Ühazirə 1 I. Geotektonikanın fənni, tədqiqat obyekti və


Geotektonikanın bölmələri



Yüklə 33,75 Kb.
səhifə4/9
tarix12.01.2022
ölçüsü33,75 Kb.
#51207
1   2   3   4   5   6   7   8   9
geotektonika1

Geotektonikanın bölmələri

Bölmələr

Məqsədi

Morfoloji geotek­to­ni­ka və yaxud struk­tur geolo­giya

Tektonik harəkətlərin əmə­­­lə gətirdiyi struktur formaları (qırışıqlar, bato­lit, lakolit, müxtəlif tip qırılmalar üzrə yer­dəyiş­mə­lər və s.) öyrənir və bu formaların təsnifatını hazırlayır. Struktur geo­­logiya qırışıqlıq və qırılma dislokasiyalarının növlərini (mə­sə­­lən, xətti, kunbəz­va­rı, duz, maili, yatıq, sandıqvarı strukturlar, fay, əks-fay, üstəgəlmə və s.) öyrənir və bunların təsnifatını verir.

Regional geotek­to­nika.

Burada müasir dövrdə müxtəlif tip tektonik pozul­ma­la­rın Yer qabığında yayılması tədqiq edilir, həmçnnin ayrı-ayrı geo­struktur zo­na­lar ay­rılır və tektonik xəritələrdə göstərilir.

Tarixi geotektonika

Strukturların ardıçıl geoloji inkişaf tarixi öyrənilir və mü­əyyən mərhələlərə ayrılır, həmin strukturların əmələ gəlməsnnə səbəb olan tek­to­nik hərəkətlərin xarakteri və istiqaməti müəyyənləşdirilir. Uzun müd­dətli zaman ər­zində baş verən geoloji də­yi­şiklikləri bilavasitə müşahidə etmək mümkün olma­dı­ğın­­dan, geotektonika, proseslərin törətdiyi nətiçələrə gö­rə müxtə­lif üsul­lar­dan is­ti­fa­­də edib, geoloji keçmişin tektonik hərəkətlərinin ayrı-ayrı mərhə­lə­lər üzrə xarak­teri­ni araşdırır. Tarixi geotektonik təh­lil nətiçəsində tektonik rejimin və yaxud struktur inki­şaf ta­rixinin müxtəlifliyinə görə Yer qabığını ayrı-ayrı geostruktur zona­lara (qırı­şıqlıq zo­­nalara və platformalara) ayırmaq mümkündür.

Müasir tektonik hərəkətləri tarixi geotektonikanın neotekto­nika bölməsi öy­rə­nir. Neotektonikada istifadə olunan üsullar (tarixi-arxeoloji; su səviyəsinin dəyi­şil­­mə­­si üzərində aparılan muşahidələr; yüksəkdəqiqliklə təkrar nivelirləmə; tək­rar tri­an­­­­­qulyasiya; çoğrafi koordinatların təkrar təyini; geomorfoloji və s. üsullar) paleo­tek­­­tonik təhlil məqsədilə tətbiq edilən üsullardan kəskin fərqlənir.



Ümumi və yaxud nəzə­ri geotekto­ni­ka (yaxud dinamik geotekto­nika)

Top­la­nan məlumatlar ümumiləşdirilir, tektonik hərəkətləri qarşılıqlı əlaqəsi və bun­ların ardıcıllığında olan ümumi qanu­na­uyğunluqlar öyrənilir və tektonik struk­turla­rın əmə­­lə gəl­məsi aydınlaşdırılır. Ümumi geotektonika Yerin geoloji tarixində tekto­nosferin təkamülünün ümu­mi istiqamətini aydınlaşdırır. Burada həmçinin tektonofizikanın, eksperimeital tek­­to­­ni­ka­nın və geo­me­xanikanın məlumatları əsasında tektonik hərəkətlərin və de­forma­si­yaların səbəbləri müəyyən edilir və tektonik strukturların tiplərinin mən­şə­yi aydın­laş­dırılır. Bu bölmədə, həmçinin, Yerin inkişafı haqqındakı geotektonik fər­ziy­yələr də araşdırılır. Qeyd etmək lazımdır ki, geoloji ədəbiyatda ümumi qə­bul edilə bilən geotektonik nəzəriyyə hələlik işlənib hazırlanmadığından tekto­nik hərəkətləri bir-biri ilə qarşılıqlı əlaqələndirmək məqsədilə bir sıra xususi nəzəriy­yələr­dən istifadə edi­lir.

Tektonofizika

Nəzəri geotektonikanın yeni bölməsidir, bəzən onu eksperi­men­tal tektonika da adlandırırlar. Geoloji xəritəal­ma­nın mate­riallarının struktur təh­lili əsasın­da tektonik gərginlik sahələrini bərpa etmək və həmçinin, ayrı-ayrı struk­turları maddi model­ləşdirmək yolu ilə Yer qa­bı­ğının deformasiyasını və bütövlükdə tek­to­nos­feri öyrənir.

Seysmotektonika.

Yeni bir elm sahəsi olub, iki elmin- seysmologiyanın (zəl­zə­lələr haqqında elmin) və geo­tektonikanın qarşılıqlı əlaqəsi nəti­çə­sində meydana gəl­mişdir. Seysmotektonika zəlzələlərin yaranmasının tektonik şərait­lə­rini öyrə­nir.

Tətbiqi geotekto­ni­ka

Yer qabığında faydalı qazıntı yataqla­rı­nın tektonik şə­ra­it­lərdən asılı olaraq paylanması qanunauyğunluqlarını aydınlaş­dırır, beləliklə də, axtarış və kəşfiyyat işlərini düzgün istiqamətləndirməyə imkan yara­dır.

Faydalı qazıntı yataqlarının Yer qabığında paylanması geotektonik rejimin xa­rak­teri ilə sıx bağlıdır. Bu yataqların hər biri ayrılıqda özünəməxsus tektonik şərait­də əmələ gəlir. Bu səbəbdən tətbiqi geotektonika bir sıra bölmələrə (filiz və kömur ya­taq­larının geotektonikası, neft və qaz yataqla­rının geo­tek­tonikası və s.) ayrılır.

Məlumdur ki, endogen filiz yataqlarının hər bir növü geosinklinal sahələrin in­ki­şa­fının ayrı-ayrı mərhələlərində, məsələn, qalay və volfram yataqları geo­sink­li­nal­­la­rın kənar zonalarında, xromit və nikel yataqları isə mərkəz zonalarında əmələ gə­lir. Neft, qaz və duz yataqları Yer qabığının böyük depressiyaları və çö­kəklikləri ilə əla­qə­dardır. Bütün faydalı qazıntı yataqları Yer qabığının geotekto­nik inkişafı və tek­to­nik strukturları ilə bilavasitə bağlıdır.




Yüklə 33,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin