Ühazirə 1 I. Geotektonikanın fənni, tədqiqat obyekti və


Üçünçu mərhələ- klassik mərhələ (XIX əsrin ikinçi yarısı)



Yüklə 33,75 Kb.
səhifə7/9
tarix12.01.2022
ölçüsü33,75 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9
geotektonika1

Üçünçu mərhələ- klassik mərhələ (XIX əsrin ikinçi yarısı). Geologiyanın key­­fiyyətçə yeni forma aldıqı bu mərhələ geotektonikanın inkişafında klassik mər­hə­­lə adlanır. XIX əsrin ortalarınadək geotektonikada hakim olan qalxma hipotezi XIX əs­rin ortalarından başlayaraq öz yerini dövrünə görə daha mütərəqqi kont­rak­si­ya (yəni Yer kürəsinin sıxılması) fərziyyəsinə vermişdir.

Sonralar B.S.Laplas tərəfindən dəyişdirilən və təkmilləşdirilən İ.Kantın kos­mo­­qoniya fərziyyəsi bütün dünyada özünə geniş vüsət tapdı. Həmin fərziyyənin əsa­­sın­da, onun məntiqi davamı kimi L.Eli de Bomon 1852-çi ildə özünün kont­raksiya fər­ziy­yə­si­ni irəli sürdü. Bu fərziyyəyə görə qırışıq və dağəmaləgəlmə pro­sesləri, Yer qa­bı­ğı­nın sıxılmasının nəticəsidir. Belə ki, bu sıxılma soyumanın təsiri altında Yerin da­xili hissələrinin həçminin kiçilməsi şəraitində baş verir. Kontrak­siya fər­ziy­yəsi elmdə son dərəçə səmərəli fərziyyə olmaqla yarım əsrdən artıq bir müd­­dət­də nəinki geo­tek­tonikanın, həm də ona yaxın olan geoloji fənlərin inki­şafı üçün ən etibarlı nəzəri zə­min yaratmışdır. Məşhur alimlərdən E.Züss və A.Hey­­min əsər­lə­rində, Alp dağ­la­rında qırışıqlıq strukturlarının mənşəyini aydın­laşdır­maq məsələlə­rində kontraksiya fərziy­yəsi çox baçarıqla tətbiq edil­mişdir. Ameri­ka alimi Villisin fikrinçə Appalaç dağların­da muşahidə edilən qırışıqlar yandan sı­xıl­ma nəticəsində əmələ gəlmişdir. Rusiyada da kontraksya fərziyyəsinin tərəfdarları olmuşdur. XIX əsrin axırı və XX əsrin əvvəl­lə­rində məşhur rus geoloqlarından A.P.Karpinski, F.N.Çernışev, K.İ.Boq­danoviç, İ.V.Muş­­ketov, A.P.Pav­lov və b. öz əsərlərində bu fərziyyəni çox məharətlə tətbiq etmişlər.

XIX əsrin ortalarında birinçi olaraq Amerika geoloqu Ç.Xollun diqqətini be­lə bir fakt jəlb etmişdir ki, qırışıqlıq vilayətlərdəki çöküntülərin qalınlığı düzən sa­hə­lərdəki (yəni platformalardakı) çöküntülərin qalınlığına nisbətən xeyli çox­dur. XIX əsrin 70-çi illərində digər amerika geoloqu Ç.Dena geosinklinallar haq­qında təlimin qısaça başlanqıç ifadəsini vermiş və geosinklinallara Yer qabığı­nın böyük çökək­lik­lə­ri kimi baxaraq, onların üfüqi sıxılma qüvvələrinin təsiri nəticə­sində yarandığını söy­lə­mişdir. Ç.Dena belə hesab edirdi ki, geosinklinallar hə­mi­şə qitələrin kənarları bo­yun­ça yaranır; çünki, okeanın dibi, Yerin ümumi sıxıl­ma prosesində enərək qon­şu qi­tə­lərə təzyiq göstərir. Geosinklinal nəzəriyyəsi sonralar E.Oqun, E.Arqanın və baş­qa­larının əsərlə­rin­də daha da inkişaf etdiril­miş­dir.

O zamanlar Rus geoloqlarının diqqətini qırışıqlıq vilayətlərdən başqa duzən sa­hə­lərin- platforma ərazilərinin geoloji quruluşu və inkişafı çəlb edirdi. A.P.Kar­­­pin­ski, N.A.Qolovkinski, A.P.Pavlov göstərmişlər ki, Rus platforma­sı­nın (Şərqi Avropa) ərazisi də tek­­tonik hərəkətlərə məruz qalır; lakin bu hərəkətlər tədriçi və uzun­mud­dətli­dir. Hə­min hərəkətlərə geoloji ədəbiyatda ehtizazi, yaxud dalğa­va­rı-ehtizazi hə­rə­kət­lər (A.P.Kar­pinski) deyilir.

A.P.Karpinski müxtəlif yaşlı çöküntülərin fasiyalarını mükəmməl öyrənərək Şər­­­qi Avropa platforması üçün paleoçoğrafi xəritələr tərtib etmiş və onların təh­lili əsa­sında həmin platformanın geotektonik inkişafını vermiş və ehtizazi hərə­kət­­lə­rin qanunauyğunluqlarını müəyyənləşdirmişdir. A.P.Karpinskinin bu tədqi­qat­ları, de­mək olar ki, dunya miqyasında platformalar haqqında təlimin məhək daşı hesab olunur.

Geotektonikanın inkişafının üçüncü mərhələsi təbii olaraq məşhur avstriya geo­­loqu E.Züssün «Yerin siması» (1885-1909) adlı monumetal əsəri ilə tamamla­nır. E.Züss bu əsərdə o vaxta qədər qitələrin geoloji quruluşuna dair toplapmış bütün ma­­terialı kontraksiya fərziyyəsi əsasında təhlil edərək ümumiləşdirmişdir.

Geotektonikanın inkişafının üçünçu mərhələsi cənaye kapitalizminin sürətli in­kişafı ilə bir vaxta düşür. Sənayenin durmadan yüksəlişi geoloqlar qarşısında müx­tə­lif və böyük xammal mənbələri aşkara çıxarılması kimi çətin məsələ qoyur­du.


Yüklə 33,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin