Təsdiq edirəm F. B. Kərimova


Fənnin təsviri və məqsədi



Yüklə 53,16 Kb.
səhifə4/13
tarix14.12.2022
ölçüsü53,16 Kb.
#74870
1   2   3   4   5   6   7   8   9   ...   13
Sillabus IRIO 30.15 (1)

Fənnin təsviri və məqsədi:

İnsan resurslarının idarə olunması” fənni bütün sahələrdə səmərəliliyinin artırılması,bu sahə üzrə nəzəri biliklərin dərinləşməsi və praktik vərdişlərin yaranmasına yönəlmişdir.Fənnin tədrisində məqsəd tələblərə insan resurslarının mövcud vəziyyəti,onların hazırlanması və istifadə imkanlarının öyrənilməsidir. Elm və texnikanın, xüsusilə informasiya texnologiyalannın sürətlə inkişaf etdiyi müasir dövrdə ölkənin iqtisadi inkişafında məhsuldar qüvvələrin ən mühüm tərkib hissəsi olan iş qüvvəsinin-onun daşıyıcısı olan insanın-rolu getdikcə artmaqdadır. Məhz buna görə də insan resursları ölkənin başlıca milli sərvəti və iqtisadi artımın əsas hərəkətverici qüvvəsi hesab edilir. Buradan mövcud insan resurslarından daha səmərəli istifadə edilməsi zərurəti meydana çıxır ki, o da insan resurslarının idarə edilməsinin elmi əsaslar üzrə təşkilini və həyata keçirilməsini tələb edir. Təbiidir ki, insan resurslarının idarə edilməsinin özünəməxsus xüsusiyyətləri vardır və bu xüsusiyyətləri araşdırmadan, onları mənimsəmədən insan resurslarından səmərəli istifadə etmək mümkün deyildir. Bu nöqteyi-nəzərdən insan resurslarının idarə edilməsinin spesifik xüsusiyyətlərinin gələcək iqtisadçı kadrlar tərəfindən öyrənilməsi mühüm əhəmiyyət kəsb edir və 'İnsan resurslarının idarə edilməsi” fənninin tədrisi buna imkan yarada bilər. Qeyd edilən məqsədə nail olmaq üçün müəlliflər tərəfindən təqdim edilən dərs vəsaitində insan resurslarının idarə edilməsinin və onlardan istifadənin xüsusiyyətlərinin, insan resurslarının idarə edilməsi strategiyasının, əməyin təşkilinin səviyyəsinin insan resurslarından istifadəyə təsirinin, əməyin motivləşdirilməsi və insan resurslarından istifadə problemlərinin, əməyin ödənilməsinin təşkili və idarə edilməsinin, əmək kollektivində münaqişə situasiyalarının və onların idarə edilməsinin şərhinə xüsusi diqqət yetirilmişdir. Bununla yanaşı, insan resurslarının idarə edilməsinin onların təkrar istehsalı və formalaşması ilə bilavasitə bağlı olduğunu nəzərə alaraq, dərs vəsaitində, iş qüvvəsinin təkrar istehsalının fazalarının və onları tənzimləyən qanunlar sisteminin, iş qüvvəsinin formalaşma mənbələrinin və onların xüsusiyyətlərinin şərhinə də geniş yer ayrılmışdır.



Yüklə 53,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin