Tektonik hərəkətlər- üst mantiyanın və Yer qabığının ayrı-ayrı bloklarının (seqmentlərinin) bir-birinə nisbətən mexaniki yerdəyişməsidir. Bu yerdəyişmə süxurların yatım formasının dəyişməsi və eləcədə onların deformasiyası ilə müşayət olunur. Tektonik hərəkətlər Yerin təkində baş verən kifayət qədər mürəkkəb fiziki-kimyavi proseslərin məhsuludur.
Deformasiya- süxurların ilkin yatımında baş verən dəyişirikliyə (dislokasiyaya) səbəb olan bir prosessdir. Deformasiya prosesinin nəticəsi olan dislokasiyayanın plikativ (qırışıqlıq), dizyunkliv (qırılma) və inyektiv (maye və ya plastik formada daxil olma) formaları vardır.
Geotektonikanın tədqiqat obyekti yalnız endogen proseslər olub, əsasən aşağıdakı sahələri əhatə edir:
Yer qabığında yayılmış süxurların yatım formalarının tədqiqi;
Müşahidə olunan strukturlar formaların inkişaf tarixinin öyrənilməsi;
Struktur əmələ gətirən proseslərin ardıcıllığında, qarşılıqlı əlaqasində qanunauyğunluğun araşdırılması və onların sahəvi paylanmasının öyrənilməsi;
Struktur formaların dərinlikdə əmələgəlmə səbəblərinin və inkişafının tədqiqi;
Endogen proseslərin baş vermə səbəblərinin (tektonik, maqmatik, metamorfik) tədqiqi.
Geotektonika da digər elm sahələri kimi özünün xüsusi tədqiqat üsullarına malikdir (cədvəl 1.1), eləcədə digər elmlərin üsullarından istifadə edir.
Yer qabığının quruluşunu və daxilində gedən mexaniki proseslərin öyrənilməsini asanlaşdırmaq, qarşıya qoyulan məsələni aydın və ardıcıl həll etmək məqsədilə geotektonika aşağıdakı bölmələrə ayrılır.
Cədvəl 1.1
Dostları ilə paylaş: |