LITERATURE
1.
Fern, Marie Doty. American Background in Longfellow’s “The Song of Hiawatha”. Texas:
1940. 157 p.
2.
Starr, Frederick. American Indians. Boston, D.C.: Heath and Co., Publishers: 1898. 333 p.
3.
http://indians.org/articles/native-american-culture.html 29/03/2015
4.
Dole, Laura Emily. Music of Northern American Indians. University of Illinois, 1917, 31 p.
5.
Longfellow H.W. The song of Hiawatha. Chicago: W.B. Conkey Company, 1900.
6.
Schoolcraft H.R. Personal Memoirs of a residence of thirty years with Indian tribes on the
on the American frontier, with brief notices of feasting events, facts, and opinions, 1818
A.D. to A.D. 1842. Philadelphia: Lippincott, Gramboand Co., 1851
İsgandarova N.V., Alizadeh N.Sh.
38
7.
Verill A.H. The American Indian, North, South and Central America. New York: D.
Appleton-Century, 1937
8.
http://www.christiananswers.net/q-eden/ednkc002.html
12.07.2015
XÜLASƏ
HENRİ VORDSVORD LONGFELLONUN “HAYAVATA HAQQINDA” ƏSƏRİNDƏ
HİNDİ BAYRAMLARI
İskəndərova N.V., Əlizadə N.Ş.
Açar sözlər : Şimali Amerika aborigenləri, folklor motivləri, bayramlar, geyim, yeməklər,
mahnılar, rəqs, hekayələr, əyləncələr
Məqalə Şimali Amerikanın yerli əhalisinin keçirdiyi bayramlardan, onların mədəniyyətinin
zənginliyindən və həyat tərzinin açılmamış tərəfllərindən bəhs edir. Bir çöx tarixi və ədəbi
mənbələrdən yerli amerikalıların öz xüsusi günlərini necə qeyd etdikləri barədə məlumat əldə
etmək mümkündür. Bu məqalədə hindu bayramları Henri Vordsvort Lonqfellonun ən möhtəşəm
"Hayavata haqqında mahnı" əsərindəki təsvirləri ilə əlaqəli şəkildə müzakirə olunacaq. Henri
Vordsvort Lonqfello hindu bayramlarını, onların xüsusi yeməklərini və əyləncələrini şeir ruhlu
sözlər vasitəsilə mükəmməl şəkildə təqdim edir.
PЕЗЮМE
ИНДEЙСКИЕ ПРАЗДНИКИ В ПРОИЗВЕДЕНИИ ГЕНРИ ВОРДСВОРТ ЛОНГФЕЛЛО
" ПЕСНЬ О ГАЙАВАТЕ "
Искендерова Н.В., Aлизаде Н.Ш.
Ключевые слова: аборигены Северной Америки, народные мотивы, праздники, одежда,
пища, песни, танцы, рассказы, развлечения
В статье исследуются праздники, проводимые коренным населением Северной
Америки, богатство их культуры и неизвестные стороны их жизни. Многие исторические и
литературные источники раскрывают информацию о том, как коренные американцы
отмечают свои особые дни. В этой статье индeйские праздники обсуждаются на фоне самой
известной работы Лонгфелло «Песнь о Гайавате». Поэтический слог Генри Вордсворта
Лонгфелло прекрасно сочетается с живописными описаниями индийских праздников,
специальных блюд и развлечений аборигенов.
Daxil olma tarixi:
İlkin variant
04.12.2015
Son variant
01.06.2016
Indian feasts in Henry Wordsworth Longfellow’s “The song of Hiawatha”
39
UOT 394
“KİTABİ - DƏDƏ QORQUD” DASTANLARINDA AİLƏ - ÖVLAD TƏRBİYƏSİ
DADAŞZADƏ ƏHLİMAN İBRAHİM oğlu
Sumqayıt Dövlət Universitet, müəllim
e-mail: ehliman.d@gmail.com
Açar sözlər: Dədə Qorqud, xan, analıq, ailə, qılınc
Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz – ailə övlad
tərbiyəsi “Kitabi Dədə Qorqud” dastanlarında öz əksini tapmışdır. Bu dastanlar bizim ümumi
sərvətimizdir. Qadınlara, analıq şərəfinə, saf məhəbbətinə, ailə namusu naminə fədakarlığa böyük
yer verilir.
Azərbaycan xalqının ən qədim yazılı abidələrindən olan, milli-mənəvi dəyərlərimizdən
sayılan və eramızın on ikinci əsrinə aid edilən dastanlardan biri də “Kitabi-Dədə Qorqud”
dastanlarıdır.
“Kitabi-Dədə Qorqud” xalqımızın təfəkküründən süzülüb gələn, əsrlər keçdikcə öz dəyərini
itirməyən bu gün belə öz aktuallığını qoruyub hifz edən, şərəfli keçmişimizi bu günümüzə ərmağan
edən nadir bir sənət əsəridir.
Azərbaycan xalq ədəbiyyatından ən qədim və möhtəşəm abidələrdən biri olan “Kitabi-Dədə
Qorqud” dastanlarında ailə məsələlərinə, toy-büsat, qardaş-bacı, bacının qardaşa, qardaşın qardaşa
münasibətlərinə geniş yer verilmiş, həmin münasibətlər dövrün ictimai-siyasi tələbləri baxımından
şərh edilmişdir.
“Dədə Qorqud” dastanları böyük el ağsaqqalı müşkül işləri həll edən, qəhrəmanlara ad qoyan,
gələcəkdən xəbər verən Dədə Qorqudun öyüdləri ilə başlayır. Həmin öyüdlərdə qiymətli tərbiyəvi
fikirlər, fəlsəfi ideyalar ifadə edilir və dastanlardakı hadisələr həmin öyüdlərin mahiyyət və
məzmununa uyğun olaraq cərəyan edir. Dədə Qorqudun əlli dörd öyüdü içərisində on altı öyüdü
ailə və ailə tərbiyəsi ilə bilavasitə bağlıdır.
Qız anadan görməyincə öyüd olmaz.
Oğul atadan görməyincə süfrə açmaz.
Ağıllı oğul ocağın közü, ağılsız oğul külüdür.
Ata adını doğrultmayan nankor oğulun bu dünyaya gəlməsindən gəlməməsi yaxşıdır.
Ana qədri bilməyən namərd oğul doğulmasa yaxşıdır.[1]
Dədə Qorquda görə, ailənin qurulması, müqəddəs odun saxlanılması gəlinin gətirilməsindən
başlayır. O, Oğuz elinin mərd övladlarına öyrədir ki, qadınlar dörd cür olur. Dörd cür olan qadını
səciyyələndirir və hər bir Oğuz ocağına evin dayağı olan gəlinin gəlməsini arzulayır. Bunun
nəticəsidir ki, bütün dastanlarda əvvəldən axıra kimi evin dirəyi, kişinin yaxın köməkçisi, övladların
tərbiyəçisi və xilaskarı olan gəlinlər-analar böyük məhəbbətlə təsvir edilir. Oğuz igidləri elə qızlar
tapıb evlənirlər ki, qoçaqlıqda onlardan geri qalmırlar: Bu qızlar oğlanlarla çiyin-çiyinə at çapır,
qılınc oynadır, düşmən üzərinə cəsarətlə gedir və qələbə çalırlar.
Övladın doğulmasını Vətənin müdafiəsi, nəslin yaşaması olduğunu dərk edən Oğuz elinin
ağsaqqalı ailənin övladla möhkəmləndiyini söyləmiş, övladsızları qarğımışdır. Buna görə də “Dədə
Qorqud” dastanları övladsızlığa qarşı mübarizə motivləri üzərində qurulmuş dastanla başlayır.
Dastanda deyilir ki, xanlar xanı Bayandır adəti üzrə ildə bir gözəl məclis qurub Oğuz
qəhrəmanlarını ora dəvət edirdi. Oğlu olanı ağ otaqda, qızı olanı qızıl otaqda əyləşdirərdi. Kimin ki
oglu-qızı yoxdur, qara otağa aparın altına qara keçə döşəyin, qabağına qara qoyun ətinin
qovurmasından qoyun, yeyərsə yesin, yeməsə durub getsin, - demişdir. Qoy bilsinlər ki, oğlu-qızı
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
40
olmayanı hamı qarğıyıb, biz də qarğıyırıq. [1]
Dastanda ata-oğul, ana-oğul məhəbbəti əhatəli verilir, eyni zamanda ata sadəlövhlüyü,
namərdlər sözünə inanması, nəticədə Dirsə xanın Oğuz igidlərindən birinin oğlunun oxla vurulması,
özünün isə namərdlər tərəfindən əsir aparılması, yaralı Buğacın ana südü, dağ çiçəyi ilə
sağaldılması, anasının xatirinə atası Dirsə xanın əsirlikdən xilas edilməsi, mal-dövlətlərinin geri
qaytarılması inandırıcı təsvir edilir. Ananın böyüklüyü, əzəməti – dağlar, ana südünün müqəddəs və
həyatverici qüdrəti isə dağ çiçəyi timsalında verilir. [2] Ana məhəbbəti zirvələrin ucası, ümmanların
ən dərinidir. Ana məhəbbətinin ziyası övladlara keçir, onlar yer üzərində yaşamağın mənasını başa
düşür, qəhrəmanlıq dünyasına atalardan vəsiqə alırlar. Buna görə də dastanlarda atalar və oğulların,
analar və qızların bir-birinə qayğısı və məhəbbəti çox gözəl təsvir edilir. Atalar – Salur Qazan,
Qaragünə, Aruz Qoca, Dirsə xan, Qaracuq Çoban, Baybecan, Qazlıq Qoca, Əmən və başqaları
övladlarını necə sevir, necə qəhrəmanlıqlar edirlərsə, oğulları da Beyrək, Uruz, Basat, Buğac,
Qanturalı, Qarabudaq, Leynək, Əyrək, Səkrək və başqaları atalara layiq igidlik göstərir, onları dərin
məhəbbətlə sevdiklərini, onlara qayğı göstərdiklərini özlərinin əməlli işləri ilə təsdiq edirlər. Qadın-
ana, qız övladlar dastanlarda böyük qürurla vəsf edilir, ana haqqı tanrı haqqına bərabər tutulur.
Dastanlarda yaşlı nəsli gənc nəslə, gənc nəsli isə yaşlı nəslə qaynaq edən iki mühüm amil –
valideynlərə məhəbbət və namus çox böyük məhəbbətlə təsvir edilir. Bütün qəhrəmanlar – atalar və
oğullar, analar və qızlar, ərlilər və nişanlılar, bacılar və qardaşlar ən çətin anlarda bu amillərdən
qüvvət alır və qələbə çalırlar. Bu amillər naminə “Qaraca Çoban” dastanında daha qabarıq
verilmişdir. Həmin dastanda ata-ana məhəbbəti, ailə şərəfi, qadınlıq namusu və saf sevgi özünün
kamillik zirvəsinə çatır. Burla xatun dastanda əsir düşmüş Uruzu düşməndən azad etmək üçün at
sürmüş atası Salur Qazana belə deyir:
Sənin üçün qorxuram, dön geri, ata,
Qorxuram qəfilcə düşmənlər tuta.
Qayıt ocağımız sönməsin qayıt.
Evimizdə şivən qopmasın, qayıt... [1]
Oğlunun sözlərindən Salur Qazan daha da qəhərlənir, bağ-bağçasının çiçəyi. uca dağların
yüksəyi, belinin qüvvəti, gözünün işığı, ömrünün güllü baharı olan oğlunu düşmən caynağından
xilas etmək üçün ildırım olub şığıyır, od olub yağıları yandırır.
Ata-anaya məhəbbət, hörmət və qayğı “Qanturalı boyu”nda başqa şəkildə təsvir edilir. Beyrəy
elə bir qızla evlənmək istəyir ki, o yerindən durmamış qız durmuş olsun, ata minməmiş qız minmiş
olsun, o düşmən üzərinə getməmiş qız getmiş olsun. Atası belə bir qızın Trabzonda olduğunu
söyləyir. Qanturalı ata və anasının əlindən öpür, halalıq alıb istədiyi qızın arxasınca Trabzona gəlir.
O, üç heyvanı məğlub edir, sarı donlu Selcan xanımı alır. Lakin o qızla bir yastığa baş qoymur. ata-
anasını xatırlayır, sevgilisi, qırx igidlə, dəvələrilə ata yurduna üz qoyur. Onlar Oğuz sərhədlərinə
çatanda Qanturalı yoldaşlarına deyir ki, xəbər verin anama, qarşımıza atam gəlsin.
Ulu sözünə baxmamaq, böyükləri eşitməmək, onların üzünə ağ olmaq dastanlarda pislənir,
qəbahət hesab edilir. Bunun ən parlaq ifadəsini “Beyrəyin dastanı”nda görmək olar. Banuçiçəyin
qardaşı Dəli Qoçər bacısını Beyrəyə vermək istəmir. Hətta el ağsaqqalı Dədə Qorqudu da eşitmir,
onu qılıncla vurmaq istəyir. Bunu görən Dədə Qorqud deyir, məni qılıncla çalsan, əlin qurusun. O,
bu sözləri deyən kimi Dəli Qoçərin qılınc çalan əli quruyur və asılı qalır. Dəli Qoçər yalvarmağa
başlayır. Amandı, Dədə, qələt eləmişəm, əlimi sağalt, el adətincə bacımı Beyrəyə verirəm. Dəli
Qoçər üç dəfə “qələt eləmişəm” deyib günahkar olduğunu söyləyəndən sonra Dədə Qorqud alqış
elədi. Dəli Qoçərin əli sağaldı. [3] Burada xalq Dədə Qorqudun timsalında böyük bir hikmət
yaratmışdır. Böyüyün üzünə ağ olmaq olmaz. Böyüyünə ağ olanın gözünə qan damar.
Dastanlarda ailə qurmaq istəyən gənclərin söz bütövlüyünə. bir-birinə sadiq olmalarına əhd-
peyman bağlamalarına xüsusi əhəmiyyət verilir. “Beyrəyin dastanı”nda Banuçiçək Beyrəyi on altı il
gözləyir. Beyrək də öz növbəsində on altı il çətinliyə dözərək öz sevgilisinə sadiq qalır. Dostluq,
yoldaşlıq, dosta və yoldaşa sədaqət Oğuz igidlərinin ən gözəl, ən nəcib keyfiyyətləridir. Beyrək
“Kitabi - Dədə Qorqud” dastanlarında ailə - övlad tərbiyəsi
41
düşmən qalasında qoyub gəldiyi otuz doqquz igidi azad etməyincə toy eləmir. O dostlarını azad
edəndən sonra toy edilməsinə razılıq verir. Yeddi bacısını yeddi igidə verir, qalanları isə oğuzda
istədiyi qızla evlənir. [1]
“İmranın dastanı”nda xalqımızın indi də yüksək qiymətləndirdiyi bir cəhət diqqəti cəlb edir.
Sərhəd keşikçisi Bəkil atdan yıxılmış, ombası sınmışdı. Bundan xəbər tutan düşmən böyük bir
qüvvə ilə Oğuz elinin sərhəddinə hücuma hazırlaşır. Bəkil bundan öz adamı vasitəsilə xəbər tutur.
Onun vəziyyəti çox çətindir, özünün dediyi kimi “göy irak, yer qatı”. İndi Bəkil nə etməlidir? O,
yenicə on beş yaşına keşmiş oğlu İmranı yanına çağırır. Ömrünün bahar müjdəsi, qaranlıq gözünün
nuru, evinin, bəxtinin ziynəti olan oğluna əhvalatı danışır və tez iç Oğuza getməyi, Qazan xanı
düşmən basqınından hali etməyi tapşırır. Lakin İmran getmir. Döyüş paltarını istəyir. İmran atasının
paltarını geyinib, atına minib, düşmən qarşısına çıxır. İmranın müdrikliyi, cəsarəti üzə çıxır. İmran
düşmənə bildirir ki, bütün Oğuz igidləri Bəkilin qonağıdır. Ona görə də o atını, döyüş paltarını
mənə verdi ki. qonaqlar bu işdən hali olub nigarançılıq keçirməsinlər. O hay- haray salmadı. Bəkilin
qonağı yox idi. O, kef məclisi də qurmamışdı. Bunu İmran özündən deyir, yağı düşmənlə döyüşə
girir, üç yüz igid dostu ilə düşmənə qələbə çalır. Öz nəslinin şərəf və ləyaqətini yüksəklərə
qaldırdığı üçün İmranın ata və anası. bütün Oğuz eli sevinir, onu tərif edir.
Bütün dastanlarda qadınlara, analıq şərəfinə, qadınların döyüş igidliklərinə, saf məhəbbətinə,
ailə namusu naminə fədəkarlığına böyük yer verilir.
Qadın-ana dastanda çox böyük qürurla təsvir edilir. Ana haqqı Tanrı haqqına bərabər tutulur
və ana Tanrı dərəcəsinə yüksəldilib, müqəddəsləşdirilir. Bu, ananın Oğuz cəmiyyətində yüksək,
şərəfli yer tutduğunu göstərir. Buradakı qadınlar ailə şərəfi, qadınlıq namusu və saf sevgi uğrundakı
dəyanətləri, dözümlükləri və sədaqətləri ilə həmin mövqeyə layiq olduqlarını göstərirlər.
Ana övladın nəinki tərbiyəçisi, qoruyucusudur, eləcə də onu ölümün əlindən xilas edən
şəfqətli bir təbibdir. Birinci boyda bədxahların təhriki ilə şikargahda ölümcül yaralanıb qalmış
Buğacı dağ çiçəyi ilə ana südü xilas edir Burada yüksək bir məcaz vardır. Ananın böyüklüyü
əzəmətli dağlara, ana südü isə təravətli dağ çiçəyinin paklığına təşbih edilir:
“Oğlanın anası əmcəyini bir sığadı südü gəlmədi, iki sığadı südü gəlmədi, üçüncüdə kənduyə
zərb elədi, qanı doldu, sığadı süd ilə qan qarışıq gəldi. Dağ çiçəyi ilə südü oğlanın yarasına
vurdular”. [1]
“Dədə Qorqud” dastanlarından gələn bu müdrik ideyalar əsrlər boyu, indinin özündə də iki
dalaşan kişinin arasına qadın yaylığını atarsa dalaşanlar sakitləşərdilər. Bu, məhz, Dədə Qorqudun
qadınlara hörmətinin rəmzidir.
Beləliklə, “Kitabi – Dədə Qorqud” dastanlarında vəsf edilən ata-ana; valideyn-övlad; ər-arvad
məhəbbəti bu gün üçün də çox böyük əhəmiyyət kəsb edir. “Kitabi – Dədə Qorqud” dastanlarındakı
igid övladların ata-anaya qayğı və məhəbbətində cəmiyyətmizdə yaşayıb yaradan, ailə quran hər iki
gənc bir örnək, bir nümunə kimi istifadə etməli, Oğuz igidlərinin adına layiq, müasir
cəmiyyətimizin pak, ülvi gənclərinin adına layiq işlər görməli, valideynlərinə qayğı göstərməli,
ehtiramla yanaşmalıdırlar.
Elmi yeniliyi: Bu məqalədə ailə - övlad tərbiyəsi münasibətlərinə geniş yer verilmiş, həmin
münasibətlər dövrün ictimai-siyasi tələbləri baxımından şərh edilmişdir.
Tətbiqi əhəmiyyəti: Məqalədən cəmiyyətimizdə yaşayıb yaradan, ailə quran hər iki gənc bir
örnək kimi istifadə edə bilər. Ali məktəblərdə “Pedaqogika” fənnindən mühazirə mətni kimi istifadə
edilə bilər
ƏDƏBİYYAT
1.
“Kitabi Dədə Qorqud” əsil və sadələşdirlimiş mətnlər.. Bakı: Örnək, 2004, 376 s.
2.
“Kitabi Dədə Qorqud” Ensiklopedik lüğət. Bakı: Örnək, 2004, 366 s.
3.
“Kitabi Dədə Qorqud” Ensiklopediyası I cild. Bakı: Yeni nəşrlər Evi, 2000, 624 s.
Dadaşzadə Ə.İ.
42
РЕЗЮМЕ
ОТРАЖЕНИЕ ТЕМЫ ВОСПИТАНИЯ ДЕТЕЙ В СЕМЬЕ
В ЭПОСЕ «ДЕДЕ КОРКУТ»
Дадашзаде А.И.
Ключевые слова: Деде Коркут, хан, материнство, семья, меч
В статье отмечается, что богатая история Азербайджана, древняя культура и
национальные ценности – семья, воспитание детей находят своё отражение в эпосе «Книга
Деде Коркут». Эта эпопея является нашим богатством. Такие моральные ценности, как
материнство, чистая любовь – прекрасный повод чтобы принести себя в жертву ради чести
семьи.
SUMMARY
FAMILY - CHILD BRINGING UP IN “KITABI – DEDE QORQUD” EPICS
Dadashzade E.I.
Keywords: Dede Korkut, Khan , motherhood , family, sword
Our rich history, ancient culture and national-spiritual values – family-child bringing up have
been reflected in “Kitabi – Dede Korkut” epics. Theze epics are our common wealth. A great place
is given to the women, maternity honour, their pure love and self-sacrifice for family honour.
Daxil olma tarixi:
İlkin variant
16.11.2015
Son variant
01.06.2016
“Kitabi - Dədə Qorqud” dastanlarında ailə - övlad tərbiyəsi
43
UOT 821
RƏSUL RZA YARADICILIĞINDA SƏTİRALTI MƏNA ÇALARLARI
BAYRAMOVA GÖZƏL AZƏR qızı
Sumqayıt Dövlət Universiteti, doktorant
e-mail:sdu.elmihisse@mail.ru
Açar sözlər: poeziya, sətiraltı, fakt, final, bəşəri dəyərlər.
Rəsul Rza poeziyası milli olduğu qədər də ümumbəşəri bir poeziya faktıdır. Şairin
yaradıcılığına xüsusi monoqrafiya həsr edən professor Gülrux Əlibəyova vaxtilə obyektiv bir
qənaətə gələrək yazırdı: «Orijinal bir sənətkarın bəşəri məzmun daşıyan yaradıcılığını konkret ədəbi
təsirlə məhdudlaşdırmaq doğru deyil. Bu yaradıcılıq hər şeydən əvvəl, sənətkarın bədii təfək-
kürünün vüsətilə əlaqədardır. Məzmundan və həyat faktından asılı olaraq Rəsul Rza səciyyəvi milli
forma olan qoşma və aşıq poeziyasından tutmuş, ən müasir qafiyəsiz, dəqiq ritmli, poetik nəsrə
bənzəyən şeirlərə qədər poetik konstruksiyaların, demək olar ki, bütün formalarından istifadə edir
[2.5].
Həyatda, cəmiyyətdə, daha geniş miqyasda götürüldükdə beynəlxalq aləmdə baş verən elə
ziddiyyətli və qarşıdurmaya gətirib çıxaran hadisə və olaylar var ki, ona birbaşa münasibət
bildirmək, bədii mətndə onun antihumanist mahiyyətini bütün ciddiyyəti ilə ifşa etmək mümkün
olmur. Belə məqamlarda güclü ilə gücsüzü, haqlı ilə haqsızı təbiətdəki hadisələr fonunda təsvir
etmək daha məqsədəuyğun və məqbul sayılır, burada hədəf seçilən ünvanlar dəqiq görünür,
niyyətlər və məqsədlər heç də diqqətdən yayınmır. Bu mənada Rəsul Rzanın «Namərdlik» adlı
şeirində təsvir olunan hadisələr heç də ov səhnəsini yada salmır. Söz yox ki, şair burada ovun da
kişilik və insanlıq normaları ilə həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Sürətlə silahlanma,
hökmranlıq iddiaları ilə yaşayan dövlətlərin dünyaya ağalıq etmək cəhdləri bu şeirin əsas ideya-
məzmun planında dayanan mətləb və xüsusiyyətlərdən xəbər verir. Dünyanın göz yaşını, günahsız
axıdılan insan qanlarını ceyranın şəxsində ustalıqla təqdim etmək şeirdə ictimai məzmun aşılayan
mühüm xüsusiyyətlərdən biridir. Burada təbiətə, təbiətdəki canlı varlıqlara divan tutulmaqla, ayrı-
ayrı dövlətlərin və ölkələrin bir-biri ilə qarşıdurmaya, ölüm-dirim mübarizəsinə qalxması səhnəyə
gətirilir. Sürətli maşınla, odlu silahla qovularaq yaralanan ceyranın aqibəti təsvir olunan epizodlar
doğrudan-doğruya insanları düşünməyə, hər atacaqları addım üçün məsuliyyət və cavabdehlik
daşımağa bir çağırış kimi səslənir:
... Asqırıb dayandı maşın.
Ceyran qırıq qolunun üstünə
qoyub başını, uzanmışdı.
Böyrü qalxıb-enirdi,
körük kimi.
Tüfəngli
sol əliylə papağını
itələyib qaşlarının üstünə
yaxınlaşdı ovuna.
Ceyran tərpənmədi.
Məlul-məlul baxdı ona
ceyranın qara gözləri
ikiqat böyümüşdü [3, 48].
Ceyranın canlı varlıq kimi həyəcan və təlaş içərisində çırpınması, gözlərindən axan yaş
təsvir olunan mənzərəni bütün təfərrüatı ilə göz önündə canlandırır. Bu səhnə həm də məzlum
xalqların istismarçılar tərəfindən tapdalanan haqlarını, güclü-gücsüz qarşıdurmasını da yada salır,
belə təsvirləri yalnız birbaşa və müstəqim başa düşməyə, anlamağa bütövlükdə əsas vermir:
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi
Cild 12 № 2 2016
44
Bu qara gözlərdən
iki damcı düşdü.
Ceyranın üzündən,
tüklərin üstündən
sürüşdü,
düşdü quru torpağa.
Sanki, göz yaşıyla
az suvarılmışdı bu torpaq [3, 49].
Şeirin son misralarında bədii suallar və mühakimələr ittiham xarakterindən daha artıq
düşünmək və daşınmaq səciyyəsi daşıyır. Şeirin finalı belə bir həyəcan və narahatlıqla dolu
fikirlərlə tamamlanır:
Bəlkə, deyirsiniz,
ceyran ağlamaz.
Yox, ağlayar.
Daş da, ağac da ağlayar.
Hər göz yaşına bir səbəb var.
Söhbət onda deyil.
Ceyran ağlasa da, ağlamasa da,
namərdlik, namərdlikdir [3,49].
Şeirin nümunə gətirilən misraların, həqiqətən, daxili qatlarda gizlənən mətləblərin
aşkarlanması ilə diqqəti çəkir. Şairin «söhbət onda deyil» ifadəsi də ceyranla yanaşı insan amilinin
digər ictimai-siyasi hadisə və proseslərin nəzərdə tutulduğunu açıq-aydın istisna etmir.
Rəsul Rzanın yaradıcılığında eyham və işarələrə nümunə kimi 1959-cu ildə qələmə alınan
“Dana və balaca qız” şeiri göstərilə bilər. Şeirdə insanla, onun məişət-sosial qayğiları ilə ictimai
təsərrüfat həyatı paralel şəkildə təsvir olunur.
Şeirdə qaldırılan problemlər bir qədər publisistik xarakter daşımasına baxmayaraq, müəllif
olduqca kəskin həyati məsələlərə toxunur, insan amilini gözdən salan, onu ikinci dərəcəli bir faktor
kimi aşağılayan sovet təsərrüfat idarəçiliyindəki naqisliyi, qeyri-insani münasibətləri ciddi tənqid və
ifşa obyektinə çevirir.
Göytəpə kəndində sarı dananın xəstələnməsi bütün əlaqədar təşkilatları hərəkətə gətirir,
insanın dərd müşkülləri dananın səhhəti müqabilində arxa plana keçir:
Səs düşdü Göytəpə kəndinə
“Sarı dana xəstələnib!”
–
Necə, sarı dana?
Sazaqlı külək kimi
Xəbər yayıldı hər yana.
Sədr gəldi,
partkom gəldı,
baytar bir də briqadir.
Hər gələn soruşdu:
–
Azarı nədir?
Baytar qulağını qoydu
dananın sinəsinə
Hamı dondu qaldı [4,54].
Şeirdə təsvir olunan bu səhnələr adi baxışda bir o qədər də təəccüblü görünmür. Sovet
təsərrüfat həyatının qanunauyğun bir halı kimi hamıda dərin rəğbət hissi də oyada bilər. Ancaq
müəllif burada mətnaltı yazıçı manerasının imkanları ilə sarı dananın xəstələnməsi fonunda insana -
Gülxaranın balaca qızına münasibəti eyni müstəviyə gətirir, hətta şeirin başlanğıcında danaya
göstərilən diqqət və qayğının az qala insan amili ilə əvəzləndirilməsi cəhdinə bir işarə olduğu diqqət
mərkəzinə çəkilir. İnsandan daha artıq dərəcədə heyvana göstərilən münasibət şairin kinayə və
eyhamla, qarşılaşdırma yolu ilə oxucuya çatdırdığı mətləbləri konkret detallarla, bitkin təsvir
üsulları ilə göz önünə gətirir.
Rəsul Rza yaradıcılığında sətiraltı məna çalarları
45
Sağıcı Gülxaranın danada südlə bağlı xəstəliyin müəyyənləşdiyi vaxtda keçirdiyi həyəcanlar,
narahatlıqlar şeirdə dərin psixoloji məqamlarla öz ifadəsini tapır.
Üç gün, üç gecə sağıcı Gülxaranın başına pərvanə kimi dolandığı, öz gəlinlik şalını ona sarğı
kimi istifadə etdiyi dana nəhayət, dirçəlir, quyruğu belində tullanıb düşür, diqqət və qayğının
nəticəsində ölümün pəncəsindən xilas olur. Əlbəttə, heyvandarlıq təsərrüfatına belə qayğı və diqqət
özlüyündə təbii görünür. Burada qeyri-adi bir şey yoxdur. Ancaq belə bir yanaşma insana
göstəriləcək münasibəti heç cür sıxışdırıb aradan çıxarmamalıdır.
Şeirin finalında şair əhvalatın, baş verən hadisələrin petik mənzərəsini belə yekunlaşdırır:
... Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm.
dana ölmədi bu azardan
Ancaq Gülxaranın
qaragöz kiçik qızı... [4,54].
Şair misranın sonunda ölüm mənasında üç nöqtədən istifadə edərək şeirdə əsas hadisələrin
məntiqi ardıcıllığını məharətlə ümumiləşdirən qənaətləri özünəməxsus şəkildə ifadə etməyə nail
olur.
Şeirdə hadisələrin və süjet xəttinin əsas fikir və ideyanın açılış və dərkində oynadığı rol daha
əhatəli ictimai mətləblərin yozumuna imkanlar açır:
Bir ay sonra seçkilərdə
qərar qəti oldu və qısa.
Nə ondan katıb olar bizə,
nə də bundan sədr olar kolxoza... [4, 56]
İtirilən balaca qızcığazın taleyi fonunda bu cəza tədbirləri də məsələnin ədalətli həllini
görməyə bir əsas vermir. Şair körpə qızın timsalında sovet həyat tərzində, təsərrüfatında yaşanan
neqativ halları böyük ustalıqla açmağa müvəffəq olur, burada işlənən eyham və işarələr,
qarşılaşdırılan həyat səhnələri poetik mətnin daxili qatlarında gizlənən həqiqətləri üzə çıxarmağa bir
yardımçı olur.
R.Rza azərbaycanlıların erməni quldurları tərəfindən dəfələrlə soyqrıma məruz qalmalarına
göz yuma bilmirdi. Tarixi faktlara diqqətlə yanaşaraq erməni cəlladlarının qaniçən xislətini
Andranikin timsalında göstərirdi.
Kim idi bu Andranik? 1914-1920-ci illərdə Türkiyədə və Cənubi Qafqazda müsəlmanların,
eləcə də öz xalqının faciəsinə səbəb olan bu Andranik 20-ci illərdə xaricə qaçmış, əvvəlcə
İngiltərədə, sonra Amerikada yaşamışdır. 1927-ci ildə Parisdə ölmüş, Per-Laşez qəbiristanlığında
dəfn olunmuş, qəbri üzərində at üstündə heykəli qoyulmuşdur. Heyf sənə Per-Laşez! Belə bir
qaniçən qulduru necə qəbul etmisən?
İrəvanda Andranikin 50 illik yubileyi keçirilən ərəfədə, yəni 1965-ci ildə Rəsul Rza Parisdə
imiş. Per-Laşez qəbiristanlığında dəfn olunan məşhur yazıçı və şairlərin qəbirlərini ziyarət edirmiş.
O, orada qaniçən Andranikin at üstündə nəhəng heykəlini görüb təəcüblənir . Bu üzdəniraq heykələ
bir seir həsr edir:
Per-Laşez!
Kommunarlar divarı,
Hörmətlə açıram başımı,
... O kimdir? At üstündə:
Kimə oxşayır ... Allah!
Kimə?
Elə bil ki qaba bir əl toxunur
İncə simə
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar!
Əbədi susdurulmuş uşaqlar!
Qanlı üzlər keçir gözlərimdən,
Bayramova G.A.
46
Min-min azı.
Bağırmaq istəyirəm
Hardan gəldi bura
Bu dələduz,
Daşa dönmüş daş ürəkli quduz!
Şeirdə qaniçən, quldur Andranikin adı çəkilməsə də, şeirin məzmunundan aydın olur ki, hədəf
Andranikə yönəlmişdir. Həmin ildə Azərbaycan jurnalının 9-cu sayında çap olunan bu şeir parçası
Ermənistanda böyük hay-küyə səbəb olmuşdur. [1.29.30]
Ayrı-ayrı şeirlərində Rəsul Rza insanlığın və bütövlükdə bəşəriyyətin düçar olduğu müsibət və
faciələri doğuran səbəbləri araşdırmaq üçün dünya miqyasında tanınmış filosofları, fıkir və düşüncə
sahiblərini xəyali olaraq poetik mətnin aparıcı obrazları səviyyəsində təqdim etməsi, onlarla
mühakimə və debatlardan hasil olan nəticələrin şeirin əsas ideya və qayəsi kimi səsləndirməsi də
xüsusi üsul və vasitələrlə gerçəkləşir. Bununla da şeirboyu qabardılan ictimai mətləblərin onların
dili ilə çatdırılması da mətnaltı yazıçı manerasının bir nümunəsi kimi nəzərə çarpır [2,56].
Elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq B.Vahabzadə və R.Rza yaradıcılığında sətiraltı məna
çalarlarının işlənmə məqamları və üslubi imkanları konkret nümunələrlə təqdim edilir.
Tətbiqi əhəmiyyəti: Dərs vəsaiti və monoqrafiyaların yazılmasında istifadə oluna bilər.
Dostları ilə paylaş: |