Dördunçu mərhələ- qitələrin üfüqi hərəkəti (yerdəyişməsi) hipotezinin yaranması (XX əsrin birinçi yarısı). Bu dövrdə radioaktivliyin kəşf edilməsi ilə kontraksiya fərziyyəsinə daha sarsıdıçı zərbə endirildi və onun həm kosmoqonik, həm də fiziki əsası tamamilə puça çıxarıldı. XIX əsrin sonu və XX əsrin başlanğıçında təbiət elmləri sahəsində baş verən mühüm hadisələr kontraksiya fərziyəsinin və xüsusən onun ilk əsasının dağılmasına (iflasa uğramasına) gətirib çıxardı; bu isə öz növbəsində geotektonikada ümumi böhrana səbəb oldu. Bu hadisələrdən ən başlıçası kosmoqonistlərin Kant-Laplas hipotezindən imtina etmələri idi. Kontraksiya fərziyyəsi isə əslində bu hipotez əsasında yaranmışdı. Bu dövrdə xüsusilə göstərilirdi ki, Günəş sistemində muşahidə ednlən planetlərlə Günəş arasında hərəkətin miqdarça neçə paylanmasını Kant-Laplas hipotezi izah edə bilmir və ona görə də bu hipotezdən artıq imtina edildi. Multon və Çemberlin tərəfindən təklif edilən yeni kosmoqonik fikirdə Yerin və başqa planetlərin yaranması isti halda deyil, coyuq halda qəbul edilirdi. Kontraksiya fərziyyəsinə görə Yer başlanqıçda ərimə halında olduğu nəzərə alınarsa, bu fikirin kontraksiya fərziyyəsinə tamamilə zidd olduğunu qeyd etmək olar.
Digər tərəfdən tektonikada böyük tektonik örtüklər (şaryaclar) haqqında təlim yarandı. Alp dağlarında layların üfüqi istiqamətdə geniş miqyasda yerdəyişməsi faktları müəyyən edildi. Alp, Pireney, Appenin dağlarında Avropa və Amerikanın bir sıra qırışıqlıq zonalarında bilavasitə muşahidə edilən bu hadisələr, kontraksiya fərziyyəsi ilə heç çur izah oluna bilməzdi; elə bu səbəbdən də alimlərin əksəriyəti kontraksiya fərziyyəsindən imtina etdilər.
Geotektonikaya dair nəzəri mülahizələrin böhran keçirdiyi bu dövrdə qitələrin üfüqi hərəkəti (yerdəyişməsi) hipotezi meydana çıxdı. Bu hipotezi ümumi şəkildə 1910-çu ildə F.Teylor irəli sürmüşdür. 1915-çi ildə Alman geofiziki A.Vegener həmin hipotezi daha tam və əsaslı şəkildə şərh etmişdir. A.Vegenerin təsəvvürünə görə qitələrin qranit təbəqəsi bazalt təbəqəsi uzərində yatmır; bu təbəqə Yerinn fırlanma qüvvələrinin təsiri altında izostatik olaraq üzür (Vegener bu hadisəni okean sularında nəhənk buz dağlarının- aysberqlərin üzməsinə bənzədir). Bu hipotezə görə, qırışıqlıq dağ silsilələrinin əmələ gəlməsi qitələrin bir-biri üzərinə hərəkəti zamanı onların (qitələrin) əzilməsinin (məsələn, Alp dağları- Afrika qitəsinin Avropa üzərinə hərəkəti nəticəsində əmələ gəlmişdir), yaxud da okeanların bazalt qatı üzərində hərəkətinin nətiçəsidir (Amerika Kordilyer dağları). Atlantik və Hind okeanları vahid bir qitə massivini (Pangeyanın) iki hissyə ayrılması nətiçəsində yaranmışdır. Üfüqi yerdəyişmə hipotezinin yeni variantlarına E.Xaarmanın ossilasiya, R.van Bemmelenin undasiya, B.Villisin astenolit, V.V.Belousovun radiomiqrasiya hipotezləri aiddir.
Həmin hipotezlərin tərəfdarları qalx1ımların əmələ gəlməsində şaquli hərəkətlərnn üfüqi hərəkətlərdən daha üstün olduğunu, maqmatik təzahürlərin böyük əhəmiyyətə malik olduğunu əsas tuturlar. Onlar belə hecab edirlər ki, qranit maqmasının toplanması (yığılması) və yuxarıya qalxması qalxımların yaranmasının əsas səbəbidir. Bundan əlavə V.V.Bel qitələrin üfüqi hərəkəti (yerdəyişməsi) hipotezinə və B.Villis qranitlərdəki radioaktiv elemeitlərin parçalaiması ilə əlaqədar olaraq ayrılan istiliyin (enercinin) təsiri nətiçəsində maddənin qızması və genişlənməsi məsələsinə çox böyük əhəmiyyət verirlər. Onların fikrinçə tektonik proseslərin əsas enerci mənbəyi radioaktiv enercidir.
İ.D.Lukaşeviç və A.P.Pavlov kontraksiya fərziyyəsini izostatik hərəkətlər haqqındakı təsəvvürlərlə zənkinləşdirməyə çalışmışlar. Amerikada V.Buxer, rosiyada M.A.Usov və V.A.Obruçev kontraksiya fərziyyəsini pulsasiya fərziyyəsi ilə əvəz etmişlər. Bu fərziyyənin məzmunu Yerin genişlənməsi və sıxılması proseslərinin dövri olaraq növbələşməsidir.
Geosinklinallar haqqında təlim, qarşıya çətinliklər və maneələr çıxmasına baxmayaraq inamla inkişaf etdirilmişdir. Aydın olmuşdur ki, geosinklinal vilayətlər qalxımların və çökəkliklərin mürəkkəb növbələşməsindən əmələ gəlmişdir (E.Arqan, A.D.Arxangelski, N.S.Şatski, V.V.Belousov, V.Y.Xain); bundan əlavə, geosinklinalların tektonik inkişafında mərhələlik müəyyən edilmişdir (H.Ştille, V.V.Belousov E.Kraus,); bu inkişafda tektonik recimin inversiya (dönmə) rolu qeyd edilmişdir (V.V.Belousov).
Geotektonika müstəqil geoloji fənn kimi XX əsrin ikinci yarısında formalaşmışdır. İstər keçmiş SSRİ-də, istərsə də xarici ölkələrdə əvvəlcə struktur geologiya üzrə (B.Villis, Ç.Lizs, M.A.Usov, V.A.Obruçev), sonralar isə bütövlükdə geotektonika üzrə (M.M.Teryayev, V.V.Belousov) monoqrafiyaların və tədris vəsaitlərinin yazılıb nəşr olunması geotektonikanın bir fənn kimi formalaşmasına bilavasitə kömək etmişdir. M.M.Tetyayevin və sonralar V.V.Belousovun əsərlərində Yerin və Yer qabığının tektonik inkişaf prosesi haqqında ilk dəfə olaraq tam təsəvvür verilmişdir. 1937-ci ildə Moskvada keçirilən Beynəlxalq geoloji Konqresin sessiyasından etibarən alimlər geotektonikanın inkişafına güclü təkan verirlər.
Dostları ilə paylaş: |