Etik və estetik söhbət (müsahibə) biliklərin sistematik və ardıcıl müzakirəsidir. Bu metodun predmetini daha çox əxlaqi və estetik problemlər təşkil edir. Belə söhbətlərin məqsədi bilikləri
ümumiləşdirmək və estetik əqidələr sistemi formalaşdırmaqdır. Planlı söhbətlər qabaqcadan nəzərdə tutulur, onları aparmaq üçün hazırlıq görülür. Plansız söhbətlər kortəbii şəkildə meydana gəlir. Planlı etik və estetik söhbətlərin mövzuları tərbiyə prosesinin ümu- mi məzmununu, şagirdlərin tərbiyəlilik səviyyəsini və yaşını nəzərə almaqla müəyyən olunur. Söhbət üçün ədəbiyyat tövsiyə edilir, həyatdan faktlar, nümunələr seçilir.
Aparıcı giriş sözü söyləyir, sonra iştirakçıların qarşısında suallar qoyur, onların fəallığını stimullaşdırır. Burada müxtəlif fikir- lər dinlənilir, çıxışlara qiymət verilir, əlavələr edilir, düzəlişlər apa- rılır. Sonda isə fikirlər ümumiləşdirilir və söhbət yekunlaşdırılır.
Etik və estetik söhbətlərin səmərəsi bir sıra mühüm şərt- lərdən asılıdır:
Söhbətin problem xarakterində olması, orada ideyaların, fikirlərin mübarizəsi vacibdir.
Müəllim şagirdlərin qeyri-standart suallarını stimullaş- dırmalı, onlara həmin suallara cavab tapmaqda kömək etməlidir;
Şagirdlərə sərbəst şəkildə öz fikirlərini söyləmək imkanı verilməlidir;
Söhbət üçün material şagirdlərin emosional təcrübəsinə yaxın olmalıdır. Real təcrübəyə əsaslanan mücərrəd mövzulara dair söhbətlər uğurlu qurula bilər;
Söhbət zamanı açıq ifadə olunan fikirlər və onlarla bağlı yaranan şübhələr müəllimə söhbəti istiqamətləndirməyə kömək edir ki, şagirdlər müzakirə olunacaq məsələnin mahiyyətini başa düş- sünlər;
Söhbətin gedişində bütün nöqteyi-nəzərləri üzə çıxarmaq və tutuşdurmaq olduqca vacibdir. Bu obyektivlik, ədalətlilik, ünsiy- yət mədəniyyəti cəhətdən xüsusi əhəmiyyət kəsb edir;
Öyüd-nəsihət xahiş, rica, aydınlaşdırma və təlqinlə əlaqələndirilir. Öyüd-nəsihətin səmərəsi müəllimin nüfuzundan, onun şəxsi keyfiyyətlərindən, müraciət formasından və s.-dən asılı- dır. Tərbiyə metodu kimi nəsihətdən müəllimlərimiz, valideynlə- rimiz tez-tez istifadə edir. Səbəbi odur ki, nəsihət bilavasitə gənc nəslin şüuruna ünvanlanır.
Nəsihət bir şəxsə, bir qrup adama, hətta bütöv bir xalqa da aid ola bilər. Nəsihətə qulaq asanlar da, ona əməl edənlər də, nəsihətə
biganə qalanlar da tapılır. Birincilər həyatda düzgün yol seçə bilir, ikincilər isə bir çox çətinliklərdən keçməli olurlar. Qoca Şərqin böyük şairi Sədi gözəl deyib:
Dostları ilə paylaş: |