Texniki diaqnostikanın məqsədi
Texniki diaqnostikada diaqnostik informasiyanın alınması və qiymətləndirilməsi üsulları, diaqnostik modellərin qurulması və qərarların qəbulu alqoritmləri öyrənilir. Texniki diaqnostikanın vəzifəsi texniki sistemin obyektin etibarlılığının və işləmə ehtiyatının (müddətinin) artırılmasıdır. Obyektin etibarlılığının vacibi göstəricisi onun fəaliyyəti zamanı dayanmaların (imtinaların) olmamasıdır.Belə ki, təyyarənin mühərrikinin uçuş zamanı imtinası atom enerjisi qurğularında müəyyən hissənin işdən çıxması, texniki idarəetmə sistemlərində müəyyən elementin imtinası ağır fəlakətlərə səbəb olur. Mümkün olacaq qüsurların və nasazlıqların əvvəlcədən texniki diaqnostika əsasında müəyyən olunması texniki xidmət prosesində belə imtinaların qarşısını almağa imkan verir. Bu zaman istismarın etibarlığı və effektivliyi yüksəlir və məsuliyyətli texniki sistemlər vəzifələrini yerinə yetirə bilirlər.
Təcrübədə belə obyektlərin işləmə ehtiyatı daha “zəif” məmulatın nümunəsinə görə təyin olunur. Vəziyyəti nəzərə almaqla istismar zamanı isə hər bir nümunə texniki diaqnostikanın məsləhətlərinə uyğun olaraq son istismar həddinə qədər işlədilir. Beləliklə, texniki vəziyyəti nəzərə almaqla istismar zamanı böyük qazanc alınır (obyektin ekvivalent dəyərinin 30% - i miqdarında)
İnşaat sahəsində istifadədə olan inşaat konstruksiyalarının, binaların və qurğuların vəziyyətini qiymətləndirmək üçün onların sonrakı istismar, yenidənqurma və ya gücləndirilməsi məsələsinin həlli məsədiylə tədqiqatlar aparılır. Nəticədə hazırlanmış təkliflər əsasında bu obyektlərin həqiqi vəziyyətini daha dəqiq qiymətləndirmək üçün təkliflər hazırlanır.
Bina və tikililərin konstruksiyalarının tədqiqatı onların istismara qəbulu və ya ekspertizalar zamanı aparılır. Ekspertiza nəticəsində baxılan obyektin təmiri, bərpası və ya qəza halında olması və sonrakı istismarının dayandırılması barədə qərar qəbul olunur.
Dostları ilə paylaş: |