VI. İstehlakçılar ilə kustar və sənətkarların qorunması
A. İstehlakçıların qorunması
Maddə 172. — Dövlət, istehlakçıları qoruyucu tədbirləri görür, şərhlər verir, istehlakçıların özlərinin qoruyucu təşəbbüslərini təşviq edir.
B. Kustar və sənətkarların qorunması
Maddə 173. — Dövlət, kustar və sənətkarları qoruyucu və dəstəkləyici tədbirləri görür.
BEŞİNCİ HİSSƏ
MÜXTƏLİF HÖKMLƏR
I. İnqilab qanunlarının qorunması
Maddə 174. — Anayasanın heç bir hökmü, Türk cəmiyyətini çağdaş sivilizasiya səviyyəsinə çıxarmağa və Türkiyə Cümhuriyyətinin dünyəvi xarakterini qorumağa yönələn, aşağıda göstərilmiş inqilab qanunlarının, Anayasanın ümumxalq səsvermə yolu ilə qəbul edildiyi tarixdən qüvvədə olan hökmlərinin Anayasaya zidd olduğu şəkildə anlaşıla və yozula bilməz..
1. 3 mart 1340 (1924)-cü il tarixli və 430 nömrəli Təhvidi Tədrisat Qanunu (Tədrisin Unifikasiyası haqda Qanun);
2. 25 noyabr 1341 (1925)-ci il tarixli və 671 nömrəli Şapka İxtisası haqqında Qanun (Baş geyimləri haqqında Qanun);
3. Dərviş cəmiyyətləri və ziyarətxanalarının qadağan olunması, türbələrin yanında qarovulun ləğv edilməsi haqqında 30 noyabr 1341 (1925)-ci il tarixli 677 nömrəli qanun.
4. 17 fevral 1926 tarixli və 743 nömrəli Türk Qanunu ilə qəbul edilən, evlənmə əqdinin evləndirmə məmuru tərəfindən qeydiyyatına dair müasir nikah prinsipi və adı çəkilən qanunun 110-cu maddəsinin hökmü;
5. 20 may 1928 tarixli 1288 nömrəli Beynəlmiləl basının Qəbul və Tətbiqi haqqında Qanun;
6. 1 noyabr 1928 tarixli 1353 nömrəli Türk əlifbasının Qəbul və Tətbiqi haqqında Qanun;
7. 26 noyabr 1934 tarixli 2590 nömrəli Əfəndi, Bəy, Paşa kimi Ləqəb və Titulların ləğv olunduğuna dair Qanun;
8. 3 dekabr 1934 tarixli 2596 nömrəli Bəzi Geyimlərin istifadəsini qadağan edən Qanun.
ALTINCI HİSSƏ
MÜVƏQQƏTİ HÖKMLƏR
Müvəqqəti Maddə 1. — Anayasanın, ümumxalq səsverməsi nəticəsində, Türkiyə Cümhuriyyəti Anayasası olaraq qəbul edildiyi prosedura üzrə elan olunması ilə eyni zamanda, ümumxalq səsverməsi tarixindəki Milli Təhlükəsizlik Şurası Başkanı və Dövlət Başkanı, Cümhur Başkanı statusunu qazanaraq, yeddi illik bir müddətə, Anayasada müəyyən edilən Cümhur Başkanı vəzifələrini yerinə yetirir və səlahiyyətlərini həyata keçirir. Onun 18 sentyabr 1980-ci il tarixdə Dövlət Başkanı olaraq içdiyi and qüvvədə qalır. Yeddi illik müddətin sonunda Cümhur Başkanı seçimi Anayasada nəzərdə tutulan hökmlərə əsasən keçirilir.
İlk ümumi seçimlər nəticəsində Türkiyə Böyük Millət Məclisi toplanıb Başkanlıq Divanı yaranıncaya qədər, Cümhur Başkanı, 12 dekabr 1980 tarixli və 2356 nömrəli və 2356 nömrəli Qanunla təşəkkül etmiş olan Milli Təhlükəsizlik Şurasının Başkanlığı funksiyalarını da həyata keçirir.
İlk millət vəkili ümumi seçimləri sonunda Türkiyə Böyük Millət Məclisi toplanıb vəzifəyə başlayıncaya qədər keçəcək müddət ərzində, Cümhur Başkanlığı postunun hər hansı bir surətdə boşalması halında, Milli Təhlükəsizlik Şurasının ən qocaman üzvü, Türkiyə Böyük Millət Məclisi toplanıb Anayasaya əsasən yeni Cümhur Başkanını əvəz edir və onun Anayasadakı bütün vəzifələrini yerinə yetirir və səlahiyyətlərindən istifadə edir.
Müvəqqəti Maddə 2. — 12 dekabr 1980-ci il tarixli 2356 nömrəli qanunla quruluşu göstərilən Milli Təhlükəsizlik Şurası Anayasaya istinadən hazırlanacaq Siyasi Partiyalar Qanununa və Seçim Qanununa Əsasən keçiriləcək ilk ümumi seçimlər nəticəsində Türkiyə Böyük Millət Məclisi toplanıb Başkanlıq Divanını yaradıncaya qədər 2324 nömrəli Anayasa Quruluşu haqqında Qanuna, habelə 2385 nömrəli Təsis Məclisi haqqında Qanuna əsasən vəzifələrini davam etdirir.
Anayasanın qəbulundan sonra 2356 nömrəli Qanunun 3-cü maddəsindəki Milli Təhlükəsizlik Şurası Üzvlüklərindən birisinin hər hansı bir səbəbdən boşalması halında, həmin vakant yerin doldurulması prosedurasına bağlı hökm tətbiq olunmur.
Türkiyə Böyük Millət Məclisi toplanıb vəzifəyə başladıqdan sonra, Milli Təhlükəsizlik Şurası, altı illik bir müddətə Cümhur Başkanlığı Şurasına çevrilir və Milli Təhlükəsizlik Şurası üzvləri, Cümhur Başkanlığı Şurası üzvü statusunu alırlar.
Millət Təhlükəsizlik Şurası üzvü olaraq 18 sentyabr 1980-ci il tarixində içdikləri and qüvvədə qalır, Cümhur Başkanlığı Şurası Üzvləri, Anayasada Türkiyə Böyük Millət Məclisi üzvləri üçün müəyyən edilən şəxsi haqlara və toxunulmazlığa sahib olurlar. Altı illik müddət sonunda Cümhur Başkanlığı Şurasının hüquqi varlığı sona yetir.
Cümhur Başkanlığı Şurasının vəzifələri bunlardır:
a) Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilərək Cümhur Başkanlığına göndərilən, Anayasada yazılı əsas haqq və azadlıqlara və vəzifələrə, dünyəvilik prinsipinə, Atatürk inqilablarının, milli təhlükəsizliyin və dövlət quruluşunun qorunmasına, Türkiyə Radio-Televiziya Qurumuna, millətlərarası andlaşmalara, xarici ölkələrə silahlı qüvvə göndərilməsinə və xarici qüvvələrin Türkiyəyə qəbuluna, fövqəladə vəziyyətə, hərbi vəziyyət və savaş halına dair qanunlar və Cümhur Başkanı tərəfindən gərəkli görülən digər qanunları Cümhur Başkanının ixtiyarında olan on beş günlük müddətin ilk on günü içində öyrənmək;
b) Cümhur Başkanının tələbi ilə və təsbit edəcəyi müddət ərzində
Millət vəkili ümumi seçimlərinin yenilənməsinə, fövqəladə idarəetmə səlahiyyətlərinin həyata keçirilməsinə və görüləcək tədbirlərə, Türkiyə Radio-Televiziya Qurumuna rəhbərlik və nəzarət edilməsinə, gənclərin yetişdirilməsinə və Dini İşlər üzrə fəaliyyətin tənzimlənməsinə dair məsələləri öyrənmək və rəyini bildirmək;
c) Cümhur Başkanının tələbinə görə, daxili və xarici təhlükəsizlik, habelə digər zəruri məsələlərin öyrənilməsi və araşdırılmasını həyata keçirmək və nəticələrini Cümhur Başkanına təqdim etmək.
Müvəqqəti Maddə 3. — Anayasaya görə keçiriləcək ilk millət vəkili ümumi seçimi nəticəsində Türkiyə Böyük Millət Məclisi toplanıb, Başkanlıq Divanını yaradır, bununla yanaşı;
a) 27 oktyabr 1980-ci il tarixli və 2324 nömrəli Anayasa Quruluşu haqqında Qanun,
b) 12 dekabr 1980-ci il tarixli və 2356 nömrəli Milli Təhlükəsizlik Şurası haqqında Qanun,
c) 29 iyun 1981-ci il tarixli və 2485 nömrəli Təsis Məclisi haqqında Qanun.
Qüvvədən düşür və Milli Təhlükəsizlik Şurası ilə Məsləhət Məclisinin hüquqi varlıqları ləğv olunur.
Müvəqqəti Maddə 4. — 16 oktyabr 1981-ci il tarixli və 2533 nömrəli Qanunla ləğv edilmiş Siyasi Partiyalar haqqında. Onlardan:
1) 11 sentyabr 1980-ci il tarixindən sonra partiya hüquqi şəxsiliyi barədə yaxud bunların mərkəzi orqan rəhbərlərindən və ya Parlament üzvlərindən kiminsə haqqında Türı Cəza Qanununun İkinci Kitabının birinci bölməsində öz əksini tapmış Dövlət əleyhinə cinayətlərdən hər hansı biri ilə bağlı məhkəmə davası açılmış partiyaların, habelə 11 sentyabr 1980-ci il tarixdə iqtidar partiyası və ana müxalifət partiyası durumunda olan siyasi partiyaların;
a) 1 yanvar 1980-ci il və daha sonrakı tarixlərdə ümumi başkan, ümumi başkan yardımçıları və ya müavinləri, ümumi katibləri, bunların yardımçıları və mərkəzi idarə Şurası və ya buna bənzər orqanların üzvləri, Anayasanın ümumxalq səsverməsi nəticəsində qəbul edildiyi tarixdən başlayaraq on il müddət ərzində siyasi partiya təsis edə bilməzlər; Anayasa hökmlərinə istinadən siyasi partiyalara üzv ola, bu partiyalar tərəfindən və ya müstəqil olaraq millət vəkili ümumi və ara seçimlərində, məhəlli seçimlərdə namizəd göstərilə və öz namizədliyini irəli sürə bilməz Siyasi partiyalarda hər hansı bir vəzifə ala bilməzlər.
b) 1 yanvar 1980-ci il tarixində Türkiyə Böyük Millət Məclisində üzv olan millət vəkilləri ilə senatorlar, Anayasanın ümumxalq səsvermə nəticəsində qəbulu tarixindən başlayaraq beş il müddətində siyasi partiya yarada, qurulacaq siyasi partiyaların mərkəzi idarə şuralarında və ya buna bənzər orqanlara vəzifə ala bilməzlər.
2) 1 yanvar 1980-ci il tarixində kontingent senatoru və ya Cümhuriyyət Senatının təbii üzvü olanlar ilə Türkiyə Böyük Millət Məclisinin müstəqil üzvlərindən: haqlarında Türk Cəza Qanununun İkinci Kitabının birinci bölməsində öz əksini tapmış Dövlət əleyhinə cinayətlərdən hər hansı biri ilə məhkəmə davası açılmış olanlar və ya birinci abzasda xarakterizə edilən siyasi partiyalardan birinə girmiş olanlar bu maddənin birinci paraqrafının «b» bəndi hökmlərinə tabe olurlar.
Müvəqqəti Maddə 5. — Keçiriləcək ilk millət vəkili ümumi seçimi nəticələrinin Yüksək Seçim Komissiyası tərəfindən elanından sonra keçən onuncu gün, Türkiyə Böyük Millət Məclisi binasında, saat 15.00-da müstəqil toplanır. Bu toplantıya ən yaşlı Millət vəkili Başkanlıq edir. Bu toplantıda Millət vəkilləri and içirlər.
Müvəqqəti Maddə 6. — Anayasa əsasında qurulan Türkiyə Böyük Millət Məclisinin toplantı və çalışmaları üçün öz iç nizamnamələri təsdiq oluncaya qədər, Millət Məclisinin 12 sentyabr 1980-ci il tarixindən öncə qüvvədə olan İç Nizamnamənin Anayasaya zidd olmayan hökmləri tətbiq edilir.
Müvəqqəti Maddə 7. — İlk millət vəkili ümumi seçiminin sonunda, Türkiyə Böyük Millət Məclisi toplanıb, yeni Bakanlar Şurası quruluncaya qədər, iş başında olan Bakanlar Şurasının səlahiyyəti davam edir.
Müvəqqəti Maddə 8. — Anayasa ilə qəbul edilmiş olan yeni orqan, qurum və təsisatların quruluş, funksiya, səlahiyyət və fəaliyyətləri ilə bağlı qanunlar və Anayasada bəhs edilməsi və ya dəyişdirilməsi nəzərdə tutulan digər qanunlar, Anayasanın qəbulundan başlayaraq Təsis Məclisinin səlahiyyət müddəti içərisində, bu müddət içərisində mümkün olmadıqda isə, Türkiyə Böyük Millət Məclisinin ilk toplantısından keçən bir il ərzində çıxarılır.
Müvəqqəti maddə 9. — İlk ümumi seçimlər nəticəsində toplanacaq Türkiyə Böyük Millət Məclisinik Başkanlıq Divanı qurulduqdan sonra altı illik müddət ərzində ediləcək Anayasa dəyişikliklərini Cümhur Başkanı, Türkiyə Böyük Millət Məclisinə geri göndərə bilər. Bu təqdirdə Türkiyə Böyük Millət Məclisinin geri göndərilən Anayasa dəyişikliyi haqqındakı qanunu eynən qəbul edib təkrar Cümhur Başkanına göndərə bilməsi, üzv tamsayının dörddə üç səs çoxluğu ilə mümkün ola bilər.
Müvəqqəti maddə 10. — Məhəlli idarə seçimləri ən geci Türkiyə Böyük Millət Məclisinin ilk toplantısından keçən bir il içində keçirilir.
Müvəqqəti maddə 11. — Anayasanın referendum yolu ilə qəbul edildiyi tarixəcən Anayasa Məhkəməsi öz əsil və ehtiyat üzvü olan heyəti ilə birgə vəzifələrini yerinə yetirməkdə davam edir. Bunlardan Anayasa Məhkəməsi tərəfindən müəyyən vəzifələrə seçilənlərin bu surətdə qazanmış olduqları statusları saxlanılır.
Anayasa Məhkəməsində əsl üzvlərin sayı on birə enincəyə qədər, boşalan əsl üzv ştatına, əsl və ehtiyat üzvlərin ümumi sayı isə on beşə enincəyə qədər, boşalan ehtiyat üzv ştatına seçim keçirilə bilməz. Anayasa Məhkəməsinin yeni qaydayla yaradılması təmin edilincəyə qədər əsil üzv sayının isə on beşdən aşağı düşməsi nəticəsində keçiriləcək seçimlərdə bu Anayasanın qəbul etdiyi prinsiplərə və müddətə əməl olunur.
Anayasa Məhkəməsi əsl üzv sayı on birə enincəyə qədər dava və işlərdə 22.04.1962-ci il tarixli və 44 nömrəli Qanunun nəzərdə tutduğu toplanma yetərsayına əməl olunur.
Müvəqqəti maddə 12. — 13.06.1981-ci il tarixli və 2461 nömrəli «Hakimlər və Prokurorlar Yüksək Şurası Qanununun» müvəqqəti 1-ci maddəsinə uyğun olaraq Ali Kassasiya Məhkəməsi və Danıştaydan Şuranın əsil və köməkçi heyətinə, 1730 nömrəli «Ali Kassasiya Məhkəməsi Qanununa» 25.06.1981-ci il tarixli və 2483 nömrəli Qanunla əlavə edilən müvəqqəti maddəyə uyun surətdə Cümhuriyyət Baş Prokurorluğu ilə Cümhuriyyət Baş Prokuroru müavinliyinə; 06.01.1982-ci il tarixli və 2575 nömrəli Danıştay Başkanlığına, Baş Prokurorluğuna, başkan müavinlərinə və dairə başkanlıqlarına Dövlət Başkanı tərəfindən seçilmiş olanlar seçildikləri dövr ərzində bu vəzifələrinin icrasına davam edirlər.
06.01.1982-ci il tarixli və 2576 nömrəli Qanunun müvəqqəti maddələrinin inzibati məhkəmələr Başkan və üzvlərinin təyin edilməsinə dair hökmlər də qüvvəsini saxlayır.
Müvəqqəti maddə 13. — Hakimlər və Prokurorlar Yüksək Şurasına Ali Kassasiya Məhkəməsindən seçilən bir əsl və bir ehtiyat üzvün seçimləri Anayasanın qüvvəyə mindiyi tarixdən sonrakı iyirmi gün ərzində keçirilir.
Seçilən üzvlər öz vəzifələrinə başlayıncaya qədər Şura, toplantı yetərsayını yaradacaq ehtiyat üzvün iştirakıyla öz fəaliyyətini həyata keçirir.
Müvəqqəti maddə 14. — Həmkarlar ittifaqlarının öz gəlirlərini Dövlət banklarında mühafizə etmələrinə dair öhdəlikləri, Anayasanın qüvvəyə mindiyi tarixdən etibarən ən geci iki il ərzində yerinə yetirilir.
Müvəqqəti maddə 15. — 12 sentyabr 1980-ci il tarixindən, ilk ümumi seçimlər nəticəsində toplanacaq Türkiyə Böyük Millət Məclisinin Başkanlıq Divanını yaradıncaya qədər keçəcək müddət ərzində, qanunvericilik və icra səlahiyyətlərini Türk milləti adından həyata keçirən, 2356 nömrəli Qanunla qurulan Milli Təhlükəsizlik Şurasının, bu Şuranın rəhbərliyi dövründə qurulmuş hökumətlərin 2485 nömrəli təsis Məclisi haqqında Qanuna əsasən vəzifə ifa edən Məsləhət Məclisinin hər cür qərar və sərəncamları ilə bağlı cəza, maliyyə məsuliyyəti və ya hüquqi məsuliyyət ittihamı irəli sürülə və bu məqsədlə hər hansı bir mühakimə instansiyasına müraciət edilə bilməz.
Bu qərar və sərəncamların idarə və ya səlahiyyətli orqan, instansiya və vəzifəli şəxslər tərəfindən həyata keçirilməsi ilə əlaqədar olaraq qərar qəbul edənlər, sərəncam verənlər və icraçılar haqqında da yuxarıdakı abzasın hökmləri tətbiq olunur.
Bu dövr ərzində çıxarılan qanunlara, qanun hökmündə qərarnamələrə, habelə 2324 nömrəli Anayasa Quruluşu haqqında Qanuna uyğun olaraq verilən qərar və sərəncamlarının Anayasaya zidliyi iddia edilə bilməz.
Müvəqqəti maddə 16. — Anayasa ilə bağlı keçirilən referendum zamanı səsvermə qutusunda və bülletendə qeyd edilən səslərin səlahiyyətli sayıldığı halda, hüquqi və ya faktiki hər hansı bir üzrlü səbəb olmadan referendumda iştirak etməyənlər, Anayasanın ümumxalq səsverməsində təsdiqindən sonrakı beş il ərzində keçiriləcək ümumi və ara seçimləri ilə məhəlli seçimlərdə və digər xalq səsvermələrində iştirak edə, seçimlərdə namizəd ola bilməzlər.
YEDDİNCİ HİSSƏ
SON HÖKMLƏR
Maddə 175. (17.05.1987) 3361) Anayasanın dəyişdirilməsi Türkiyə Böyük Millət Məclisi üzv tamsayının ən azı üçdə biri tərəfindən yazıyla təklif edilə bilər. Anayasanın dəyişdirilməsi haqqındakı təkliflər Ümumi İclasda iki dəfə müzakirə edilir. Dəyişdirmə təklifinin qəbulu Məclisin üzv tamsayının beşdə üç çoxluğunun gizli səsiylə mümkündür.
Anayasanın dəyişdirilməsi haqqındakı təkliflərin müzakirə olunması və qəbulu, bu maddədəki qeydlər istisna olmaqla, qanunların müzakirəsi və qəbulu haqqındakı hökmlərə tabedir.
Cümhur Başkanı Anayasa dəyişiklikləri ilə bağlı qanunları, bir daha müzakirə olunmaq üçün Turkiyə Böyük Millət Məclisinə geri göndərə bilər. Məclis, geri göndərilən Qanunu, üzv tamsayının üçdə iki çoxluğu ilə eynən qəbul edərsə Cümhur Başkanı bu Qanunu referenduma təqdim edə bilər.
Məclisdə üzv tamsayının beşdə üçü ilə və ya üçdə ikisindən az səslə qəbul edilən Anayasa dəyişikliyi haqqındakı Qanun, Cümhur Başkanı tərəfindən Məclisə qaytarılmadığı təqdirdə Referenduma təqdim olunmaq üçün Rəsmi Qəzetdə dərc edilir.
Birbaşa və ya Cümhur Başkanı tərəfindən geri qaytarıldıqdan sonra, Məclis üzv tamsayının üçdə iki səs çoxluğu ilə qəbul edilən Anayasa dəyişikliyinə aid qanun və ya gərəkli görülən müvafiq maddələri Cümhur Başkanı referenduma çıxara bilər. Referenduma çıxarılmayan Anayasa dəyişikliyinə aid Qanun və ya müvafiq maddələr Rəsmi Qəzetdə dərc olunur.
Referenduma çıxarılan Anayasa dəyişikliklərinə aid qanunların qüvvəyə minməsi üçün, referendumda etibarlı sayılan səslərin yarısından çoxunun lehinə olması gərəkdir.
Türkiyə Böyük Millət Məclisi, Anayasa dəyişikliklərinə aid qanunların qəbulu zamanı, bu Qanunun referenduma çıxarılması halında, Anayasanın dəyişdirilən hökmlərindən hansılarının birlikdə, hansılarının isə ayrı-ayrı səsə qoyulacağı barədə də qərar qəbul edir.
Referendumda, millət vəkili ümumi və ara seçimlərində və məhəlli ümumi seçkilərdə iştirakı təmin etmək üçün, qanunla para cəzası da daxil olmaqla hər cür gərəkli tədbirlər görülür.
II. BAŞLANĞIC VƏ KƏNAR BAŞLIQLAR
Maddə 176. — Anayasanın əsaslandığı başlıca ideya və prinsipləri müəyyən edən «Başlanğıc» hissəsi Anayasa mətninə daxildir.
Maddə başlıqları, sadəcə bağlı olduqları maddələrin mövzusunu və maddələr arasındakı sıralama və qarşılıqlı əlaqəni göstərir. Bu başlıqlar, Anayasa mətninin bir hissəsi sayılmır.
III. ANAYASANIN QÜVVƏYƏ MİNMƏSİ
Maddə 177. — Bu Anayasa, referendum nəticəsində qəbul edilib Rəsmi Qəzetdə dərc olunması ilə Türkiyə Cümhuriyyət Anayasası olur və aşağıda göstərilən istisnaları və bu istisnaların qüvvəyə minməsinə aid hökmləri çıxmaqla bütövlüklə qüvvəyə minir.
a) İKİNCİ HİSSƏ II Bölümdəki: şəxs hürriyyəti və təhlükəsizliyi, çap və yayımla bağlı hökmlər, toplantı haqq və hürriyyətləri,
III bölümdəki çalışma ilə bağlı hökmlər, kollektiv iş müqaviləsi, tətil haqqı və lokaut ilə bağlı hökmlər
Bu hökmlər yeni qanunlar çıxarıldıqda və ya mövcud qanunlarda dəyişiklik edildikdə və bütün hallarda ən geci Türkiyə Böyük Millət Məclisi vəzifəyə başladıqda qüvvəyə minir. Ancaq bu hökmlər qüvvəyə minincəyə qədər mövcud qanunlar və Milli Təhlükəsizlik Şurasının dekret və qərarları tətbiq olunur.
b) İKİNCİ HİSSƏdəki: siyasi fəaliyyətdə olma halları ilə siyasi partiyalarla bağlı hökmlər, bunlara əsaslanaraq yenidən hazırlanacaq Siyasi Partiyalar Qanununun,
Seçmə və seçilmə haqqı həmçinin bu hökmlərə əsaslanaraq hazırlanacaq Seçim Qanununun
Dərc olunması ilə qüvvəyə minir.
c) ÜÇÜNCÜ HİSSƏdəki: qanunvericilik ilə bağlı hökmlər:
Bu hökmlər ilk millət vəkili ümumi seçimi nəticələrinin elanı ilə birlikdə qüvvəyə minir. Ancaq bu bölümdəki Türkiyə Böyük Millət Məclisinin vəzifə və səlahiyyətlərinə bağlı hökmlər, 29 iyun 1981-ci il tarixli və 2485 nömrəli Təsis Məclisi haqqında Qanun hökmləri qüvvədə qalmaqla, Türkiyə Böyük Millət Məclisi öz vəzifəsinin icrasına başlayıncaya qədər, Milli Təhlükəsizlik Şurası tərəfindən yerinə yetirilir.
d) ÜÇÜNCÜ HİSSƏdəki: “Cümhur Başkanı” başlığı altındakı vəzifə və səlahiyyətləri ilə «Dövlət Nəzarət Şurası», “Bakanlar Şurası” başlığı altındakı «nizamnamələr», «Milli Müdafiə», «fövqəladə idarəetmə üsulları»; «İdarə» başlığı altındakı «məhəlli idarələr» ilə «Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu» istisna olmaqla digər hökmlər və Dövlət Təhlükəsizlik Məhkəmələrindən başqa ədalət mühakiməsi ilə bağlı bütün hökmlər Anayasanın referendum nəticəsində qəbulunun Rəsmi Qəzetdə elanı ilə bir zamanda qüvvəyə minir. Cümhur Başkanı və Bakanlar Şurasına aid qüvvəyə minməyən hökmlər Türkiyə Böyük Millət Məclisinin vəzifəyə başlaması ilə, məhəlli idarələr ilə Dövlət Təhlükəsizlik Məhkəmələrinə dair hökmlər isə müvafiq qanunların dərc olunması ilə qüvvəyə minir.
e) Anayasanın referendum nəticəsində qəbulunun elanıyla birlikdə qüvvəyə minmək barədə hökmləri və mövcud qurulacaq qurum, təşkilat və təsisatlar üçün yenidən qanun verilməsi və ya mövcud qanunlarda dəyişiklik edilməsi zərurəti yaranarsa, bunlara bağlı hərəkətlər mövcud qanunların Anayasaya zidd olmayan hökmləri və ya bilavasitə Anayasa hökmləri, Anayasanın 11-ci maddəsinə uyğun həyata keçirilir.
f) Qəti hesab qanunu layihələrinin müzakirə edilmə üsulunu tənzimləyən 164-cü maddənin ikinci abzasının hökmü 1984-cü ildən etibarən tətbiq olunmağa başlayır.
***
Dostları ilə paylaş: |