207
sahibidir. Keçdiyi məşəqqətli ömür yolu onu daha da bərkitmiş, dəyərli əsərlərin
sahibi etmişdir.
XX əsr özbək xalqının ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan
Həbib Sədulla özbək ədəbiyyatını
həm məzmun, həm də janrca zənginləşdirmiş
görkəmli şair, dramaturqdur. Onun yaradıcılığı çox sahəli olduğundan
araşdırdığımız və tədqiq etdiyimiz yönümü də düzgün istiqamətləndirməliyik.
Həbib Sədulla gənc nəslin tərbiyəsi, əxlaqi məsələsinə həmişə ictimai və mədəni
inkişaf baxımından yanaşmışdır. Romantik təbiətli, alovlu,
maarifpərvər şair
nədən yazırsa-yazsın, onu xalqın əhval-ruhiyyəsi, gəncliyin gələcək taleyi
düşündürmüşdü. Həbib Sədulla elm və maarifin yayılmasında, xalq kütlələrinin
savadlanmasında xidməti olan bir sənətkardır.
Həbib Sədulla 1942-ci il aprelin 5-də Namanqan şəhərində anadan olub. Atası
müharibədə həlak olduğundan anasının himayəsindəböyüyüb.Əmək fəaliyyətinə
Daşkənddəki ekskavator zavodunda elektrik qaynaqçısı kimi başlayıb. Daşkənd
Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alıb. Hərbi xidmətdən
qayıtdıqdan sonra “Müştüm”, “Namanqan həqiqəti”
kimi jurnal və qəzetlərdə
redaktor, ədəbi işçi, redaktor müavini vəzifələrində çalışıb. Həbib Sədulla 1973-
1990-cı illərdə Özbəkistan Yazıçılar İttifaqının Namanqan rayon şöbəsinin məsul
katibi vəzifəsində çalışıb.
1969-cu ildə ilk kitabı “Okeandan gələn meh” nəşr olundu. Bundan sonra
“Baharla söhbət”, “Dialoq”, “Atəşgahda”, “Ehtiram”, “İşıq qədri”, “Ünsiyyət”,
“Üçkurqanın üç təpəsi”, “Küçəmdən canan ötəndə” kimi şeir topluları nəşr
olunmuşdu. Şair özünün hekayə və məqalələr toplusunda insanları zəhmətkeşlik,
dürüstlük, iman və vicdan kimi keyfiyyətlərə hörmətlə yanaşmağa çağırır.
Müasir özbək epik poeziyasının inkişafında Həbib Sədulla özünəməxsus
dəsti-xətti ilə seçilib. “Mənim doğum ilim”, “Onaizor”, “Canlı qurbanlar”, “Yer
üzünün əks-sədası”, “Yeddinci qitə”, “İnam”, “Çust hekayəsi” kimi yüksək ideya-
bədii epik dastanlar buna sübutdur.
Bir dramaturq kimi onun “Yusif və Züleyxa”, “Mərhəmət günəşi” dramları,
“Sağ ol, təxribatçı” komediyası da maraqla qarşılanıb. O, eyni zamanda qəzəl şairi
və istedadlı xanəndə kimi tanınıb.
Həbib Sədulla “Yusif və Züleyxa” dramını “Bibliya” və “Qurani-Kərim”də
yazılan Yusif və Züleyxaya aid ayələr əsasında qələmə almışdır. Onlar bir-birlərini
sevirlər. Çoxlu
macəralardan sonra nəhayət, biri-birinin vüsalına yetişir, həyat
qurur, ailə olaraq birgə yaşayırlar. Caminin əsərində bir sıra əfsanəvi hadisələrə də
rast gəlinir. Lakin, bütün bunlar dini məzmunda, fövqəltəbii qüvvələrə
söykəndiyindən Caminin “Yusif və Züleyxa”sına, Nizaminin “Xosrov və Şirin”i
səviyyəsinə qalxmağa imkan vermir. Züleyxanın hələ uşaq olarkən, Yusifi Misir
əzizi
kimi yuxusunda görməsi, yuxuların Yusif tərəfindən yozulması, qıfıllı
208
qapıların Yusif qarşısında öz-özünə açılması, Yaqubun kor gözlərinin möcüzəvi
şəkildə şəfa tapması, qarıyıb kor olmuş Züleyxanın sonradan cavanlaşıb gözəl qıza
çevrilməsi və sair bu kimi hadisələr, əsəri orta əsrlərin sxolastik dini
ehkamlarından ilham almış bir əfsanəyə oxşatmışdır.
Əsərdə, Yusif
Misirin
əzizi olduqdan sonra, təntənəli surətdə şəhərin
kənarından
keçərkən, qarımış, hər iki gözdən kor olmuş Züleyxa ilə rastlaşır və
onlar görüşürlər. Züleyxa yalvarır və keçmiş günləri üçün üzr istəyir. Yusif onu
bağışlayır. Mərhəmətli Allah Züleyxanın hər iki gözünə şəfa verir, yenidən
gəncliyini qaytarır, əvvəlkindən də gözəl edir. Onlar evlənib, xoşbəxt həyat
sürməyə başlayırlar.
Onun zəngin söz palitrasında
təbiətin, cəmiyyətin və idrakın ümumi inkişaf
qanunauyğunluqlarının poetik anlamını, fəlsəfi fikir yükünü daşıyan şeirləri diqqəti
cəlb edir.
Dostları ilə paylaş: