İkinçi mərhələ- geologiya elminin formalaşması mərhələsi (XVIII əsrin ikinçi yarısı-XIX əsrin birinçi yarısı). Geotektonikanın inkişafının ikinçi mərhələsi geologiya elminin formalaşması ilə bir vaxta təsadüf edir. Geologiyanın bu dövrdə bir elm kimi inkişafı ilk növbədə M.V.Lomonosovun və Ç.Gettonun elmi fəaliyyətləri ilə bağlıdır. M.V.Lomonosov geologiyaya dair əsərlərində geoloji proseslərin ekzogen və endogen proseslərdən ibarət olduğunu, dağların və çökəkliklərin yaranmasında endogen proseslərin əsas rol oynadığını göstərmişdir. Lomonosov kimi Getton da Yer səthinin ayrı-ayrı sahələrinin qalxması səbəblərini Yerin «yeraltı istiliyinin» təsirində görürdü. Bundan əlavə o, vulkanizmi də yeraltı istiliklə, qranitin, bazaltın və başqa maqmatik süxurların əmələ gəlməsini vulkanizm ilə əlaqələndirirdi.
Endogen proseslər haqqında plutonistlərin təsəvvürləri, sonralar inkişaf etdirilərək ilk tektonik hipotezin- qalxma hipotezinin formalaşmasına gətirib çıxardı (L.Bux, B.Ştuder). Bu hipotezə görə qırışıqlıq dağ silsilələrinin yaranması həmin silsilələrin oxları üzrə yer səthinə çıxan maqmatik kütlələrin qalxması və genişlənməsi ilə əlaqədardır. Rusiyada da qalxma hipotezinin görkəmli tərəfdarlarından D.İ.Sokolov, Q.E.Şurovski, Q.V.Abix, N.A.Qolovkinski və b. göstərmək olar.
İkinçi mərhələnin sonunda qırışıqlıq pozulmalarının sistemləşdirilməsi üzrə işlər aparılmlş, antiklinal və sinklinal qırışıqlar ayrılmış (Konibir və Fillips, 1824), layların aşırılmış (çevrilmiş) yatım halları müəyyən edilmişdir (Dumon, 1830).
Qırışıqlıq dağ silsilələrinin yerləşməsində əsas istiqamətlər və dağ silsilələrinin yerləşməsində həndəsi qanunauyrunluqlar aşkara çıxarılmışdır (L.Bux. və E.de Bomon). Dağəmələgəlmə və onunla sıx əlaqədar olan vulkanizm (qalxma hipotezinə görə) bütün planet üzrə eyni vaxtda baş verən ümumdünya miqyaslı fəlakət kimi başa düşülmüşdü. Bomon Yerin tarixində guya 32 belə fəlakətin olduğunu göstərmişdir. İkinçi mərhələdə geologiya demək olar ki, dörd Avropa ölkəsində- İnkiltərə, Fransa, Almaniya və Rusiyada inkişaf etmişdir.
Dostları ilə paylaş: |