Əlavə dərsliklər, vəsaitlər və mənbələr: 1.Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 2005.
2.A.B.Abbasovun rəhbərliyi ilə “Biznesin əsasları”. Dərslik. Bakı, 2005.
3.V.M.Niftullayev. Sahibkarlığın əsasları. Bakı, 2004.
4.Ə.Ş.İmanov. Keyfiyyətin idarə olunması. Bakı, 2007.
5.Ə.Əlirzayev “İqtisadi və sosial idarəetmə” B., 1997
6.T.Hüseynov. “Firmanın iqtisadiyyatı”. Dərslik. Bakı, 2009
FƏNNİN TƏSVİRİ VƏMƏQSƏDİ:
FƏNNİN TƏSVİRİ: “Beynəlxalq menecment və strategiya” fənni meqoiqtisadi səviyyədə beynəlxalq iqtisadi münasibətlərin, idxal-ixrac əməliyyatlarının və müştərək müəssisə və təşkilatların idarə edilməsini öyrədir. Burada Beynəlxalq şirkətlərin idarəetmə sistemləri; Beynəlxalq şirkətlərin fəaliyyətinə təsir edən amillər; Beynəlxalq şirkətlərin idarəetmə metodları; Beynəlxalq menecmentdə idarəetmə prinsipləri; Beynəlxalq menecmendə şirkətlərin idarəetmə funksiyaları; Beynəlxalq şirkətlər, onların növləri və təsnifatı; Beynəlxalq menecmentdə strateji idarəetmə, onun quruluşu və növləri; Beynəlxalq inteqrasiya, onun mahiyyəti və növləri; Beynəlxalq menecmentdə strateji qərarların qəbul edilməsi; Beynəlxalq müəssisələrdə SWOT və SPOT təhlillərin aparılması və s.məsələlər öyrədilir.
FƏNNİN MƏQSƏDİ:Magistırlara meqoiqtisadi səviyyədə beynəlxalq iqtisadi münasibətlərin idxal-ixrac əməliyyatlarının, eləcə də müştərək müəssisə və transmilli şirkətlərin müasir metodologiya əsasında idarə edilməsi vərdişlərini aşılamaq, onlarda strateji idarəetmə sahəsində nəzəri bilikləri formalaşdırmaqdan ibarətdir.
FƏNNİN VƏZİFƏSİ: Magistrlara müasir dövrdə beynəlxalq menecment və strateji idarəetmə sahəsində dərin biliklər vermək, “Beynəlxalq menecment və strategiya” elminin mahiyyət və məzmununu açıklamaq, strateji idarəetmə sahəsində dünya iqtisadiyyatında baş verən dəyişiklikləri aşılamaq və beynəlxalq iqtisadi fəaliyyətdə müştərək və transmilli şirkətlərin iqtisadi fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə onlarda iqtisadi təhlillərin aparılmasını öyrətməkdən ibarətdir.