Ühazirə 1 I. Geotektonikanın fənni, tədqiqat obyekti və


Geotektonikanın inkişafının əsas mərhələləri



Yüklə 33,75 Kb.
səhifə5/9
tarix12.01.2022
ölçüsü33,75 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9
geotektonika1

1.2. Geotektonikanın inkişafının əsas mərhələləri

Geotektonika elmi uzun və murəkkəb bir inkişaf yolu keçmişdir. Onun inki­şa­fı həmişə geologiyanın, geofizikanın və geokimyanın yükcəlişi ilə əlaqədar ol­muş­dur. Həm­çinin geotektonikanın inkişafı ilə kosmoqo­nik təsəvvürlərin təka­mü­lü arasında da müəyyən əlaqə olduğu artıq çoxdan müəy­yən edilmişdir.

V.E.Xain geotektonikanın inkişafında aşağıdakı başlıja mərhələləri ayrırır: Birinci mərhələ- hazırlıq mərhələsi(XVII əsrin ikinçi yarısı-XVIII əsrin bi­rin­çi yarısı). Yer qa­bı­ğı­­nın mütəhərrik olması qədim yunanlara artıq məlum idi. Bu tə­səv­­­vurlər mü­əyyən formada yunan coğrafiya alimi Strabon tərəfindən ifadə edil­­­­miş­dir.

1669-çu ildə italyan alimi N.Steno (mənşə etibarilə danimarkalıdır) özunun tek­­to­nikanın əsasını qoyan bəzi mülahizələrini şərh edərək göstərmişdir ki, çök­mə sü­xur təbəqələri əvvəlçə üfüqi vəziyyətdə yatır. Müasir dövrdə isə həmin təbəqə­lə­rin maili yatması onların son­ra­lar pozulduqlarını göstərir. H.Steno Yer səthi­nin rel­­yefi­nin uzun sürən dəyişik­lik­lərə məruz qaldığını qeyd etmişdirsədə, tektonik pozul­ma­la­­rın səbə­bi­ni layların ye­raltı boşluqların üzərinə çökməsində görürdü.

XVII əsrin görkəmli alimləri R.Dekart və Q.Leybnist Yeri kifayət qədər mü­rək­kəb və uzun inkişaf tarixinə malik bir çisim kimi təsəvvür edərək, onun əvvəlcə odlu ərinti halında olduğunu, sonralar soyumağa başlamış bərk qabıqla örtüldü­yü­nü söylə­miş­lər. Dekartın fikrinçə bərk qabıq altında yaranmış boşluqlar hava və su ilə dolmuş, qabığın ayrı-ayrı hissələri uçaraq həmin boşluqlara tökül­müş və ya­ranmış çökək sa­hə­lər boşluqlardan çıxan su ilə örtülərək okeana çevrilmnşdir.

Leybnitsin fikrinçə dunya okeanı, ilk mərhələdə odlu ərinti halında olan Yeri əha­tə edən su buxarlarının sıxılması hesabına yaranmışdır. C.Buffon Leybnitsin fi­kir­lərini təsdiq etməklə bərabər Yerin mənşəyi haqqında yeni fikir söyləmişdir. Ley­b­nitsin fikirləri məşhur Fransız naturalisti C.Buffon tərəfindən inkişaf etdiril­miş­dir. Buf­fon hecab edirdi ki, Yer və başqa planetlər, kometin zərbəsi nəticəsin­də Gü­nəş­dən qopub ayrılmışdır. Dekartin, Leybnitsin və Bufforun Yer qabığı hərəkətlə­ri­nin səbəb­lərixa­rak­­teri haqqındakı təsəvvürləri həqiqətdən uzaq olsada, onlar Yerin mənşəyi və inkişafı haqqında ilk hipotez yaratmışlar.

Alp darlarında muşahidə edilən qırışıqların qrafiki çəkilməsi sahəsindəki ilk tə­şəbbüslər də həmçinin birinçi mərhələnin sonuna aiddir.

Beləliklə, geotektonikanın inkişafının birinçi mərhələsi Yerin əmələ gəlməsi və süxurların yatım şəraitlərinin pozulması ilə əlaqədar olaraq Yerin relyefinin də­yi­şil­məsi haqqında təsəvvürlərin meydana gəlməsi ilə xarakterizə edilir. Bu pozul­ma­ların səbəbini ekzogen, endogen proseslərdə görürdülər. Birinçi fikrin tərəfdar­la­rı qə­dim yunan neptunistlərinin, ikinçi fikrin tərəfdarları isə plutonizmin davamçı­la­rı ol­muşlar.




Yüklə 33,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin