Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə391/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   387   388   389   390   391   392   393   394   ...   431
Anjuman Boku (6)

Foydalanilgan adabiyotlar: 
1.
Zohidov V. O‘zbek adabiyoti tarixidan. – Toshkent: O‘zadabiynashr, 1961. 
 
2.
Vohidov E. Shoiru she’ru shuur (Adabiy o‘ylar). – Toshkent: Yosh gvardiya, 
1987.
3.
Alisher Navoiy. Mukammal asarlar to‘plami. G‘aroyib us-sig‘ar. 20 tomlik. 
T. 3. – Toshkent: Fan, 1988.
4.
Fuzuliy. Devon. - Toshkent: Badiiy adabiyot, 1959.
5.
Amiriy. Devon. – T:. Tamaddun (nashrga tayyorlovchilar: Qobilova Z., 
Davlatov O., Madaminov A., Ergashev O.). 2017. 
ÖMƏR XAN ƏMİRİNİN MƏHƏMMƏD FÜZULİYƏ
YAZDIĞI TƏXMİSLƏR 
Ataəmi MİRZƏYEV 
filologiya elmləri doktoru 
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
(Azərbaycan) 
 
Məhəmməd Füzulinin (1494-1556) ana dilində “Divan”ı qələmə alındığı 
dövrdən etibarən zaman-zaman geniş ərazilərdə yayılmış, özünə sonsuz dərəcədə 
maraq oyatmış, təkcə aşağı və orta səviyyəli sənətkarlar deyil, hətta yüksək istedad 
sahibi olan söz ustadları bu ədəbi irsə biganə qalmamış, bu sənətin böyüklüyünü 
qəbul etmiş, ondan müxtəlif səviyyələrdə bəhrələnmişlər. Əlbəttə, Füzuli irsinin 
təsir dairəsini təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmaq da mümkün 
deyildir. Odur ki, şairin ədəbi irsinə aşağıda verilən dəyər heç də təsadüfi 
sayılmamalıdır: “Füzuli yalnız kəndi sahəsində deyil, digər türk alanlarında da 
artan əlaqə ilə qarşılanmışdır. Müxtəlif dənizləri qucaqlayan, qaralar (torpaqlar) 
üstündə kültür və mədəniyyət əsərləri vücuda gətirən türk qövmlərinin və türk 


854 
boylarının həmən həpsi onun aşiqidirlər. “Nərədə türk varsa, orada Füzuli vardır” 
bunun üçün söylənmişdir” [9, 372]. Türk xalqlarının ədəbiyyatında Füzuli 
əsərlərinə yazılmış nəzirələr sonsuz saydadır. Tarixdən məlumdur ki, hətta Füzuli 
qəzəllərinə ən gözəl nəzirə yazmaq üçün şairlər arasında ədəbi yarışlar belə 
keçirilmişdir. Füzulini tənzir edənlər, ona tərbi, təxmis və təsdis yazanlar da türk 
xalqlarının ədəbiyyatında istənilən qədərdir. 
Füzuli irsinə olan sonsuz sevgi və məhəbbət özbək-Azərbaycan ədəbi 
əlaqələrinin yaranıb inkişaf etməsində xüsusi bir mərhələ təşkil edir. Füzuli 
yaradıcılığının ilk vaxtlarında özbək ədəbiyyatının bir çox klassiklərinə nəzirələr 
yazmış, qəzəllərini təxmis etmişdir. Xüsusilə, Əlişir Nəvai 
(1441-1501) 
yaradıcılığının Füzuli irsinə təsiri danılmaz bir həqiqətdir. Məsələ ondadır ki, 
Füzulinin Nəvainin qəzəlinə yazmış olduğu bir çox nəsirələr sonradan başqa 
şairlərin ilham qaynağına çevrilmiş, onlar Nəvainin deyil, Füzulinin qəzəlinə 
nəzirə yazmışlar. Orta əsrlər Azərbaycan ədəbiyyatında Əlişir Nəvainin qəzəllərinə 
nəzirə və təxmislər yazmaq bir ənənəyə çevrildiyi kimi, Özbək ədəbiyyatında da 
Füzuli qəzəllərini təxmis etmək, onlara nəzirələr yazmaq xüsusi bir ədəbi istiqamət 
kimi diqqətəlayiqdir. Bu istiqamət, demək olar ki, orta əsrlərdən başlamış, sonrakı 
yüzilliklərdə də davam və inkişaf etdirlmişdir. Hətta özbək ədəbiyyatında XIX və 
XX yüzilliklərdə də Füzuli sevgisi və təsiri davam etmiş, onun qəzəllərinə nəzirə 
və təxmislər qələmə alınmışdır. 
Bu baxımdan 1709-1876-cı illərdə indiki Özbəkistanın Şərq hissəsində 
yaranmış Kokand xanlığının başçılarından olmuş 
şair-hökmdar Ömər xan Əmirinin 
(1787-1822) yaradıcılığı diqqəti cəlb edir. Öncə, qeyd edək ki, Ömərxan Əmiri 
dövrünün tanınmış şairlərindən olmuşdur. Onun həm özbək, həm də fars-tacik 
dillərində yazılmış divanları vardır. Hər iki divan şairin anadan olmasının 230 illiyi 
münasibətilə Daşkənddə 2 cilddə nəşr edilmişdir [1; 2]. Əmirinin özbəkcə şeirlərini 
əhatə edən I cilddə “Müxəmməslər” başlığı altında Lütfüyə 3, Nəvaiyə 24, 
Füzuliyə 2, Zəliliyə 1 təxmis vardır [2, 357-412]. Yeri gəlmişkən, onu da qeyd 
edək ki, Əmirinin Füzuliyə yazdığı təxmislər Azərbaycan-özbək ədəbi əlaqələrinin 
yorulmaz tədqiqatçısı olmuş mərhum Cənnət Nağıyevanın tərtib etdiyi “Füzuliyə 
təxmislər” kitabına da daxil edilmişdir [7, 70-71]. 
Əmiri Füzulinin iki qəzəlini təxmiş etmişdir. Onlardan biri şairin

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin