855
müxtəlif şairlər tərəfindən yazılmış təxmislər sayca çoxluq təşkil edir. Əmiri həmin
qəzəli təxmis edərkən ona olduqca həssas yanaşmış, Füzulinin qəzəlinin hər bir
beytinə əlavə etdiyi üç misranı elə ustalıqla yazmışdır ki, onlar arasında məzmun
və forma bağlılığı vahid bir bütöv kimi özünü göstərir. Yəni şairin beşləmiş olduğu
bəndlərdəki beytlər arasında heç bir uyğunsuzluq nəzərə çarpmır.
Füzuli
sözügedən qəzəlin birinci beytində deyir ki, vüsal şəfasının dəyərini ayrılıq xəstəsi
olandan soruş; ləl (dodaq) zülalının zövqünü görüş təşnəsi olandan soruş. Əmiri də
beytə əlavə etdiyi misralarda yazır: Qəm dağını bəla səhrasında mənimtək zar
(ağlar)
olandan soruş; Məhəbbət rəmzini Məcnun kimi yaralı olandan soruş;
Qırmızı ləlin (dodağın) ləzzətini eşqdə arif olandan soruş. Göründüyü kimi, Şairin
əlavə etdiyi misralarla Füzulinin beyti arasında sıx bağlılıq vardır, biri digərini
tamamlayır:
Balo dashtida gʼam togʼin meningdek zor oʼlandan soʼr,
Muhabbat ramzini Majnun kibi afgor oʼlandan soʼr.
Mazoki laʼli nobin ishq aro xummor oʼlandan soʼr,
Shifoi vasl qadrin hajr aro bemor oʼlandan soʼr,
Ziloli zavq shavqin tashnai didor oʼlandan soʼr.
[2, 409]
Təxmisin sonrakı bəndində də eyni vəziyyət müşahidə olunmaqdadır. Belə
ki, Əmiri Füzulinin qəzəlinin ikinci beytində ifadə olunan “Dilə gəlib dodağın
sirrini məndən başqa,
heç kəsdən soruşma, bu gizli mənanı bir sirləri biləndən
soruş” fikrini belə davam etdirir: Könül məcnunun oldu, eşq günahı
ilə ölmə;
Mənimtək mübtəladan (xəstədən) cəfa tərkini rəva görmə, yəni aşiqə sevgi yolunda
cəfa çəkmək xoşdur; Qara üzlü rəqiblə birgə oturma-durma. Göründüyü kimi, yenə
Əmiri ilk üç misrada Füzulinin ikinci beytinə məzmun və məna baxımdan hazırlıq
ifadə edən fikirləri verməklə mükəmməl bir bənd yaratmış olur:
Koʼngul majnuning oʼldi, ishq jurmi birla oʼlgurma,
Meningdek mubtalodin javr tarkini ravo koʼrma,
Raqibi roʼsiyah birla dame oʼlturma-u turma,
Labing shirin choʼkub guftora bandin oʼzgadan soʼrma,
Bu pinhon nuktani bir voqifi-asror oʼlandan soʼr.
[2, 409]
Beləcə, Əmiri Füzulinin yeddi beytdən ibarət qəzəlini yeddi bəndlik
müxəmməsə çevirmiş, nəticədə uğurlu bir təxmis örnəyi alınmışdır.
Əmirinin Füzulidən təxmiş etdiyi
Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?
Yoxsa girmiş yayə tirəndaz hindularmıdır?
[2, 381] –
mətləli qəzəli isə füzulişünaslıq üçün bir neçə cəhətdən diqqəti cəlb edir.
Əvvəla, onu qeyd edək ki, həmin qəzəl Azərbaycanda
nəşr edilmiş Füzuli
divanının nəşrlərinin heç birində əsas hissədə yer almır.
Azəbaycanda Füzuli “Divan”ının mükəmməl nəşri sahəsində akademik
856
Həmid Araslının xüsusi xidməti vardır. Onun 1958-ci ildə yeddi əlyazma və çap
nüsxəsi əsasında çapa hazırladığı Füzuli “Divan”ı ən sanballı akademik nəşr hesab
olunur. Onun 1958-ci ildə nəşr etdirdiyi beşcildlik
Füzuli əsərlərinin birinci
cildinin sonunda – “Əlavələr” hissəsində 3 qəzəl və 2 rübai verilmişdir. Alim hər
səhifənin sonundakı çıxarışda bu qəzəllərdən birincisinin Füzuli əsərlərinin
Daşkənd və Sankt-Peterburq əlyazma nüsxələrindən, ikinci və üçüncüsünün 1924-
cü ildə İstanbulda çap olunmuş “Külliyyati-Divani-Füzuli” nəşrindən, rübailərin
isə 1857-ci ildə Təbrizdə çapdan çıxmış Füzuli “Divan”ından götürüldüyünü qeyd
edir [6, 400-403].
Füzulişünas alim Mirzağa Quluzadə “Füzulinin lirikası” adlı
monoqrafiya-
sında beşcildlik Füzuli əsərlərinin 1958-ci il nəşrinin birinci cildinin “Əlavələr”
hissəsində
Dostları ilə paylaş: