yaqşayıb -yaxşayıb yoxşuyub: silib sıyıb. nazlayıb duzlayıb. - uşağı silibsıyıb oxuya (dərsə) göndərdi.
yaqşı -yaxşıca yaltalan, yaxşıca yalvar, yaxşı yalvarana yaxşı da yal var. (yaltalan: yaltaqlan). (Heyder Oguz) -ən yaxşı: . səkil. səkkil. səqqəl. seçgil. - səkil tikələrin seçin satdılar. - yaxşıdır ki: nə gözəl ki. -çox sözün azı yaxşı, az sözün özü yaxşı. (özü: cirgəsi. xulasəsi) - sapyaxşı: lap yaxşı. (sap: lap) - əli çox işə yaxşı, dişi çox yemə yaxşı.
yaqşıca -yaxşıca yaltalan, yaxşıca yalvar, yaxşı yalvarana yaxşı da yal var. (yaltalan: yaltaqlan). (Heyder Oguz).
yaqşıları -düğün salan düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz.
yaqşılıqı -düğün salan düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz. -yaxşılığı edisən yum gözünü ona sən, qarşı güdmə heç nədən, geri dönməz ır gedən. (ır: ıraq). (ır gedən: ölən).
yaqşılıqla -yaxşılıqla elə özün tanıdan, alqış alıb el içində yüksələr.
yaqşını -bir yaxşını yoxlasan, min bir kötü qarşıdar, min kötüyə qarşınaq, çalış sürsün iyi yol. (yoxlasan: yaxınlaşsan). (qarşıdar: əngəllər. mane’ olar). (qarşınaq: tərsinə. muxalif).
yaqşıta -yaxşıca yaltalan, yaxşıca yalvar, yaxşı yalvarana yaxşı da yal var. (yaltalan: yaltaqlan). (Heyder Oguz).
yaqşıtır -qonşu vardır min qohumdan yaxşıdır, yas gününə kitir qussə oxşama, toyğa verən bəzək düzək baxşıdır.
yaqşıtur -toy gəlşiğü bağşıdur, sözün düzü yaxşıdur. (gəlşiğü: yaraşığı).
yaqşıya -adama oxşar yamandan, yaxşıya oxşar ilandan qorx.
yaqut yaxud. azu. -köçər oba keçər kərvan, atlu olda azu yayvan, mal davardan nə vardan, sözdən başqa heç bir neden iz qalmaz. (azu : yaxud). (yayvan: yaya. piyada).
yal - sökəyal: sökər. sökəyalnız. arxasız, dossuz kişi. ( sök: sökük. yoxsul. kasıb. yalnağ. fəqir). -yaxşıca yaltalan, yaxşıca yalvar, yaxşı yalvarana yaxşı da yal var. (yaltalan: yaltaqlan). (Heyder Oguz).
yala sadə. - yalakek: sadə kek. - yalaçay: çalaçay: dalaçay: bayağı, sadə çay. -yalasayı: sayığsayı: birdən doqquza dək olan sayılar, ədədlər, sadə ədədlər. - yalageyim: sadə geyim. (yala: sadə). -kötü gördün üz vermə, yaman gördün yol vermə, iyi tapsan qolun dola boynuna, yala yolun ipək döşə yoluna.
yalan - bu gün avçı yarın dönür avına, yalan dünya çoxun qoyar oyuna. -ağız deyər qulaq duyar, iş olmasa , sevgi yalan söz qalar. -heç bir yalan doğrucana doğrulmaz, yalan doğar quyruqlanar qırılmaz. (doğrulmaz: tovcih olmaz) -sözdə yalan çox olur, işdə yalan pox olur. -yalan olmuş yamanların yamanı, ondan betər yalanlığı dananı. - sıryalan: dibdən yalan. {sır: sir: yanaşan sözün anlamına ''doluluğ, çoxluğ, tamlığ, teyxalığ'' anlamın artırır} -dilivə yalan, belivə palan. -ölkəyi yalan, ambarı siçan, tarlayı qarqadur talar. -çaxan, boş, yalan söyləyən, qılınan, yapan, işləyən: saxda < çaxat. çaxtan. soxda. -çaxda kişi, yaşdı işi. -yoxsul olda ucuz yox, istəyin ol yalan yox. -quyruqluyalan: yekə yalan. -yekə yalan: quyruqlu yalan.
yaman -diş artıbən iş azalsa, yaman günü savlayır. (savlayır: xəbər verir) -dosduva dos, düşmanıva yaman ol -düğün salan düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz. -düğün salan düğünləri çözənməz, yaman olan yaxşılığı seçənməz, əz başını yaman görsən hər yerdə, yaman olan yaxşıları görənməz. -əş dediyin dərdə sevincə ortaq, yaman günündə yartaq -qaldıq yaman günə biz, bilməm nədən qınamız. -qanmır deyir qanıram, kordur deyir görürəm, laldır deyir ötürəm, kardır deyir duyuram, bilməm nədən qınamız. (qınamız: 1. əzabımız. 1. günahımız). -yaman çoğun bilənlərə qada çorun dağ verər, biləməzlərə əldən gələn yağ verər. (çoğun: fələk). (çorun: zulum. korluq) -yaman yoldaş yolda daş, ya qoğgilən yada qaç. -kötü gördün üz vermə, yaman gördün yol vermə, iyi tapsan qolun dola boynuna, yala yolun ipək döşə yoluna. -yaman yılxı satılmış, yaman qardaş qaçılmış, yaman arvad atılmış. (yılxı: heyvan). -ağ günüdən yaman günə dos saxla, varlı çağdan , yoxsulluğa pay saxla. -qonaq köçər durmaz, yaxcı (yaman) keçər qalmaz. -sansız yaman tuşlayacaq yaşamın, hünər odur dolayıbən keçəsən, bəs bəllidir yaman basar eyini, sinə gərib döğüşünə girəsən. (sansız :saysız). (dolayıbən: dönük verərək. dövr vuraraq) -sansız yaman tuşlayacaq yaşamın, hünər odur dolayıbən keçəsən, bəs bəllidir yaman basar eyini, sinə gərib döğüşünə girəsən. (sansız :saysız). (dolayıbən: dönük verərək. dövr vuraraq) -yaman yoldaş yol üsdə, yanmaz kabab köz üsdə. (yol üsdə tanımazla yoldaşlığın sonu, çoğun pis bitir).
yamanı -yalan olmuş yamanların yamanı, ondan betər yalanlığı dananı. -yoldaşların yamanı, yol üstünün yoldaşı -kötülüyü, yamanı, qada bəlanı savıb, gidərmə üçün verilən vergi, qutur, ehsan: savaq. sədəqə.
yamanın (yamanın sözün boş ver) . -dinlə kötünü, itir özünü.
yamanları -kötü işlər yamanları yamanladar, eyiləri yaralar.