Texniki diaqnostikanın əsasları. Giriş. Texniki diaqnostikanın əhəmiyyəti


Vəziyyətə nəzarətin avtomatik sistemləri



Yüklə 180,73 Kb.
səhifə7/10
tarix31.12.2021
ölçüsü180,73 Kb.
#49726
1   2   3   4   5   6   7   8   9   10
referat 3001

Vəziyyətə nəzarətin avtomatik sistemləri

Texniki diaqnostika prosesində istənilən mürəkkəb obyekt çox və ya az dərəcədə mürəkkəb olan funsional elementlərə ayrılır.Bu zaman daha mürəkkəb funksional elementlər öz növbəsində daha sadələrə parçalanır və s.belə parçalanmanın sonu elə funksional elementlərlə qurtarır ki onlardakı imtinaların yeri dəqiq təyin oluna bilir.

Adətən funsional elementlər , o cümlədən mürəkkəbləri , adından göründüyü kimi sərbəst qurğular olub xüsusi məsələlərin həlli funksiyasını daşıyır.Bir qayda olaraq giriş siqnallarının təsiri nəticəsində bu elementlərin çıxışında bir neçə çıxış siqnalı yaranır.Bu siqnallar mürəkkəb formalı , elektriki maqnit, işıq , səs, mənzərə , mexaniki yerdəyişmələr , istilik , kimyəvi proseslərin göstəriciləri və s ola bilər.Sadəlik üçün ilk funksional elemntlərin nəzarət oluna bilən bir çıxış siqnalı olduğunu qəbul edirik.Bu şərti ödəməyən funksional elementlər.xüsusi üsullarla həmin şərtin ödənməsi üçün parçalana bilər

İstənilən funsional eleemntin çıxış siqnalı elementin daxili vəziyyətindən və xarici təsirlərindən asılıdır. Müxtəlif mənşəli funksional elementlər çoxluğunu aşağıdakı əsas qruplara ayırmaq olar:



  1. Giriş və çıxışları aşağıdakı funksional şəklində əlaqəli olan funksional elementlər.

(1)

- çıxış siqnalının parametri;

– n miqdar girişdəki siqnalların parametrləri;

– funksional elementin daxili vəziyyətini xarakterizə edən parametrlər.

  1. Giriş və çıxış sırasındakı əlaqə aşağıdakı tip funksionalla ifadə olunan funsional elementlər.

(2)

Burada əlavə olaraq t işləmə müddəti göstərir.



  1. Giriş siqnalları olmadığından çıxışı ancaq daxili vəziyyətdən asılı olan funksional elementlər

Əgər 1-ci və 2-ci qrup funsional elementlərin girişlərinin sabit olub nominal qiymətlərə uyğun olduğunu qəbul etsək, funksional elementin çıxışı onun daxili vəziyyətini xarakterizə edəcək. Funksional element saz və imtina etmiş ola bilər. İdeal şəraitdə saz vəziyyətdə olan funksional elementin çıxış parametrinin nominal qiymətdən kiçik uzaqlaşmalarında funksional element öz iş qabiliyyətini saxlayır. Ancaq çıxış parametri müəyyən edilmiş qiymətlər oblastından çıxdıqda element imtina etmiş sayılır. Beləliklə real şəraitdə funksional elementin çıxış parametri buraxıla bilən oblastda olduqda element saz, oblast xaricndə imtina etmiş sayılır. Bu mülahizələr eyniylə 3-cü qrup elementlər üçün də eynidir. Belə ki, giriş siqnallarının olmaması halına həmin siqnalların nominal qiymətlərinin sıfır olduğunu qəbul etmək olar.

Analoji olaraq işləmə qabiliyyətinin nəzarəti məsələsinin həlli zamanı obyektə tamlıqda, yəni ən böyük funsional element kimi baxmaq olar. Ancaq belə bir analogiya ilə birlikdə müəyyən spesifik tələbat – istənilən funksional elementin verilmiş parametrlər çoxluğu mütləq tam olması tələbatıdır. Bu o deməkdir ki, hər hansı bir daxili parametrin buraxıla bilən qiymətdən uzaqlaşması mütləq elementlər birliyinin hər hansı birinin çıxış parametrinin buraxıla bilən oblastdan uzaqlaşmasına səbəb olur.Əlbəttə ele hallar olur ki, obyektin işləmə qabiliyyətinin tam qiymətləndirilməsi üçün parametrlər az və ya lazımi miqdardan artıq olur.Bu onunla əlaqədardır ki, konstruktiv, iqtisadi və ya istismar nöqteyi – nəzərindən sistemin işləmə qabiliyyətinə nəzarət üçün qarşılıqlı əlaqədar olan çıxış parametrləri birliyindən istifadə olunur.

İzahatları sadələşdirməl üçün hər bir real funksional elementin çıxışında bir parametrə nəzarətin kifayət olduğunu qəbul edirik.Əgər hər hansı elementin işləmə qabiliyyətinə nəzarət üçün bir neçə parametrin ölçülməsi tələb olunursa , bu parametrlər ümumiləşmiş bir parametrlə əvəz olunur. Əgər işləmə qabiliyyətinin qiymətləndirilməsi üçün mütləq bir neçə çıxış parametrinin nəzarəti nəzərdə tutulursa və bu parametrlər bir–biri ilə qarşılıqlı əlaqədə deyilsə həmin elementi bir çıxışlı elementlərə parçalamaq olar. Beləliklə gələcəkdə “çıxışın nəzarəti” dedikdə “uyğun parametrin nəzarəti” və ya əksinə başa düşülür.Çıxış parametrləri qarşlıqlı əlaqədə olmadıqda hər hansı bir parametr buraxıla bilən oblastdan uzaqlaşdıqda hər hansı digər parametrin qiyməti dəyişmir.Qarşılıqlı əlaqəli parametrlər halında digər parametrlərin verilmiş oblast daxilində olduğu halda hər bir ayrıca parametrin öz verilmiş oblastından uzaqlaşmasının şərti ehtimalı verilir.




Yüklə 180,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin