Mövzu 4: Peşə adaptasiyası və orientasiyasının idarəedilməsı
Adaptasiya - yeni peşə, sosial və təşkilati-iqtisadi əmək şəraitində işçinin get-gedə işi öyrənməsinə əsaslanan, işçinin və təşkilatın qarşılıqlı uyğunlaşmasıdır. Peşə orientasiyası və adaptasiyası kadrlar hazırlanması sisteminin vacib elementi kimi çıxış edir və istehsalla təhsil sistemi arasındakı əlaqənin tənzimləyicisi kimi çıxış edir. Onların vəzifəsi, mənfəətliliyi və rəqabət qabiliyyətliyini yüksəltmək üçün təşkilatı lazımi miqdarda və keyfiyyətdə işçi qüvvəsi ilə təmin edilməsinə kömək göstərməkdən ibarətdir. Peşə orientasiyası özündə insana cəmiyyətin tələbatına və onun öz şəxsi qabiliyyətlərinə və xüsusiyyətlərinə daha uyğun gələn peşənin seçilməsinə kömək edən peşə informasiyası, peşə məsləhəti, peşə seçimi və peşə adaptasiyası üzrə tədbirlər sistemini əks etdirir.
2s
Mövzu 5. Heyətin ( kadrların) toplanması, seçilməsi və qiymətləndirilməsi
Heyətin (kadrların) toplanmasının müəsisənin, təşkilatın və s. sabit, səmərəli fəaliyyətində, inkişafında rolu. Heyətin toplanmasına daxili və xarici amillərin təsiri. Heyətin (kadrlann) tərkibi və quruluşu. Mütəxəssizlərə olan tələbatın müəəyənləşdirilməsi metodları. Kadrlarla aparılan iş sistemi: idarəetmə strukturu, idarəetmə məqsədi, metodu və prinsipləri, həcmi, idarəetmə funksiyaları və s.. Kadrların hazırlanması və ixtisasının artırılması. Kadrların seçkisində hüquqi normativlərdən istifadə.
2s
Mövzu 6. İnsan resurslarından istifadə: məşğulluq və işsizlik problemləri
Məşğulluğun mahiyyəti, məzmunu və ictimai əhəmiyyəti. Məşğulluq kateqoriyasının məzmunu
haqqında mövcud fikirlər: ümumi və fərqli cəhətlər. Məşğulluğun səviyyəsi və onun hesablanma qaydası. Məşğulluğun səviyyəsinin yüksəldilməsinin ictimai əhəmiyyəti; ’’Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunu. İşsizliyin mahiyyəti, məzmunu və formaları: friksion işsizlik, struktur işsizlik, mövsümi işsizlik; tsiklik işsizlik; gizli işsizlik, “Tam məşğulluq”, “səmərəli məşğulluq”, “optimal məşğulluq” anlayışları və onların məzmunu haqqında mövcud fikirlər. Məşğulluq haqqında mövcud nəzəriyyələr