Up with down



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix13.02.2017
ölçüsü4,08 Mb.
#8415
1   2   3   4   5   6   7

•  Forma

Materiallar: müxtəlif rəngli, lakin eyni ölçüdə üçbucaq, dairə və 

kvadratdan ibarət həndəsi fiqurlar dəsti. 

İki qutu, dairə və kvadrat dəstini (və ya digər həndəsi fiqurları)

götürün. Hər bir qutuya nümunə üçün bir fiqur qoyun. Uşağa iki fiqurdan 

birini seçməyi təklif edin: “Kvadratı götür” və ya “Dairəni götür”. Əgər 

uşaq düzgün seçim edərsə, onu təsdiqləyin: “Düzdür, bu kvadratdır” və 

onu kvadrat olan qutuya qoymağı tapşırın. Uşaq səhv etdikdə nümunəni 

ona göstərmək (“kvadrat belədir”) və tapşırığı yenidən təkrar etmək olar. 

Uşaqdan cəmi on-on iki fiquru seçib qutulara yığmaq istənilir. Uşaq 

adı çəkilən fiqurları əminliklə seçməyi öyrəndikdə ona əvvəlcə üç fiqur 

arasından seçmək (bu zaman nümunə lazım olmur), sonra isə çoxsaylı 

fiqurlar arasından lazım olanını tapmaq (məsələn, tikintidən sonra fiqurların 

yerinə yığılması) təklif oluna bilər. 


22

•  Rəng

Materiallar: Dörd əsas rəngdən (qırmızı, göy, yaşıl və sarı) ibarət 

böyük mozaika dəsti və iki qutu. Bu çalışma üçün həmçinin karandaşdan, 

plastilindən, konstruksiya kubiklərindən və s. istifadə etmək olar. 

Bu təlim mərhələsində dörd əsas rəngdən istifadə edilir: qırmızı, 

sarı, yaşıl və göy. İki qutu götürün və hər birinin içərisinə nümunə üçün 

məsələn, qımızı və sarı mozaika parçası qoyun. Uşağa iki mozaika hissəsini 

(məsələn, biri qutudakı kimi qırmızı, digəri isə göy) seçməyi tapşırın: 

“Qırmızını götür” Uşaq səhv edərsə, qırmızı nümunəni ona göstərin. Uşaq 

düzgün seçim edərsə, onu təsdiqləyin: “Düzdür, bur qırmızıdır” və mozaika 

hissəsini digər qırımızı hissələr olan qutuya qoymağı tapşırın. Cəmi 10-15 

mozaika hissəsini seçib qutulara yığmaq lazımdır. 

Bu vərdiş aşılandıqdan sonra uşağa nümunədəki rəngdə iki mozaika 

hissəsindən adı çəkilmiş rəngi seçməyi tapşırmaq olar. Sonra isə müxtəlif 

rəngli üç və daha çox sayda mozaika hissəsi arasından seçim etməli(bu za-

man nümunəyə ehtiyac yoxdur). Mozaika oyunu oynayarkən qutudan lazımi 

rəngli hissəni tapıb sizə verməsini təklif etməklə siz özünüz ondan hər hansı 

təsvir yarada bilərsiniz. 

Rəng, forma və ölçü kimi anlayışların məşq etdirilməsi çoxsaylı təkrar 

və bu anlayışların fəal şəkildə gündəlik həyata daxil edilməsini tələb edir. 

Məişət həyatında rəng adlarını və “böyük”, “kiçik” anlayışlarını 

tez-tez istifadə etməyə çalışın. Sizin uşağa göy corab, qırmızı fincan, xırda 

qaşıq və s. gətirməyi buyura bilərsiniz. Satışda həndəsi fiqur formasında 

peçenyelər vardır. Yemək zamanı uşağa istənilən formadakı peçenyeni 

tapmağı tapşırmaq olar. Uşaqla rəsm çəkərkən lazımi rəngli karandaş və 

flomasteri tapmağı buyura bilərsiniz. Rəngləri və ölçüləri oyunda da istifadə 

etmək olar. Məsələn: “Böyük kukla hardadır? O, çox acdır. Ona qırmızı 

boşqab ver. Bəs böyük qaşıq hardadır. Kuklanı yedizdir” və s.

Quruculuq fəaliyyəti

•  Üst-üstə qoymaqla qurma

Materiallar: Müxtəlif rəngli, lakin eyni ölçülü üçbucaq, dairə, 

kvadrat, düzbucaq, trapesiya və rombdan ibarət həndəsi fiqurlar dəsti və 

bu həndəsi fiqurların üstünə qoyula biləcəyi, təbii ölçüdə təsvir edilmiş 2-3 

detaldan ibarət sxem. Belə sxemləri sizin özünüz də çəkə bilərsiniz: həndəsi 

fiqurları vərəqin üzərinə qoyun və onların yerini qalın flomasterlə qeyd edin. 

(Sxemlərin nümunəsi əlavə 3-də verilir.)

Bu çalışma blok 1-də təklif edilən Seqen lövhəsinin çətinləşdirilmiş 

variantıdır. Çünki, fiquru sxemə qoyarkən oyuq detalı düzgün yerləşdirməyə 

imkan vermir. Uşağın sxemlə işləyərkən inkişaf edən təhlil etmə qabiliyyəti, 

hissələrdən tamın yığılması qabiliyyəti gələcəkdə oxuma və yazma zamanı 

lazım olacaq. 


23

Uşağın qabağına iki detaldan ibarət sxem qoyun və bu fiqurlardan 

birini sxemin üzərinə qoymaqla bunun necə edildiyini ona göstərin. Sonra 

ikinci fiquru uşağa verib onu qalan hissəyə yerləşdirməyi tapşırın. Uşaq 

fiquru tam dəqiqliklə qoymazsa, soruşun: “Belə çəkilibmi?” Sxemdə 

çəkilənlə dəqiq üst-üstə düşməyi üçün fiquru döndərməyi və tərpətməyi 

tapşırın. Sonra, iki detaldan ibarət sxemi və orada göstərilmiş fiqurları ona 

verin və bu fiqurları sxemdə yerləşdirməyi tapşırın. Uşaq çətinlik çəkərsə, 

işarət barmağını sxemdə detalın cizgiləri üzərində gəzdirərək ona kömək 

etmək olar. 

Uşaq iki fiquru asanlıqla sxemə qoymağı öyrəndikdə üç detaldan 

ibarət sxemə keçmək olar. Növbəti mərhələdə həmin sxemi ona verib beş-

yeddi fiqur arasından bu sxemə lazım olanlarını götürməyi tapşırmaq olar. 

Flomasterlə maqnit lövhə üzərində sxemlər çəkib onların üzərinə 

maqnitli həndəsi fiqurları yapışdırmaq da olar.

•  Nümunə əsasında qurma

Materiallar: taxta kərpic dəsti (on ədəd)

Müxtəlif müstəvilərdə yerləşən iki kərpicdən ibarət nümunə 

hazırlayın. Məsələn, divan, stul, gəmi, təyyarə, beşik və başqa konstruksi-

yalar (Konstruksiya nümunələri əlavə 2-də verilir).  Sonra uşağa nümunəyə 

baxaraq eynisini, məsələn divan düzəltməyi tapşırın. O, bunu sərbəst şəkildə 

edə bilməzsə, kərpicləri necə qoymağı ona göstərin. Bu, kifayət etməzsə, 

onu əlini hərəkət etdirməklə nümunəni düzəltməkdə ona kömək etmək olar. 

Sonra isə qurulanları dağıdıb təmir etməyi uşağa tapşırın.

Kərpicdən qurma metodunu süjetli oyunda istifadə etmək yaxşıdır. 

Məsələn, uşaq sizin düzəltdiyiniz nümunə əsasında üç kiçik oyuncaq üçün 

kərpicdən stul, valideyn isə onları yedizdirmək üçün arxasında oturda 

biləcəkləri stol düzəldir. Adətən uşaqlar qurulmuş şeyləri uçurtmağı 

xoşlayırlar. Uçurtmaq xatirinə yenidən qurmağa hazırdırlar. Məsələn, kukla 

stulun üstündə hoppandı və onu sındırdı. İki kərpicdən ibarət “T” hərfi heç 

də davamlı deyil. Onun  yıxılması üçün üstdən azacıq basmaq kifayətdir. 

•  Hissələrdən tamın qurulması 

Materiallar: üç hissədən ibarət kəsik şəkillər dəsti. Şəkillər müxtəlif 

istiqamətlərdə kəsilməlidir. Bunu çəkilmiş sadə süjetli bir neçə parlaq 

şəkli qalın karton kağızının üzərinə yapışdırmaqla və onları üç hissəyə 

kəsməklə özünüz də hazırlaya bilərsiniz. Onlar əyri xətlərlə elə kəsilməlidir 

ki, şəkilin hissələrini bir-biri ilə tutuşdurmaq ehtiyacı yaransın. Tanıdığı 

şəkli quraşdırmaq uşaq üçün daha asandır. Ona görə də əvvəlki məşqlərdə 

öyrəndiyi iki hissəli şəklə bir kəsik də əlavə edə, sonra isə ona üç hissədən 

ibarət yeni şəkillər hazırlaya bilərsiniz.

Yığılmış şəkli uşağa göstərərək oradakı təsvirləri onunla müzakirə 


24

edin və müxtəlif detalları göstərməyi ondan istəyin. Məsələn: “Bu, kuk-

ladir. Kuklanın başı hardadır? Bəs, əlləri? Paltar hardadır? Gəl, kuklaya 

toxunaq. Kukla canlıdır”. Sonra şəklin hissələrini ayırıb qarışdırın və 

onu yenidən qurmağı uşağa tapşırın. Diqqəti süjetə və şəkilin hissələrinin 

düzgün tutuşdurulmasına yönəltməklə uşağa kömək etmək olar. Məsələn: 

“Bir bax. Burada dovşancıq (hissə) var. Orada da dovşancıq (hissə) var. Bu 

dovşancığı bütöv elə”. 



Hesablamanın öyrədilməsi

•  “Bir”, “iki” anlayışları

Materiallar: “Meyvə və tərəvəz” mövzusunda hesablama materialı 

dəsti, üç xırda oyuncaq və onların hər birinə uyğun boşqablar.

Bütün oyuncaqlara boşqab verməyini uşağa tapşırın. Sonra hesab-

lama dəstindən üç-dörd alma götürüb uşağın qabağına düzün. Birinci 

oyuncağın adından istəyin: “Mənə iki alma ver”, eyni zamanda isə “iki” 

jestini göstərin. Uşaqların əksəriyyəti təkrar saymadan iki əşyanı götürsələr 

də hesablama prinsipini mənimsəmələri üçün nəticəni “yoxlamağı” on-

lara təklif etmək lazımdır. Təkrar sayma zamanı əşyaları götürüb kənara 

qoyarkən müvafiq rəqəmi “bir, iki” deməlidir. Uşaq iki almanı boşqaba 

qoyduqdan sonra oradakı almaları ona göstərin və soruşun: “orada neçə 

alma var?” Uşaq “iki” cavabını verməli və ya “iki” jestini göstərməlidir. 

Hər biri ilə bir almaya işarə edərək iki barmaq ilə “iki” jestini etməklə əlavə 

olaraq jest və əşyaların sayını tutuşdurmaqda ona kömək etmək olar. Sonra 

bu qaydada digər oyuncaqlara bir və ya iki “meyvə” təklif edin. Yemək 

paylandıqdan sonra onları yedizdirmək olar. 

Uşağa əşyaların içərisindən bir və ya ikisini götürməyi tapşırın. Bu 

sayları həm gündəlik həyatda, həm də oyun zamanı təkrar etmək və hər 

dəfə müvafiq jestlərdən istifadə etmək lazımdır: “Bir konfet götür”, “Mənə 

iki peçenye ver”, “Kuklaya iki çəngəl gətir”. Uşaq lazımi sayda əşya 

götürdükdən sonra mütləq soruşun ki, onda neçəsi qalıb. Baxmayaraq ki, 

o, düzgün sayıb. Çünki, uşaq başa düşmür ki, yenidən hesablama zamanı 

sonuncu rəqəm ümumi kəmiyyətdir. 



•  “1”, “2” rəqəmlərinin öyrənilməsi

Materiallar: kartlar dəsti və ya maqnitli rəqəmlər.

Bu mərhələdə uşağa rəqəmi kəmiyyətlə uyğunlaşdırmadan qrafik 

simvol kimi tanımağı öyrətmək olar. Uşağın qabağına “1”, “2” rəqəmləri 

yazılmış iki kart qoyun, onların adını deyin, sonra isə müvafiq jestlərdən 

istifadə edərək ona adı çəkilən lazımi rəqəmi seçməyi tapşırın: “1-i ver”, 

“2-ni ver”.



25

Oyun fəaliyyəti

•  Sərbəst şəkildə ayrı-ayrı süjetli-oyun fəaliyyətinin yerinə 

yetirilməsi. Valideynin rəhbərliyi altında ardıcıl bir neçə oyun 

hərəkətlərindən ibarət süjetli oyun 

Materiallar: kukla (və ya ayı, meymun və s.), oyuncaq mebel, qab-

qacaq, yük maşını, kubiklər (kukla və maşınlar həm oğlanlara, həm də 

qızlara lazımdır). 

Uşaqla ardıcıl oyun hərəkətlərindən (sıyıq bişirin, kuklanı yedizdi-

rin, onu yatızdırın) ibarət süjetli oyun oynayın. Növbəti mərhələyə 

keçid valideynin köməyi ilə baş verir. Valideyn uşağın gündəlik həyatda 

qarşılaşdığı vəziyyətləri oyuna daxil etməklə süjeti zənginləşdirə bilər: uşaq 

bağçasında olma, poliklinikaya, bərbərxanaya getmə, mağazaya getmə. Belə 

oyun hərəkətlərin bir hissəsinin valideyn tərəfindən, digər hissəsinin isə 

uşaq tərəfindən yerinə yetirilən kiçik tamaşaya bənzəyir. Valideyn növbəti 

addımı bildirməklə və ya göstərməklə hərəkətlər zənciri qurmaqda uşağa 

kömək edir. Məsələn: “kuklanın səhəri” oyunu. Uşaq kuklanı çarpayıdan 

götürür. Valideyn deyir ki, kuklanı geyindirmək lazımdır. Bu zaman paltarı 

geyindirməkdə ona kömək edir. Sonra valideyn kuklanı yumağı və saçını 

daramağı, səhər yeməyi hazırlamağı və onu yedizdirməyi tapşırır. Hər dəfə 

sonrakı hərəkəti bildirir. Beləliklə, uşaq tədricən yeni oyun hərəkətlərini 

mənimsəyir və onu ardıcıllıqla əlaqələndirməyi öyrənir.  Süjetli oyuna 

uşağın didaktik məşğələlərdə məşq etdiyi vərdişləri də daxil etmək olar. 

“Şalğam”, “Köşk”, “Kökə” nağılları üzrə kiçik kukla tamaşaları təşkil 

etmək faydalı olur. Valideynlər nağılı əvvəlcə uşağa bir neçə dəfə danışır 

və kukla tamaşası kimi göstərir, sonra isə tədricən onu uşaqla birgə oyuna 

çevirir. Quruluş üçün adi xovlu oyuncaqlardan istifadə etmək olar və 

oyundan sonra sərbəst şəkildə oynaması üçün uşaqda saxlaya bilər. 

Blok 3. İki anlayışı eyni zamanda məşq etdirmək 

bacarığına əsaslanan çalışmalar

 

Bölmə

Bölmənin məzmunu

Təklif edilən çalışmalar

Qiymət

Diqqət və 

yaddaş

İki hissədən və ya iki 



mənalı sözdən ibarət 

tapşırığın yerinə 

yetirilməsi

Bu tipli tapşırıqları yadda saxlamaq 

və yerinə yetirmək: “Matryoşkaya xi-

yar və pomidor ver”, “Çəngəli götür, 

ayıcığı yedizdir” (müvafiq əşyalar 

olduqda)


Məntiqi 

təfəkkür


Assosiativ cütlərin 

seçilməsi

Assosiativ əlaqəyə malik əşyaların 

şəkilləri olan kart cütlüklərini seçib 

ayırmaq  (ayaq-corab, dovşan-kök)


26

Ölçü,


forma,

rəng.


Təsnifat

“orta” anlayışının 

formalaşdırılması

Böyük, orta və kiçik ölçülü əşyaların 

seçilməsi

Bir əlamətin sərbəst 

deyilməsi

(rəng, forma və ya ölçü)

İki əlamətinə görə 

əşyanın seçilməsi

Əşyanın iki əlamətinə görə seçilməsi 

(forma-ölçü və)

Növlər üzrə təsnifat

Bir-birinə zidd iki növə məxsus 

əşyaların təsvirləri olan kartlar, onları 

iki qrupa bölmək (paltar – qab-qacaq 

və s.)

Quruculuq 



fəaliyyəti

Üst-üstə qoymaqla 

qurma

Fiqurun 4-5 hissədən ibarət sxemin 



üzərinə qoymaqla qurmaq, çoxlu 

sayda detallar arasından seçmək

Nümunə əsasında qurma Nümunənin surətində 3-5 kərpicdən 

kreslo, çarpayı və qurmaq, 

nümunə əsasında çubuqlardan 

üçbucaq,kvadrat, ev, insan qurmaq 

və s.

Hissələrdən tamın 



quraşdırılması

Süjeti təhlil edərək 4-5 hissədən 

ibarət şəklin quraşdırılması

Saymağın 

öyrədilməsi

Üçə qədər saymaq 

bacarığı

2-də qədər ardıcıllığı bilmək.

Nömrə və əşyanı uyğunlaşdırmaq

Ümumi sayı demək (cəmi)

1-dən 3-ə qədər rəqəmləri bilmək

Oyun 


fəaliyyəti

Ardıcıl bir neçə oyun 

hərəkətlərindən ibarət 

süjetli oyun

Sərbəst  şəkildə ardıcıl bir neçə oyun 

hərəkətlərinin yerinə yetirilməsi 

(mağazaya getmək, nahar hazırlamaq, 

kuklanı yedizdirmək və s.)

Valideynin rəhbərliyi 

altında süjetli-rol 

oyunları

Valideynin rəhbərliyi altında mağaza, 

poliklinika, uşaq bağçası oyunu və s. 

Rollardan birini uşaq ifa edir.



Diqqət və yaddaş

•  İki hissədən və ya iki mənalı sözdən ibarət tapşırığın yerinə 

yetirilməsi

Materiallar: böyük və kiçik matryoşka, böyük və kiçik boşqab, 

“meyvə və tərəvəz”     mövzusunda hesablama materialı dəsti.

      Bir neçə mənası olan sözdən və ya hissədən ibarət tapşırıqların 

yerinə yetirilməsinin uşağa öyrədilməsi nitqi qavrama və koqnitiv inkişafla 

bağlıdır. Uşağın tapşırığı tam şəkildə yerinə yetirməsi üçün hər bir sözü 

ayrılıqda yaxşı başa düşməsi lazımdır.

      Uşağın qabağına matryoşka qoyun, onlara uyğun ölçüdə boşqablar 


27

verin və stola, məsələn, iki xiyar, iki pomidor və iki limon qoyun. Təklif 

edilən tapşırıqlar: “Bu matryoşkaya xiyar və pomidor ver”, “Böyük 

matryoşkaya pomidor ver”, “Xiyarı kiçik boşqaba qoy” və s. Bütün tapşırığı 

deyin və əgər uşaq çətinlik hiss edərsə, onu hissələrə bölmədən təkrarən 

bütövlükdə deyin.

      Bu tipli tapşırıqlardan bu blokda verilmiş müxtəlif bölmələrdən 

olan çalışmaların yerinə yetirilməsi zamanı istifadə edilir. 

      Uzun tapşırıqlar gündəlik həyatın adi hissələrinə çevrilməlidir. 

      Siz uşağa iki ardıcıl mərhələdən ibarət “uzun” tapşırıqla, iki əşyanı 

eyni vaxtda gətirmək və ya lazımi əşyanın əlamətlərini demək xahişi ilə 

müraciət edə bilərsiniz. Uşağın tapşırığı yadda saxlayacağına və yerinə 

yetirəcəyinə, adi qaydada və ya şəraitə uyğun hərəkət etməyəcəyinə   əmin 

olmaq üçün ona paradoksal (“dələduz”) tapşırıqlar verə bilərsiniz. Əksi 

olacağına baxmayaraq uşağa bildirin ki, oyun şən keçəcək. Məsələn: 

“Kubikləri gətir və tavaya qoy”, “Fincanı və corabı gətir”. Uşaq çətinlik 

çəkərsə, hissələrə bölmədən tapşırığı bütünlüklə təkrar edin. Bu kömək 

etməsə, uşağın ayrı-ayrı sözləri doğrudan da başa düşdüyünə əmin olmaq 

lazımdır. Nitq vərdişləri imkan versə, uşağa tapşırığı yerinə yetirməzdən 

əvvəl onu təkrar etməsini tapşırmaq olar. Bu da daxili nitqi inkişaf etdirir.



•  Diqqəti saxlama müddətinin artırılması

Uşaq sizdən nəsə xahiş etdikdə hərdən bu xahişi dərhal yerinə 

yetirməmək olar: “Meyvə şirəsi verim? Bir az gözlə, süfrəni yığışdırım 

və verim”. Belə gözləmələr uşağa diqqəti bir müddət saxlamağı öyrədir. 

Gözləmə müddəti körpə uşaqlar üçün kifayət qədər qısa, bir neçə dəqiqəyə 

qədər olmalıdır. Tədricən bu müddət artırılır və böyüyən uşaq hətta əgər 

veriliş bir saat geciksə də yaddan çıxarmır ki, o, cizgi filminə baxmaq 

istəyir.


•  İzahlı rəsm

Siz özünüz də uşağınıza tanış olan hər hansı hadisəni əks etdirən 

çox sadə (simvolik) rəsmlər toplusu çəkə bilərsiniz. Məsələn, “Mənim bir 

günüm” və ya “Biz gəzirik” adlı kitabçalar hazırlamaq olar. Uşaqdan onun 

bu şəkillərdə nə etdiyi soruşun, ondan ətraflı məlumatlar almaq üçün ona 

çoxlu suallar verin. 

Uşaqla bir çox personajı və ya onların replikalarını təkrar etməsi 

və yadda saxlaması üçün nağıl-tamaşa oynamağa davam edin: “Şalğam”, 

“Köşk”, “Kökə”. Səhnələşdirmə zamanı xovlu oyuncaqlardan və ya karton 

kağızından kəsilmiş personajlardan istifadə etmək olar. Çalışın ki, uşaq 

tədricən tamaşanı özü (azacıq köməklə) məsələn, nənəyə, qonaqlara və ya 

başqa uşaqlara göstərsin. 



28

Məntiqi təfəkkür

•  Assosiativ əlaqəli cütlüklərin seçilməsi

Materiallar: assosiativ əlaqəyə malik cüt əşyaların təsvir edildiyi və 

növbəti mövzular üzrə kartlar: “Kim nə yeyir?” (it – sümük, dələ – qoz, ayı 

– bal, dovşan – kök); “Kim harda yaşayır?” (it – it damında, quş – yuvada 

(ağacdakı qutuda), siçan – oyuq yuvada, tutuquşu qəfəsdə, balıq akvari-

umda); “Harda nə var?” (vazada – gül, səbətdə – göbələk); “Nəyi nə ilə 

edirlər?” (tiri – mişarla, mismarı – çəkiclə, şərfi – mil və yumaqla, naxışı 

– iynə və sapla); “Kim nə geyinir?” (qız – don, oğlan – şort, kral – tac). 

Satışda assosiativ əlaqəli əşyalar cütünün seçilməsi üçün müxtəlif şəkil 

dəstləri (onların bəziləri tapmaca formasında yerinə yetirilir) vardır. 

Ona mövzu verin: məsələn, “Kim nə yeyir?” Uşağın qabağına it, 

dovşan, dələ və ayı şəkilləri olan kartları qoyun və bir-bir göstərdikcə 

onların adını deməsini istəyin və ya onları özünüz deyin. Sonra kök təsviri 

olan kartı ona göstərib soruşun: “Kim kök yeyir?” Uşaq dovşanı tapmalı və 

kökü ona verməlidir. Çalışmanın düzgün yerinə yetirildiyini təsdiqləyin: 

“Doğrudur. Dovşan kök yeyir”. Sonra qalan kartları bir-bir göstərin və 

uşaqdan onların cütünü tapmasını istəyin. 



Ölçü, forma, rəng. Təsnifat

•  “Orta” anlayışının formalaşdırılması. Ölçünün sərbəst şəkildə 

deyilməsi

Materiallar: müxtəlif ölçüdə üç matryoşka və üç kasa, “meyvə və 

tərəvəz” mövzusunda hesablama materialı dəsti.

Uşağın qabağına boy sırası ilə üç matryoşka qoyun və ondan əvvəlcə 

böyük, sonra isə kiçik matryoşkanı göstərməsini istəyin. Yerdə qalan 

matryoşkanı ona göstərin və izah edin ki, bu, orta ölçülü matryoşkadır. 

Bunları kasalar ilə də təkrar edin. Sonra uşaqdan böyük kasanı böyük 

matryoşkaya, uyğun ölçüdəki kasaları yerdə qalan matryoşkalar verməsini 

istəyin. Bundan sonra ona matryoşkalara meyvə və tərəvəz yedizdirməyi 

təklif edin. Bu çalışma hesablama çalışması və ya “uzun” tapşırıqların 

yerinə yetirildiyi çalışmalarla da birləşdirilə bilər. Matryoşkaları 

yedizdirdikdən sonra qabları yığarkən uşaqdan lazımi ölçülü kasanı 

götürməyi və ya kasanın ölçüsünü deməsini istəmək olar. Sonra uşaq hər bir 

matryoşkaya “hələlik” deyir və sərbəst şəkildə özü və ya sizin köməyinizlə 

onun ölçüsünü deyir, məsələn: “Hələlik, böyük matryoşka!”

“Orta” anlayışının məşq etdirilməsi üçün “Üç ay” nağılından istifadə 

etmək olar. Üç ölçüdə ayı, boşqab, fincan, qaşıq və çarpayı (ayaqqabı qutu-

sundan da istifadə etmək olar) götürün. Səhnələşmənin gedişində uşaqdan 

uyğun ölçülü əşyaları ayılara verməsini, eləcə də sərbəst şəkildə ayıların və 

əşyaların ölçülərini deməsini istəyin.


29

•  Sərbəst şəkildə həndəsi formaların adlarını demək 

Materiallar: müxtəlif rəngli üçbucaq, dairə, kvadratlardan ibarət 

həndəsi fiqurlar dəsti.

Uşağın fiqurların adlarını asanlıqla yadda saxlaması üçün ona iki 

fiqur göstərin və deyin: “Kvadratı götür”. O, düzgün seçim etdikdən sonra 

fiqurun adını özünün təkrar etməsi ondan soruşun: “Bu nədir?” Uşaq bunu 

etməyi öyrəndikdən sonra həndəsi fiqurları qutuya yığarkən onların adını 

ondan soruşun. Həmçinin, fiqurun adını uşaqdan soruşarkən “həndəsi” 

formalı peçenyelərdən istifadə etmək və müvafiq peçenyeni hədiyyə kimi 

ona vermək olar.

•  Sərbəst şəkildə rənglərin adlarını demək 

Materiallar: Dörd əsas rəngdən (qırmızı, göy, yaşıl və sarı) ibarət 

böyük mozaika dəsti və uşağın mozaikanı əziyyət çəkmədən yığa biləcəyi 

lövhə. Bu çalışmada həmçinin karandaşdan, plastilindən, konstruksiya 

kubikindən istifadə etmək olar və s. 

Sərbəst şəkildə rənglərin adlarının deyilməsi çətinlik törədir və 

dəfələrlə təkrarlamağı tələb edir. Uşaq rəngi seçə bilir, lakin, onun adını 

səhv etməklə deyirsə onunla mozaika oyunu oynamaq olar. Uşağa qutudan 

lazımi rəngləri seçib sizə verməyi , məsələn, “qırmızını ver” tapşıraraq 

özünüz də şəkli qura bilərsiniz. O, mozaika hissələrini düzgün seçə bildikdə 

rəngin adını özünün deməsi üçün ondan soruşun: “Bu, nə rəngdir?” Uşaq 

səhv edərsə, rəngin adını təkrar edin ki, o da sizdən sonra təkrar edə bilsin. 

Uşağın gözünə dəyən nə varsa, məsələn, paltar, fincan, yarpaq, meyvə, 

maşın və s. rəngini soruşun. 

Uşaq rənglərin adlarını səhv etmədən deməyi öyrəndikdən sonra 

onlardan fəal şəkildə istifadə etməyi öyrədin. Məsələn: şəkil konturlarını 

boyayarkən rəngləri düzgün seçmək. Bir rəngin boyanması lazım olan 

böyük və aydın şəkilli kontur götürün. Uşağa uyğun gələn rəngi seçməyi 

tapşırın. Məsələn: “Bu – banandır. Hansı karandaşı götürmək lazımdır?” 

və ya “Yarpaqları hansı karandaşla rəngləmək lazımdır?” Uşaq cavab verə 

bilmədikdə iki karandaş götürüb ona, məsələn, “Göy yoxsa yaşıl karandaş 

lazımdır?” kimi yönəldici sual verməklə kömək etmək olar. Kontur 

çərçivəsində boyamanın özü də alınmaya bilər. Tapşırığı asanlaşdırmaq 

üçün uşaqdan o biri əlinin barmağını konturun hədlərinə elə qoymasını 

istəyin ki, boyama zamanı karandaş bu barmağı keçməsin və rəsmin 

sərhədləri aydın və hiss edilən olsun.  

•  İki əlamətinə görə əşyanın seçilməsi

Materiallar: Üç rəngdə (qırmızı, göy və sarı) və iki ölçüdə (böyük 

və kiçik) üçbucaq, dairə, kvadrat və düzbucaqlardan ibarət olan, eləcə 

də qalınlığına (“qalın” və ya “nazik”) görə fərqlənən  “Dyeneş məntiqi 


30

blokları” dəsti. Çalışmanın yerinə yetirilməsi üçün eyni qalınlıqda üç rəngli 

böyük və kiçik ölçülü üçbucaq, dairə və kvadratlardan istifadə edilir. Belə 

fiqurları rəngli kağızları üzərinə yapışdırmaqla karton kağızından siz özünüz 

də hazırlaya bilərsiniz. 

Beş-altı fiqur götürün və uşağa onlardan qüllə hazırlamağı tapşırın və 

üçə kimi sayaraq onu dağıdın və ya 

fiqurları sxemin üzərinə qoymağı 

tapşırın. İndi isə fiqurları yığışdırmaq 

olar. Bunun üçün sizə hansı fiqurların 

(iki əlamət) lazım olduğunu deyin. 

Məsələn: “Qırmızı kvadratı mənə 

ver, indi isə balaca üçbucağı” və 

s. Uşaq lazımi fiqurları tapmaqda 

çətinlik çəkərsə, əlinizlə fiqurların 

bir hissəsinin üstünü əlinizlə örtərək 

axtarış sahəsini azaltmaqla çalışmanı müəyyən qədər asanlaşdıra bilərsiniz. 


Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin