ƏDƏBİYYAT
1.
Bayramov A. Tarixi faciələrimiz: deportasiya, represiya və soyqırım. Sumqayıt: AM 965,
2015, 416 c.
2.
Əlibəyov G. Axtarışlar və kəşflər (R.Rzanın həyat və yaradıcılığı), Bakı: Azərnəşr, 1970, s.5
3.
Rza R. Namərdlik. Seçilmiş əsərləri. 5 cilddə, II cild. Bakı: Öndər, 2005, s.48.
4.
Rza R. Dana və balaca qız. Duyğular, düşüncələr şeirlər. Bakı: Azərnəşr, 1964, s.54
РЕЗЮМЕ
ОТТЕНКИ СМЫСЛОВОГО ЗНАЧЕНИЯ ПОДТЕКСТА
В ТВОРЧЕСТВЕ РАСУЛА РЗЫ
Байрамова Г.А.
Ключевые слова: поэзия, подтекст, факт, финал, общечеловеческие ценности.
В статье говорится о значении подтекста в стихотворениях Расула Рзы, посвященных
общественно-политическим событиям, отраженным в таких произведениях как «Веролом-
чы», «Маленькая девочка и бычок» и другие, и приводятся конкретные примеры.
SUMMARY
SHADES OF SUBTEXT MEANING IN CREATIVITY RASUL RZA
Bayramova G.A.
Keywords: poetry, descending meaning, fact, final, human values.
The importance of shades of subtext meaning in the poems of Rasul Rza, as a socio-political
ents, reflected in the works “Betrayer”, “A little girl and calf” and others are analyzed in the article
by giving concrete examples.
Daxil olma tarixi:
İlkin variant
25.12.2015
Son variant
01.06.2016
Rəsul Rza yaradıcılığında sətiraltı məna çalarları
47
UOT 165.2
SİNERGETİK PARADİQMA: İPOSTASİYALARI VƏ METODOLOJİ PRİNSİPLƏRİ
(məntiqi-qnoseoloji təhlil)
HÜSEYNOV ELXAN BAHADUR oğlu
Sumqayıt Dövlət Universiteti, professor
e-mail: e_huseynov_01@inbox.ru
Açar sözlər: sinergetika, özünütəşkiletmə, nizam, xaos, qeyri-xəttilik, açıqlıq, dissipativ,
homeostatik, iyerarxiyalılıq
Məqalədə sinergetikanın ipostasiyalarından (cəhətlərindən) və metodoloji prinsiplərindən
bəhs olunur və müəyyən meyarlar əsasında onların təsnifatı verilir. İşdə reallaşdırılan təhlil
sinergetik paradiqmanın bir sıra yeni aspektlərinin başa düşülməsinə imkan yaradır.
Elmin iyirminci yüzilliyin sonuncu rübündən etibarən inkişafı, onun funksiyalaşmasının
yeni, post-qeyriklassik mərhələsinin başlanmasından xəbər verən bir sıra xüsusiyyətlərilə
xarakterizə olunur. Tanınmış rus filosofu, akad.V.S.Stepinə görə elmin inkişafının bu mərhələsi
onun əsaslarında, elmi fəaliyyətin xarakterində, elmi tədqiqatların fənlərarası və problem –
istiqamətləndirici formalarında baş verən fundamental dəyişikliklər ilə müşayiət olunur. V.Stepinin
qeyd etdiyi kimi, bütün bu hallarda tədqiqatların obyektini daha tez-tez “açıqlıq və özünütəşkiletmə
ilə xarakterizə olunan unikal sistemlər təşkil edir”
1, s.628
. Bu qəbildən olan obyektlərin dərki
kontekstində mühüm yerlərdən biri sinergetikaya – müxtəlif təbiətli sistemlərin, o cümələdən sosial
sistemlərin özünütəşkiletməsi proseslərinin əsasını təşkil edən ümumi prinsiplərin idrakını özünün
strateji vəzifəsi sayan tədqiqatlar fənlərarası istiqamətinə məxsusdur. Sinergetikanın sosial
sistemləri öz tədqiqat obyektinə çevirmək təşəbbüsü belə bir obyektiv faktdan irəli gəlir ki, bu elm
təbii proseslərlə yanaşı (fiziki, kimyəvi, bioloji, geoloji və s.) insan ölçülü sistemləri də özünün
spesifik tədqiqat obyektinə cevirir.
Sinergetikanın çoxşaxəli və rəngarəng problemləri içərisində onun ipostasiyalarının və
kateqorial aparatının da öyrənilməsi mühüm yer tutur. Məqalədə qarşımıza qoyduğumuz məqsədə
keçməzdən əvvəl sinergetikanın yaranma tarixinə qısaca da olsa nəzər salaq.
Müxtəlif təbiətli mürəkkəb sistemlərin inkişafı və özünütəşkiletmə prosesləri haqqında elm
kimi formalaşan sinergetika özünün sələflərinin elmlərarası yanaşmalarını: A.İ.Boqdanovun
tektologiyasını, L. fon Bertalanfinin sistem nəzəriyyəsini əxz və inkişaf etdirsə də, onun dili və
metodları qeyri-xətti riyaziyyata və mürəkkəb sistemlərin təkamül proseslərini öyrənən təbii və
texniki elmlərin nailiyyətlərinə söykənmişdir.
Sinergetik metodların təşəkkül tarixi XX əsrin bir çox görkəmli alimlərinin adı ilə bağlıdır.
Bu sırada birincilik şərəfi, sözsüz ki, XIX əsrin sonunda qeyri-xətti dinamikanın və diferensial
tənliklərin keyfiyyət nəzəriyyəsinin əsasını qoymuş, dövrüyyəyə ilk dəfə “attraktor” (açıq
sistemlərin hallar məkanında cəzbedici çoxluq), “bifurkasiya” nöqtəsi (alternativ həlli olan
məsələnin parametrlər qiyməti), “qeyri-tarazlıqlı trayektoriyalar” və “dinamik xaos” anlayışlarını
daxil etmiş böyük fransız riyaziyyatçısı və fiziki Anri Puankareyə məxsusdur.
XX əsrin birinci yarısında qeyri-xətti dinamikanın metodlarının inkişaf etdirilməsində
riyaziyyatçıların və fiziklərin Sovet məktəbinin nümayəndələrinin: A.M.Lyapunovun,
N.N.Boqolyubovun, L.İ Mandelştamın, A.A.Andropovun, N.S.Krılovun, A.N.Kolmoqorovun,
A.N.Tixonovun, İ.B.Zeldoviçin böyük xidmətləri olmuşdur.
Sinergetika tarixində morfogenez model (A.M.Tyurinq) və EHM vasitəsilə kəşf edilmiş
solitonlar (E.Fermi) – təcrid olunmuş dalğalar müstəsna rol oynamışdır.
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
48
Keçən əsrin 60-70-ci illərində təbiət və texnikanın ən müxtəlif hadisələrində özünütəşkiletmə
proseslərinin başa düşülməsinə əsl hücum başlandı: Q.B.Basov, A.M.Proxorov və Q.Taunsinin
lazerin generasiyası nəzəriyyəsi; B.P.Belousov və A.M.Jabotinskinin canlının bioritmlərinin əsasını
təşkil edən rəqsi kimyəvi reaksiyaları; İ.Priqojinin dissipativ strukturlar nəzəriyyəsi;
A.N.Kolmoqorov və İ.L.Klimontoviçin turbulentlik nəzəriyyəsi; A.P.Rudenkonun təkamüllü kataliz
nəzəriyyəsi bu dövrün mənəvi dəyərləri kimi yarandı, 1963-cü ildə E.Lorens iqlimin
proqnozlaşdırılması məsələlərində dinamik xaosu kəşf etdi, daha sonra isə D.Ryuel və F.Tankensin
işlərində qəribə attraktorların öyrənilməsi başlandı. Bu illərdə R.Tomas və V.İ.Arnold katastrofların
(dinamik sistemlərin halının sıçrayışlı dəyişməsi) riyazi nəzəriyyəsini yaratdılar və bu nəzəriyyə
tezliklə canlı aləm haqqında elmlərdə, psixologiyada və sosiologiyada öz geniş tətbiqini tapdı.
U.Maturani və F.Varella canlı sistemlərin avtopoezisinin xarakteristikasının postqeyri-klassik
nəzəriyyəsini yaratdılar. Bütün bu tədqiqatlar əsasında özünütəşkiletmə proseslərinin mahiyyətcə
yeni səslənən paradiqması formalaşdı və 1970-ci ildə alman fiziki G.Haken elmi dövrüyyəyə
özünütəşkiledən sistemlərin tədqiqinin yeni fənlərarası istiqaməti kimi sinergetik neologizmini daxil
etdi.
Özünütəşkiletmə proseslərinin rəngarəngliyinə və çoxcəhətliyinə baxmayaraq sinergetika
möhtəşəm bir elm, yeni paradiqma, yeni dünyagörüşü kimi keçən əsrin yetmişinci illərində alman
alimi G.Haken və ondan asılı olmayaraq belçika alimi, Nobel mükafatçısı İ.Priqojin tərəfindən
yaradıldı.
Sinergetikanın Ştuthard məktəbinin banisi G.Hakenə görə sinergetikanın başlıca məqsədi
özünütəşkiledən mürəkkəb strukturların və funksiyaların yaranmasını idarə edən ümumi
qanunauyğunluqları öyrənməkdirsə, sinergetikanın Brüssel məktəbinin təsisatçısı İ.Priqojinin və
onun əməkdaşlarının izlədiyi məqsəd qeyri-tarazlıq termodinamikası çərçivəsində zamanın
geriyədönməzliyi problemini və öz tədqiqini sinergetikanın sürətli inkişafında tapan yeni
dünyagörüşü məsələlərinin təhlilini izləməkdir
2; s.3
.
“Sinergetika” sözü qədim yunan dilindən götürülmüşdür, azərbaycan dilində səslənməsi
“kooperativ”, “kollektiv” və “birgə fəaliyyət” mənalarına uyğun gəlir
4, s.82-84
. Prof.G.Haken
özünütəşkiletmə nəzəriyyəsinin əsaslarına verdiyi “Sinergetika” kitabının girişində sinergetikanın
predmetini aşağıdakı sözlərlə səciyyələndirir: “Mən öz təlimimi öna görə “sinergetika” adlandırdım
ki, onda sistemin bir çox elementlərinin birgə fəaliyyəti tədqiq olunur, həm də ona görə belə
adlandırdım ki, özünütəşkiletməni idarə edən ümumi prinsiplərin tapılması müxtəlif təlimlərin birgə
fəaliyyətini tələb edir”
3, s.24-25
.
G.Hakenin sözlərindən belə anlaşılır ki, biz sinergetika terminini iki mənada başa düşməliyik:
birincisi, sistemi təşkil edən və mühüm qarşılıqlı təsirləri sistemin strukturunu yaradan elementlərin
birgə, kollektiv fəaliyyəti kimi, ikincisi, bir sıra mürəkkəb elmi problemlərin həllində müxtəlif
ixtisas sahiblərinin birgə fəaliyyəti kimi. Sinergetikanın məna çalarlarına söykənərək G.Haken
sinergetikanın tədqiqat obyektini aşağıdakı cizgilərlə səciyyələndirir:
1.
Sinergetik sistemlər bir-biri ilə qarşılıqlı təsirdə olan çoxlu sayda eyni və yaxud müxtəlif
elementlərdən təşkil olunmuşdur.
2.
Sinergetik sistemlər qeyri-xətti sistemlərdir.
3.
Fiziki, kimyəvi və bioloji sistemlər nəzərdə tutulduqda söhbət termodinamik tarazlıq
halından uzaq yerləşən açıq sistemlərdən gedir. Deməli, sinergetik sistemlər qapalı deyil,
açıq sistemlərdir.
4.
Sinergetik sistemlərdə daxili və xarici rəqslər baş verir.
5.
Sinergetik sistemlər qeyri-sabit ola bilir.
6.
Sinergetik sistemlərdə keyfiyyət dəyişmələri baş verir.
7.
Sinergetik sistemlərdə emercent xarakterli (yeni yaranan, elementlərdə olmayan)
keyfiyyətlər müşahidə olunur.
8.
Sinergetik sistemlərdə məkan, zaman, məkan-zaman və yaxud funksional strukturlar yaranır.
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji prinsipləri (məntiqi-qnoseoloji təhlil)
49
9.
Sinergetik sistemlərdə yaranan strukturlar nizamlanmış və yaxud xaotik ola bilər.
10.
Sinergetik sistemlər bir çox hallarda riyazi təsvir oluna bilər.
G.Hakenin təsvirinə əsaslanaraq biz sinergetikanın çoxaspektli təbiətini və elmi mahiyyətini
əks etdirən, lakin elmi ədəbiyyatda öz əksini bütünlüklə tapmayan aşağıdakı ipostasiyalarını,
sifətlərini (cəhətlərini) açıqlaya bilərik:
Sinergetika – yeni elmi istiqamətdir. Bu, o deməkdir ki, müxtəlif elmlərin (məs. fizika, kimya,
biologiya, sistematexnika, termodinamika, fəlsəfə, sosiologiya, iqlimşünaslıq və s.)
inteqrasiyasından bu elmin ali məqsədi “xaos-qayda” keçidlərinin mexanizmini araşdırmaq,
sistemin təkamülündə qeyri-müəyyənlikdən müəyyənliyə, qeyri-strukturluqdan strukturluğa, qeyri-
sistemlilikdən sistemliliyə, nizamdan xaosa və əksinə xaosdan nizama doğru istiqamətlənən real
keçidlərin qanunauyğunluqlarını öyrənməkdir. Buna görə də sinergetikanın ümumi
problematikasında təkamül proseslərinin və onların ümumi qanunauyğunluqlarının öyrənilməsi
mühüm yer tutur.
Sinergetika – yeni elmi dünyagörüşüdür. Bu, o deməkdir ki, sinergetika dünyanı nizam və
xaosun harmoniyası, qarşılıqlı əlaqəsi şəklində əks etdirməklə insanın maddi və mənəvi proseslər
haqqında baxışlarının sərhədlərini genişləndirir.
Sinergetika – yeni metodologiyadır. Bu ondan irəli gəlir ki, sinergetika təbiət, cəmiyyət və
təfəkkürə yeni yanaşma üsuludur. Sinergetika köhnə metodoloji proqramların varisi olmayıb,
tamamilə yeni keyfiyyətli metodologiyadır. Sinergetik metodologiyanın yeniliyi və orijinallığı
ondadır ki, o müxtəlif elmlərin inteqrasiyasından deyil, dünyanın sintetik elmi mənzərəsinin
yaradılması təşəbbüsündən irəli gəlmişdir
5, s. 66-73
.
Sinergetika – özünütəşkiletmə nəzəriyyəsidir. Bu, o deməkdir ki, bir elm olmaq etibarı ilə
sinergetikanın predmetini mürəkkəb sistemlərdə baş verən özünütəşkiletmə prosesləri təşkil edir.
Belə proseslərdən biri fizikada fransız alimi Benar tərəfindən kəşf edilmiş “Benar effekti”
hadisəsidir. Bu effektin qısa təsviri belə səslənir: fərz edək ki, evdar qadın kərə yağını əritmək
istəyir və bu məqsədlə o, içərisinə yağ qoyulmuş qabı yanar odun üzərinə yerləşdirir. Yağ maddə
olduğu üçün o, görünməz xırda hissəciklərdən – ölçüləri 10
-5
sm olan molekullardan təşkil
olunmuşdur. Qızdırılan yağın temperaturu ərimə nöqtəsinə (“bifurkasiya nöqtəsi”) çatdıqda o,
aqreqat halını dəyişərək mayeyə çevrilir və daha sonra qaynamağa başlayır. Bu zaman yağın
səthində arı şanını xatırladan altıüzlü prizmalar yaranır. Nə baş vermişdir? Mayenin saysız-hesabsız
molekullarının (mikrostrukturlar) birdən-birə birgə, kooperativ fəaliyyəti sayəsində onun
özünütəşkiletmə prosesi baş vermiş və bunun nəticəsində maye səthində yeni strukturlar
yaranmışdır. Qızdırılan yağ birdən-birə özəklərə ayrılmış və onun səthində yeni strukturlar təşəkkül
tapmışdır. Beləliklə, temperatur qradiyentinin böhran qiymətindən böyük qiymətlərində qızdırılan
özlü mayenin səthində yeni strukturların yaranması açıq sistem kimi götürülən maye molekullarının
özlərini təşkil etməsindən xəbər verir.
Bu haqda tarazlıqlı faza keçidlərindən olan fərq də (məs. suyun buza və buxara faza keçidləri)
göz qarşısındadır, belə ki, yağa istilik verilməsi dayandırıldıqda onun səthində yaranan yeni
strukturlar da ani yox olur. Buna görə də bu növ faza keçidləri qeyri-tarazlıqlı çevrilmələr adlanır.
Misal gətirdiyimiz təcrübə göstərir ki, qızdırılan mayedə benar özək strukturlarının yaranması üçün
xarici mühitdən heç bir göstəriş alınmamış, özəkləri necə qurmağı mayenin özü “həll etmiş”,
mineral yağ təbəqəsinin xaricdən qəbul etdiyi enerji isə onun özünü təşkil etməsi üçün yalnız bir
vasitə olmuşdur. Qeyd edək ki, belə özünütəşkiletmə proseslərini lazerlərdə, mayelərdə laminar
axının turbulent axına keçməsi proseslərində, Belousov-Jabotinski reaksiyalarında da müşahidə
etmək mümkün olmuşdur.
Sinergetika – yeni elmi paradiqmadır. Fəlsəfədə paradiqma konsepsiyasına başlanğıc vermiş
amerikan fiziki və filosofu T.Kunun təbirincə “paradiqma – konkret elmi ictimaiyyətin bütün üzvləri
tərəfindən qəbul edilən baxışlar, qaydalar, dəyərlər və fəaliyyət nümunələri sistemidir
6, s.279
.
T.Kunun bu tərifinə söykənib sinergetika haqqında deyə bilərik ki, onun paradiqma kimi
Hüseynov E.B.
50
dəyərləndirilməsinin səbəbi sinergetik müddəaların hazırda dünyanın bütün qabaqcıl alimləri
tərəfindən qəbul edilməsi, bu elmin prinsip və ideyalarının elmi biliyin inkişafının naməlumdan
məluma doğru istiqamətləndirilməsi ilə bağlıdır
7, s.55-62
.
Sinergetika – müasir elmi biliklər arasında tətbiq olunan yeni dildir. Məlum olduğu kimi, dil
fundamental antropoloji konstant, təfəkkürün abstraktlaşdırma fəaliyyətinin mühüm vasitəsidir.
Insanlar sosial həyatda təbii dillə yanaşı elmi dildən də istifadə edirlər. Hər bir elm qərarlaşma
prosesində özünün məxsusi dilini formalaşdıraraq onu müvafiq anlayış və kateqoriyalar vasitəsilə
ifadə edir. Bu baxımdan müasir elmlər içərisində xüsusi çəkisi olan, insanın təbiət, cəmiyyət və
təfəkkürlə yeni dialoqu kimi dəyərləndirən sinergetika elmi də istisnalıq təşkil etmir. Digər təbiət
və sosial elmləri kimi sinergetikanın da təkrarsız, özünə məxsus dili, yeni terminləri, onun təbiətini,
mahiyyətini və strukturunu əks etdirən anlayış və kateqoriyalar sistemi vardır. Idrak prosesində
sinergetik anlayışlardan (özünütəşkiletmə, bifurkasiya, attraktor, qəribə attraktor, fraktal və s.)
getdikcə geniş istifadə olunması və onun struktur elementlərinin yaradıcılıqla inkişaf etdirilməsi,
sözsüz ki, müasir elmlərin tərəqqisi üçün yeni imkanlar açır
8
.
Sinergetika – yeni ideologiyadır. Hazırda sinergetika iki istiqamətdə inkişaf etməkdədir: bu
istiqamətlərin birincisi sosial, iqtisadi və mənəvi proseslərin tədqiqi ilə, ikincisi isə sinergetikanın
təmsilçisi olan alimlərin yaradıcılıq mübarizəsi ilə bağlıdır.
Sinergetikanın mühüm ipostasiyalarından birini də onun fəlsəfə ilə qarşılıqlı əlaqəsi təşkil
edir. Nəzəri idrakın inkişafının müasir mərhələsində hər birinin təkrarsız özəllikləri olan fəlsəfə və
sinergetikanın qarşılıqlı əlaqəsi məsələsi xeyli mürəkkəb səciyyə daşıyır. Sinergetika və fəlsəfə
özlərinin metodologiyalarına görə bir-birinə çox yaxındırlar. Onların genetik fərqi isə bundadır ki,
fəlsəfənin nüvəsində “əlaqə-hərəkət-inkişaf” geni, sinergetikanın mərkəzində isə “xaos-nizam” geni
yerləşir
9, s.252
.
Sinergetikanın fəlsəfi xarakteristikasına bunu da əlavə etmək lazımdır ki, sosial və koqniotiv
sistemlərin təkamülünün və özünütəşkilinin ümumi qanunauyğunluqlarının axtarışlarına
istiqamətlənən sinergetika dünyanın yeni anlamının, insanın təbiətlə yeni dialoqunun əsasını
qoymaqla müasir təbiətşünaslığın, o cümlədən fizikanın paradiqmalarından biri kimi çıxış edir.
Buna görə də özünün məzmun çalarlarına və ümumilik dərəcəsinə görə sinergetika fəlsəfəyə daha
yaxın olub, özünütəşkiledən mürəkkəb, açıq sistemlərin təsvirinə nəzəri və metodoloji yanaşma
kimi mövcuddur
10, s.284-292
.
Biz sinergetik sistemlərə metodoloji yanaşmaya əsaslanıb təbiəti, cəmiyyəti və təfəkkürü
yeni rakursdan öyrənən bu elmin bütöv xarakteristikasını belə müəyyənləşdirə bilərik: sinergetika
özünütəşkiledən mürəkkəb, açıq, qeyri-xətti, dissipativ, termodinamik tarazlıq halından uzaqda
yerləşən sistemlərin ümumi qanunauyğunluqlarını öyrənən elmdir. Sinergetikanın tədqiqat
obyektini təşkil edən və yuxarıda göstərilən əlamətlərlə xarakterizə olunan sistemlər sinergetik
sistemlər adlanır.
Bir elm olmaq etibarilə sinergetikanın özünə məxsus prinsipləri vardır. Ən sadə variantda
sinergetikanın 7 əsas prinsipini təklif etmək olar. Bu prinsiplərdən ikisi varlığa, beşi isə
qərarlaşmaya aiddir
11
.
Sinergetiaknın varlığı əks etdirən prinsipləri homeostatiklik və iyerarxallıq qərarlaşmanı ifadə
edən prinsiplər isə qeyri-xəttilik, açıqlıq, dayanıqsızlıq, dinamik iyerarxiyallıq və müşahidəlilikdir.
Məqalənin həcm məhdudluğunu nəzərə alıb sinergetikanın bu prinsiplərini qısaca nəzərdən keçirək.
1.
Homeostatiklik prinsipi. Homeostaz – sistemin öz məqsədi naminə funksiyalaşması
proqramını müəyyən çərçivədə qoruyub saxlamaq qabiliyyətidir. Kibernetikanın banisi Norbert
Viperin təbirincə hər cür sistem öz mahiyyətinə görə teleoloji olub, müəyyən mövcudluq məqsədi
daşıyır. Belə sistemlər məqsəddən – etalondan (real və ya təsəvvür olunan) ona öz kursundan
kənara çıxmağa imkan verməyən korrektəedici siqnallar qəbul edir. Sistemdə bu korrektəetmə
xarici mühitin təsiri ilə onun davranış proqramında yaranan ixtiyari kənaraçıxmaları aradan qaldıran
mənfi əks-əlaqə hesabına baş verir. Canlı sistemlər özlərinin həyat sürəkliliyinin əksər hissəsini
Sinergetik paradiqma: ipostasiyaları və metodoloji prinsipləri (məntiqi-qnoseoloji təhlil)
51
məhz bu şəraitdə keçırırlər. Məsələn, istiqanlı heyvanlar xarici mühit temperaturunun, hətta ən
geniş diapazonu üçün də öz daxili temperaturlarını sabit saxlayırlar; atmosferdə güclü külək
cərəyanlarının və hava çalarlarının olmasına baxmayaraq hidrokompasdan istifadə edən pilot
təyyarənin kursunu və üçüş hündürlüyünü sabit saxlamağı bacarır. Sinergetikada homeostaz
vəziyyətdə sistemin məqsədli davranış proqramı attraktor (cazibə mərkəzi) adlanır. Attraktor
sistemin hal məkanında ölçüsü məkan ölçüsündən kiçik olan və zaman ötdükçə yaxın halları özünə
cəzb edən çoxluqdur. Attraktorun cazibə sahəsi onun hovuzu adlanır. Qeyd edək ki, attraktorlar
yalnız açıq dissipativ sistemlərdə, yəni aktiv xarici mühitdən qəbul etdikləri maddə, enerji və
informasiyanı sistemin elementləri arasında səpələyən sistemlərdə mövcud olur.
Homeostatiklik prinsipi kibernetikanın sistem təhlili ilə sinergetikanın bir sıra ideyalarını
birləşdirmək funksiyasını da yerinə yetirir.
2.
İyerarxiyalılıq prinsipi. Mövcud elmi informasiyalara söykənib bu gün qətiyyətlə təsdiqləyə
bilərik ki, dünyamız məkan, zaman və enerji miqyaslarına görə nəzərə çarpacaq dərəcədə
iyerarxiyalaşmışdır. Bu, o deməkdir ki, kainatın baza strukturu enerjinin istənilən qiymətlərini deyil,
kvarklardan tutmuş canlı orqanizmlərədək yalnız nisbi pilləvari qiymətlərini alır.
Struktur iyerarxiyasının mənası aşağı səviyyələrə nisbətən yuxarı səviyyələrin tərkibinin daha
mürəkkəb olmasından ibarətdir. Belə ki, iyerarxiyal strukturun aşağı səviyyələrində struktur-nizam
hesab edilən münasibət onun daha yüksək səviyyələrində struktursuz xaos rolunu oynaya bilir.
Buna görə də biz deyirik ki, maddə molekullardan, molekullar atomlardan, atomlar nüvədən və
elektronlardan, nüvə nuklonlardan, nuklonlar kvarklardan, cəmiyyət insanlardan təşkil olunur.
Maddi olmayan iyerarxiyalar da mövcuddur: dil sözlərdən, cümlələrdən, mətnlərdən; ideyalar
fikirlərdən, baxışlardan, ideologiyalardan, paradiqmalardan ibarətdir.
Iyerarxik sistemin mühüm əlamətlərindən birini onda tam reduksiyanın mümkün olmaması,
yəni mürəkkəb iyerarxik səviyyələrin strukturunu daha sadə səviyyələrin strukturuna müncər edilə
bilməməsi ilə bağlıdır. Iyerarxik sistemin hər bir səviyyəsinin mürəkkəbliyinin artırılmasının
mümkünsüz olan daxili bir həddi vardır.
Sistemlərin iyerarxiyasında zaman faktoru da mühüm rol oynayır. Hakenin tabeçilik prinsipi
məhz zaman iyerarxiyası üçün formula edilmişdir. Bu iyerarxiyaya görə kainat zamanı mikro-,
makro- və meqa- zaman səviyyələrinə bölünüb. Elmdə artıq belə bir ənənə qəbul edilmişdir ki,
tərtib parametrləri uzun sürəkliliyə malik kollektiv dəyişənlərdir. Bu dəyişənlər nisbətən aşağıda
yerləşən mikrosəviyyələrin dilini təşkil edən qısaömürlü parametrləri idarə edirlər. Makrosəviy-
yədən yuxarıda yerləşən meqasəviyyə ifrat dərəcədə zəif dəyişənlərdən təşkil olummuşdur.
Makrosəviyyə üçün qayda parametri funksiyasını yerinə yetirən bu sonuncu dəyişənlər idarəedici
parametrlər adlanırlar. Idarəedici parametrləri tədricən dəyişməklə daha aşağı səviyyələrin sistemini
dəyişmək olar. Bu dəyişmələr bəzi hallarda çox kəskin böhran xarakteri də ala bilir. Belə hallarda
idarəedici parametrlərin böhran (bifurkasiya) qiymətindən danışma imkanı yaranır. Varlıq fazasında
yerləşən iki qonşu səviyyə nəzərdən keçirildikdə məlum olur ki, uzunsürəkliliklə dəyişənlər
qısasürəklikli dəyişənləri, üst qatda yerləşən səviyyələr isə nisbətən alt qatda yerləşən səviyyələri
təyin edirlər. Yeri gəlmişkən qeyd edək ki, iyerarxiyada tabeçilik prinsipi heç də həmişə doğru
olmur və buna görə də həmin prinsipi mütləqləşdirmək doğru olmaz.
Dostları ilə paylaş: |