FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏR): Magistrlar aşağıdakı bilik və bacarıqlara yiyələnəcəklər:
1. Beynəlxalq müəssisə və təşkilatların strateji idarə edilməsində müvafiq biliklərə yiyələnəcəklər;
2.”Beynəlxalq menecment və strategiya” fənninin ümumi qanunauyğunluqlarının nəzəri əsaslarını öyrənəcəklər;
3. Strateji idarəetmə proseslərinin qiymətləndirilməsinin metod və metodikasını mənimsəyəcəklər;
4.Beynəlxalq menecment və strateji idarəetmə sahəsində müasir tələblərə cavab verən kritetiya və parametrləri müəyyənləşdirəcəklər;
5. Müasir şəraitdə beynəlxalq və strateji idarəetmə problemlərinə sistemli yanaşma bacarıqlarına yiyələnəcəklər.
ƏLDƏ OLUNACAQ TƏCRÜBƏ: Magistrlar beynəlxalq təşkilatlar, müştərək və transmilli şirkətlər səviyyəsində iqtisadi idarəetmənin obyektiv və subyektiv meyarlarının aydınlaşdırılması istiqamətində təcrübə əldə ediləcək və çatışmazlıqların aradan qaldırılması vasitələrini müəyyənləşdirəcəklər.
DƏRSİN İŞLƏNMƏ FORMASI: (TƏDRİSİN FORMA VƏ METODLARI): Fənnin tədrisi prosesində magistrın mövzuları mənimsəməsi səviyyəsini yoxlamaq üçün sualların verilməsi və evdə hazırlamaq üçün tapşırıqların verilməsi nəzərədə tutulur. Eyni zamanda, seminarda müzakirə üçün tələbələrə əvvəlcədən sualların verilməsi və bu istiqamətdə diskusiyanın təşkili nəzərdə tutulmuşdur.
YOXLAMA FORMASI: (imtahan, müstəqil (sərbəst) işlər necə aparılacaq)
Fənnin mənimsənilmə səviyyəsini müəyyənləşdirmək üçün hər bir tələbəyə işlənilməsi üçün fərdi olaraq sərbəst işlər verilir, tərtib olunmuş testlər vasitəsi ilə ayda bir dəfə olmaq şərti ilə kollokvium təşkil olunur, semestr sonunda isə yazılı şəkildə imtahan təşkil olunmaqla hər bir magistrın yekun fənni mənimsəmə səviyyəsi müəyyən olunur.
V.ÜMUMİ QAYDALAR: 1.DAVAMİYYƏT: Fənn üzrə ayrılmış bütün saatların 25%-dən çoxunda iştirak etməyən magistr imtahana buraxılmır.
2.FƏNNİN MƏNİMSƏNİLMƏSİ QAYDASI:
Balların maksimum miqdarı – 100 bal
1.Semestr ərzində toplanan maksimum bal – 50 bal
- Dərsdə davamiyyətə görə maksimum – 10 bal
- Magistrın sərbəst işinə görə maksimum – 10 bal
-Seminar (məşğələ) dərslərinin və keçirlmiş kollokviumların nəticələrinə görə maksimum – 30 bal. Seminar dərslərində magistrın jurnalda ən azı 3 (üç) qiyməti olduğu halda ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal hesablanmır.
2. İmtahan nəticələrinə görə maksimum – 50 bal
3. Fənnin mənimsənilməsi qaydası: Semestr ərzində imtahanın nəticəsinə görə toplanan balların cəmi 51 və 51-dən yuxarı olan tələbələr fənni mənimsəmiş hesab edilir.