Texniki diaqnostikanın əsasları. Giriş. Texniki diaqnostikanın əhəmiyyəti


Texniki diaqnostikada işləmə qabiliyyətinə nəzarət əsasında nasazlıqların axtarılması



Yüklə 180,73 Kb.
səhifə4/10
tarix31.12.2021
ölçüsü180,73 Kb.
#49726
1   2   3   4   5   6   7   8   9   10
referat 3001

Texniki diaqnostikada işləmə qabiliyyətinə nəzarət əsasında nasazlıqların axtarılması.

Diaqnostik informasiya

Diaqnostik əlamətlər və parametrlər

İstənilən obyektin vəziyyəti müəyyən göstəricilərlə (parametrlərlə) xarakterizə olunur. Obyektin elementləri arasında qarşılıqlı əlaqəni xarakterizə edən və obyektin texniki vəziyyətinin keyfiyyət göstəricisi olan bu parametrlər struktur parametrləri adlanır. Başqa sözlə desək, struktur parametrləri obyektin struktur sxemini (elementlərin bir-birinə nəzərən yerləşmə xüsusiyyətini) xarakterizə edir.

Struktur parametrlər əsas və ikinci dərəcəli olur. Obyektin normal işləmə qabiliyyətinə təsir edən parametrlər əsas, təsir etməyən parametrlər isə ikinci dərəcəli struktur parametrlər adlanır.(Məsələn, obyektin xarici görüşünü qiymətləndirən parametrlər)

Məsələn, istismar şəraitində istənilən maşın-mexanizmin reduktorunun valının dişli çarx birləşməsinin vəziyyətini təyin etmək lazım gəldikdə, dişlərin vəziyyətinə bilavasitə nəzarət etmək üçün reduktoru sökmək, yəni istismarı dayandırmaq lazımdır. Belə ki, uzun müddət işləmə şəraitində dişlər yeyilir və çəpliklər yaranır.

Obyektin struktur parametrləri dedikdə onun tərkib hissələrinin struktur parametrləri nəzərdə tutulur. Texniki sistem əsasən bir vəzifəni yerinə yetirdiyi halda onun elementləri müxtəlif işçi proseslərə məruz qalır. Bu proseslərə bəzən çıxış prosesləri deyilir və onlar özlərinin işçi parametrləri (xarakteristikaları) ilə qiymətləndirilirlər. İşçi parametrlər (əlamətlər) nəzarət oluna bilən (diaqnostika edilən) və obyektin iş keyfiyyətini xarakterizə edən parametrlərə deyilir.

Baxılan nümunədə dişli çarx birləşməsindəki nasazlıqlar diaqnostik əlamətlər olan reduktorun gövdəsinin rəqslər spektrinə, akustik rəqslərə və digər parametrlərə təsir edir. Beləliklə, baxılan halda texniki diaqnostikanın vəzifəsi çarxların yeyilmə (köhnəlmə) dərəcəsi olan bilavasitə parametri-keyfiyyət göstəricisini digər dolayı- diaqnostik parametrlərin ölçmə qiymətlərinə əsasən təyin etməkdir. Məsələn, mühərrik üçün diaqnostik parametr kimi işlənmiş qazların tərkibi, televizor üçün görüntülərin, səsin aydınlığı və titrəmələrin olmamasıdır.

Hər bir diaqnostik əlamət tədqiq olunan obyekt üçün dəyərli məlumatlar daşıyır və özü də müvafiq diaqnostik parametrlərlə qiymətləndirilir. Məsələn, mühərrikin effektiv işi onun gücü və yanacaq sərfi ilə xarakterizə olunur.

İstismar zamanı struktur parametrləri dəyişdiyi üçün onlardan asılı olan diaqnostik parametrlər də dəyişir. Odur ki, struktur və diaqnostik parametrlər arasında əlaqə statistik xarakter daşıyır, yəni diaqnostik parametrlər və struktur parametrləri kimi təsadüfi parametrlərdir (şəkil 2).



Tədqiqat obyekti
X1 Y1


Yüklə 180,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin