ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının Təhsil haqqında Qanunu. Bakı: 2009.
2.
“Müəllim hazırlama siyasəti və problemləri” mövzusunda Qafqaz Univesitetində keçirilən
V Beynalxalq Konfransın materialları.// Bakı, 30 aprel -02 may 2015-ci il.
3.
“Müəllim hazırlığının müasir problemləri” mövzusunda Beynalxalq Elmi Konfransının
materialları. // Azərbaycan Müəllimlər İnstitutu, 28-29 oktyabr, 2011.
4.
“Müəlim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf”. III Beynalxalq
Elmi Konfransın materialları. // Azərbaycan Müəllimlər İnstitutu, 22-24 may, 2014.
РЕЗЮМЕ
ФОРМИРОВАНИЕ ЛИЧНОСТИ БУДУЩЕГО ПРЕПОДАВАТЕЛЯ В ВЫСШИХ
УЧЕБНЫХ ЗАВЕДЕНИЯХ
Гусейнов Ш.А.
Ключевые слова: личность, преподаватель, профессия, подготовка, высшая школа
В статье отмечается, что формирование личности – сложный процесс, в связи с этим
проблема личности всегда находится в центре внимания исследователей. Что касается
формирования личности педагога, то это одна из важных проблем современного
образования. Статья посвящена проблеме становления и принципам становления
профессионального педагога.
SUMMARY
THE FORMATION OF THE FUTURE TEACHER PERSONALITY
IN HIGHER SCOOL
Huseynov Sh.A.
Key words: personality, teacher, profession, training, high school
The formation of personality - a complex process, and the problem of personality is always in
the center of attention of researchers. With regard to the formation of the personality of the teacher,
it is one of the most important problems of modern education. The article is devoted to the
formation and principles professional teacher.
Daxil olma tarixi:
İlkin variant
04.03.2016
Son variant
01.06.2016
Hüseynov Ş.Ə.
94
UOT 37.046.14.
DÜNYA TƏHSİL SİSTEMİNDƏ YENİ TENDENSİYALAR VƏ TƏCRÜBƏLƏR
ƏLƏKBƏRLİ GÜLNARƏ YAŞAR qızı
Sumqayıt Dövlət Universiteti, müəllim
e-mail: hidayet.elekberli.01@mail.ru
Açar sözlər: innovasiya, qloballaşma, tendensiya, təhsil, standart
Məqalə təhsil müəssisələrinin təhsil,elmi-tədqiqat innovasiya mərkəzlərinə çevrilməsinə,
təhsil modelinin tətbiqi və həyata keçirilməsinə həsr olunub.
Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən
olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil,
başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin
etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya
və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin
yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən
amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub və təxminən 70 faiz təşkil edir [1].
Cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan təhsil müasir zamanda bir çox
dəyişikliklərə məruz qalmışdır. Fərd ilə cəmiyyət arasında əlaqələr təhsil vasitəsilə daha kompleks,
bilik isə iqtisadi və sosial inkişafın əsas komponenti olmuşdur. Beləliklə, biliklərə əsaslanan
cəmiyyətin formalaşdırılması, təlim və təhsil proqramlarının həyata keçirilməsindən və onların
texnoloji innovasiyalara cəlb edilməsindən asılılığı artmışdır. Təsadüfi deyil ki, Birləşmiş Millətlər
Təşkilatı (BMT) XXI əsri "təhsil əsri" elan etmişdir.
Hazırda dünyada aşağıdakı inkişaf meyilləri müşahidə olunmaqdadır:
informasiya cəmiyyətinə keçid, ünsiyyət və dözümlülük amillərinin vacib əhəmiyyət kəsb
etməsi, mədəniyyətlərarası əlaqələrin miqyasının genişlənməsi;
yeni nəsildə müasir təfəkkürün formalaşmasını tələb edən və yalnız beynəlxalq əməkdaşlıq
çərçivəsində həll edilə bilən qlobal problemlərin sayının artması;
iqtisadiyyatın dinamik inkişafı, rəqabətin güclənməsi, sadə əmək sferasının məhdudlaşması,
mütəmadi olaraq peşə ixtisasının artırılması və yenidən hazırlanmasını tələb edən ciddi
struktur dəyişikliyi;
gənclərin və yaşlı nəslin təhsilinin artırılması nəticəsində formalaşan insan kapitalının
rolunun yüksəlməsi;
təhsilin ölkənin aparıcı dövlətlər sırasına daxil olmasını təmin edən əsas faktor olması;
vətəndaşların xaricdə təhsil almasının dəstəklənməsi;
Dünya təcrübəsi göstərir ki, tələbələr əmək fəaliyyəti boyu orta hesabla 3-5 dəfə ixtisaslarını
dəyişməli olacaqlar. Bu, yeni, daha münasib ixtisasa yiyələnmə, yeni kompetensiyaların əldə
edilməsi tələbatı ilə bağlı olacaqdır. Hər 7 ildən bir peşələrin, ixtisasların 40-50 faizi öz
əhəmiyyətini itirir, onlar yeniləri ilə əvəz olunur. Əhalinin tərkibində təhsilli insanların sayı nə
qədər çox olarsa, həmin ölkədə iqtisadi inkişaf tempi də daha yüksək olur. Ölkə büdcəsində təhsil
xərcləri 1% artıqda bu, iqtisadi artıma 0.35% artımına gətirib çıxarır. İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatı (İƏİT) ölkələri üzrə 25-64 yaşlı əhali qrupu arasında ali və orta təhsilli təbəqənin
məşğulluq səviyyəsi müvafiq olaraq 85% və 59% təşkil edir, İƏİT ölkələrində bir tələbənin
ortalama ali təhsil xərci 33 min ABŞ dollarına bərabər olduğu halda, bu investisiya qoyuluşundan
ümumi gəlir 86 min ABŞ dolları təşkil edir.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
95
Təhsilin, xüsusilə də orta təhsilin müddəti uzadılır:
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə əgər hər hansı bir ölkədə
istənilən təhsil pilləsi üzrə təhsil müddəti bir il artırılarsa bu, iqtisadi artımın 3-6 faiz artımına
gətirib çıxarır;
İnkişaf etmiş ölkələrdə orta təhsilin müddəti 12-14 il (Canada, Fransa, Hollandiya, Çexiya-
14 il, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya, Yeni Zelandiya -13 il, ABŞ, Finlandiya,
Cənubi Koreya, Polşa-12 il) təşkil edir, Azərbaycanda isə ümumi orta təhsil 11 illikdir.
Ali təhsildə özəl sektorun rolu:
o
Ali təhsildə dövlət sektorunun maliyyəsi özəl sektorun maliyyəsi ilə əvəzlənir. İƏİT-in
məlumatına görə ali təhsilə yönədilmiş dövlət xərcləri Ümumi Daxili Məhsulun 1%-dən çoxdur.
Bu zaman dövlət və özəl maliyyələşdirmənin nisbəti Almaniya, Avstriya, İtaliyada 90% olduğu
halda ABŞ, Avstraliya, Yaponiya, Kanadada artıq 50-70% təşkil edir
2
;
o
Ümumi saya nisbətən özəl ali məktəblərin payı Rusiyada 50%, Qazaxıstanda 62%, Çexiyada
65%, Ermənistanda 70%, Braziliyada 80%, Azərbaycanda isə 30% təşkil edir.
Təhsildə idarəetmənin demokratikləşdirilməsi prosesi:
o
Dünya təcrübəsi göstərir ki, təhsil strategiyasının uğurlu həyata keçirilməsi və təhsil
keyfiyyətinin dayanıqlı yüksəlişində səmərəli və demokratik idarəetmə mühüm rol oynayır.
Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, ictimaiyyəti
(valideyn, şagird, tələbə, yerli icma və s.) geniş cəlb etməklə təhsil ocaqlarının dövlət-
ictimai xarakterdə idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə
texnologiyalarının prosesə tətbiq olunmasını və s. tələb edir.
o
Bunun üçün ölkədə hazırlanacaq müasir idarəetmə modeli təhsil sistemində aşağıdakı
istiqamətləri əhatə etməlidir- (i)Təhsil keyfiyyətinin yeni standartlar səviyyəsinə çatdırılması;
(ii) Təhsildə idarəetmə potensialının yüksəldilməsi; (iii) Yüksək səviyyəli pedaqoji kadrların
hazırlanması; (iv) Təhsilin maliyyələşdirilməsinin bençmark səviyyəyə çatdırılması.Ali
məktəblərin idarə olunmasında hökumətin rolu Bolonya Bəyannaməsinə və beynəlxalq
təcrübəyə uyğun olaraq muxtariyyət və cavabdehlik arasında tarazlığı təmin etməkdir. Bu
sahədə yeni beynəlxalq inkişaf meylləri formalaşıb: (i) təhsilə sərfiyyat üzərində
hökumətlərin hərtərəfli nəzarəti zəifləyir; (ii) institusional muxtariyyət və onu müşahidə
edən ali məktəb idarəetməsində aydın cavabdehlik mexanizmləri güclənir.
Elm-biznes partnyorluğu genişlənir, innovasiya fəaliyyətinin institutlaşması baş verir:
o
Qərb ölkələrində dövlət və özəl ali məktəblərin böyük əksəriyyəti qeyri-kommersiya
qurumları olsa da, elmi tədqiqatlar aparmaqla onlar əhəmiyyətli həcmdə gəlir əldə edirlər.
Məsələn, ABŞ-ın Harvard, Prinston universitetlərinin bütün elmi-tədqiqat işlərindən əldə
olunan gəlirləri təhsil haqqlarından əldə olunan vəsaitə (20%) bərabərdir;
o
Qərbin ali təhsil müəssisələrində elmi-innovasiya fəaliyyətinin maliyyələşdirilməsi müxtəlif
mənbələr (dövlət büdcəsindən müsabiqəli qrantlar, investisiya yardımları, özəl ianələr və s.)
vasitəsilə həyata keçirilir. Belə ki, 1980-ci ilə nisbətən 2001-ci ildə biznes və sənaye
qurumlarının universitetlərdəki tədqiqat işlərinə ayırdıqları vəsait Fransada 80%, Kanadada
50%, Almaniya, Finlandiya, İtaliyada 40% artmışdır.
o
İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsil müəssisələrinin təhsil-elmi
tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsi, ali məktəblərdə elmi fəaliyyətin xüsusi
çəkisinin kəskin şəkildə artırılması;
Qloballaşma təhsil meyarlarının harmoniyalaşdırılmasını şərtləndirir:
o
1996-cı ildən başlayaraq Avropa Şurası tərəfindən tövsiyə edilmiş 5 başlıca kompetensiyalar
qrupu əsas götürülür;
o
Artan tələbə-müəllim mobilliyini nəzərə alaraq təhsil standartlarının unifikasiyası məqsədini
daşıyan Boloniya prosesi sürətlənir.
Ələkbərli G.Y.
96
o
Təhsildə müşahidə olunan son qlobal tendensiyalar fonunda Azərbaycan təhsilində gedən
proseslər birmənalı xarakterə malik olmamışdır. Həm Qlobal Rəqabətlilik İndeksinin (GCİ),
həm də BMT-nin İnsan İnkişafı İndeksinin (HDİ) üzrə ölkəmiz Rusiya, Ukrayna və
Qazaxıstan kimi MDB ölkələrindən geridə qalır. Belə ki:
Dünya İqtisadi Forumunun (GCİ) Ali Təhsil və Təlim indeksinə görə Azərbaycan 2006-2007-ci
illərdə 122 ölkə arasında 82-ci mövqedə idisə, 2010-2011-ci illərdə 139 ölkə arasında 5 pillə
irəliləyərək 77-ci mövqeyə yüksələ bilmişdir;
Dünya Bankının "Azərbaycanda ali və orta ixtisas təhsilinin gələcəyinə dair strateji baxış:
mövcud vəziyyətin təhlili" sənədinə görə son illərdə Azərbaycan təhsilində mövcud olan ən
vacib trend ondan ibarətdir ki, məzunların tərkibi iqtisadiyyatın tələbatına uyğun deyil.
Müxtəlif ixtisaslara olan tələbatlar arasında kəskin disproporsiya mövcuddur:
o
Ali təhsilli mütəxəssislər əsasən dövlət sektorunda cəmləşib (25-34 yaşında olanların 67%-
i). Bununla belə, dövlət sektoruna işə qəbul üçün müraciət edənlərin təxminən 1/4-i
imtahandan keçə bilir;
o
Özəl sektorun 50%-də ixtisaslı işçi qüvvəsinin çatışmazlığı problemi yaranıb. Ən böyük
kadr və bacarıq çatışmazlığı xidmət sektorunda və kənd təsərrüfatında müşahidə olunur;
Ali təhsil müəssisələrinin elmi-innovasiya fəaliyyəti də aşağı səviyyədədir. Bu, Dünya
Bankı tərəfindən aparılan Biznes Mühiti və müəssisələr Sorğusu ilə də təsdiqlənir:
o
Sorğular göstərib ki, son üç ildə yeni məhsul və ya xidmət növü təklif edən şirkətlərin
xüsusi çəkisi Azərbaycanda 44%-dirsə, Estoniyada 64%, Rusiyada 68%, Sloveniyada isə
74% təşkil edir;
o
Son üç ildə tədqiqat və innovasiyaya xərc çəkən şirkətlərin xüsusi çəkisi Azərbaycanda 8%-
dirsə, Gürcüstanda 13%, Türkiyədə 27%, Rusiyada isə 36%-dir;
Nəhayət, təhsil sisteminin maliyyələşdirilməsi səviyyəsinə görə yəni, təhsil xərclərinin
Ümumi Daxili Məhsulda payı Avropa və Mərkəzi Asiya regionu üzrə 4,5-5% olduğu halda
Azərbaycanda bu göstərici 2,8%təşkil edir.
Elmi yeniliyi: Beləliklə, təhsildə son qlobal tendensiyalar və təcrübələr nəzərə alınmaqla
Azərbaycanda əsas hədəflər – rəqabətə davamlı və müasir kompetensiyalara əsaslanan təhsil
modelinin tətbiqi, bütün strateji və taktiki tədbirlərin dəqiq planlaşdırılması və həyata keçirilməsi,
orta məktəb məzunlarının ali təhsildə iştirak səviyyəsinin hazırki 16%-dən ən azı MDB üzrə orta
göstərici olan 50% səviyyəsinə çatdırılması, innovasiya fəaliyyətinin institutlaşması və s. ibarət
olmalıdır.
Tətbiqi əhəmiyyəti: Məqalədə təklif olunan tendensiyalar və təcrübələr ali məktəblərdə dərs
prosesində istifadə oluna bilər.
ƏDƏBİYYAT
1.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı". Bakı, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il "22" may tarixli
295 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
2.
International Education Journal Vol 1, No 3, Global Trends in Education, Colin N. Power,
2000, 152 s.
3.
Case Management: A Practical Guide for Education and Practice by Suzanne K.Powell and
Hussein A.Tahan. 2009, p.295-242.
4.
Politics, Modernization and Educational Reform in Russia: From Past to Present by
D.Johnson, 2010, p.59-71.
5.
Чуланова З.К. Человеческий капитал как фактор конкурентоспособности страны в
условиях глобализации, Институт Мировой Экономики и Политики, Москва: Analytic,
2008, № 6, c.18-31.
Dünya təhsil sistemində yeni tendensiyalar və təcrübələr
97
РЕЗЮМЕ
НОВЫЕ ТЕНДЕНЦИИ И ПРАКТИКА ВСЕМИРНОЙ СИСТЕМЫ ОБРАЗОВАНИЯ
Алекберли Г.Я.
Ключевые слова: инновация, глобализация, тенденция, стандарт
В статье рассматриваются проблемы преобразования учебных заведений в учебно-
научные исследовательские инновационные центры, применение и реализация различных
моделей обучения. Приводятся примеры из опыта работы зарубежных вузов.
SUMMARY
NEW TENDENTIONS AND EXPERIMENTS IN WORLD EDUCATION SYSTEM
Alekberli G.Y.
Key words: innovation, globalization, tendency, education, standard.
The article deals with conversion of educational institutions into educational-scientific
investigational innovation centers, application and implementation of different training-model.
Some examples from the experience of universities winder
Daxil olma tarixi:
İlkin variant
02.02.2016
Son variant
01.06.2016
Ələkbərli G.Y.
98
UOT 159.92.8
YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞININ SƏBƏBLƏRİ VƏ TƏZAHÜR
XÜSUSİYYƏTLƏRİ
ƏYYUBOVA RİMA HÜSEYN qızı
Sumqayıt Dövlət Universiteti, müəllim
e- mail:
A_elya_@hotmail.com
Açar sözlər: deviant, yeniyetmələr, kənar davranış, addiktiv davranış, yayınmalar
Son zamanlar yeniyetmələr arasında müxtəlif davranış yayınmalarının artması deviant
davranış probleminə diqqəti artırmış, onu aktual problemlər sırasına qoymuşdur. Deviant
davranışlar dedikdə cəmiyyətdə qəbul edilmiş normalara zidd əməllər nəzərdə tutulur.
Yeniyetmələrin deviant davranışının səbəblərini anlamaq üçün ilk növbədə bu yaşa xas cəhətləri
araşdırmaq lazımdır. Belə ki, yeniyetmədə baş verən bioloji dəyişikliklər onun davranışını kəskin
dəyişə bilər. Keçid dövrü təkcə yetkinliklə müşaiyət olunan psixoloji transformasiya deyil, həm də
uşağı böyüklərin sosial həyatına daxil edən mədəni prosesdir. Buna görə də yeniyetmənin deviant
davranışının səbəbini onun sosiallaşmasında axtarmaq lazımdır. Sosial dəyərlərin inkar edilməsi
normadan kənar davranışın ilk səbəbidir. Alimlər yekdilliklə uşaq və yeniyetmələrin deviant
davranışının formalaşmasında ailə və ailədaxili münasibətlərin böyük təsirini qeyd edirlər.
Qürurlarına toxunulması, yaxınlarının davranışından narazılıq onlarda etiraz reaksiyasını oyadır.
Etirazın səbəbi valideynlər arasında münaqişə, yeniyetməyə qarşı biganəlik, ona əzab verən cəza
tədbiri, onun üçün vacib olan nəyinsə qadağan olunmasını göstərmək olar. Sosial nəzarətin
olmaması, valideynlər tərəfindən özbaşına buraxılma kimi xarici ünsürlər şəxsiyyətin daxili, özünü
məhdudlaşdırma qabiliyyətinin olmaması ilə yekunlaşır. Onların əksəriyyəti pis şəraitdə,az sosial
təminatlı ailələrdə, ailə üzvləri arasında münasibətlər gərgin olan, uşağa qayğı aşağı olan ailələrdə
yaşayırlar. Onlar sosial ayrı seçkiliyi, çoxları üçün yaxşı təhsil almağın, təmin olunmuş yaşayışın
mümkünsüzlüyünü çox ağrılı qəbul edirlər. Çoxsaylı tədqiqatların nəticələri göstərmişdir ki, müasir
yeniyetmə və gənclər həddindən artıq pula meyllidirlər və onların sərvət meylləri, dəyərləri
kökündən dəyişilmişdir. “Yüksək maaş” - bu motiv iş yerinin seçilməsi zamanı, 17 yaşlı oğlan və
qızların 59.9%-i üçün həlledici olmuşdur. Bu ondan irəli gəlir ki, pul uğrunda mübarizə aparmaq
iqtidarında olmayan ailələr, yüksək status və nüfuza malik olmurlar. Belə ailələrdə tərbiyə almış
yeniyetmələr, cəmiyyət tərəfindən özlərini atılmış, rədd edilmiş hesab edirlər; belə yeniyetmələr
məişət həyatında aktiv iştirak etmirlər, onları rəhbər vəzifələrə seçmirlər və s. Buna görə də həmin
gənclər kollektivdə müəyyən statusa, nüfuza malik olmaq üçün, çox vaxt normadan kənar
davranışa, qanun pozuntularına əl atırlar: oğurluq, özündən zəifləri incitmək və s.
Əsas sosial dəyərlərlə barışmamaq normadan kənar davranışın İlkin səbəblərindəndir.
Yeniyetmə hörmət olunması və müstəqilliyin tanınması üçün idman, musiqi və digər akademik və
qeyri-formal qruplar axtarır. Qeyri-formal qruplar fan klub, yeniyetmə dəstələri ola bilər. Belə küçə
qruplaşmalarına daxil olan yeniyetmələrdə mənfi sosial maraqlar yaranır: erkən cinsi təcrübə, qrup
şəklində narkotik, akoqol qəbulu. Belə dəstələrdə qrup normalarının ümum insani normalar
üzərində hakim olması yeniyetmənin deviant davranışının əsasını qoyur. Deviant qrupa üzvlük ona
yeni özünü təsdiq üsulları, öz “mən”ini müsbət sosial xüsusiyyətlər deyil, mənfi sosial hərəkətlər
hesabına gücləndirmək imkanı verir.
Deviant yeniyetmələr öz boş vaxtlarını məzmunlu keçirməyi bacarmır, çox az mütaliə edir.
Onların maraqları məhduddur. Yeganə oxuduqları kitablar isə sərgüzəşt-dedektiv məzmunlu olur
Deviant davranış formaları arasında addiktiv forma son ildə xeyli “cavanlaşıb”. Addiktiv
davranış ( addiksiya – nəyəsə məhvedeici meyl) bəzi maddələrin qəbulu vasitəsilə psixi vəziyyəti
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
99
dəyişmək üsuludur. Belə maddənin qəbulu, əşya və hərəkətə bağlılıq intensiv emosiyaların inkişafı
ilə müşaiyət olunur. Bu elə bir həddə çatır ki, yeniyetmənin həyatı nəzarətdən çıxır və o?
addiksiyaya qarşı çıxa bilmir. Bu cür davranış forması psixoloji çətinliklərə, həyat şərtlərinin
dəyişməsinə pis uyğunlaşan yeniyetmələr üçün xarakterikdir. Addiksiya real həyatdan qaçmaq üçün
universal üsuldur. Alkoqol və narkotik effektiv psixoloji qalxan rolunu oynayır. Addiktiv davranış
tipi olan yeniyetmələrin çoxu psixologiyada “arzuya uyğun düşüncə” mexanizmindən istifadə
edirlər: onlar məntiqə zidd olaraq öz istəklərinə uyğun olanı real sayırlar. Nəticədə şəxsiyyətlərarası
münasibət pozulur, insan cəmiyyətdən uzaqlaşır. Aşağıdakı maddə və ya hərəkətlər addiktiv
davranış formalarına aiddir: narkotik, alkoqol, siqaret, aludəedici oyunlar( kompüter oyunları da
daxil olmaqla), uzunmüddətli ritmik musiqi dinləmək,insanı həyati vacib vəzifələrindən
uzaqlaşdıran fəaliyyət növləri və s.
Addiktiv davranış forması tədricən formalaşır. Bu davranış maddənin verdiyi yüksəliş, sevinc,
ekstaz hissinin yaranması ilə müşaiyət olunur. Yeniyetmələr düşünürlər ki, narkotik və alkoqol
özünüqiymətləndirməni qaldırır, narahatlığı azaldır. Amma faktlar göstərir ki, bu özünə təlqin
effektidir.
Normadan kənar davranış formalarından biri olan intihar da axır vaxtlar xeyli cavanlaşıb.
Deviant davranışın passiv tipinin bu forması həllolunmaz problemlərdən, həyatın özündən qaçmaq
üsuludur. Konkret suisid aktlarının araşdırılmasında motiv və şərait, şəxsiyyətin xüsusiyyətlərindən
çox şey asılıdır. Tədqiqatlar göstərir ki, suisidə təhrik edən səbəblər arasında yaş, cins, təhsil, sosial
və ailə vəziyyəti faktorlarının çox böyük əhəmiyyəti var. İntihar halları daha çox 55 yaşdan sonra və
20 yaşa qədərki dövrdə baş verir. Suisidin alkoqol qəbulu ilə birbaşa əlaqəsi var. Suisidə cəhd edən
yeniyetmələr kəskin ruhi sarsıntı keçirir, stress vəziyyətində olur, öz problemlərindən çıxış yolu
tapa bilmirlər
Deviant davranışlı yeniyetmələrdə şəxsiyyətin inkişafında aşağıdakı parametrlər qeyd
olunur: gələcəyə münasibət çox qeyri – müəyyəndir, gələcək hal – hazırki dövrün primitiv
istəklərinin birbaşa əksi kimi görünür, ümumi insani dəyərlər qəbul olunmur, təhsilə maraq itir. Bu
cür yeniyetmələr faktiki olaraq həmyaşıdlar tərəfindən uzaqlaşdırılır. Onların əksəriyyəti psixoloji
mühitin normal olmadığı ailələrdən gəlir. Deviant davranışlı yeniyetmələrin əksəriyyəti oğlandır və
onların 50%i alkoqolizmə və münaqişələrə meyllidir.
Azyaşlı yeniyetmələrdə normadan kənar davranışın səbəblərindən biri konkret məntiqi
düşüncə tərzinin inkişaf etməməsidir. Ola bilsin ki, deviant davranışlı yeniyetmələrə həqiqətin təhrif
olunması da xasdır. Onlar özlərində yaxşının daha çox, tənqid olunanın, pisin isə az olduğunu qeyd
edirlər. Onlar özlərini mənəvi norma və standartlara əməl edən insanlar sayırlar. Yəqin ki, onların
bu xüsusiyyəti özünütənqidin aşağı səviyyəsindən irəli gəlir. Deviant yeniyetmələr ağılla yox, daha
çox hislərlə hərəkət edirlər. Onların eqostrukturu gərgin vəziyyətdədir, ona görə də həmişə özlərinə
haqq qazandırmağa çalışırlar. Beləliklə, ünsiyyətə açıqlıq, xeyirxahlıq, sosial yetkinlik,
problemli situasiyaları həll edə bilmək yeniyetmələrin normativ davranışına təsir edir, ünsiyyətin
qıtlığı, emosional dayanıqsızlıq normadan kənar davranış yaradır. Ola bilsin ki, zəif əsəb sistemi
deviant davranışlı yeniyetmənin tez təsir altına düşməsinin əsas səbəbidir. Bütün bu tədqiqatları
ümumiləşdirsək, deviant davranışlı yeniyetmələrdə aşağıdakı psixoloji xüsusiyyətləri qeyd еdə
bilərik: pedoqoji təsirlərin qəbul edilməməsi, çətinliklərin öhdəsindən gələ bilməmək, maneələrə
məhəl qoymamaq, yüksək gərginlik, assosial qaydalı qruplara kor – koranə tabelik, özünütənqidin
aşağı olması, özünə inamın olmaması, təhsilə, fiziki əməyə, özünə və ətrafdakılara qarşı mənfi
münasibət, özünənəzarətin zəifliyi, aqressivlik.
Beləliklə, deviant davranış o davranış hesab olunur ki, sosial və mədəni inkişaf səviyyəsində
müəyyən cəmiyyətdə normalardan kənara çıxılır. Belə nəticəyə gəlmək olar ki, sosium tərəfindən
qəbul edilməyən “ailə-uşaq”, “ailə-məktəb” münasibətləri zəif olan insanlar normadan kənar
davranışa meylli olurlar.
ƏyyubovaR.H.
100
Elmi yeniliyi: Yeniyetmələrin davranışında normadan yayınmalar, kənara çıxmalar
tədqiqatın obyekti kimi seçilmiş, bununla bağlı məsələlərə aydınlıq gətirilmişdir.
Tətbiqi əhəmiyyəti: Ali məktəblərdə ümumi psixologiya, sosial psixologiya, yaş
psixologiyası, şəxsiyyət psixologiyasının tədrisində nəzəri mənbə kimi istifadə oluna bilər.
Dostları ilə paylaş: |