Texniki diaqnostikanın əsasları. Giriş. Texniki diaqnostikanın əhəmiyyəti



Yüklə 180,73 Kb.
səhifə5/10
tarix31.12.2021
ölçüsü180,73 Kb.
#49726
1   2   3   4   5   6   7   8   9   10
referat 3001

Struktur X2 Y2 Diaqnostik

parametrləri parametrlər

Xn Ym

Şək.2 Texniki diaqnostika parametrlərinin statistik əlaqə sxemi

Diaqnostik informasiyanın əsas növləri.
Istənilən texniki sistemi işini xarakterizə edən informasiyanın böyük hissəni diaqnostik əhəmiyyətə malikdir. Texniki sistemlərdəki müxtəlif prosesləri xarakterizə edən rejim parametrləri (temperatura, təzyiq, fırlanma surəti və s.), vibrasiyalar, akustik və istilik şüaları və s. həmçinin istifadə olunan materialların, hazır məhsulun feyfiyyət göstəriciləri diaqnostik informasiyayua malikdirlər. Bir çox hallarda tədqiqat obyektinin və onun funksional elementlərinin, məsələn maşın və mexanizmlərin elementlərinin müəyyən optik cihazlarla vizual müşahidəsi mövcud çatların, əyriliklərin, qızmaların və s. aşkar olunmasına imkan verir.

Avtomatik sistemlərin elektriki elementlərinin əsas diaqnostik informasiyasına müxtəlif nöqtələrdəki elektriki siqnalların qiymətləri, tezliyi, dəyişmə dinamikası və s. aiddir. Mexaniki elementlərin diaqnostik informasiyasına vibrasiyaların, akustik rəqslərin tezliyi, toxunan hissələrin vəziyyəti və s. aiddir.

İnşaat konstruksiyalarının elementlərinin (fundamentin, daşıyıcı konstruksiyaların-sütünların, divarların, birləşmə yerlərinin və s.) diaqnostik informasiyasına, çatlara, dağılmışhissələri, korroziyalar, əyilmələr, sürüşmələr və s.dir. Bu zaman hər bir göstəri müxtəlif parametrlərlə və onların qiymət diaqnozları ilə xarakterizə olunur. Məsələn, dəqiq müşahidələr nəticəsində aşkarlanan çatların xarakter parametrləri aşağıdakılardır:


  • Çatların istiqaməti (vertikal, horizontal, mailli, uzunluq boyunca, eninə).

  • Qəza zonasında çatların sayı və yerləşməsi.

  • Elementin uzunluğu və qalınlığı boyunca çatın aşkarlanmış eni və əhatə zonası.

Diaqnostika parametrlərinin nəinki baxılan andakı qiymətləri, həmçinin onların zaman üzrə dəyişməsi diaqnostik əhəmiyyətə malikdir.


Yüklə 180,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin