TəSDİq ediRƏM “Ümumelmi fənlər” kafedrasının müdiri Dos. S. R. Bədiyev Tarix



Yüklə 96,29 Kb.
səhifə3/20
tarix17.10.2023
ölçüsü96,29 Kb.
#156786
1   2   3   4   5   6   7   8   9   ...   20
Sillabus Pedaqogika 2023-24 AZD 2201,2202

Təlim nəticələrinin nömrələri

Kompetensiyaların sıra nömrələri




PK1

PK2

PK3

PK4

PK5

PK6

PK7

PK8




FTN 1




+




+

+

+







+

FTN 2




+













+

+




FTN 3




+
















+




FTN 4




+

+

+







+







FTN 5




+







+

+







+

FTN 6



















+







FTN 7




+




+

+




+




+

FTN 8




+




+

+















3.3.Tədris və öyrənmə

Təlimin təşkili formaları

Kollektivlə iş, kiçik qruplarla iş, cütlərlə iş, fərdi iş

Tədris və öyrənmə metodları

  • mühazirə, seminarlar, praktiki tapşırıqlar;

  • təqdimatlar, müzakirələr və debatlar;

  • müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş):

  • rol oyunları; hesabatlar; qrup qiymətləndirməsi;

  • videometod

  • video və audio mühazirələr; distant təhsil;

  • idraki (didaktik oyunlar) və s.



3.4. Bal bölgüsü və qiymətləndirmə


A) Balların maksimum miqdarı -100 baldır. 100 ballıq sistem üzrə tələbə semestr ərzində bir dəfə imtahan verir. İmtahanda 100 baldan maksimum 50 bal toplamaq mümkündür. İmtahanda hər biri 10 bal olmaqla 5 sual üzrə qiymətləndirmə aparılır.
30 bal fənnin xarakterinə uyğun olaraq müəllim tərəfindən dərslərdə cari fəallığa görə, 10 bal sərbəst işlərin yerinə yetirilməsinə görə, 10 bal da davamiyyətə görə verilir. Tələbənin məşğələdəki hər bir cavabı 0-10 ballıq sistem üzrə qiymətləndirilir. Hər fəndən tələbənin minumum 3 cavabı, yəni 3 qiyməti olmalıdır. Semestrin sonunda fəallıq zamanı toplanan balların cəmi tapılır, cəmdən alınan rəqəm cavabların sayına bölünür, bölünmədən alınan rəqəm dərslərdə fəallıq 30 olduğundan 3-ə vurulur.
Yekunda fəndən minimum 51 bal toplamayan tələbə həmin fənni yenidən bir semestr oxumalı və ya 25% ödəniş etməklə təkrar imtahan verməlidir. 100 baldan minimum 51 bal toplamaqla yanaşı, tələbə final üçün ayrılan 50 baldan da minimum 17 bal toplamalıdır. 50 baldan 17 bal toplaya bilməyən tələbə də fənn üzrə yekun balın cəmindən asılı olmayaraq, həmin fənni mütləq yenidən bir semestr oxumalı və ya 25% ödənişlə təkrar imtahan verməlidir.
Qeyd: Əgər fənn üzrə kurs işi nəzərdə tutulubsa, onda seminar və laborator dərslərə görə-20, kurs işinin hazırlanması və müdafiəsinə görə -10 bal verilir.
B) Qiymətləndirmə:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin standartına əsasən (23 aprel 2010-cu il tarixli, 75 saylı qərar) konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsil alanların biliyi aşağıdakı kimi qiymətləndirilir:

N

ballar

qiymət

kateqoriya

1

0-50

qeyri-kafi

F

2

51-60

qənaətbəxş

E

3

61-70

kafi

D

4

71-80

yaxşı

C

5

81-90

çox yaxşı

B

6

91-100

əla

A

Qiymətləndirmə üsulları

  • yazılı tapşırıqlar; bilik və bacarıqlara dair testlər,

  • şifahi təqdimatlar; sorğular; açıq müzakirələr;

  • layihə işlərinə dair hesabatlar; portfolionun qiymətləndirilməsi;

  • frontal sorğu; qrup şəklində və özünüqiymətləndirmə və s.



4.Kursun tələbləri
4.1. Akademik dürüstluk
Akademik dürüstlük qaydalarına riayət olunması ADPU Şəki filialının bütün üzvlərinin (o cümlədən, tələbələr, akademik heyət, tədqiqatçılar və s.) əsas vəzifələrindən biridir.
Akademik dürüstlüyün pozulması halı sübuta yetirilərsə, mövcud daxili qaydalara uyğun olaraq tədbir görülməsi, o cümlədən plagiat və saxtakarlıq halı zamanı işin ləğv olunması nəzərdə tutulur.


4.2.Etik davranış qaydaları
Universitetdə tələbələrlə iş Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təhsilalanların Etik davranış kodeksində qeyd olunmuş etik-davranış normaları və prinsipləri, hüquq və vəzifələri, məsuliyyəti və məsuliyyətə cəlb olunma qaydalarını rəhbər tutaraq icra olunur.
Tədris prosesinin iştirakçıları arasında sağlam işgüzar mühitin bərqərar olmasına, təhsilalanların etik davranış standartlarına riayət edilməsinə, təhsilin səmərəliliyinin və şəffaflığının artırılmasına, universitetdə baş verə biləcək neqativ halların qarşısının alınmasına və tələbə heyətinin mənəvi keyfiyyətlərinin daha da yüksəldilməsi məqsədilə tələbələrin Kodekslə tanış olmaları və təhsil zamanı onu rəhbər tutmaları zəruridir.


5.Tələb olunan dərsliklər və dərs vəsaitləri:


Əsas:

  1. Pedaqogika. Bakı, 2012, I-II cild, (Müəlliflər: R.Hüseynzadə, F.İbrahimov). Dərslikdə təlim və tərbiyəyə aid problemlərə müasir tələblər nöqteyi-nəzərindən yanaşılmışdır.

  2. Ümumi pedaqogika (prof.R.Hüseynzadənin redaktorluğu ilə). Bakı, “Mütərcim”,2016.

Dərs vəsaiti prof.F.İbrahimov tərəfindən yazılmışdır.Bu dərs vəsaiti dörd bölməni-pedaqogikanın nəzəri-metodoloji məsələlərini, təhsil və təlim haqqında nəzəriyyəni, tərbiyəşünaslığı, məktəbin və pedaqoji fikrinin inkişafını əhatə edir.Dərs vəsaitində yeni pedaqoji texnologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə yanaşmada yeni pedaqoji təfəkkür ümumiləşmiş şəkildə şərh edilir, müasir pedaqoji elmin və son pedaqoji təcrübənin nailiyyətləri əsasında pedaqogikanın nəzəri və praktik məsələləri,məktəblərin, pedaqoji fikrin inkişafına aid materiallar lakonik şəkildə təqdim olunur.

  1. Pedaqogika (dərs vəsaiti). Bakı, “Nasir”, 2007. Vəsait prof. A.Həsənov və prof.Ə.Ağayev tərəfindən işlənilmişdir. Dərs vəsaitində pedaqoji anlayış və hadisələrə yeni baxışlar, interpretasiyalar özünə yer alır, müasir pedaqoji elmin və son pedaqoji təcrübənin nailiyyətləri əsasında pedaqogikanın nəzəri və praktik məsələlərinə, məktəbşünaslığa aid materiallar lakonik şəkildə təqdim olunur.

  2. Pedaqogika (prof. N.Kazımovun elmi redaktorluğu ilə).Dərs vəsaiti. Bakı,“Adiloğlu”, 2009. Dərs vəsaiti prof.F.Sadıqov tərəfindən hazırlanmışdır.Vəsaitdə didaktika, pedaqoji texnologiyalar, pedaqoji innovasiyalar, tərbiyə nəzəriyyəsi adı altında verilmiş materiallar özünə yer almışdır.

  3. Didaktika (dərs vəsaiti) (Müəlliflər: Feyziyev C.Ə. , İbrahimov F.N., Bədiyev Bakı:”Mütərcim”, 2012. Dərs vəsaitində yeni pedaqoji texnologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə yanaşmada yeni pedaqoji təfəkkür ümumiləşmiş şəkildə şərh edilir.

  4. Pedaqogika. Yeni kurs. Pedaqoji universitetlərin və ali pedaqoji məktəblərin tələbələri üçün dərs vəsaiti.(Müəlliflər: Ə. X . Paşayev, F.Ə. Rüstəmov), Bakı: “Elm və təhsil”, 2010. 464 s. Dərs vəsaitində yeni mövzular dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən yeni təlim və təhsil-tərbiyə texnologiyaları ilə zənginləşdirilmişdir.



Əlavə:



  1. Azərbaycan Respublikasının Konstitusiyası.Bakı,1995.

  2. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 2009.

  3. Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası.www.prezident.az.

  4. Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı.Bakı,1999.

  5. 2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı. 2017,14 dekabr.

  6. İnklüziv təhsil.Bakı,2006.(Müəlliflər:S.Qasımova,E.Kərimova,İ.Sultanova,T.Ağayeva).

Dərs vəsaitində müəllimlər,tərbiyəçilər,tibb işçiləri və psixoloqlar üçün inklüziv təhsilin nəzəri və praktik məsələləri göstərilmişdir.

  1. Muasir təlim texnologiyaları. Dərs vəsaiti.(Müəllif: A.M.Nəzərov), ADPU-nəşriyyatı.2012. Dərs vəsaitində yeni təlim texnologiyalarından istifadənin nəzəri və təcrübi məsələlərindən geniş bəhs olunmuşdur.

  2. Fəal/interaktiv təlim:Müəllimlər üçün vəsait.BMT-nin Uşaq Fondu(UNİSEF).(Müəllif: Zülfiyyə Veysova), Bakı,2007. Vəsaitin əsas məqsədi fəal təlim metodu üzrə dərslərin müvəffəqiyyətlə planlaşdırılması və keçirilməsi işində müəllimlərə lazım olan bilik və bacarıqların aşılanmasıdır.




Yüklə 96,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin