kosmosun
pulsunu ölçürdü. Yonulmuş dekorativ narlar Bibliya hesabındakı
müxtəlif faktları yada salırdı. Keşişlərin xalatları günəşi, ayı,
planetləri və bürcləri təmsil edən qiymətli daşlarla bəzədilmişdi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
68
Bu vaxt yeganə adi olan daş zümrüd idi. Məbədlərin qeyri-adi
xüsusiyyəti, əridilmiş sarı mis dənizi və ya Qurana görə fəvvarəsi
idi. Usta inşaatçı Hiram öz layihəsini həyata keçirmək üçün
sənətkarlıq qardaşlığını işlədirdi, onları üç dərəcəyə-şagirdlərə,
şəriklərə və ustalara bölmüşdü. Bu qardaşlıq ideyaları hökmən
dar, ezoterik mühitdən uzağa yayılırdı ki, bütövlükdə cəmiyyətin
təşkil olunmasını dəyişdirsin. Lakin Hiram Abiffin qətli
əhvalatında biz bütün bunların necə əyri yolla getməsinin də
şahidi oluruq.
Solomonla Hiram Abiffin arasındakı örtülü rəqabət müəyyən
gizli ənənələrdə mövcud idi. Şeba çariçası Solomona qonaq gəldi,
lakin bu qadın həm də belə möcüzəli məbədin layihəsini
yaradanla görüşməyə maraq göstərdi. Hiram Abiffona baxanda,
çariça (Quranda o, Bilkis adı altında verilir) hiss etdi ki, onun
sinəsində əriyən metal kimi bir sensasiya qalxır. Qadın Hiramdan
soruşdu ki, göyün gözəlliyini məbədin arxitekturasında yerə
gətirməyi necə bacarmışdır. Memar cavab verdi ki, Tau xaçını
yuxarıda tutmaqla. Bu xaç T hərfi ölçüsündə idi. Qəflətən bütün
fəhlələr məbədə qarışqa kimi axışdılar.
Yenidən həşərat obrazı. Bu ənənələr Talmudda və Quranda var
idi. Beləki məbəd Şamir adlanan və daş yonmağa qadir olan sirrli
həşəratın köməyi ilə tikilmişdi. Burada biz arı pətəyi obrazı kimi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
69
ruhi qüvvələrin obrazına malik oluruq, ona Hiram göstəriş verə
bilirdi. Hiramın fəhlələrindən üçü onun gizli qüvvələrinə
qısqanclıq göstərirdi. Onlar qərara aldılar ki, ərintidən tökülmüş
dənizin sirrlərinə bələd olsunlar. İş gününün axırında onlar
Hirama məbədi tərk edəndə tələ qurdular. O, öz sirrlərini təkrar-
təkrar açmaq istəməyəndə , onlar memarın başına ağır zərbələr
vurmaqla onu öldürdülər. Onunla birlikdə müəyyən sirrlər də
öldü və indiyədək itirilmiş kimi qalmaqda davam edir. Sirrli
məktəblərdə və gizli cəmiyyətlərdə elan olunan sirrlər həmin
vaxtdan etibarən aşağı sirrlər hesab olunur.
İki müstəqil zəkalı Mason tədqaqatçısı- Kristofer Nayt və Robert
Lomas bu istiqamətdə işləmişlər. Onlar Hiramın Finikiyadan
gəlməsinin açarını tapmaq cəhdindən başladılar. Həmin ölkədə
əsas ilahə Astarta və ya Venera idi. Əlbəttə, bu, həmçinin
dekorativ detallarla, artıq xatırlanan narlarla bağlıdır. Bu
Veneranın meyvəsi idi, zümrüdlər isə Veneranın qiymətli daşları
idi.
Beşguşəli ulduz da Veneranın simvolu idi. Çünki həmin
nümunədə hər səkkiz illik sikldə Venera ekliptik ətrafa iz qoyur-
səhər göyündə beş dəfə və hər axşam göyündə beş dəfə beş iti
uclu formalı nümunələrlə çıxır. Bu yeganə planetdir ki, tam
müntəzəm qaydada həmin yolla diaqram çəkir. Bu diaqram bəzən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
70
pentaqram kimi, bəzən beşguşəli ulduz kimi, beş ləçəkli qızılgül
kimi görünür. Veneranın simvolu kimi pentaqram həndəsədə
yüksək əhəmiyyət kəsb edir. Ona görə də Leonardo da Vinçinin
matematika müəllimi Luka Pasioli öz kitabında ilahi
pronporsiyanı açırdı, bu, onun hər bir hissəsində Qızıl
Mütənasibliyi təcəssüm etdirirdi. Bu müqəddəs həndəsə öz
vaxtında məkan kimi fəaliyyət göstərirdi.
584 gündən ibarət olan 5 Venera sikli dəqiq günəş illərində baş
verirdi, bu o demək idi ki, Venera sikli günəş siklini 1,6-na
bərabərdir. Biz əvvəlcə 1,6 rəqəminə rast gəlmişdik, bu Qızıl
Mütənasibliyin başlanğıcında idi, irrasional və sehirli
rəqəmlərdən biri olmaqla, ağlın materiyaya keçməsi kimi təsvir
edilirdi.
Solomondan sonra İsrail çarlığı yenidən parçalanmağa başladı.
Peyqəmbərlər quruluşu deyilən quruluş əmələ gəldi. Onların rolu
camaata məsləhət vermək idi. Onlar heç kəsin eşitmək
istəmədiklərini, xoşa gəlməyən və populyar olmayan şeyləri
deyirdilər.
İliya vəhşi, qeyri adi və tənha adam idi, demək olar ki, avaralar
kimi kəmər bağlayırdı və uzun plaşda gəzirdi. Zaratustra kimi o,
odu odla vuruşdururdu. Allah tərəfindən səhrada gizlənməsi
tapşırılan İliya kiçik çaydan su içir, qarğa ovlamaqla qidalanırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
Qarğa göstərir ki, İliya Zaratustranın müdrikliyi kimi, bu yolla
özünü həsr edənə çevirmişdi. “Qarğa” bu sehrliyə həsr olunmağın
bir dərəcəsi idi.
İliya bir peyğəmbər kimi dəlilik həddinə yaxın olan bir
vəziyyətdə yaşayırdı. O, zəhərlənmiş adamları sağalda bilirdi,
cüzam xəstəliyi olanları müalicə edirdi. O, ölmüş uşağın başı
üzərində uzanmaqla ona öz ruhunu vermişdi. O, yenidən səhraya
qaçanda bunu öz həyatı üçün etmişdi- Allaha tərəf qaçmışdı.
Sonra dağ başında dəhşətlər yaşadı, tufana düşdü. Nəhayət o,
taqətdən düşdü, ağacın altında yatanda yuxuda mələyi gördü.
Mələk ona nə etməli olduğunu dedi. Lakin güclü külək gəlib dağı
silkələdi. İliya bilirdi ki, Allah bu küləiyn içərisində deyildir və o,
mağarada təhlükəsiz qalmağı qərara aldı. Qəflətən mağaranın
qarşısında ildırımın işığından yaranan zolaq gördü. O, yenə bildi
ki, Allah bu odun içəriçində deyildir.
Tufan yatdıqdan və od söndükdən sonra səhər açılanda hər şey
sakit idi. Dan ulduzu qalxmışdı, bu vaxt səhərin saf havasında
İliya Allahın hələ də sakit olan səsini eşitdi. Axı Moinsey də
yanan kolda bu səsi eşitmişdi. İliya onun iradəsi ilə necə
öldürməyi və necə yenidən doğulmağı öyrənmişdi. Platon
“Respublika” kitabında yazırdı ki, “Kim ki bu həyatda yaxşılığın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
ideyasını dərk etməyə qadir deyil, o, ölümündən sonra
cəhənnəmə düşəcək və qaranlıq məskəndə yuxuya dalacaqdır”.
Ömrünün sonunda İliya od saçan arabada göylərə qalxdı. Ondan
əvvəl Nuh da belə etmişdi, o da adi qaydada ölməmişdi.
Kabalistik düşüncədə İliyanı göylərə qaldıran araba sehirli
olmağın bir amili idi.
İki yüz il sonra İsayya peyğəmbərin vaxtında kainatı yeni,
transtsedent (təcrübə hədlərindən kənar olan) qaydada anlamaq
işləri inkişaf etdirildi. Bizim eradan əvvəl 550-ci ildə İsayya
bəyan etmişdi: “Qaranlıqda gəzən adam böyük işıq görəcəkdir...
Çünki bu bizə uşaq doğulmasıdır, bizə oğul verilməsidir və
idarəçilik onun çiynində dayanacaqdır və onu adı Gözəl,
Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh hökmdarı olacaqdır”.
Mərhəmət konsepsiyası tarixi peyğəmbər düşüncəsindəki öz
anlayışından böyüməyə başladı. İki çarlığın hökmdarları və
xalqları onlara deyiləni həyata keçirməkdə uğursuzluğa uğradılar.
Onlar pozuldular və torpaq səhraya çevrildi. Lakin bu vaxt,
Allahın mərhəməti ilə səhra torpağından yaşamağa qadir olan kök
üzə çıxdı. Peyğəmbərlər mərhəmətin bu yolla baş verdiyini öz
ömürləri dövründə kiçik çarlıqların hərbi və siyasi səviyyədə
yüksəlməsində,
enməsində
və
yenidən
yüksəlməsində
görmüşdülər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
73
İsayya İsrailin tarixi və gələcək taleyi barədə böyük hissə malik
idi, “Cessenin gövdəsindən irəli bir çubuq çıxacaqdır” deyirdi. O,
həmçinin tarixin sonunu yaxşıca görmək qabiliyyətinə malik idi:
“Canavar və quzu birlikdə qidalanacaq və leopard oğlan uşağı ilə
bir yerdə uzanacaqdır”.
Dünyanın digər hissələrində başqa özünü həsr etmələr də baş
verirdi. Prins Siddhartha indiki Nepalda, müharibə aparan kiçik
dövlətlərlə tanınan bir ərazidə doğulmuşdu. 29 yaşına qədər o,
naz-nemətli dəbdəbə içərisində yaşamışdı. Onun hər bir ehtiyacı
hələ başlamamışdan ödənilirdi və onun həyatının hər anı sevinclə
dolu idi. Bir gün o, çar sarayını tərk etdi və əvvəllər onun
görməsinə icazə verilmədiyi şeyi-qoca adamı gördü. Və qoca
dəhşətli vəziyyətdə idi, lakin daha sonra ona məlum oldu ki, öz
xalqı xəstədir və ölür.
O, sarayı tərk etməyi qərara aldı – arvadını da, uşaqlarnı da, –
bircə məqsədlə ki, bu əzab çəkənləri hiss etməyə cəhd etsin.
Yeddi il ərzində güşənişinlər arasında yaşamaqla o, yoqa
sutralarında və Rişi törəmələrinin təlimlərində axdardıqlarını tapa
bilmədi. Nəticədə onun artıq 35 yaşı olanda o, gedib çayın
qırağında Bohdi ağacının altında oturdu və qərara aldı ki, başa
düşməyənə qədər hərəkət etməyəcəkdir. Üç gün, üç gecədən
sonra o, anladı ki, həyat əzabdır və əzab çəkmək yerüstü şeyləri
www.kitabxana.net
– Milli Virtual Kitabxana
74
arzu eləmək nəticəsində yaranır. Lakin sən bütün bu arzulardan
azad ola bilərsən. Həqiqətən də, sən elə azadlığa və ruh dünyasına
yaxınlığa nail ola bilərsən ki, yenidən heç vaxt reinkarnasiyaya-
yenidən doğulmağa ehtiyac duymayasan. Və beləliklə sən,
Siddhartha etdiyi kimi, Buddaya çevrilə bilərsən.
Dostları ilə paylaş: |