YER KÜRƏSİNİN ZONAL LANDŞAFT SIRASI
I ARKTİK QURŞAQ. Onun daxilində kontinental və dəniz arktik yarımqurşaqları və 3 landşaft tipi ayrılır
1) Arktik səhralar
2) Buz qalxanları
3) Kristallik çıxıntılar
II SUBARKTİK QURŞAQ. 2 yarımqurşağa ayrılır (kontinental və dəniz). Burada tundra və meşə-tundra landşaft tipləri ayrılır.
1) Tundranın daxilində - a) ləkəli; b) arktik; c) bataqlıq; d) donuşluq tundra
Meşə tundrada isə - a) bataqlıq; b) donuşluq; c) kollu; d) çəmənli-kollu tundra yarımtipləri müəyyən edilmişdir.
III MÜLAYİM QURŞAQ. Boreal və subboreal yarımqurşaqlara bölünür.
1) Boreal humid tayqa - a) Şərqi Avropa; b) Sibir; c) Orta Sibir; d) Şm Amerika
2) Boreal humid tayqaaltı
3) Subboreal və boreal humid qarışıq meşə
4) Subboreal humid enliyarpaqlı meşə- a) Şərqi Avropa tipi; b) Uzaq Şərq tipi; c) Atlantik okean sahili Şm Amerika; d) Sakit okean sahili Şm Amerika
5) Subboreal semi-humid meşə-çöl
6) Subboreal semi-arid çöl
7) Subboreal arid quru-çöl vəarid seyrək meşə kolluqlar
8) Subboreal arid yarımsəhra
9) Subboreal ekstraarid səhra
10) Subboreal humid musson meşələr
IV SUBTROPİK QURŞAQ –
1) Araliq dənizi tipli codyarpaqlı, həmişəyaşıl, meşə və kolluqlar
2) Subaralıq dənizi sahili arid seyrək meşə və kolluqlar
3) Semihumid və semiarid çöl və meşə-çöllər
4) Semiarid çöllər və quru çöllər
5) Arid yarımsəhralar
6) Ekstra arid səhralar
7) Semiarid və arid savanna və seyrək meşələr
8) Semihumid və humid dəyişən rütubətli meşələr
9) Humid rütubətli və dəyişən rütubətli meşələr (o cümlədən musson meşələr)
10) Semihumid savanna və seyrək meşələr
V TROPİK QURŞAQ-
1) Ekstraarid tropik səhralar
2) Arid yarımsəhralar
3) Arid və semiarid savanna və seyrək meşələr
4) Humid və semihumid tropik seyrək - meşələr və meşə - kolluqlar
5) Humid tropik meşə və cəngəlliklər
VI SUBEKVATORİAL QURŞAQ-
1) Semihumid və humid savanna və seyrək meşələr
2) Dəyişən rütubətli humid meşələr
3) Ekvatorial meşə və cəngəlliklər
VII EKVATORİAL QURŞAQ-
Ekvatorial həmişəyaşıl humid və ekstrahumid meşə və cəngəlliklər
Dostları ilə paylaş: |