2. Üzvlüyün sona yetməsi
Maddə 147. — Anayasa Məhkəməsinin üzvləri altmış beş yaşını doldurandan sonra təqaüdə çıxırlar.
Anayasa Məhkəməsinə üzvlük, bir üzvün hakimlik peşəsindən çıxarılmanı zəruri edən bir suça görə mühakimə olunması halında avtomatik surətdə, vəzifəsini səhhəti baxımından yerinə yetirə bilməyəcəyi qəti olaraq anlaşıldıqda isə Anayasa Məhkəməsi üzv tamsayının mütləq səs çoxluğu ilə qəbul edilmiş qərarı əsasında xitam olunur.
3. Vəzifə və səlahiyyətləri
Maddə 148. — Anayasa Məhkəməsi qanunların, qanun hökmündə qərarnamələrin və Türkiyə Böyük Millət Məclisi İç Nizamnaməsinin Anayasa forma və məzmun baxımından uyğun olmasına nəzarət edir. Anayasa dəyişikliklərini isə sadəcə forma baxımından təhqiq edir və yoxlayır, Lakin fövqəladə vəziyyət, hərbi vəziyyət və savaş hallarında çıxarılan qanun hökmündə qərarnamələrin forma və məzmun baxımından Anayasaya zidd olması, Anayasa Məhkəməsində dava açılmasına səbəb ola bilməz.
Qanunların forma baxımından yoxlanılması, onların son səsvermə zamanı səs çoxluğu ilə qəbul edilib edilməməsi; Anayasa dəyişikliklərində isə, təklif və səs vermə çoxluğuna və təcili qaydada müzakirə oluna bilməyəcəyi şərtinə uyğun gəlib-gəlməməsi ilə məhdudlaşdırılır. Forma baxımından yoxlama, Cümhur Başkanı və ya Türkiyə Böyük Millət Məclisi üzvlərinin beşdə biri tərəfindən tələb edilə bilər. Qanunun dərc olunduğu tarixdən etibarən on gün keçdikdən sonra, forma uyğunsuzluğuna görə ləğv davası açıla bilməz, bu dava protest yolu ilə də irəli sürülə bilməz.
Anayasa Məhkəməsi Cümhur Başkanını; Nazirlər Şurası üzvlərini; Anayasa Məhkəməsinin, Ali Kassasiya Məhkəməsinin, Dövlət Şurasının, Əsgəri Kassasiya Məhkəməsinin, Əsgəri Yüksək İnzibati Məhkəmənin Başkan və üzvlərini, Baş prokurorlarını, Cümhuriyyət Baş Prokuror müavinini; Hakimlər və Prokurorlar Yüksək Şurası və Hesablayıcı Palata Başkan və üzvlərini vəzifələri ilə bağlı suçlara görə Ali Divan sifətilə mühakimə edir.
Ali Divanda prokurorluq vəzifəsini Cümhuriyyət Baş prokuroru müavini yerin yetirir.
Ali Divan qərarları qətidir.
Anayasa Məhkəməsi, Anayasada müəyyən edilən digər vəzifələri də yerinə yetirir.
4. Çalışma və mühakimə etmə üsulu
Maddə 149. — Anayasa Məhkəməsi Başkan və on üzvün iştirakı ilə toplanır, mütləq səs çoxluğu ilə qərar verir. Anayasaya dəyişiklik edilməsi barədə qərar verə bilmək üçün üçdə iki səs çoxluğu şərtdir.
Forma uyğunsuzluğuna görə ləğv etmə davaları Anayasa Məhkəməsi tərəfindən öyrənilib qərar çıxarılır.
Anayasa Məhkəməsinin quruluşu və mühakimə üsulları qanunla; məhkəmənin quruluşu və üzvləri arasındakı işbölümü isə Məhkəmənin çalışma əsasları və üzvləri arasındakı işbölümü isə Məhkəmənin öz müəyyən edəcəyi İç Nizamnamə ilə nizama salınır.
Anayasa Məhkəməsi onun Ali Divan sifətiylə baxdığı davalar istisna olmaqla qalan işlərə dosye əsasında baxır. Ancaq gərəkli bildiyi hallarda şifahi ifadələri dinləmək üçün marağı və işlə bağlı məlumatı olan şəxsləri çağıra bilər.
5. Ləğv etmə davası
Maddə 150. — Qanunların, qanun hökmündəki qərarnamələrin, Türkiyə Böyük Millət Məclisi İç Nizamnaməsinin və ya bunların müəyyən maddə və hökmlərinin forma və məzmun baxımından Anayasaya zidd olduğunu iddia edərək onlar haqqında Anayasa Məhkəməsində bilavasitə ləğv etmə davası açmaq haqqı, Cümhur Başkanına, iqtidar və ana müxalifət partiyası Məclis qruplarına və Türkiyə Böyük Millət Məclisi üzv tamsayının ən azı beşdə birini təşkil edən üzvlərə məxsusdur. İqtidarda birdən artıq siyasi partiya olduqda iqtidar partiyalarının davaaçma haqqını daha çox üzvə sahib olan partiya həyata keçirir.
6. Dava açma müddəti
Maddə 151. — Anayasa Məhkəməsində bilavasitə ləğv etmə davası açma haqqı, ləğvi tələb edilən qanunun, qanun hökmündə qərarnamənin və ya İç Nizamnamənin Rəsmi Qəzetdə dərc olunmasından başlayaraq altmış gün sonra qüvvədən düşür.
7. Anayasaya zidlik iddiasının dikər məhkəmələrdə irəli sürülməsi
Maddə 152. — Bir davaya baxmaqda olan məhkəmə, tətbiq olunacaq bir qanun və qanun hökmündə qərarnamənin hökmlərini Anayasaya zidd görürsə və ya tərəflərdən birinin irəli sürdüyü zidlik iddiasının ciddi olduğu qərarına gəlirsə, Anayasa Məhkəməsinin 6u mövzuda verəcəyi qərara qədər davanı təxirə salır.
Məhkəmə, Anayasaya zidlik iddiasını ciddi görməzsə; bu iddia barədə kassasiya instansiyası tərəfindən verilən əsas hökmlə birlikdə qərar çıxarılır.
Anayasa Məhkəməsi, işin ona daxil olduğu kündən başlayaraq beş ay ərzində qərarını verir və açıqlayır. Bu müddət ərzində qərar verilməzsə məhkəmə davanı qüvvədə olan qanun hökmləri üzrə xətm edir. Ancaq, Anayasa Məhkəməsinin qərarı, işin mahiyyəti üzrə qəti qərar verilincəyə qədər daxil olursa, məhkəmə bununla razılaşmalıdır.
Anayasa Məhkəməsinin işin mahiyyəti üzrə verdiyi rədd qərarının Rəsmi Qəzetdə dərc olunmasından sonra on il keçməyincə eyni qanun hökmünün Anayasaya zidliyi iddiasıyla təkrar müraciət oluna bilməz.
8. Anayasa Məhkəməsinin qərarları
Maddə 153. — Anayasa Məhkəməsinin qərarları qətidir. Ləğv etmə qərarları şərh yazılmadan açıqlana bilməz.
Anayasa Məhkəməsi bir qanun və ya qanun hökmündə qərarnaməni və ya onun bir hökmünü ləğv edərkən, qanun-verici kimi hərəkət edib, yeni bir praktikaya yol açacaq hökm verə bilməz.
Qanun, qanun hökmündə qərarnamə və ya Türkiyə Böyük Millət Məclisi İç Nizamnaməsi ya da bunların hökmləri, ləğv etmə qərarlarının Rəsmi qəzetdə dərc olunduğu tarixdən qüvvədən düşür. Zəruri hallarda Anayasa Məhkəməsi ləğv etmə hökmünün qüvvəyə minəcəyi tarix haqqında ayrıca qərar verə bilər. Bu tarix, qərarın Rəsmi Qəzetdə dərc olunduğu gündən başlayaraq bir ili keçə bilməz.
Ləğv etmə qərarının qüvvəyə minməsinin təxirə salındığı durumlarda, Türkiyə Böyük Millət Məclisi, ləğv etmə qərarının ortaya çıxardığı hüquqi boşluğu dolduracaq qanun layihəsi və ya təklifini növbəbədən kənar qaydada müzakirə edib qərar çıxarır.
Ləğv etmə qərarının geriyə qüvvəsi yoxdur.
Anayasa Məhkəməsi qərarları Rəsmi Qəzetdə dərhal dərc olunur və qanunverici, icra və məhkəmə orqanları, inzibati instansiyalar, fiziki və hüquqi şəxslər üçün məcburi qüvvəyə malikdir.
B. Ali Kassasiya Məhkəməsi
Maddə 154. — Ali Kassasiya Məhkəməsi, ədliyyə məhkəmələri tərəfindən verilən və qanunun başqa bir mülki mühakimə instansiyasının ixtiyarına buraxdığı qərar və hökmlərin sonuncu baxıldığı instansiyadır. O, Qanunla göstərilən müəyyən davalara da ilk və son instansiya məhkəməsi olaraq baxır.
Ali Kassasiya Məhkəməsinin üzvləri birinci dərəcəli mülki mühakimə və Cümhuriyyət prokurorları, habelə bu peşədən sayılan şəxslər arasından Hakimlər və Prokurorlar Yüksək Şurası tərəfindən üzv tamsayının mütləq səs çoxluğu ilə və gizli səslə seçilir.
Ali Kassasiya Məhkəməsi Birinci Başkanı, birinci başkan müavinləri və dairə başkanları öz üzvləri arasından Ali Kassasiya Məhkəməsi Ümumi Şurası tərəfindən üzv tamsayının mütləq səs çoxluğu və gizli səslə dörd il müddətinə seçilirlər; müddəti bitənlər yenidən seçilə bilər.
Ali Kassasiya Məhkəməsi Cümhuriyyət Baş prokurorunu və Cümhuriyyət Baş prokuroru müavinini, Ali Kassasiya ümumi Şurasının öz üzvləri arasından gizli səslə müəyyənləşdirdiyi beş namizəd içindən Cümhur Başkanı tərəfindən dörd il müddətinə seçilir. Müddəti bitənlər yenidən seçilə bilər.
Ali Kassasiya Məhkəməsinin quruluşu, fəaliyyəti, Başkan, başkan müavinləri, dairə başkanları və üzvləri ilə Cümhuriyyət Baş Prokuroru və Cümhuriyyət Baş Prokuroru müavininin xüsusiyyətləri və seçim üsulları məhkəmələrin müstəqilliyi və hakimlik təminatı əsasları üzrə qanunla tənzimlənir.
C. Danıştay. (Dövlət Şurası)
Maddə 155. — Danıştay, inzibati məhkəmələr tərəfindən verilən və qanunun başqa bir inzibati mühakimə instansiyasının ixtiyarına buraxmadığı qərar və hökmlərin son baxıldığı instansiyadır. Qanunla göstərilən müəyyən davalara da ilk və son dərəcə məhkəməsi olaraq Danıştay baxır.
Danıştay davalara baxmaq, Başbakan və Bakanlar Şurası tərəfindən göndərilən qanun layihələri haqqında öz fikrini bildirmək, nizamnamə layihələrini və imtiyaz şərtləşmə və müqavilələrini öyrənmək, inzibati mübahisələri yoluna qoymaq və qanunda göstərilən digər işləri görmək üçün yaradılmışdır.
Danıştay üzvlərinin dörddə üçü, birinci dərəcəli inzibati məhkəmə hakim və prokurorları ilə bu peşədən sayılan şəxslər arasından hakimlər və Prokurorlar Yüksək Şurası tərəfindən, qalan dörddə biri isə, xüsusiyyətləri qanunda müəyyənləşdirilən vəzifəli şəxslər içindən Cümhur Başkanı tərəfindən seçilir.
Danıştay Başkanı, Baş Prokuror, başkan müavinləri və dairə başkanları, öz üzvləri arasından Danıştay Ümumi Şurası tərəfindən üzv tamsayının mütləq səs çoxluğu və gizli səslə dörd il müddətinə seçilirlər. Müddəti bitənlər yenidən seçilə bilər.
Danıştayın quruluşu, fəaliyyəti, Başkan, Baş Prokuror, bakan müavinləri, dairə başkanları ilə üzvlərinin xüsusiyyətləri və seçim üsulları inzibati mühakimənin xüsusiliyi, məhkəmələrin müstəqilliyi və hakimlik təminatı prinsiplərinə uyğun olaraq qanunla tənzimlənir.
D. Əsgəri Yüksək Kassasiya Məhkəməsi (Yarğıtay)
Maddə 156. — Əsgəri Yarğıtay, əsgəri məhkəmələrdən verilən qərar və hökmlərə sonuncu baxan instansiyadır. Bundan başqa, hərbi qulluqçuların qanunla göstərilən müəyyən davalarına ilk və son instansiya məhkəməsi kimi o baxır.
Əsgəri Yarğıtay üzvləri birinci dərəcəli əsgəri hakimlər üzv tamsayının mütləq səs çoxluğu və gizli səslə hər boş yer üçün göstərəcəyi üç namizəd içindən Cümhur Başkanı tərəfindən seçilir.
Əsgəri Yarğıtay Başkanı, Baş Prokuroru, İkinci Başkanı və dairə başkanları Əsgəri Yarğıtay üzvləri arasından rütbə və staj sırasına görə təyin olunurlar.
Əsgəri Yarğıtay quruluşu, fəaliyyəti, nümayəndələrinin intizam məsələləri, şəxsi işləri məhkəmələrin müstəqilliyi, hakimlik təminatı və əsgərlik xidmətlərinin tələbləri üzrə qanunla tənzimlənir.
E. Əsgəri Yüksək İnzibati Məhkəmə
Maddə 157. — Əsgəri Yüksək İnzibati Məhkəmə, əsgəri olmayan instansiyalar tərəfindən təsis edilmiş olsa belə, əsgər şəxslərə aid olan, əsgəri xidmətlə bağlı inzibati fəaliyyət və hərəkətlərdən doğan mübahisələr üzrə məhkəmə nəzarətini həyata keçirən ilk və son instansiya məhkəməsidir. Ancaq, əsgərlik öhdəliklərindən doğan mübahisələrdə marağı olan tərəfin Əsgər olması şərti tələb olunmur.
Əsgəri Yüksək İnzibati Məhkəmənin hərbi hakim sinfindən olan üzvləri məhkəmənin bu sinfindən olan başkan və üzvləri tamsayının mütləq çoxluğu və gizli səs ilə birinci dərəcəli hərbi hakimlər arasından hər boş yer üçün göstəriləcək üç namizəd içindən; hakim sinfindən olmayan üzvləri isə rütbə və xüsusiyyətləri qanunda göstərilən zabitlər arasından, Ümumi Qərargah Başkanlığına hər boş yer üçün göstəriləcək üç namizəd içindən Cümhur Başkanı tərəfindən seçilir.
Əsgəri hakim sinfindən olmayan üzvlərin səlahiyyət müddəti ən çoxu dörd ildir.
Məhkəmənin Başkanı, Baş Prokuror və dairə başkanları hakim sinfindən olanlar arasından rütbə və staj sırasına görə təyin olunurlar.
Əsgəri Yüksək İnzibati Məhkəmənin quruluşu fəaliyyəti, mühakimə üsulları, onun nümayəndələrinin intizam və şəxsi işləri məhkəmələrin müstəqilliyi, hakimlik təminatı və əsgərlik xidmətlərinin tələbləri üzrə qanunla tənzimlənir.
F. İxtilaf Məhkəməsi
Maddə 158. — İxtilaf Məhkəməsi mülki, inzibati və əsgəri mühakimə instansiyaları arasındakı vəzifə və hökm uyğunsuzluqlarını qəti olaraq həll etməyə səlahiyyətlidir.
İxtilaf Məhkəməsinin quruluşu, üzvlərinin xüsusiyyətləri və seçimləri ilə fəaliyyəti qanunla tənzimlənir. Bu məhkəmənin Başkanlığını Anayasa Məhkəməsinin öz üzvləri arasından təyin etdiyi üzv həyata keçirir.
Digər məhkəmələrlə Anayasa Məhkəməsi arasında səlahiyyət bölgüsü ilə bağlı ixtilaf mübahisələri yarandıqda Anayasa Məhkəməsinin qərarı əsas götürülür.
III. Hakimlər və Prokurorlar Yüksək Şurası
Maddə 159. — Hakimlər və Prokurorlar Yüksək Şurası, məhkəmələrin müstəqilliyi və hakimlik təminatı əsaslarına uyğun qurulur və fəaliyyət göstərir.
Şuranın Başkanı— Ədalət Bakanıdır. Ədalət Başkanlığı Müşaviri Şuranın daimi üzvüdür. Şuranın üç əsl və iki ehtiyat üzvü Ali Kassasiya Məhkəməsi Ümumi Şuranın öz üzvləri arasından, Cümhur Başkanı tərəfindən dörd il müddətinə seçilir. Müddəti bitən üzvlər yenidən seçilə bilər. Şura, seçki yolu ilə gələn əsl üzvləri arasından bir başkan müavini seçir.
Hakimlər və Prokurorlar Yüksək Şurası mülki və inzibati mühakimə hakim və prokurorlarını işə qəbul etmə, təyin etmə və başqa işə keçirmə, müvəqqəti səlahiyyət vermə, yüksəlmə və birinci dərəcəyə ayırma, kadrları bölüşdürmə, peşəsində qalmaları uyğun görülməyənlər haqqında qərar vermə, intizam cəzası vermə, vəzifədən uzaqlaşdırma kimi fəaliyyətləri həyata keçirir. Şura Ədalət Başkanlığının, məhkəmənin və ya bir hakim və ya prokuror kadrosunun çıxarılması və ya məhkəmənin mühakimə dairəsinin dəyişdirilməsi haqqında təkliflərə dair qərar qəbul edir, bundan başqa Anayasa və qanunlarla verilən digər vəzifələri yerinə yetirir.
Şura qərarlarına qarşı məhkəmə instansiyalarına müraciət edilə bilməz.
Şuranın öz vəzifələrini yerinə yetirməsi, seçim və çalışma üsullarıyla etirazların Şura çərçivəsində araşdırılması əsasları qanunla tənzimlənir.
Ədalət Bakanlığının mərkəzi aparatında müvəqqəti və ya fasiləsiz olaraq çalışdırılacaq hakim və prokurorları, onların razılığı ilə təyin etmə səlahiyyəti Ədalət Bakanına aiddir.
Ədalət Bakanı, gecikməsi mümkün olmayan hallarda xidmətin axsamaması üçün hakim və prokurorlara müvəqqəti səlahiyyət və vəzifə verə bilər ki, bu da hakimlər və Prokurorlar Yüksək Şurasının ilk toplantısında təsdiqə təqdim olunur.
IV. Sayıştay (Ali hesablama şurası)
Maddə 160. — Sayıştayın vəzifəsinə ümumi və qarışıq büdcəli dairələrin bütün gəlir və məxaricləri ilə mallarını Türkiyə Böyük Millət Məclisi adından yoxlamaq və cavabdeh şəxslərin hesab və fəaliyyətləri haqqında qəti qərar çıxarmaq və qanunlarda göstərilən öyrənmə, yoxlama və qərar vermə işlərini həyata keçirmək daxildir. Sayıştayın qəti hökmləri ilə əlaqədar marağı olan şəxslər hökmün onlara bildirilməsindən keçən on beş gün ərzində bir dəfə olmaq şərtilə qərar verilməsini tələb edə bilər. Bu qərarlarla əlaqədar inzibati mühakimə qaydasıyla müraciət edilə bilməz.
Vergi, digər maliyyə öhdəlikləri və məsuliyyətləri haqqında Danıştay ilə Sayıştay qərarları arasındakı mübahisələrdə Danıştay qərarları əsas götürülür.
Sayıştayın quruluşu, fəaliyyəti, nəzarət üsulları, nümayəndələrinin xüsusiyyətləri, təyin olunmaları, vəzifə və səlahiyyətləri haqları və öhdəlikləri və digər fərdi işləri, başkan və üzvlərinin təminatı qanunla tənzimlənir.
Silahlı Qüvvələrin əlindəki Dövlət mallarının Türkiyə Böyük Millət Məclisi adından yoxlanılması üsulları, Milli Müdafiə Xidmətlərinin tələb etdiyi gizlilik prinsiplərinə uyğun olaraq qanunla tənzimlənir.
DÖRDÜNCÜ HİSSƏ
MALİYYƏ HÖKMLƏRİ VƏ İQTİSADİ HÖKMLƏR
BİRİNCİ BÖLÜM
MALİYYƏ HÖKMLƏRİ
I. Büdcə
A. Büdcənin hazırlanması və həyata keçirilməsi
Maddə 161. — Dövlətin və ictimai iqtisadi təşkilatlara aid olmayan ictimai hüquqi şəxslərin xərcləri, illik büdcələrlə müəyyən olunur.
Maliyyə ilinin başlanğıcı, habelə ümumi və qarışıq büdcələrin necə hazırlanması və tətbiq olunması qanunla müəyyən edilir.
Qanun, inkişaf planları ilə bağlı kapital qoyuluşu və ya bir ildən artıq sürəcək iş və xidmətlər üçün xüsusi müddət və üsullar müəyyən edə bilər.
Büdcə qanununa, büdcə ilə bağlı hökmlər istisna olmaqla, heç bir hökm daxil edilə bilməz.
B. Büdcənin müzakirəsi
Maddə 162. — Bakanlar Şurası, ümumi və qarışıq büdcə layihələri ilə milli büdcə təxminlərini göstərən məruzəni, maliyyə ilinin başlanmasına ən azı yetmiş beş gün qalmış Türkiyə Böyük Millət Məclisinə təqdim edir.
Büdcə layihələri və məruzə, qırx üzvdən ibarət Büdcə Komissiyasında öyrənilir. Bu komissiya yaradılarkən, iqtidar qrupuna və ya qruplara ən azı iyirmi beş üzv verilmək şərti ilə, siyasi partiya və müstəqil şəxslərin nisbətlərinə görə təmsil olunması nəzərdə tutulur.
Büdcə Komissiyasının əlli beş gün içində qəbul edəcəyi mətn, Türkiyə Böyük Millət Məclisində müzakirə olunur və maliyyə ili başlayana qədər çıxarılır.
Türkiyə Böyük Millət Məclisi üzvləri Ümumi iclasda, bakanlıq və dairə büdcələriylə qarışıq büdcələr haqqında fikirlərini, hər büdcənin bütöv şəkildə müzakirəsi zamanı açıqlayırlar; bölgü və dəyişikliklər haqqında təkliflər, ayrıca müzakirə keçirilmədən oxunur və səsə qoyulur.
Türkiyə Böyük Millət Məclisi üzvləri büdcə qanunu layihələrinin Ümumi İclasda müzakirəsi zamanı, xərcləri artıran və ya gəlirləri azaldan təkliflər irəli sürə bilməzlər.
C. Büdcələrdə dəyişiklik edilə bilmə əsasları
Maddə 163. — Ümumi və qarışıq büdcələrdən verilən təxsisat, xərclənə biləcək məbləğin həddini göstərir. Xərclənə biləcək məbləğ həddinin Bakanlar Şurası qərarıyla aşıla biləcəyinə dair müddəa büdcələrə daxil edilə bilməz. Bakanlar Şurasına qanun hökmündə qərarnamə ilə büdcədə dəyişiklik etmək səlahiyyəti verilə bilməz. Cari il büdcəsindəki təxsisat artımını nəzərdə tutan dəyişiklik layihələrində, habelə cari və irəlidəki il büdcələrinə maliyyə yükü gətirəcək xüsusiyyəti olan qanun layihəsi və təkliflərində, müəyyən olunan məxaricləri ödəyə biləcək maliyyə qaynaqları göstərilməlidir.
D. Qəti hesab
Maddə 164. — Qəti hesab qanunu layihələri, qanunda daha qısa bir müddət qəbul edilməmişsə, müvafiq maliyyə ilinin sonundan başlayaraq, ən geci yeddi ay sonra, Bakanlar Şurası tərəfindən Türkiyə Böyük Millət Məclisinə təqdim olunur. Ali hesablama Şurası ümumi uyğunluq barədə rəyini, müvafiq qəti hesab qanunu layihəsinin verilməsindən başlayaraq ən geci yetmiş beş gün içində Türkiyə Böyük Millət Məclisinə təqdim edir.
Qəti hesab qanunu layihəsi, yeni il büdcə qanunu layihəsiylə birlikdə Büdcə Komissiyası gündəliyinə daxil edilir. Büdcə Komissiyası, büdcə qanunu layihəsiylə qəti hesab qanunu layihəsini Ümumi İclasa birlikdə təqdim edir, Ümumi İclas, qəti hesab qanunu layihəsini, yeni il büdcə qanunu layihəsiylə bərabər müzakirə edərək qərar çıxarır.
Qəti hesab qanunu layihəsinin və ümumi uyğunluq haqda .rəyini Türkiyə Böyük Millət Məclisinə verilmiş olması, müvafiq ilə aid Ali hesablama Şurası tərəfindən yekunlaşdırılmamış yoxlama və hesab təftişinin davam edilməsinə mane olmur və bunlar haqda qəti qərar çıxarılması demək deyildir.
E. Dövlət iqtisadi təşkilatlarının yoxlanışı
Maddə 165. — Sərmayəsinin yarısından çoxu bilavasitə və ya dolayı olaraq Dövlətə aid olan təşkilat və ortalıqların Türkiyə Böyük Millət Məclisi tərəfindən yoxlanılması əsasları qanunla tənzimlənir.
İKİNCİ BÖLÜM
İQTİSADİ HÖKMLƏR
I. Planlaşdırma
Maddə 166. — İqtisadi, sosial və mədəni yüksəlişi, xüsusən sənayenin və kənd təsərrüfatının yurd miqyasında tarazlaşdırılmış və harmonik biçimdə sürətli inkişafını, ölkə qaynaqlarının öyrənilməsi və dəyərləndirilməsini təmin edərək məhsuldar şəkildə istifadə olunmasını planlaşdırmaq, bu məqsədlə gərəkli strukturu qurmaq Dövlətin vəzifəsidir.
Planda milli gəlir və hasilatı artırmaq, qiymətlərdə sabitlik və xarici ödəmələrdə tarazlığı yaratmaq, kapital yatırımı və məşğulluğu inkişaf etdirmək üçün tədbirlər nəzərdə tutulur: kapital yatırımlarında cəmiyyətin mənafeləri və ehtiyacları nəzərə alınır; qaynaqların məhsuldar şəkildə istifadəsi məqsəd götürülür. İqtisadi yüksəliş təşəbbüsləri, bu plan üzrə gerçəkləşdirilir.
Yüksəlmə planlarının hazırlanmasına, Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsinə, tətbiq olunmasına, dəyişdirilməsinə və planın bütünlüyünü pozacaq dəyişikliklərin qarşısının alınmasına dair üsul və əsaslar qanunla tənzimlənir.
II. Bazarların yoxlanılması və xarici ticarətin tənzimlənməsi
Maddə 167. — Dövlət, para, kredit, sərmayə, mal və xidmət bazarlarının sağlam və tənzimlənmiş fəaliyyətini təmin edici və inkişaf etdirici tədbirləri görür; bazarlarda faktiki vəziyyətdən doğan və ya razılaşma nəticəsində yaranan inhisarlaşma və kartelləşmənin qarşısını alır.
Xarici ticarətin ölkə iqtisadiyyatının mənafeyinə uyğun tənzimlənməsi məqsədiylə idxal, ixrac və digər xarici ticarət əməliyyatları üzrə vergi və bu kimi öhdəliklərdən əlavə maliyyə öhdəlikləri qoymağa və bunları ləğv etmək qanunla Bakanlar Şurasına səlahiyyət verilə bilər.
III. Təbii sərvətlərin və qaynaqların aranması və işlədilməsi
Maddə 168. — Təbii sərvətlər və qaynaqlar Dövlətin hökm və nəzarəti altındadır. Bunların aranması və işlədilməsi haqqı Dövlətə aiddir. Dövlət bu haqqını müəyyən bir müddət üçün, fiziki və hüquqi şəxslərə həvalə edə bilər. Hansı təbii sərvət və qaynağın aranma və işlədilməsinin Dövlətin fiziki və hüquqi şəxslərlə ortaq olaraq və ya bilavasitə fiziki və hüquqi şəxslər əliylə həyata keçirilməsi qanunun açıq iznindən asılıdır. Bu durumda fiziki və hüquqi şəxslərin əməl etməsi tələb olunan şərtlər və Dövlət tərəfindən yapılacaq müşahidə, nəzarət üsul və əsasları, habelə qadağanlar qanunda göstərilir.
IV. Ormanlar və orman kəndlisi
A. Ormanların qorunması və inkişaf etdirilməsi
Maddə 169. — Dövlət, ormanların qorunması və sahələrinin genişləndirilməsi üçün gərəkli qanunları verir və tədbirlər görür. Yanan ormanların yerində yeni orman yetişdirilir, bu yerlərdə başqa növ əkinçilik və heyvandarlıq həyata keçirilə bilməz. Bütün ormanlar üzərində nəzarət hüququ Dövlətə aiddir.
Dövlət ormanlarının mülkiyyət hüququ dövr oluna bilməz. Dövlət ormanları qanuna görə, Dövlət tərəfindən idarə olunur və istifadə edilir. Bu ormanlar zamanaşımı ilə mülk edilə və ictimai mənafe xaricində özgəninkiləşdirmə haqqının predmeti ola bilməz.
Ormanlara zərər verə biləcək heç bir fəaliyyət və hərəkətə icazə verilə bilməz. Ormanların məhv edilməsinə yol açan siyasi təbliğat aparıla bilməz; qoruq sayılan orman suçlarına görə ümumi və xüsusi əfv elan edilə bilməz. Ormanları yandırmaq, ormanı yox etmək və ya qırıb seyrəltmək məqsədiylə işlənən suçlara görə ümumi və xüsusi əfvlər verilə bilməz.
Orman olaraq mühafizəsi elm və texnika baxımından heç bir maraq kəsb etməyən, əksinə, kənd təsərrüfatı sahələri kimi daha faydalı olduğu təsbit edilən yerlər və 31. 12. 1981 tarixindən öncə elm və texnika baxımından orman xüsusiyyətini tam itirmiş olan tarla, bağ, meyvəlik, zeytunluq kimi müxtəlif çeşidli kənd təsərrüfatı sahələrində və heyvançılıqda istifadə edilməsində fayda olduğu təsbit edilən ərazilər, habelə şəhər, qəsəbə və kənd tikintilərinin toplu olaraq bölündüyü yerlər istisna olmaqla, orman hədlərində daraltma aparıla bilməz.
B. Orman kəndlisinin qorunması
Maddə 170. — Ormanlar içində və ya bitişiyindəki kəndlər əhalisinin həyat səviyyəsinin yüksəlməsi, ormanların bütünlüyünün qorunması baxımlarından ormanın saxlanılması və istifadə edilməsində Dövlətlə bu əhalinin işbirliyini təmin edən tədbirlər, 31. 12. 1981 tarixindən öncə elm və texnika baxımından orman xüsusiyyətini tamam itirmiş yerlərin dəyərləndirilməsi; elm və texnika baxımından orman olaraq mühafizə fayda kəsb etməyən yerlərin təsbiti və orman hədləri xaricinə çıxarılması; orman içindəki kənd əhalisinin qismən və ya tamamən bu yerlərə yerləşdirilməsi üçün Dövlət əliylə həmin yerlərin abad edilərək bu xalqın ixtiyarına verilməsi qanunla tənzimlənir.
Dövlət, bu xalqın əmək vasitə və alətləriylə, habelə digər zəruri maşınlarla təmin olunmasına imkan yaradan tədbirləri görür.
Orman içindən köçürülən kəndlər əhalisinə aid ərazilər, Dövlət ormanı olaraq dərhal əkilir.
C. Kooperativçiliyin inkişaf etdirilməsi
Maddə 171. — Dövlət milli iqtisadiyyatın mənafeyini nəzərə alaraq, öncəliklə istehsalın artırılması və istehlakçının qorunmasına yönələn kooperativçiliyin inkişafını təmin edəcək tədbirləri görür. Kooperativlər, Dövlətin hər cür müşahidə və nəzarəti altında olub, siyasətlə məşğul ola və siyasi partiyalarla işbirliyi həyata keçirə bilməzlər.
Dostları ilə paylaş: |