Tibbi Termometriya və termometrlərlə temperaturun qısa təyinini Qalen vermişdir, o 33 -34 dərəcəni "qeyri-təbii qızdırma"



Yüklə 258,42 Kb.
səhifə16/59
tarix19.04.2022
ölçüsü258,42 Kb.
#55776
1   ...   12   13   14   15   16   17   18   19   ...   59
biootibbi diaqnostika muhazire

Rentgen diaqnostikası
Rentgen şüalarıVilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür. Onları yalnız göstərdikləri təsirə görə müəyyən etmək olar. Rentgen şüaları metallardan, qeyri-metaldan, üzvi maddələrdən keçə bilir. Bu səbəbdən rentgen şüaları tibbdə, texnikada istifadə olunur. Rentgen şüaları atomun, molekulun, kristalların qurluşunu öyrənməyə imkan verir.
Rentgen diaqnostikası müayinəsi qızıl standart olub, ilkin müayinə metodu hesab edilir. Ayrı-ayrı ixtisas həkimləri lazım olduqda pasiyentlərini rentgen müayinəsinə yönəldirlər.
Rentgen müayinəsi metodları
Rengenoqrafiya – ən geniş yayılmış metodlardan hesab edilir. Bu, bədənin hər hansı bir hissəsinin rentgen şüalarından istifadə etməklə, xüsusi fotomaterial üzərində çəkilməsidir.
Rentgenoqrafiya metodunun tətbiqi ilə misal üçün, dişlərin və ya skeletin təsvirini əldə etmək mümkündür.
Rengenoqrafiyadan, həmçinin, damarların və onurğanın kompleks diaqnostikası zamanı sınıqların müayinəsində, insan orqanizmində yad cismlərin aşkar olunmasında istifadə olunur. Rentgen stomatoloq, ortoped və travmatoloq tərəfindən təyin edilə bilər.
Rentgenoskopiya
Təsvirin ekrandan əldə olunması prosesidir. Onun vasitəsilə orqanları fəaliyyətdə olarkən müayinə etmək mümkündür. Söhbət diafraqmanın hərəkəti prosesindən, ürək döyüntüsündən, qida borusunun, bağırsaqların və mədənin peristaltikasından gedir.
Bu metodun vasitəsilə orqanların bir-birinə nisbətən necə yerləşdiyi haqda vizual təsəvvür almaq, müxtəlif patologiyaları aşkar etmək mümkündür.
Flyüoroqrafiya
Rentgen təsvirinin bilavasitə ekrandan çəkilməsi prosesidir. Bu, xüsusi avadanlıqlar vasitəsilə həyata keçirilir. Hazırda daha çox rəqəmsal flüoroqrafiya metodundan istifadə edilir. Flüoroqrafiyadan, əsasən, ağ ciyərlərin və döş qəfəsinin digər orqanlarının müayinəsində istifadə olunur.
Tomoqrafiya
Yunan dilindən tərcümədə “kəsiyin təsviri” mənasını verir. Başqa sözlə, tomoqrafiyanın məqsədi müayinə obyektinin, yəni orqanın daxili strukturunun çoxqatlı təsvirini almaqdır. Bu metod bir sıra orqanların, eləcə də bədən hissələrinin müayinəsində tətbiq olunur.
Kontrast rentgenoqrafiya
Adi rentgenoqrafiya olub, kontrast maddənin (barium sulfat) istifadəsi ilə həyata keçirilir. Bu texnologiyanın vasitəsilə bu və ya digər orqanın ölçüsü, forma və vəziyyətini, hərəkətlilik səviyyəsi, relyef tipi müəyyənləşdirilir, orqanın selikli qişasının vəziyyəti öyrənilir. Həmçinin, bu müayinə metodilə baş vermiş dəyişikliklər və yaranmış şişləri aşkara çıxarmaq olar. Bu metod o hallarda istifadə olunur ki, daha primitiv müayinə metodları tələb olunan  nəticələri vermir.



Yüklə 258,42 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin