Texniki diaqnostikanın əsasları. Giriş. Texniki diaqnostikanın əhəmiyyəti


İşləmə qabiliyyətinə görə ANS-lərin təsnifatı



Yüklə 180,73 Kb.
səhifə10/10
tarix31.12.2021
ölçüsü180,73 Kb.
#49726
1   2   3   4   5   6   7   8   9   10
referat 3001

İşləmə qabiliyyətinə görə ANS-lərin təsnifatı

İşləmə qabiliyyətinə görə ANS-lərini aşağdakı əlamətlərə görə təsnif etmək məqsədə uyğundur (şək 4):



Şəkildən göründüyü kimi həll olunan məsələlərin xarakterinə görə ANS-lər üç qrupa bölünür:

1.Tamlıqda obyektin işləmə qabiliyyətinə nəzarət məsələsini həll edən sistemlər.Belə sistemlər bərpa oluna bilməyən avadanlığın işə başlamazdan əvvəl nəzarəti üçündür.

2.Obyektdəki nasazlıqların axtarılmasını və aradan qaldırılmasını təmin edən sistemlər.Belə sistemlər təmir zamanı, proflaktika və reqlmanentləşdirilmiş işlər zamanı istifadə olunur.

3.İşləmə qabiliyyətinə nəzarəti ardıcıl həyata keçirən və sonradan lazım gəldikdə nasazlıqları aradan qaldıran ANS-lər: Odur ki, belə sistemlər kombinə olunmuş adlanır.Bir sistemlər özündə 1-ci və 2-ci qrup sistemləri birləşdirir.

Obyekt ilə əlaqə üsuluna görə ANS-lər üç qrupa bölünür:

1. Daxil edilmiş sistemlərdə obyekt və onun elementləri konstruktiv olaraq ANS ilə əlaqələndirilir və nəzarət informasiyası vericilərdən bilavasitə sistemə daxil olur.

2.Xarici sistemlər obyekt ilə konstruktiv əlaqədə olmur və nəzarət informasiyası elektromaqnit, işıq və istilik təsirləri nəticəsində ANS-nə daxil olur.

3.Qarışıq sistemlər hər iki qrupu özündə birləşdirir.ANS-ləri müxtəlif situasiyalarda: obyektin işə qoşulmasından əvvəl, təmir , proflaktika və saxlama zamanı.Odur ki, təyinatına görə ANS-lər aşağdakı qruplara bölünür:

1.Obyektin bütün iş dövründə fəaliyyət göstərən operativ sistemlər

2.İşə buraxılmadan əvvəl obyektin yoxlanmasını təmin edən sistemlər.Məsələn mürəkkəb obyektlərin, təyyarələrin, kosmikapparatların işə buraxılmadan əvvəl lazımi avadanlıqlarının və elementlərinin yoxlanması.

3.Saxlanılan obyektin vəziyyətinin yoxlanmasının ANS-ləri

4.Hazırlama (istehsal) prosesində tam hazır olmayan obyektin müəyyən avadanlıq və elementlərinin, birləşmə sistemlərinin və s.yoxlanmasının ANS-ləri istifadə olunan nəzarət rejimlərinə görə ANS-lər statiki və dinamiki nəzarət rejimli olurlar.

Statiki nəzarət rejimində ANS-indən verilən sınaq siqnalları əsasında işə qoşulmamış və ya işə hazır olmayan obyektə nəzarət olunur.

İşləyən və ya işə tam hazır olan obyektin nəzarət rejimi dinamiki nəzarət rejimi adlanır.Dinamiki nəzarət rejimi daha mükəmməl olduğundan təsnifatın sonrakı mərhələlərini ancaq bu rejimə aid edirik.Bir qayda olaraq tamlıqda obyektin işləmə qabiliyyətinə nəzarət, hətta operativ nəzarət zamanı obyektə fasiləsiz və ya periodik olaraq seçilmiş intervallarla nəzarət olunur. Nasazlıqların aradan qaldırılması üçün ANS-nə müxtəlif elementlərin vəziyyətini əks edən informasiya ardıcıl və ya eyni zaman bütün informasiya daxil edilə bilər. Odur ki, nəzarət rejimləri nasazlıqların ardıcıl və kombinasion axtarılması rejimləri adlanır.

Nasazlıqların ardıcıl axtarışı sərt və çevik proqramlar əsasında həyata keçirilə bilər.Ardıcıl axtarış zamanı hansı elementin imtinasından asılı olmayaraq əvvəlcədən hazırlanmış ardıcıl axtarış proqramı əsasında funksional elementlərin çıxışları yoxlanılır.Çevik proqramlı ardıcıl axtarış zamanı hansı elemetin imtinasından asılı olaraq nəticələrin məntiqi işlənməsi əsasında elementlərin yoxlanma ardıcıllığı dəyişir.

Nasazlıqların kombinasion axtarışı zamanı ANS-nə bütün elementlər barədə lazımi informasiya daxil edildikdən sonra nəzarətin nəticələri məntiqi olaraq işlənir.




İstifadə olunan nəzarət rejiminə görə

Təyinatına görə

Nəzarət obyekti ilə əlaqə üsuluna görə

Həll olunan məsələlərin xarakterinə görə





Statik rejimli nəzarət sistemləri

Operativ nəzarət sistemləri

İşləmə qabiliyyətinə nəzarət sistemləri



Daxil edilmiş sistemlər



Dinamik rejimli nəzarət sistemləri



İşə buraxılmadan əvvəl nəzarət sistemləri



Nasazlıqların aradan qaldırılması sistemləri

Xarici sistemlər



İşləmə qabiliyyətinin fasiləsiz nəzarət sistemləri





Saxlanılan avadanlığın nəzarəti sistemləri

Kombinə olunmuş sistemlər

Qarışıq sistemlər



İşləmə qabiliyyətinin periodik nəzarət sistemləri





Nasazlıqların ardıcıl axtarış sistemləri

Hazırlanan və təmir olunan obyektlərin nəzarəti sistemləri


Şək.4.İşləmə qabiliyyətinin ANS-lərinin təsnifatı


Nasazlıqların kombinasion axtarış sistemləri





Yüklə 180,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin