Mövzu 14: İRİO müasir modelinde İKT-nin rolu
Texnologiya və İRİO-nun bir-birinə təsirləri qarşılıqlı və genişdir. İR mütəxəssisləri İRİO funksiyalarının yenidən təsnif və təkmilləşdirilməsinə təkan verən yeni texnologiyaları mənimsəməli, texnologiyanın səbəb olduğu təşkilati və iş dizaynı dəyişikliklərini tətbiq etməyə hazır olmalıdır. Bu texnoloji irəliləyişlər ilk növbədə insan resursları mütəxəssislərinin sürət, effektivlik və xərclərin məhdudlaşdırılması məsələlərinə nail olmasına səbəb olur. İR mütəxəssisləri bu gün işçilərlə əvvəllər olduğu kimi sadəcə birbaşa ünsiyyətdə olmurlar. Bu gün menecerlər və işçilər tarixən İR-nın malik olduğu münasibətlər və təcrübələrlə yanaşı İKT-nin müsbət təsiri ilə sənədsiz ofis işi, vaxt qənaəti, elektron məlumat bazası, təcrübələrin avtomatlaşdırılması, virtual nəzarət və idarəetmə sistemi və s. bu kimi yenilikçi vərdişlərə və təcrübələrə yiyələnmişdir.
2s
Mövzu 15: İşçilər arasında qarşılıqlı münasibət və münaqişə situasiyaları və onların idarə edilməsi
Əmək fəaliyyətinin sosioloji, psixoloji və iqtisadi mexanizmləri bir-birilə üzvü şəkildə bağlıdır, hətta əmək fəaliyyətinin ölçülməsi. Öyrənilməsi metodları da (əmək proseslərinin layihələndirilməsi, xrono- metraj, iş gününün fotoqrafiyası, əmək nəticələrinin təhlili metodları) nəticə etibarı ilə əmək fəaliyyəti ilə əlaqədardır. Burada əmək fəaliyyətinin fərdi və kollektiv subyektləri, onların otivasiya, stimullaş- dırılma problemləri də əmək fəaliyyətinin sistemli fəaliyyətinin sistemli təhlilini nəzərdə tutur
Münaqişə tərəflərin, fikirlərin, qüvvələrin, güc mərkəzlərinin qarşıdurmasıdır. Qarşıdurma isə ziddiyyətli meyillərin, sosial və digər mənafelərin uyğunsuzluğu, bu uyğunsuzluğun güclənməsi ilə əlaqədardır.