Texniki diaqnostikanın əsasları. Giriş. Texniki diaqnostikanın əhəmiyyəti



Yüklə 180,73 Kb.
səhifə8/10
tarix31.12.2021
ölçüsü180,73 Kb.
#49726
1   2   3   4   5   6   7   8   9   10
referat 3001

Nasazlıqların axtarılması

Texniki diaqnostikanın əsas məsələsinin həlli, yəni dəqiqliklə funksional element səviyyəsində yaranmış nasazlığın təyini üçün əvvəllərdə olduğu kimi obyektin tamlıqda verilməsi kifayət deyil. Bu zaman aşağıdakılar vacibdir:

1. Obyektin hər bir funksional elementi tam şəkildə verilməlidir;

2. İlk funksional elementlər arasında funksional əlaqələr konkretləşdirilməlidir;

3. Təklikdə və ya eyni zamanda baş vermiş çox imtinalar müəyyənləşdirilməli və avtomatik nəzarət prosesində aradan qaldırılmalıdır.

Birinci və ikinci tələbatlar sistemin funksional sxeminin qurulması və araşdırılmasından ibarətdir.Üçüncü tələbatı aydınlaşdıraq.

Baxılan zaman anında obyektin bir,iki və ya bir neçə elementi imtina etmiş ola bilər.İstənilən tək bir elementin imtinası tək imtina, iki və çox elementin imtinası isə eynizamanlı imtina adlanır.Eyni zamanlılara nəzərən tək imtinalar tez – tez baş verir.Bunu nəzərə alaraq nasazlıqlar axtarıldıqda tək imtinalarla kifayətlənirik. Baxılan obyekt üçün tək nasazlıqların cədvəlini və ya matrisasını qurmaqla tək imtinaların siyahısını göstərmək olur. Şəkil 2də funksional sxemi göstərilmiş və m=8 funksional elementdən ibarət obyekt üçün belə matrisanın qurulmasını göstərək.

Hər hansı funksional element saz olduqda və onun girişinə normal siqnal verildikdə onun çıxış siqnalı da buraxıla bilən oblast daxilində nominal siqnala bərabər olacaq.Çıxışın belə vəziyyətini “1” ilə işarə edək.Hər hansı səbəbdən buraxıla bilən oblastdan uzaqlaşmış qiymətini “0” ilə işarə edək.Onda funksional sxemdən göründüyü kimi 1 funksional elementin imtinası zamanı ondan asılı olan Z1 – Z5 çıxışları sıfır , qalan çıxışlar isə vahid ilə göstərilməlidir. Beləliklə cədvəl 1 –in birinci sətiri 00000111 şəklində yazılır.





Yüklə 180,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin