Türkiyə Cümhuriyyəti Anayasası


D. Toplantı və qərar yetərsayı Maddə 96



Yüklə 450,43 Kb.
səhifə4/7
tarix21.04.2017
ölçüsü450,43 Kb.
#15183
1   2   3   4   5   6   7

D. Toplantı və qərar yetərsayı

Maddə 96.Anayasada başqa bir hökm yoxsa, Türkiyə Böyük Millət Məclisi üzv tamsayının ən azı üçdə biri ilə toplanır və toplantıda iştirak edənlərin mütləq səs çoxluğu ilə qərar verir; ancaq qərar yetərsayı heç bir şəkildə üzv tamsayının dörddə bir üstəgəl bir nəfərdən az ola bilməz.

Bakanlar Şurası üzvləri, Türkiyə Böyük Millət Məclisinin iclaslarında iştirak edə bilmədikdə, özlərinin yerinə səs vermək üçün bir bakana səlahiyyət verə bilər. Ancaq bir bakan əz səsi ilə birlikdə ən çoxu iki səs verə bilər.



E. Müzakirələrin açıqlığı və dərc olunması

Maddə 97. — Türkiyə Böyük Millət Məclisinin Ümumi İclasındakı müzakirələr açıqdır və protokollar məcmuəsində tam şəkildə dərc olunur.

Türkiyə Böyük Millət Məclisi İç Nizamnamə hökmlərinə əsasən qapalı iclaslar keçirə bilər, bu iclaslardakı müzakirələrin dərc olunması Türkiyə Böyük Millət Məclisinin qərarından asılıdır.

Məclisdəki açıq müzakirələrin, həmin iclasdakı Başkanlıq Divanının təklifi üzrə məclis tərəfindən başqa bir qərar qəbul olunmamışsa, hər cür vasitə ilə yayımlanması sərbəstdir.

IV. Türkiyə Böyük Millət Məclisinin məlumat alma və nəzarət yolları

A. Ümumi müddəalar

Maddə 98. — Türkiyə Böyük Millət Məclisi sorğu, məclis araşdırması, ümumi müzakirə, gen sorğu və Məclis istintaqı yollarıyla nəzarət səlahiyyətlərindən istifadə edir.

Sorğu, Bakanlar Şurasının adından, şifahi və ya yazılı olaraq cavablandırılmaq üçün Baş Bakan və ya bakanlardan məlumat istəməkdən ibarətdir.

Məclis araşdırması, müəyyən bir məsələ ilə bağlı məlumat toplamaq üçün aparılan tədqiqatdan ibarətdir.

Ümumi müzakirə, cəmiyyətə və Dövlətin fəaliyyətinə aid olan müəyyən bir məsələnin, Türkiyə Böyük Millət Məclisinin Plenar İclasında müzakirə olunmasıdır.

Sorğu, Məclis araşdırması və ümumi müzakirə ilə bağlı təkliflərin verilmə forması, onların məzmunu və həcmi, habelə cavablandırılma, müzakirə və araşdırma qaydaları Məclisin İç Nizamnaməsi ilə tənzimlənir.

B. Gen sorğu

Maddə 99. — Gen sorğu haqqında təklif bir siyasi partiya qrupu adından və ya ən azı iyirmi millət vəkilinin imzasıyla verilir.

Gen sorğu haqqında təklif, verilməsindən sonrakı üç gün içində çap olunaraq üzvlərə paylanır; paylanmasından etibarən on gün içində kündəliyə salınıb salınmayacağı müzakirə edilir. Bu müzakirədə, yalnız təklif sahiblərindən biri, hər siyasi partiya qrupu adından bir millət vəkili, Bakanlar Şurası adından Baş Bakan və ya bir bakan danışa bilər.

Gündəliyə salma qərarıyla birlikdə, gen sorğunun müzakirəsi gündəliyə salma qərarının və müzakirə edilmə günü də müəyyən olunur; ancaq, gen verildiyi tarixdən başlayaraq ən azı iki, ən geci yeddi gün ərzində keçirilməlidir.

Gen sorğu müzakirələri keçirilərkən üzvlərin və ya qrupların verəcəkləri əsaslandırılmış etimadsızlıq təklifləri və ya Bakanlar Şurasının etimad tələbi, bir tam gün keçdikdən sonra səsə qoyulur.

Bakanlar Şurasının buraxılması və ya bakanın işdən çıxarılması, üzv tamsayının mütləq səs çoxluğu ilə mümkün olur; səsvermədə yalnız etimadsızlıq səsləri sayılır.

Məclisin balanslaşdırılmış fəaliyyət göstərmə məqsədinə və yuxarıdakı prinsiplərə uyğun olmaq şərtiylə gen sorğu ilə bağlı digər xüsuslar İç Nizamnamədə müəyyən edilir.



C. Məclis təhqiqatı

Maddə 100. — Türkiyə Böyük Millət Məclisi üzv tamsayının ən azı onda birinin verəcəyi təklif ilə Baş Bakan və ya bakanlar haqqında istintaq açılması tələb edilə bilər. Məclis, bu tələbi ən geci bir ay içində müzakirə edir və qərar çıxarır.

İstintaq açılmasına qərar verildikdə, Məclisdəki siyasi partiyaların, proporsional surətdə komissiyaya verə biləcəkləri üzv sayının üçqatı olaraq göstərəcəkləri namizədlər arasından hər partiya üçün ayrı-ayrı ad çəkmə surətiylə qurulacaq on beş nəfərlik bir komissiya tərəfindən təhqiqat aparılır. Komissiya, təhqiqatın nəticəsi haqqında hesabatını iki ay içində Məclisə təqdim edir. Təhqiqatın bu müddətdə bitirilməməsi halında, komissiyaya iki aylıq yeni və qəti bir müddət verilir.

Məclis, hesabatı öncəliklə müzakirə edir və zərurət olduğu təqdirdə müvafiq şəxsin Ali Məhkəməyə verilməsi haqda qərar çıxarır. Ali Məhkəməyə verilmə qərarı yalnız üzv tamsayının mütləq səs çoxluğu ilə çıxarılır.

Məclisdəki siyasi partiya qruplarında, Məclis istintaqı ilə bağlı müzakirə keçirilə bilməz və qərar çıxarıla bilməz.


--------------------------------------------------------

1. Zamanaşımı— müddətin keçməsi.

---------------------------------------------
İKİNCİ BÖLÜM
İCRA HAKİMİYYƏTİ
I. Cümhur Başkanı

A. Xüsusiyyətləri və bitərəfliyi

Maddə 101. — Cümhur Başkanı, Türkiyə Böyük Millət Məclisi tərəfindən, qırx yaşı doldurmuş və yüksək təhsil almış məclis üzvləri və ya bu xüsusiyyətlərə və millət vəkili seçilmə haqqına sahib Türk vətəndaşları arasından yeddi illik bir müddətə seçilir.

Cümhur başkanlığına Türkiyə Böyük Millət Məclisi üzvləri olmayanların namizəd göstərilə bilməsi Məclis üzv tamsayının ən azı beşdə birinin yazılı təklifi ilə mümkündür.

Bir kimsə iki dəfə Cümhur Başkanı seçilə bilməz.

Cümhur Başkanı seçilən şəxs partiya üzvüdürsə onun bu partiya ilə əlaqəsi kəsilir və Türkiyə Böyük Millət Məclisi üzvlüyündən xitam verilir.



B. Seçimi

Maddə 102. — Cümhur Başkanı, Türkiyə Böyük Millət Məclisi üzv tamsayının üçdə iki çoxluğu ilə və gizli səslə seçilir. Türkiyə Böyük Millət Məclisi toplantı halında deyilsə dərhal toplantı çağırılır.

Cümhur Başkanının səlahiyyət müddətinin bitməsindən otuz gün öncə və ya Cümhur başkanlığı postunun boşalmasıdan on gün sonra Cümhur Başkanının seçiminə başlanır və seçimə başlama tarixindən otuz gün ərzində başa çatır. Bu müddətin ilk on günü içində namizədlərin Məclis Başkanlığı Divanına bildirilməsi və qalan iyirmi gün içində isə seçimin tamamlanması gərəkdir.

Ən azı üç gün ara ilə keçiriləcək səsvermələrin ilk ikisində üzv tamsayının üçdə iki səs çoxluğu təmin edilməzsə, üçüncü səsvermə keçirilir, üçüncü səsvermədə üzv tamsayının mütləq səs çoxluğunu alan namizəd Cümhur Başkanı seçilmiş olur. Bu səsvermədə üzv tamsayının mütləq səs çoxluğu təmin edilmədiyi təqdirdə üçüncü səsvermədə ən çox səs almış iki namizəd arasında dördüncü səsvermə keçirilir, bu səsvermədə də üzv tamsayının mütləq səs çoxluğu ilə. Cümhur Başkanı seçilmədiyi təqdirdə dərhal Türkiyə Böyük Millət Məclisi seçimləri yenilənir.

Seçilən yeni Cümhur Başkanı vəzifəyə başlayıncaya qədər vəzifə müddəti bitən Cümhur Başkanı öz fəaliyyətini davam etdirir.



C. And içməsi

Maddə 103. — Cümhur Başkanı vəzifəsinə başlarkən Türkiyə Böyük Millət Məclisi önündə aşağıdakı şəkildə and içir.

«Cümhur Başkanı sifətiylə, Dövlətin varlığı və müstəqilliyini, vətənin və millətin bölünməz bütünlüyünü, millətin qeyd-şərtsiz suverenliyini qoruyacağıma, Anayasaya, hüququnun üstünlüyünə, demokratiyaya, Atatürk prinsip və islahatlarına və dünyəvi Cümhuriyyət prinsipinə sadiq qalacağıma, millətin əmin-amanlıq və rifahı, milli həmrəylik və ədalət naminə hər kəsin insan haqlarından və əsas hürriyyətlərindən faydalanması idealından ayrılmayacağıma, Türkiyə Cümhuriyyətinin şan və şərəfini qorumaq, yüksəltmək və üzərimə götürdüyüm vəzifəni tərəfkeşlik etmədən yerinə yetirmək üçün bütün gücümlə çalışacağıma Böyük Türk Milləti və tarix hüzurunda, namusum və şərəfimə and içirəm»



D. Vəzifə və səlahiyyətləri

Maddə 104. — Cümhur Başkanı Dövlətin başçısıdır. Bu statusla Türkiyə Cümhuriyyətini və Türk Millətinin birliyini təmsil edir; Anayasanın tətbiq olunmasına, Dövlət orqanlarının nizamlı və harmonik çalışmasına nəzarət edir.

Bu məqsədlə Anayasanın müvafiq maddələrində göstərilən şərtlərə uyğun olaraq yerinə yetirəcəyi vəzifə və istifadə edəcəyi səlahiyyətlər bunlardır:



a) Qanunvericiliklə bağlı olanlar:

Gərəkli gördüyü təqdirdə, qanunvericilik ilinin ilk günü Türkiyə Böyük Millət Məclisi açılışında çıxış etmək,

Türkiyə Böyük Millət Məclisini, zərurət olduqda, toplantıya çağırmaq,

Qanunları yayımlamaq,

Qanunları təkrar müzakirə olunmaq üçün Türkiyə Böyük Millət Məclisinə geri göndərmək,

Anayasaya dəyişikliklə bağlı qanunları, gərəkli gördüyü təqdirdə, referenduma çıxarmaq,

Qanunların, qanun hökmündəki qərarnamələrin, Türkiyə Böyük Millət Məclisi İç Nizamnaməsinin bütün və ya ayrı-ayrı hökmlərinin Anayasaya forma və ya mahiyyət baxımından zidd olduğunu əsaslandırmaqla Anayasa Məhkəməsində onların ləğvi haqqında dava açmaq,

Türkiyə Böyük Millət Məclisi seçimlərinin yenilənməsinə qərar vermək,



b) İcra sahəsinə aid olanlar:

Baş Bakanı təyin etmək və istefasını qəbul etmək,

Baş Bakanın təklifi əsasında bakanları təyin etmək və onları vəzifədən azad etmək,

Gərəkli gördüyü hallarda Bakanlar Şurasını öz sədrliyi altında toplantıya çağırmaq,

Xarici dövlətlərə Türk Dövlətinin təmsilçilərini göndərmək, Türkiyə Cümhuriyyətinə göndəriləcək xarici dövlət təmsilçilərini qəbul etmək,

Millətlərarası andlaşmaları təsdiq və dərc etmək,

Türkiyə Böyük Millət Məclisi adından Türk Silahlı Qüvvələrinin Baş Komandanlığını təmsil etmək,

Türk Silahlı Qüvvələrinin tətbiq olunmasına qərar vermək,

Ümumi Qərargah Başkanını təyin etmək,

Milli Təhlükəsizlik Şurasına başkanlıq etmək,

Sədrliyi altında toplanan Bakanlar Şurası qərarıyla hərbi vəziyyət və ya fövqəladə hal elan etmək və qanun hökmündə qərarnamə çıxarmaq,

Qərarnamələri imzalamaq,

Uzun sürən xəstəlik, şikəstlik və qocalıq səbəbinə görə müəyyən şəxslərin cəzalarını yüngülləşdirmək və ya ləğv etmək,

Dövlət Nəzarət Şurasının üzvlərini və Başkanını təyin etmək,

Dövlət Nəzarət Şurasına öyrənmə, araşdırma və yoxlama işlərini gördürmək,

Yüksək Təhsil Şurası üzvlərini seçmək,



c) Mühakimə ilə bağlı olanlar:

Anayasa məhkəməsi üzvlərini, Dövlət Şurası üzvlərinin dörddə birini, Ali Kassasiya Məhkəməsi Cümhuriyyət Baş Prokuroru və Ali Kassasiya Məhkəməsi Cümhuriyyət Baş Prokuroru müavinini, Əsgəri Ali Kassasiya Məhkəməsi üzvlərini, Əsgəri Yüksək İnzibati Məhkəmə üzvlərini, hakimlər və Prokurorlar Yüksək Şurası üzvlərini seçmək,

Cümhur Başkanı, ayrıca Anayasada və qanunlarda verilən seçmə və təyin etmə vəzifələri ilə yanaşı digər vəzifələri də yerinə yetirir və səlahiyyətlərdən istifadə edir.

E. Məsuliyyət daşıdığı və daşımadığı hallar

Maddə 105. — Cümhur Başkanının, Anayasa və digər qanunlarda Baş Bakan və müvafiq bakanın imzalarına zərurət olmadan tək başına edə biləcəyi göstərilən hərəkətlər istisna olmaqla bütün qərarları, Baş Bakan və müvafiq bakanlar tərəfindən imzalanır: bu qərarlara görə məsuliyyəti Baş Bakan və müvafiq nazir daşıyır.

Cümhur Başkanının müstəqil imzaladığı qərarlar və əmrlər əleyhinə, Anayasa məhkəməsi də daxil olmaqla məhkəmə instansiyalarına müraciət edilə bilməz. Cümhur Başkanı, vətənə xəyanətdə, Türkiyə Böyük Millət Məclisi üzv tamsayının ən azı üçdə birinin təklifi ilə, üzv tamsayının ən azı dörddə üçünün verəcəyi qərarla suçlandırılır.



F. Cümhur Başkanını əvəz etmə

Maddə 106. — Cümhur Başkanının xəstəlik və yurd xaricinə çıxma kimi səbəblərlə müvəqqəti olaraq, vəzifəsindən ayrılması hallarında, vəzifəsinə dönməsinə qədər habelə ölüm, istefa və ya başqa bir səbəblə Cümhur başkanlığı postunun boşalması halında, yeni Cümhur Başkanı seçilincəyə qədər, Türkiyə Böyük Millət Məclisi Başkanı Cümhur Başkanını əvəz edir və Cümhur Başkanına aid səlahiyyətləri həyata keçirir.

G. Cümhur Başkanı Ümumi Katibliyi

Maddə 107. — Cümhur Başkanlığı Ümumi Katibliyinin quruluşu, təşkilat və fəaliyyət əsasları, əməkdaşları təyin etmə məsələləri Cümhur Başkanının qərarnaməsi ilə tənzimlənir.

İ. Dövlət Nəzarət Şurası

Maddə 108. — İdarənin hüquqa uyğunluğunun, nizamlı və səmərəli şəkildə fəaliyyət göstərməsinin və

təkmilləşdirilməsinin təmin olunması məqsədiylə, Cümhur Başkanı yanında qurulan Dövlət Nəzarət Şurası, Cümhur Başkanının istəyi üzrə, bütün dövlət qurum və quruluşlarında sərmayəsinin yarısından çoxuna bu qurum və quruluşların cəlb edildiyi hər cür strukturda, dövlət qurumu xarakteri daşıyan peşə təşkilatlarında hər səviyyədəki işçi və iş verən peşə təşkilatlarında, xeyriyyəçi dərnəklərdə və fondlarda hər cür öyrənmə, araşdırma və yoxlama işləri aparır.

Silahlı Qüvvələr və Məhkəmə orqanları Dövlət Nəzarət Şurasının fəaliyyət dairəsinə daxil deyildir.

Dövlət Nəzarət Şurasının üzvləri və bu üzvlər içindən Başkanı, qanunda göstərilən keyfiyyətlərə malik şəxslər arasından Cümhur Başkanı tərəfindən təyin olunur.

Dövlət Nəzarət Şurasının fəaliyyəti, üzvlərin səlahiyyət müddəti və digər məsələlər qanunla tənzimlənir.

II. Bakanlar Şurası

A. Quruluş

Maddə 109. — Bakanlar Şurası, Baş Bakandan və bakanlardan ibarətdir.

Baş Bakan Cümhur Başkanı tərəfindən, Türkiyə Böyük Millət Məclisi üzvləri arasından təyin olunur.

Bakanlar, Türkiyə Böyük Millət Məclisi üzvləri və ya millət vəkili seçilmək üçün zəruri keyfiyyətlərə malik olanlar arasından Baş Bakan tərəfindən seçilir və Cümhur Başkanı tərəfindən təyin olunur. Zərurət olduqda Baş Bakanın təqdimatı ilə Cümhur Başkanı bakanları vəzifədən azad edir.

B. Vəzifəyə başlama və etimad səsi

Maddə 110. — Bakanlar Şurasının siyahısı tam olaraq Türkiyə Böyük Millət Məclisinə təqdim edilir. Türkiyə Böyük Millət Məclisi tətildə olarsa toplantıya çağırılır.

Bakanlar Şurasının proqramı, yarandığı andan ən geci bir həftə içində Baş Bakan və ya bir bakan tərəfindən Türkiyə Böyük Millət Məclisində oxunur və etimad səsinə müraciət edilir. Etimad səsi üçün müzakirələr, proqramın oxunmasından iki tam gün keçdikdən sonra başlayır və müzakirələrin bitimindən bir tam gün keçdikdən sonra səsvermə keçirilir.



C. Vəzifə müddətində etimad səsi

Maddə 111. — Baş Bakan, gərəkli görürsə, Bakanlar Şurasında müzakirədən sonra, Türkiyə Böyük Millət Məclisindən etimad istəyə bilər.

Etimad istəmi, Türkiyə Böyük Millət Məclisinə bildirilməsindən bir tam gün keçməyincə müzakirə oluna və müzakirələrin bitimindən bir tam gün keçməyincə səsə qoyula bilməz.

Etimad istəmi, yalnız üzv tamsayının mütləq səs çoxluğuyla rədd edilə bilər.

D. Vəzifə və siyasi məsuliyyət .

Maddə 112. — Baş Bakan, Bakanlar Şurasının başkanı olaraq, bakanlıqlar arasında iş birliyini təmin edir və hökumətin ümumi siyasətinin yürüdülməsinə nəzarət edir. Bakanlar Şurası, bu siyasətin yürüdülməsinə kollektiv məsuliyyət daşıyır.

Hər Bakan, Baş Bakan qarşısında cavabdeh olmaqla, ayrıca öz səlahiyyəti daxilindəki işlərə və əmri altındakıların hərəkət və əməllərinə görə də məsuliyyət daşıyır.

Baş Bakan, bakanların öz vəzifələrini Anayasa və qanunlara uyğun olaraq yerinə yetirilməsinə nəzarət etməyə və səhvləri düzəltmək üçün tədbirlər görməyə borcludur.

Bakanlar Şurası üzvlərindən millət vəkili olmayanlar, 81-ci maddədə yazılan şəkildə Millət Məclisi önündə and içirlər, bakan adını daşıdıqları müddətdə millət vəkillərinin tabe olduqları şərtlərə riayət edirlər və qanunvericilik toxunulmazlığına sahib olurlar. Bunlar Türkiyə Böyük Millət Məclisi üzvləri kimi pul mükafatı və ezamiyyə ödəmələri alırlar.



E. Bakanlıqların qurulması və bakanlar

Maddə 113. — Bakanlıqların qurulması, ləğv olunması, vəzifələri, səlahiyyətləri və təşkilatı qanunla tənzimlənir.

Vakant bakanlıqları və iznli yaxud üzrlü olan bir bakanı, digər bir bakan müvəqqəti əvəz edir. Ancaq bir bakan birdən artıq vakant vəzifəni əvəz edə bilməz.

Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Ali Məhkəməyə verilən bir bakan bakanlıqdan çıxarılır. Baş Bakanın Ali Məhkəməyə verilməsi halında hökumət istefa etmiş sayılır.

Hər hansı bir səbəblə boşalan bakanlığa ən geci on beş gün içində yeni bakan təyin edilir.



F. Seçimlər dövründə müvəqqəti Bakanlar Şurası

Maddə 114. — Türkiyə Böyük Millət Məclisi ümumi seçimlərindən öncə, Ədalət, İç İşləri və Nəqliyyat bakanları istefa verirlər. Seçimin başlanğıc tarixindən üç gün öncə, seçim dövrü bitmədən seçimin yenilənməsinə qərar verilməsi halında isə, bu qərardan başlayaraq beş gün içində, bu bakanlıqlara Türkiyə Böyük Millət Məclisi içindən və ya kənardan müstəqil şəxslər Baş Bakan tərəfindən təyin olunur.

116-cı maddəyə uyğun olaraq seçimlərin yenilənməsinə qərar verildikdə Bakanlar Şurası istefa verir və Cümhur Başkanı müvəqqəti Bakanlar Şurasını qurmaq üçün Baş Bakan təyin edir.

Müvəqqəti Bakanlar Şurasının tərkibi Ədalət, İç İşləri və Nəqliyyat bakanları Türkiyə Böyük Millət Məclisindəki və ya Məclis üzvü olmayan şəxslərdən ibarət olmaqla, siyasi partiya qruplarından, nisbətlərinə görə formalaşdırılır.

Siyasi partiya qruplarından cəlb ediləcək üzvlərin sayını Türkiyə Böyük Millət Məclisi Başkanı təsbit edərək Baş Bakana bildirir. Təklif edilən bakanlığı qəbul etməyən və ya sonradan istefa verən partiya üzvləri yerinə, Türkiyə Böyük Millət Məclisi içindən və ya Məclis üzvü olmayan müstəqil şəxslər təyin olunur.

Müvəqqəti Bakanlar Şurası, yenilənmə qərarının Rəsmi Qəzetdə elanından etibarən beş gün içində yaradılır.

Müvəqqəti Bakanlar Şurası yaradılarkən etimad səsindən istifadə edilmir.

Müvəqqəti Bakanlar Şurası seçim müddətində və yeni Məclis toplanıncaya qədər fəaliyyət göstərir.

G. Təlimatlar

Maddə 115. — Bakanlar Şurası, qanunun tətbiq olunma qaydasını göstərmək və ya görülməsini əmr etdiyi işləri dəqiqləşdirmək üçün, qanunlara zidd olmamaq və Dövlət Şurasında öyrənilmək şərtiylə təlimatlar verə bilər.

Təlimatlar, Cümhur Başkanı tərəfindən imzalanır və qanunlar kimi dərc olunur.



İ. Türkiyə Böyük Millət Məclisi seçimlərinin Cümhur Başkanı tərəfindən yenilənməsi

Maddə 116. — Bakanlar Şurasının 110-cu maddədə müəyyən edilən etimad səsini ala bilməməsi və 99-cu və ya 111-ci maddələrə müvafiq olaraq etimadsızlıq səsiylə buraxılması hallarında, habelə qırx beş gün içində yeni Bakanlar Şurası qurula bilmədiyi və ya qurulduğu zaman etimad səsi ala bilmədiyi təqdirdə Cümhur Başkanı, Türkiyə Böyük Millət Məclisi Başkanı ilə məsləhətləşərək, seçimlərin yenilənməsinə qərar verə bilər.

Baş Bakanın etimadsızlıq səsi ilə bağlı olmayan istefasından keçən qırx beş gün içində və ya yeni seçilən Türkiyə Böyük Millət Məclisində Başkanlıq Divanı seçimindən sonra yenə qırx beş gün içində Bakanlar Şurasının qurula bilməməsi hallarında da Cümhur Başkanı Türkiyə Böyük Millət Məclisi Başkanı ilə məsləhətləşərək seçimlərin yenilənməsinə qərar verə bilər.

Yenilənmə qərarı Rəsmi Qəzetdə dərc olunur və seçim keçirilir.

III. Milli Müdafiə

1. Baş Komandanlıq və Ümumi Qərargah Başkanlığı

Maddə 117. — Baş Komandanlıq, Türkiyə Böyük Millət Məclisinin mənəvi varlığından ayrı ola bilməz və Cümhur Başkanı tərəfindən təmsil olunur.

Bakanlar Şurası, Milli təhlükəsizliyin təmin olunmasına və Silahlı Qüvvələrin yurd Müdafiəsinə hazırlanmasına görə Türkiyə Böyük Millət Məclisi qarşısında məsuliyyət daşıyır.

Ümumi Qərargah Başkanı Silahlı Qüvvələrin komandanı olur, savaşda Baş Komandanlıq vəzifələrini Cümhur Başkanı adından həyata keçirir.

Ümumi Qərargah Başkanı, Bakanlar Şurasının təklifi ilə, Cümhur Başkanı tərəfindən təyin olunur, onun vəzifə və səlahiyyətləri qanunla tənzimlənir. Ümumi Qərargah Başkanı, bu vəzifə və səlahiyyətləri ilə bağlı Baş Bakan qarşısında məsuliyyət daşıyır.

Milli Müdafiə Bakanlığının, Ümumi Qərargah başkanlığı və Qanun Komandanlıqları ilə xidməti münasibətləri və səlahiyyət dairəsi qanunla müəyyən edilir.

2. Milli Təhlükəsizlik Şurası

Maddə 118. — Milli Təhlükəsizlik Şurası Cümhur Başkanının sədrliyi ilə Baş Bakan, Ümumi, Qərargah başkanı, Milli Müdafiə, İç İşləri, Xarici İşlər Bakanları, Quru Dəniz və hava Qüvvələri Komandanları və Jandarm Ümumi Komandanlığından ibarət tərkibdə qurulur.

Gündəlikdən asılı olaraq Şura toplantılarına müvafiq bakan və şəxslər çağırılıb rəyləri dinlənilə bilər.

Milli Təhlükəsizlik Şurası Dövlətin milli təhlükəsizlik siyasətinin təyini, təsbiti və həyata keçirilməsi ilə bağlı qərarların verilməsi və gərəkli koordinasiyanın təmin edilməsi haqqında olan rəylərini Bakanlar Şurasına bildirir. Şuranın, Dövlətin varlığı və müstəqilliyinin, ərazi bütünlüyü və bölünməzliyinin, cəmiyyətin əmin-amanlığı və təhlükəsizliyinin qorunması xüsusunda görülməsini zəruri saydığı tədbirlərə aid qararlar Bakanlar Şurası tərəfindən öncəliklə nəzərə alınır.

Milli Təhlükəsizlik Şurasının gündəliyi Baş Bakan və Ümumi Qərargah Başkanlığının təklifləri nəzərə alınmaqla Cümhur Başkanı tərəfindən tərtib edilir.

Cümhur Başkanının iştirak etmədiyi hallarda Milli Təhlükəsizlik Şurası Baş Bakanın sədrliyi ilə toplanır.

Milli Təhlükəsizlik Şurası Ümumi Katibliyinin təşkili və vəzifələri qanunla müəyyən edilir.



3. Fövqəladə idarəetmə üsulları

A. Fövqəladə hallar

1. Təbii fəlakət və ağır iqtisadi böhran səbəbiylə fövqəladə hal elanı

Maddə 119. — Təbii fəlakət, təhlükəli yoluxucu xəstəliklər və ya ağır iqtisadi böhran hallarında, Cümhur Başkanının sədrliyi ilə toplanan Bakanlar Şurası, yurdun bir və ya birdən artıq bölgəsində və ya bütün ərazisində müddəti altı ayı keçməməklə fövqəladə hal elan edə bilər.

2. Zorakılıq olaylarının yayılması və ictimai qaydanın ciddi şəkildə pozulması səbəbiylə fövqəladə hal elanı

Maddə 120. — Anayasa ilə yaradılan azad, demokratik quruluşu və ya əsas haqq və hürriyyətləri məhv etməyə yönəlmiş kütləvi zorakılıq hərəkətlərinə aid ciddi əlamətlərin ortaya çıxması və ya zorakılıq olayları səbəbiylə ictimai qaydanın ciddi şəkildə pozulması hallarında, Cümhur Başkanının sədrliyi ilə toplanan Bakanlar Şurası, Milli Təhlükəsizlik Şurasının da rəyini aldıqdan sonra yurdun bir və ya birdən artıq bölgəsində və ya bütün ərazisində, müddəti altı ayı keçməməklə fövqəladə hal elan edə bilər.

3. Fövqəladə hallarla bağlı tənzimlənmə

Maddə 121. — Anayasanın 119 və 121-ci maddələrinə uyğun olaraq fövqəladə hal elanına qərar verildikdə, bu qərar Rəsmi Qəzetdə yayımlanır və dərhal Türkiyə Böyük Millət Məclisinin təsdiqinə təqdim olunur. Türkiyə Böyük Millət Məclisi tətildə olarsa, dərhal toplantıya çağırılır. Məclis, fövqəladə hal müddətini dəyişdirə bilər, Bakanlar Şurasının istəmi üzrə hər dəfəsində dörd ayı keçməmək şərtilə, müddəti uzada və ya fövqəladə halı ləğv edə bilər.

119-cu maddəyə müvafiq olaraq, elan edilən fövqəladə hallarda vətəndaşların para, əmlak və çalışma mülkiyyətləri, fövqəladə halın hər cür elementində tətbiq edilməklə Anayasanın 15-ci maddəsindəki prinsiplərə uyğun surətdə əsas haqq və hürriyyətlərin necə məhdudlaşacağı və ya dondurulacağı, fövqəladə halın tələblərindən doğan qulluqçularına nə kimi səlahiyyətlər veriləcəyi, vəzifəli şəxslərin vəziyyətlərində nə kimi dəyişikliklər ediləcəyi və fövqəladə idarəetmə üsulları fövqəladə hal Qanunu ilə tənzimlənir.

Fövqəladə hal müddətində, Cümhur Başkanının sədrliyi altında toplanan Bakanlar Şurası, fövqəladə halın gərəkli saydığı məsələlərlə bağlı, qanun hökmündə qərarnamələr çıxara bilər. Bu qərarnamələr, Rəsmi Qəzetdə yayımlanır və eyni gündə Türkiyə Böyük Millət Məclisinin təsdiqinə təqdim olunur; Bunların Məclisdə təsdiq olunmasının müddəti və üsulu İç Nizamnamədə göstərilir.

B. Hərbi vəziyyət, səfərbərlik və savaş halı

Maddə 122. — Anayasanın tanıdığı azad, demokratik quruluşu və ya əsas haqq və hürriyyətləri məhv etməyə yönələn və fövqəladə hal elanını zəruri edən hallardan daha təhlükəli zorakılıq hərəkətlərinin yayılması və ya savaş halı, savaşı labüd edəcək bir vəziyyətin yaranması, qiyam olması və ya vətən və ya Cümhuriyyətə qarşı qüvvətli və əməli bir qəsdin və ya ölkənin və millətin bölünməzliyini içdən və ya xaricdən təhlükə altında qoyan zorakılıq hərəkətlərinin yayılması səbəbləriylə, Cümhur Başkanının sədrliyi ilə toplanan Bakanlar Şurası, Milli Təhlükəsizlik Şurasının da rəyini aldıqdan sonra, müddəti altı ayı aşmamaq şərtilə yurdun bir və ya birdən artıq bölgəsində və ya bütün ərazisində hərbi vəziyyət elan edə bilər. Bu qərar, dərhal Rəsmi Qəzetdə yayımlanır və eyni gündə Türkiyə Böyük Millət Məclisinin təsdiqinə verilir. Türkiyə Böyük Millət Məclisi toplantı halında deyilsə dərhal toplantıya çağırılır. Türkiyə Böyük Millət Məclisi gərəkli gördüyü təqdirdə hərbi vəziyyət müddətini qısalda, uzada və ya hərbi vəziyyəti ləğv edə bilər.

Hərbi vəziyyət müddətində, Cümhur Başkanının sədrliyi altında toplanan Bakanlar Şurası hərbi vəziyyət halının gərəkli saydığı məsələlərlə bağlı qanun hökmündə qərarnamə çıxara bilər.

Bu qərarnamələr Rəsmi Qəzetdə dərc olunur və eyni kündə Türkiyə Böyük Millət Məclisinin təsdiqinə verilir. Bunların Məclis tərəfindən təsdiqlənməsinin müddət və üsulu İç Nizamnamə ilə tənzimlənir.

Hər dəfə hərbi vəziyyətin dörd ayı aşmamaq şərtilə uzadılması, Türkiyə Böyük Millət Məclisinin qərarından asılıdır. Savaş hallarında bu dörd aylıq müddət tələb olunmur.

Hərbi vəziyyət, səfərbərlik və savaş hallarında hansı hökmlərin tətbiq olunacağı və necə hərəkət ediləcəyi, idarə ilə olan qarşılıqlı münasibətlər, hürriyyətlərin necə məhdudlaşdırılacağı və ya dayandırılacağı, savaş və ya savaşa gətirib çıxaracaq bir durumun yaranması halında vətəndaşların mükəlləfiyyətləri qanunla müəyyən edilir.

Hərbi vəziyyət komandanları Ümumi Qərargah Başkanlığının tabeliyində fəaliyyət göstərirlər.



Yüklə 450,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin