854
boylarının həmən həpsi onun aşiqidirlər. “Nərədə türk varsa, orada Füzuli vardır”
bunun üçün söylənmişdir” [9, 372]. Türk xalqlarının ədəbiyyatında Füzuli
əsərlərinə yazılmış nəzirələr sonsuz saydadır. Tarixdən məlumdur ki, hətta Füzuli
qəzəllərinə ən gözəl nəzirə yazmaq üçün şairlər arasında ədəbi yarışlar belə
keçirilmişdir. Füzulini tənzir edənlər, ona tərbi, təxmis və təsdis yazanlar da türk
xalqlarının ədəbiyyatında istənilən qədərdir.
Füzuli irsinə olan sonsuz sevgi və məhəbbət
özbək-Azərbaycan ədəbi
əlaqələrinin yaranıb inkişaf etməsində xüsusi bir mərhələ təşkil edir. Füzuli
yaradıcılığının ilk vaxtlarında özbək ədəbiyyatının bir çox klassiklərinə nəzirələr
yazmış, qəzəllərini təxmis etmişdir.
Xüsusilə, Əlişir Nəvai
(1441-1501)
yaradıcılığının Füzuli irsinə təsiri danılmaz bir həqiqətdir. Məsələ ondadır ki,
Füzulinin Nəvainin qəzəlinə yazmış olduğu bir çox nəsirələr sonradan başqa
şairlərin ilham qaynağına
çevrilmiş, onlar Nəvainin deyil, Füzulinin qəzəlinə
nəzirə yazmışlar. Orta əsrlər Azərbaycan ədəbiyyatında Əlişir Nəvainin qəzəllərinə
nəzirə və təxmislər yazmaq
bir ənənəyə çevrildiyi kimi, Özbək ədəbiyyatında da
Füzuli qəzəllərini təxmis etmək, onlara nəzirələr yazmaq xüsusi bir ədəbi istiqamət
kimi diqqətəlayiqdir. Bu istiqamət, demək olar ki, orta əsrlərdən başlamış, sonrakı
yüzilliklərdə də davam və inkişaf etdirlmişdir. Hətta özbək ədəbiyyatında XIX və
XX yüzilliklərdə də Füzuli sevgisi və təsiri davam etmiş, onun qəzəllərinə nəzirə
və təxmislər qələmə alınmışdır.
Bu baxımdan 1709-1876-cı illərdə indiki Özbəkistanın Şərq hissəsində
yaranmış Kokand xanlığının başçılarından olmuş
şair-hökmdar Ömər xan Əmirinin
(1787-1822) yaradıcılığı diqqəti cəlb edir. Öncə,
qeyd edək ki, Ömərxan Əmiri
dövrünün tanınmış şairlərindən olmuşdur. Onun həm özbək,
həm də fars-tacik
dillərində yazılmış divanları vardır. Hər iki divan şairin anadan olmasının 230 illiyi
münasibətilə Daşkənddə 2 cilddə nəşr edilmişdir [1; 2]. Əmirinin özbəkcə şeirlərini
əhatə edən I cilddə “Müxəmməslər” başlığı altında Lütfüyə 3, Nəvaiyə 24,
Füzuliyə 2, Zəliliyə 1 təxmis vardır [2, 357-412]. Yeri gəlmişkən, onu da qeyd
edək ki, Əmirinin Füzuliyə yazdığı təxmislər Azərbaycan-özbək ədəbi əlaqələrinin
yorulmaz tədqiqatçısı olmuş mərhum Cənnət Nağıyevanın tərtib etdiyi “Füzuliyə
təxmislər” kitabına da daxil edilmişdir [7, 70-71].
Əmiri Füzulinin iki qəzəlini təxmiş etmişdir. Onlardan biri şairin
Dostları ilə paylaş: