İmtinaların növləri və səbəbləri.
Texniki ədəbiyyatda imtina dedikdə sistemin tələb olunan funksiyaları yerinə yetirə bilməməsi qabiliyyəti nəzərdə tutulur. Bu zaman aşağıdakı imtinalar nəzərdə tutulur.
- Katostrafik(qəflətən) imtinalar zamanı sistem öz funksiyalarını tamamiylə yerinə yetirə bilmir;
- tədrici imtinalar zamanı avadanlığın məhsuldarlığı tədricən aşağı düşür.
Sistemin və ya onun elementinin hər bir ayrıca imtinası sistemin vəzifəsindən asılıdır. Məsələn dəzgahın nasosunun və ya təyyarənin nasosunun imtinası arasında böyük fərq vardır.
Sistemin və ya onun elementlərinin imtinasına səbəb olan hadisələr təsadüfi xarakter daşıyır və odur ki, imtinaların xəbərdarlığı mürəkkəb məsələdir.
Fiziki təbiətlərinə görə sıçrayışlı (periodik) imtinalar zamanı qısa müddət ərzində sistemin müəyyən funksiyaları yerinə yetirilmir, ancaq imtinadan sonra element dərhal öz normal vəziyyətinə qayıdır. Daimi imtinalar zamanı isə sistemin isə sistemin müəyyən funksiyaları yerinə yetirilə bilmir və imtina etmiş elementlər əvəz olunduqdan sonra sistem normal vəziyyətə qayıdır. Daimi imtinalar öz növbəsində sistemin iş qabiliyyətinin tamamiylə itirilməsinə gətirən tam imtinalara və sistemin müəyyən funksiyalarının itirilməsinə gətirən qismən imtinalara bölünür.
Baş vermə tezliyinə görə qəflətən və tədrici imtinaları göstərmək olar.
Baxılan imtinaları iki sinifə ayırmaq olar.
Qəza imtinaları, eyni zamanda qəflətən və tam olarlar.
İstismar imtinaları, eyni zamanda qismən və tədrici olurlar.
İmtinaların səbəbləri olduqca çoxlu faktorlardan ibarət olduğundan onların tam siyahısını tərtib etmək olmur. Ancaq olduqca ciddi imtinalar çox sadə səbəblərdən, məsələn elementlərin düzgün yığılması, boltun möhkəm sıxılması, şaybanın yaddan çıxması və s. səbəblərdən baş verir.
Imtinaların baş verməsində insan faktoru da çox rol oynayır. Bunlara təcrübənin az olmasını, reaksiyanın gecikməsini, qeyri qənaətbəxş fiziki vəziyyəti, psixoloji çatışmamazlığı və s. göstərmək olar.
Obyektlərin nasazlıqlarını dağıdıcı təsirlərinin xarakterindən (kimyəvi, termiki, mexaniki) və dağıntının təbiətindən (sürüşmə, korroziya, yorğunluq çatları) asılı olaraq təsnif edilir.
İstismar imtinalarının əksəriyyəti artıq yükləmənin nəticəsi olan çatlar, səthi deffektlər, korroziyadır. Bir qayda olaraq çatlar əmələ gəldikdən sonra materialın dərin təbəqələrinə istiqamətlənir. İlk inkişaf mərhələlərində çatlar dağıdıcı olmayan nəzarət üsulları ilə aşkar oluna bilər.
Yorğunluq dağıntılarına səbəb olan istismar yüklənmələrinin tipik nümunələri vibrasiya gərginlikləridir (yükləridir). Məsələn, qida gərginliyinin vibrasiyası nəticəsində elektrik avadlığının sıradan çıxması, dalğaların təsiri nəticəsində alınan vibrasiya səbəbindən qazma avadanlığının elementlərinin dağılması, istiqamətləndirici təsirin vibrasiyası nəticəsində sükanın dağılması, əyilmə deformasiyası təsirindən valın dağılması və s.
Yüklənmələr statiki, dinamiki və periodik olur və onların normadan çox olması səbəbindən çatlar əmələ gəlir.
Mexaniki avadanlıqların işləmə müddətlərinin qısalmasının əsas səbəbi bir-birinə nəzərən hərəkət edən hissələrin səthlərinin yeyilməsidir.
Korroziya dağıntılarının səbəbi korrozion -aktiv mühitdə yerləşən metal (beton) səthlərində baş verən elektrokimyəvi və kimyəvi proseslərdir. Bir qayda olaraq korroziya prosesləri hələ saxlama və montaj dövrlərində inkşaf etməyə başlayır.
Dostları ilə paylaş: |