Ümumi Regional landşaftşünaslıq



Yüklə 125,42 Kb.
səhifə15/56
tarix02.01.2022
ölçüsü125,42 Kb.
#38861
1   ...   11   12   13   14   15   16   17   18   ...   56
Dünya landş

Dünya okeanının əsas təbii kompleksləri təbii qurşaqlar və onların daxilindəki həm su kütlələri, həm də okean dibi relyefinə müvafiq gələn ərazi vahidləri aiddir. Dünya okeanının səth su kütlələri (200m dərinliyə qədər) özünəməxsus xüsusiyyətlərinə görə qurşaqlara ayrılır. (ekvatorial, subekvatorial (2), tropik (2), subtropik (2), mülayim (2), subarktik, subantarktik, arktik və antarktik) hər bir qurşaq qonşu ərazilərdən su kütlələrinin fiziki-kimyəvi xüsusiyyətlərinə görə ( temperatur, duzluluq, dinamikası və s.)canlı aləminə və suyun şaquli, üfüqi mübadiləsinə görə fərqlənir. Ona görə də tropik, subekvatorial və ekvatorial qurşaqlarda yayılan canlılar (mərcanlar, isti su ilbizləri, şualılar (radiallar) və s.) mülayim və qütbyanı enliklərdə yayılmır. Daha çox duzluluğa və şəffaflığa malik tropik qurşağın sularında üzvi aləm kasad olur. Xüsusilə, okeanların materik sahilindən uzaq ərazilərində canlı aləm yayılmadığı , hətta quru səhralardan da qat-qat kasad olan geniş tropik su hövzələri mövcuddur. Mülayim və qütbyanı enliklərin qurşaqları nisbətən az duzluluğa və normal temperatura ( orta illik 100-120, tropiklərdə 200-dən yuxarı), su mübadiləsinə malik olduğu üçün canlı aləm daha zəngindir. Bunun əsas səbəbi qeyd edilən enliklərdə suyun şaquli və üfüqi mübadiləsinin yüksək olması, oksigenlə yaxşı təminatı və fito, zooplanktonların çox yayılmasıdır. Dünya okeanında təbii qurşaqlar daxilində su kütlələrinə müvafiq olaraq 2 yarımtip ayrılır. Məsələn, mülayim qurşaq daxilində materik sahili və okean daxili. Bu şəkildə yarımqurşaqların ayrılması digər qurşaqlara da şamil edilə bilər. Qeyd etmək lazımdır ki, ekvatorial qurşaqda passatların və əks passatların təsiri nəticəsində su kütlələrinin normal şəkildə şaquli və üfüfi differensasiyası baş verir. Bu zaman ekvatorial qurşağın bütün su kütləsi oksigenlə yaxşı təmin olunur. Ona görə də canlı aləm qurşağın hər bir hissəsində geniş yayılır. Tropik və subekvatorial qurşaqların passat axınlarına və əks passatların təsirinə məruz qaldığı əraziləri bir-birindən o qədər də fərqlənmədiyi üçün burada materiksahili və okeandaxili yarımtiplər ayrılır. Tropik qurşaqların dairəvi dövrə vuran cərəyanlarının sirkulyasiyasından kənarda yerləşən mərkəzi hissələrində okeandaxili yarımqurşaq daha aydın müəyyən edilir. Məsələn, Sakit okeanın şimal və cənub hissələrində, Hind okeanının mərkəz hissəsində, Atlantik okeanının şımal və cənubunda üzvi aləm çox zəif inkişaf etmişdir.

Bütün qurşaqların materik sahilləri, xüsusi ilə də, mülayim qurşaq öz zənginliyi ilə diqqəti cəlb edir. Dünyanın bütün isti və soyuq cərəyanları materik sahilləri ilə hərəkət etdiyi üçün 200-500 m-lik sahil zonada canlıların miqrasiya qurşağı ayrılır. Bu qurşaqda fito və zooplanktonlar , nektonlar, hərəkət edən aktiv canlılar, okeanların dibində yaşayan bentoslar zənginliyi ilə fərqlənir. Cərəyanların təsiri ilə duzluluğun, temperaturun və canlı aləmin üfüqi paylanması müşahidə edilir.




Yüklə 125,42 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin