857
yaşlarında bir sıra sənətkarlara, o cümlədən Həbibi, Nəvai, Lütfi, Şahi və digər
müəlliflərə yazmış olduğu təxmis və nəzirələri vardır.
Onu da qeyd edək ki, Füzulinin sözügedən qəzəli İstanbul (1924) və Bakı
(1958, H.Araslı)
nəşrlərindən başqa, Füzuli əsərlərinin Azərbaycanda sonrakı
nəşrlərinin heç birinə daxil edilməmişdir. Doğrudur, “Seçilmiş əsərlər”
seriyasından buraxılan bu nəşrlərə dediyimiz qəzəl daxil edilməyə də bilərdi. Lakin
məsələ ondadır ki, altıcildlik Füzuli əsərlərinin sonrakı akademik nəşrlərinin (Bakı
1996, 2005) heç birində də şairin bu qəzəli əsas əsərlər sırasına daxil edilmir.
Halbuki bu, Füzuliyə məxsusluğu şübhə doğurmayan bir qəzəl kimi birinci cilddə
əsas əsərlər sırasında verilməlidir. Bu baxımdan özbək şairi Ömər xan Əmirinin
Füzulinin həmin qəzəlini təxmis etməsi deyilənlərin təsdiqi kimi özünü göstərir.
Əvvəla, belə məlum olur ki, Füzulinin digər qəzəlləri kimi,
bu qəzəli də geniş
ərazilərdə yayılmışdır. Məsələ ondadır ki, özü nəzirə kimi yazılan həmin qəzəli
özbək şairi Ömər xan Əmiri (1787-1822) təxmis etmişdir. Əgər bu qəzəl Füzulinin
olmasa idi, onda həmin qəzəl digər ərazilərdə, o cümlədən Özbəkistanda da
tanınmazdı. Bu fakt onu göstərir ki, Füzulinin sözügedən qəzəli heç də az tanınmış
olmayıb. Ömər xan Əmiri Füzulinin sözügedən qəzəlini belə təxmis etmişdir:
Gulshani ruxsorida ul chashmi ohularmudur?
Javri koʼp-u, mehri oz bebok, badxoʼlarmudur?
Xuni nohaq qilgʼuchi ikki jafojoʼlarmudur?
Goʼshayi abrularinda chashmi jodularmudur?
Yoʼqsa, kirmish yoya tirandos hindularmudur?
Tishlaringga ne munosib gavhari durji sadaf,
Goʼshvoring donasidur axtari burji sharaf,
Xoʼbluk bobida sandursan takalluf bir taraf,
Ikdi shabnamdur guli tar uzra yoxud har taraf
Qatrayi terdin guli ruxsor uza suvlarmudur?
Bogʼ aro nargis nigohidur ishorat intizor,
Yuz yoshurmish har kafi xok ichra bir siymin uzor,
Bilgʼusi, har kimsaya oʼlsa nigohi eʼtibor,
Ochilon gullarmudur yer uzra har fasli bahor,
Yo fano dashtida xok oʼlgʼon pariroʼlarmudur?
Qomating shavqida shamshodu sanavbardur gʼulom,
Gulbuni navrastasan bogʼ ichra, ey oliymaqom,
Nola aylarman tamannoyi ruxungda subhu shom,
858
Аshki chashmimdur sari zulfung xayoli-la mudom,
Yo derilmush rishtayi mushkina loʼoʼlarmudur ?
Dargahingda kimki bosh ostina tosh qoʼymish yotur,
Dema boshkim, boshin ustina quyosh qoʼymish yotur,
Yuzda zulfung bir-birina bosh tutosh qoʼymish yotur,
Ikki ajdardurki, bir ganj uzra bosh qoʼymish yotur,
Yo musalsal orazing davrinda gesularmudur?
Barcha xoʼblar ul pari husnini boʼlmish qoyili
Dam-badam xurshidu mah koʼyida doʼlmish soyili,
Dudi ohimkim Аmiri husn boʼlmish hoyili,
Sanmusan onjaq, Füzuliy, boʼyla xoʼblar moyili?
Yoʼqsa, ishq ahli qamu santak balojoʼlarmudur?
[2, 407-408]
Əmiri təxmisini Füzulinin qəzəlinin birinci beytində ifadə olunan “Qaşların
guşəsində serhbaz gözlərinmidir, yoxsa kaman çəkib ox atmağa hazır olan
hindularmıdır? (həramilərmidir?)” fikrinə belə bir giriş verməklə başlayır:
Gülşənə bənzər üzündə o ahu gözlərmidir? Cövrü (zülmü) çox,
mehri az
pisxasiyyətlilərmidir? Nahaq qan tökməyə hazır olan iki cəfakeşlər, yəni
gözlərmidir? Müəllif təxmisin sonrakı bəndlərdə də belə bir başlanğıca üstünlük
vermişdir. Şeirin bütün bəndlərində belə bir bağlılıq davam etdirilmiş və
nəticədə gözəl bir təxmis nümunəsi yaratmışdır. Təqdim olunan təxmislə tanışlıq
Füzuli qəzəlinin mətni üzərində mətnşünaslıqla bağlı fikirlərə də diqqət yetirmək
tələb edir. Belə ki, Əmirinin bu təxmisi altı bənddən ibarətdir. Ancaq H.Araslının
tərtib etdiyi nüsxədə Füzulinin qəzəli beş beytdir. Bu isə Əmirinin əlində olan va-
riantda Füzuli qəzəlinin altı beytdən ibarət olduğunu göstərir. Füzulinin Bakı
nəşrində Əmirinin təxmisində olan
Açılan güllərmidir, yer üzrə hər fəsli-bahar,
Ya fəna dəştində xak olan pərirulərmidir? –
beyti yoxdur.
Deməli, qəzəlin həcmi beş beytdən çox olub. Füzulinin Şahiyə yazdığı
nəzirəyə Əmirinin təxmisindəki bir
beyti də əlavə etsək, onda belə bir mətn alınmış
olacaqdır:
Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?
Yoxsa girmiş yayə tirəndaz hindularmıdır?
İqdi-şəbnəmdir güli-tər üzrə, yaxud hər tərəf,
Qətrə-qətrə tərdən ol rüxsar üzə sularmıdır?
Açılan güllərmidir, yer üzrə hər fəsli-bahar,
Ya fəna dəştində xak olan pərirulərmidir?
859
İki əjdərdir ki, bir gənc üzrə baş qoymuş yatır,
Ya müsəlsəl arizin dövrində geysularmıdır?
Əşki-çeşmimdir səri-zülfün xəyalilə müdam,
Ya düzülmüş rişteyi-mişk üzrə lölö’lərmidir?
Sənmisən ancaq, Füzuli, böylə xublər maili,
Yoxsa eşq əhli qamu səntək bəlacularmıdır? [6, 381]
Beləliklə, Ömər xan Əmirinin Füzuliyə yazdığı təxmislər təkcə Füzuli
sevgisi, Füzuli sənətinə olan məhəbbətlə məhdudlaşmır.
Həmin təxmislərdən
birincisi belə bir fikir deməyə əsas verir ki, akademik H.Araslı tərəfindən tərtib
edilən altıcildlik Füzuli əsərlərinin birinci cildinin “Əlavələr” hissəsində verilən
“Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?” misralı qəzəlinin Füzuliyə aidliyi heç
bir şübhə doğurmur və həmin qəzəl Füzuli “Divan”ının Bakı
nüsxələrinin əsas
hissəsində yer almalıdır. Başqa bir tərəfdən isə Füzulinin məlum qəzəli daha yeni
bir beytlə zənginləşmiş olur ki, bu da ilk dəfə Ömər xan Əmirinin Füzuliyə yazdığı
təxmisin müqayisəli təhlili nəticəsində üzə çıxır. Bu isə Əmirinin həm Füzuli isinə
olan sevgi və məhəbbəti, həm də şairin ədəbi irsinin mətnşünaslıq baxımından
dəqiqləşməsi işində xidməti kimi dəyərləndirilə bilər. Çünki Füzulinin heç bir
əlyazma və çap nüsxələrində rast gəlinməyən bir beyt məhz Əmirinin yazdığı
təxmis əsasında elm aləminə məlum olmuşdur.
Dostları ilə paylaş: