• Növə görə təsnifat
Materiallar: uşağa tanış olan heyvan, ərzaq, paltar, mebel və ya digər
əşyaların şəkilləri olan kartlar. Hər növdən cəmi dörd-beş kart.
İki növ kart, məsələn, paltar və ərzaq təsvirləri olan kartlar hazırlayın
və kartları bir-bir uşağa göstərin. Məsələn: “Bu, maykadır – o, paltardır.
Paltarı şkafa yığaq. Bax buraya” və kartı stolun üstünə qoyun. Sonra uşağa
növbəti kartı göstərin: “Bu, pendirdir – o, ərzaqdır. Ərzağı mətbəxə aparaq.
Bax buraya” və kartı başqa bir yerə qoyun. Uşaq təsnifatı öyrədərkən
oyuncaq mebelini götürüb ona paltar kartını oyuncaq şkafa, ərzaq kartını
isə oyuncaq stolun üstünə qoymağı tapşırmaq olar. Növbə ilə kartları uşağa
verib ondan oradakı şəklin adını deməsini və lazımi yerə qoymasını istəyin.
Uşaq kartı yerinə qoyarkən izahedici sözlərdən istifadə edin: “Doğrudur.
Don – paltardır”.
Gündəlik həyatda izahedici sözlərdən fəal şəkildə istifadə etmək
lazımdır: “Qabları çanağa apar”, “Paltarı ləyənə qoy” və ya “Öz ayaqqabını
yığışdır” və s. Oyuncaqları yığışdırarkən uşaqdan həmçinin növlər üzrə,
məsələn, qab-qacaq və mebelə görə yığmasını istəmək olar.
Əşyaların müxtəlif əlamətlərinə görə adlandırılması. Uşaqdan onun
qarşılaşdığı bütün əşyaların əlamətlərini soruşun. Məsələn: “Bu, necə
fincandır?”. Uşaq bu zaman istənilən əlaməti deyə bilər. Uşaq böyük və ya
qırmızı, yaxud ataya məxsus ola bilər. Uşağın diqqətini əşyanın müxtəlif
əlamətlərinə (məsələn: ağır, soyuq, hamar və s.) yönəldin və onun dünya
görünüşünü və söz ehtiyatını genişləndirin.
31
Quruculuq fəaliyyəti
• Sxem üzrə qurma
Materiallar: Bir ölçüdə lakin müxtəlif rəngli üçbucaq, dairə, kvadrat,
düzbucaq, trapesiya və romblardan ibarət həndəsi fiqurlar dəsti və bu
həndəsi fiqurların qoyula biləcəyi və təbii ölçüdə təsvir edilmiş dörd-beş
detaldan ibarət sxem. Belə sxemləri özünüz də çəkə bilərsiniz: həndəsi
fiqurları kağız vərəqinin üzərinə qoyun və kənarlarını qalın flomasterlə qeyd
edin. (Nümunələr əlavə 3-də verilir)
Dörd-beş detaldan ibarət sxemi uşağın qabağına qoyub ona on fiqur
verin. Sonra uşağa lazımi detalları seçib sxemdə yerləşdirməklə orada təsvir
edilmiş fiquru qurmaq. Uşaq çətinlik çəkərsə, onda sxemdəki detallardan
birini ona göstərib beləsini tapmağı, sonra isə onu yerinə qoymağı tapşırmaq
olar. Uşaq bütün detalları yerinə qoyduqdan sonra düzgün alındığını
yoxlamağı tapşırın. Sonra növbəti sxemi ona verin və lazımi fiqurları oraya
əlavə edin. Həndəsi fiqurları qutusuna yığarkən onları iki əlamətinə görə
seçməyi tapşırmaq olar. Yuxarıda qeyd edildiyi kimi və ya həndəsi fiqurun
adını çəkməklə, məsələn, “Qırmızı rəngli kvadratı ver”.
Flomasterlə maqnit lövhədə sxemlər çəkmək və onların üzərinə
maqnitli həndəsi fiqurlar yapışdırmaq olar.
• Nümunə əsasında kərpicdən qurma
Materiallar: taxta kərpic dəsti (on ədəd).
Üç-beş kərpicdən ibarət nümunə, məsələn, kreslo, stol, çarpayı və s.
qurun və uşağa da “belə” etməyi tapşırın. Uşaq bunu dərhal edə bilmədikdə
onu öz nümunənizdə olduğu kimi ayrı-ayrı kərpicləri necə üst-üstə
qoyduğunuzu göstərin. Bu, kifayət etmədikdə nümunəni onun əlindən tut-
maqla qurmaq, sonra isə konstruksiyanı dağıdıb onu “təmir etməyi” uşağa
tapşırmaq olar.
Kərpicdən qurmadan oyun zamanı geniş şəkildə istifadə etmək olar.
Bu zaman uşaq sizin nümunənizə baxaraq kərpicdən oyunun gedişinə uyğun
olan stol, stul, çarpayı və başqa əşyalar qurur. Valideyn onu daha mürəkkəb
konstruksiyalarla tamamlaya və qurulan bütün əşyaları süjetli oyunda
istifadə edə bilər. Balaca matryoşkalar və ya kuklalar götürmək və onları
çarpayıya yatızdırmaq, stol arxasında yedizdirmək, maşına mindirmək və s.
olar.
• Nümunə əsasında hesablama çubuqlarından qurma
Materiallar: hesablama çubuqları dəsti (iyirmi ədəd) və təqribən iki
santimetr diametrində beş dairəcik.
Hesablama çubuqlarından nümunələr, məsələn, üçbucaq, kvadrat,
evcik və s. fiqurlar və ya baş əvəzinə dairəciklərdən istifadə etməklə adam,
it düzəltmək olar. Sonra uşağa da belə fiqurlar qurmağı tapşırın. Uşaq bunu
32
sərbəst şəkildə edə bilmədikdə bir çubuğu qoymağı göstərin və ona da belə
etməyi təklif edin. Bu, kifayət etmədikdə uşağa stolun üstün yer göstərib bu
çubuğu oraya qoymağı tapşırın.
Adam fiquru qurarkən uşağa “Gəl, çubuqdan ana düzəldək” deyə
təklif etmək olar. Qoy, bu, baş olsun, bu – bədən, bu – əllər, bu – ayaqlar
olsun. “İndi isə sənin üçün edək”. Əvvəlcə uşağa baş olacağını tapşıraraq
dairəcik verin və onun başının arda olduğunu, onun neçə başı olduğunu və
neçə dairəciyin lazım olduğunu soruşun. Sonra bədən əvəzinə bir çubuq ver-
ib onun neçə bədəni olduğu soruşun. Hər dəfə əl və ayaqlar təkrar sayılmasa
da, onun cavabını almağa çalışmaq lazımdır. Uşaq detalları aldıqca onu
yerinə düz qoymalıdır. O, çətinlik duyarsa, onun diqqətini məsələn, si-
zin qurduğunuz nümunənin başının və onun öz başının harada olmasına
yönəltmək lazımdır. Quruculuq işi tamamlandıqdan sonra onu oyuna
çevirmək vacibdir. Məsələn, fiquru yerindən tərpədərək demək lazımdır:
Ana uşağının əlindən tutub gəzməyə aparır. Uşaq başqa kimisə, məsələn,
atanı gəzməyə aparmaq istəsə, bir fiqur da düzəltməyi ona tapşırmaq olar.
Plastilin və kibritdən adam və heyvan fiqurları düzəltmək olar:
plastilindən silindr formasında “bədən”, kürə formasında baş düzəltmək
və əl, ayaq, pəncə və quyruq əvəzinə kibrit dənələrindən istifadə etmək
olar. Bu zaman valideyn nümunə hazırlayır, uşaq isə onu təkrarlayır. Bütün
düzəldilmiş fiqurları süjetli oyuna daxil etmək olar.
Uşaqlar adətən onlara təklif edilmiş nümunəyə baxmayaraq başı
və ayağı bir-birinə birləşdirərək çubuqdan və ya plastilindən “baş-ayaq”
düzəldirlər. Bu, onların bədən sxemi haqqındakı təsəvvürlərinə uyğun gəlir.
Uşaq öz çiyinlərini və çanağını görmür və onları düzgün hiss etmirlər. Ö
bədəninin sxemini dərk etməkdə uşağa yardım etmək üçün bu məşğələ
zamanı, eləcə də digər oyunlarda onun çiyinlərindən və ya bel-çanaq
hissəsindən möhkəmcə basmaq olar. Bu halda uşaq onları daha yaxşı hiss
edəcək. Bundan əlavə uşağa özünü rəng çubuqları, sulu boya və üz qırma
üçün köpüklə özünü boyamağı tapşırmaq və ona süngər verib güzgünün
qabağında dayanmaqla onları silməsini uşaqdan istəmək olar.
• Hissələrdən tamın quraşdırılması
Materiallar: 4-5 hissədən ibarət kəsik şəkillər dəsti. Şəkillər müxtəlif
istiqamətlərdə kəsilməlidir. Bunu çəkilmiş sadə süjetli bir neçə parlaq şəkli
qalın karton kağızının üzərinə yapışdırmaqla və onları 4-5 hissəyə kəsməklə
özünüz də hazırlaya bilərsiniz. Onlar əyri xətlərlə elə kəsilməlidir ki, şəklin
hissələrini bir-biri ilə tutuşdurmaq ehtiyacı yaransın.
Quraşdırılmış şəkli uşağa göstərin və müxtəlif detalları ona təqdim
edib şəkildə nəyin təsvir edildiyini müzakirə edin. Məsələn: “Bu pişik yük
maşınında gedir. Pişiyin başı hanı? Maşının təkərləri hanı? Pişik harda
oturub?” Sonra şəkli hissələrə ayırıb qarışdırın və onu yenidən quraşdırmağı
33
uşağa tapşırın. Uşaq çətinlik hiss etdikdə onun diqqətini süjetə və şəklin
məna kəsb edən hissələrinin tutuşdurulmasına yönəldin. Məsələn: “Bax.
Burada təkər (hissə) var, orada da təkər (hissə) var. Təkərləri quraşdır”.
Hər hansı nağılların illüstrasiyalı şəkillərindən və ya digər süjetli
şəkillərdən istifadə etmək olar. Bu zaman təkcə şəkillərdə kimin təsvir
edildiyini deyil, eləcə də onların nə etdiklərini müzakirə edin.
Saymağın öyrədilməsi
Hesabın öyrədilməsinin gedişində uşaq bir neçə ardıcıl mərhələdən
keçir. O, əvvəlcə rəqəmlərin ardıcıllığını əzbərləməlidir. Sonra onun
qabağındakı (və ya çəkilmiş) əşyaları saymağı və cəmini hesablamağı
(uşaq başa düşmür ki, yenidən hesablama zamanı sonuncu rəqəm ümumi
kəmiyyət, yəni cəmdir) öyrənir. Uşaq cəmi hesablamağı öyrəndikdən sonra
rəqəm və kəmiyyəti tutuşdurmağı, yəni, müəyyən sayda əşyanın hansı
rəqəmə uyğun gəldiyini mənimsəyə bilər. Sonra isə “topa” içərisindən
müəyyən sayda əşyaların götürülməsini öyrənmək olar. O, sadə hesablama-
ya nisbətən daha çətindir. Çünki, uşaq əşyaları sayarkən yadda saxlamalıdır
ki, o, saymağı nə vaxt dayandırmalıdır. Əgər rəqəmlər işarələnibsə, (hər bir
rəqəmə uyğun sayda dairəcik yapışdırılır) bu, uşağa əlavə kömək edir və
o, hesablanan əşyaları işarələnmiş dairəciklərə yerləşdirir. İşarələnməmiş
rəqəmə müəyyən sayda hesablama materialının seçilməsi növbəti
tapşırıqdır.
• Cəmi hesablamaqla üçə qədər əşyanın bir-bir sayılması
Materiallar: Bir-bir saymaq üçün əlverişli olan istənilən əşyalar
Uşaqdan üçə qədər əşyanı bir-bir saymasını istəyin. O, yaddan
çıxararsa, növbəti rəqəmi ona deyin və sizdən sonra təkrar etməsini tapşırın.
Sayma zamanı onları ötürməmək və eyni əşyanı bir neçə dəfə hesab-
lamamaq üçün uşaq ya onları bir-bir kənara qoymalı, ya da barmağı ilə
onu möhkəmcə basmalıdır. Bütün əşyalar bir-bir sayıldıqdan sonra mütləq
neçə əşyanın alındığını ondan soruşmaq lazımdır. O, cavab verə bilmədikdə
düzgün cavab olan sxemi (“bir, iki, üç – cəmi üç”) ona verin və sizdən sonra
bunu təkrar etməsini tapşırın.
• Cəmi hesablamaqla şəkildə təsvir edilmiş üçə qədər əşyanın
bir-bir sayılması
Materiallar: bir, iki və ya üç eyni əşya təsvir edilmiş kartlar dəsti.
Uşağa şəkli verib bir-bir orada təsvir edilmiş əşyaları saymağı tapşırın.
O, sayarkən, barmağını möhkəmcə onun üzərində təsvir edilmiş əşyalara
basmalıdır. Uşağın əlini hərəkət etdirməklə bunun necə edildiyini ona
göstərin. Hesablama qurtardıqdan sonra mütləq soruşmaq lazımdır: “Cəmi
neçə oldu?”
34
• Birdən üçə qədər say və rəqəmin tutuşdurulması
Materiallar: “1, “2, “3” rəqəmləri yazılmış kartlar dəsti, bir, iki və üç
əşyaların təsviri olan şəkillər dəsti.
“1, “2” rəqəmləri yazılmış kartları uşağın qabağına qoyub şəkli ona
verin və orada neçə əşyanın təsvir edildiyini soruşun. Uşaq bütün əşyaları
bir-bir saydıqdan sonra cəmi neçə əşyanın alındığını soruşun və müvafiq
rəqəmi seçməyi və şəklin altına qoymağı tapşırın. Beləliklə, növbəti
şəkilləri uşağa təklif edin.
Uşaq ikiyə qədər say və rəqəmi bir-birini uyğunlaşdıra bilməyi
öyrəndikdən sonra “3” rəqəmini, eləcə də müvafiq olaraq üç əşyanın təsvir
edildiyi əlavə etmək və üçə qədər say və rəqəmi bir-birinə uyğunlaşdırmağı
təklif edin. Rəqəmli kartların əvəzinə maqnitli rəqəm dəstindən də istifadə
etmək olar. Həmçinin təklif edilmiş sayda gerçək əşyalar üçün rəqəm
seçməyi də tapşırmaq olar.
• Bir-bir tapşırılmış sayda əşyaların seçilməsi
Materiallar: “Meyvə və tərəvəz” mövzusunda hesablama materialı
dəsti, 3-4 balaca oyuncaq və onların hər biri üçün boşqablar.
Oyuncaqları uşağın qabağına qoyun və onlara boşqab verməyi
tapşırın. Hesablama dəstindən uşağın qabağına 4-5 alma qoyun və jestdən
istifadə edərək oyuncağın adından xahiş edin: “Mənə üç alma ver”. Bir-
bir sayarkən uşaq hər bir əşyanı əlinə götürüb kənara qoymalı və müvafiq
rəqəmi deməlidir. Bu zaman o, hesablamanı nə vaxt dayandırmaq lazım
olduğunu yadda saxlamalıdır. Bunu yadda saxlamasına yardım etmək
üçün saymazdan əvvəl ondan soruşmaq lazımdır: “Dovşancığaz necə alma
istəyir?” Uşaq boşqaba üç alma qoyduqdan sonra orada almanı ona göstərib
təkrar soruşun: “Orada cəmi neçə alma var?” O, cavab verməkdə çətinlik
çəkərsə, boşqabda olan almaları bir-bir sayın və düzgün cavab olan sxemi
(bir, iki, üç – cəmi üç) ona verin.
Beləliklə, digər oyuncaqlara da bir, iki və ya üç “meyvə” verməyi
ona təklif edin. Oyunun sonunda bütün heyvanları yedizdirin. Yedizdirmə
zamanı bunları müzakirə etmək olar: armud şirindir, limon turşdur, xiyar
duzlandıqda daha dadlı olur və s.
Gündəlik həyatda uşağa stola düzmək üçün üç çəngəl gətirməyi və ya
ataya iki peçenye verməyi buyurmaqla hesablamadan geniş şəkildə istifadə
etmək olar. Birgə oyun zamanı həmçinin ondan kuklalara bir, iki və ya üç
əşya verməyi və ya tikinti üçün lazımi sayda kubik hazırlamağı istəmək
olar.
• 1-dən 3-ə qədər rəqəmin və sayın tutuşdurulması
Mağaza oyunu
35
Materiallar: “1”, “2”, “3” rəqəmləri yazılmış kartlar dəsti – bu,
qiymətlərdir (hər növ üçün üç-dörd kart). Rəqəmlərin yarısı işarələnməlidir.
Yəni, hər bir rəqəmə müvafiq sayda dördbucaqlı yapışdırmaq lazımdır.
Pul – həqiqi əskinaslar və ya eyni dördbucaqlılar (təqribən on beş ədəd).
Oyuncaqlar, meyvələr, konfet və ya mağazada satılan başqa “mallar”.
“Malları” düzün və onların hər birinə 1-dən 3-ə qədər rəqəmlərlə
“qiymət” qoyun. Uşağa “pul” verib nəsə “almağı” təklif edin. Sonrakı malı
seçdikdə qiyməti göstərib orada neçənin yazıldığını soruşun. Uşaq rəqəmi
deyir, məsələn üç və sizə üç “manat” verir. İlkin mərhələdə bütün qiymətlər
işarələnməlidir ki, onun rəqəmlərə yapışdırılmış dördbucaqlılara qoymaq
mümkün olsun. Hesabı ödədikdən sonra cəmi demək bacarığını məşq
etdirmək üçün bir daha hesablamağı təklif etmək olar: “Cəmi neçə manat
oldu?” Uşağa “alış-verişdən” istifadə etmək imkanı verin: ərzaq alsın, onu
evə aparsın, yesin və s.
Uşaq işarələnmiş qiymətlər üçün lazımi məbləğdə “manat”ı seçdikdən
sonra bunu işarələnməmiş rəqəmlər üçün də etmək olar.
Əlbəttə ki, mağaza oyunundan əlavə uşağa, təqdim edilən rəqəmlərə
istənilə hesablama materialını qoymaq təklif edilə bilər.
Oyun fəaliyyəti
• Ardıcıl bir neçə oyun hərəkətlərindən ibarət süjetli oyun
Uşağa ardıcıl bir neçə oyun hərəkətlərindən (kuklanı geyindirmək,
onunla mağazaya getmək, ərzaq almaq, nahar hazırlamaq və s.) ibarət
süjetli oyun təklif edin. Valideynlər uşaq oyununda iştirak edə və
süjeti genişləndirməkdə, çoxlu sayda süjet detallarının oyunda istifadə
edilməsində kömək edə bilər. Süjetli oyuna didaktik məşğələlər zamanı
mənimsənilmiş vərdişləri də daxil etmək olar.
• Valideynin rəhbərliyi altında rollardan birinin uşaq tərəfindən
ifadə edildiyi süjetli-rol oyunu
Süjetli-rol oyunlarında uşağın gündəlik həyatda qarşılaşdığı bütün hadisələri
modelləşdirmək olar: mağazaya getmə, uşaq bağçasına getmə, həkim
ziyarəti və ya poliklinikada işləyən həkim ziyarəti və s. Valideyn uşağa
müxtəlif rollar: həkim, xəstə, tərbiyəçi, satıcı, alıcı və s. təklif edərək
uşağın bildiyi vəziyyətləri və insanların hərəkətlərini təqlid etməkdə ona
yardım etməklə seçilmiş süjeti onunla bərabər ifa edir. Rolu mənimsəmə
səviyyəsindən asılı olaraq valideyn süjetə daha çox incəliklər daxil etməkdə
uşağa yardım edir. Süjetli-rol oyunları uşağın gerçək həyatda baş verən
hadisələrin məqsəd və ardıcıllığını dərk etməsinə, yaddaşı və əlaqələndirmə
təfəkkürünü inkişaf etdirməsinə kömək edir və sonradan onun özünün rol
oyunlarına daxil edə biləcəyi ünsürlər təqdim edir. Belə oyunların təşkilində
müxtəlif materiallardan istifadə etmək olar: kubiklər, kuklalar, mebel və
36
qab-qacaq dəstləri, oyunun gedişində vacib əşyalara çevrilən köməkçi
alətlər. Məsələn: divan yastığı qatar, xəstə üçün çarpayı, mağazada piştaxta
və s. ola bilər. Bu, uşağın əvəzedici əşyalar adlanan vasitələrin oyunda
istifadə etmək qabiliyyətini formalaşdırır.
Blok 4. Eyni zamanda üç anlayışla işləmək bacarığı
əsasında çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Üç hissədən və ya üç
mənalı sözdən ibarət
tapşırığın yerinə
yetirilməsi
Bu tipli tapşırıqları yadda saxlamaq
və yerinə yetirmək: “Matryoşkaya
iki xiyar və pomidor ver”, “Balaca
matryoşkaya böyük kasanı ver”
(müvafiq əşyalar olduqda)
Məntiqi
təfəkkür
Assosiativ cütlərin
seçilməsi
Bu tipli suallara şifahi cavab vermək:
“Qışda nə geyinməli? Çəkmə və ya
sandal”
Ardıcıllığın davam
etdirilməsi
Ardıcıllığın davam etdirilməsi:
“Qırmızı, sarı, qırmızı, sarı.....”
Artıq əşyanı axtarmaqla
təsnifat
Təklif edilmiş dörd şəkil arasından
artıq olanını seçmək
Ölçü,
forma,
rəng.
Təsnifat
Əşyanın üç əlamətinə
görə seçilməsi
Əşyanın üç əlamətinə görə (ölçü,
rəng-forma) seçilməsi
Əşyanın iki əlamətinin
sərbəst deyilməsi
Əşyanın iki əlamətinin sərbəst
deyilməsi: rəng (və ya iki rəngə,
forma və ya ölçüyə görə)
Növlər üzrə təsnifat
Bir-birinə yaxın iki növə məxsus
əşyaların təsvirləri olan kartlar, onları
iki qrupa bölmək (paltar – ayaqqabı
və s.)
Quruculuq
fəaliyyəti
Sxem əsasında qurma
Çoxlu sayda detallar arasından
seçməklə kiçilən sxem əsasında
şaquli vəziyyətdə olan 4-5 hissədən
ibarət fiqur qurmaq,
Nümunə əsasında rəngi
nəzərə almaqla qurma
Rəngi nəzərə almaqla 4-5 mozaika
hissəsindən ibarət nümunənin yerinə
yetirilməsi
Əşya haqqında əvvəllər
formalaşmış təsəvvürlər
əsasında qurma
Kərpicdən kreslo, təyyarə qurmaq və
ya çubuqdan üçbucaq, kvadrat, insan
fiquru düzəltmək
Hissələrdən tamın
quraşdırılması
Şəkil nümunələri haqqında əvvəllər
formalaşmış təsəvvürlər əsasında
5-20 hissədən ibarət şəkilin
quraşdırılması
37
Saymağın
öyrədilməsi
Beşə qədər saymaq
bacarığı. Toplamanın
başlanması:
“cəmi” anlayışının
formalaşdırılması,
oyunda hesabdan
istifadə edilməsi
5-ə qədər rəqəm ardıcıllığını bilmək.
Nömrə və əşyanı uyğunlaşdırmaq
bacarığı
Ümumi sayı demək (cəmi)
1-dən 5-ə qədər rəqəmləri bilmək
Hesablama materialının köməyi ilə
toplamanın yerinə yetirilməsi
Oyun
fəaliyyəti
Qoyulmuş qayda ilə
oyunlar
“Cüt kartlar”, “Kim birincidir?”
(kubik və daşla oyun), domino və s.
Sərbəst şəkildə süjetli-
rol oyunları
Mağaza, poliklinika, uşaq bağçası
oyunu və s.
Diqqət və yaddaş
• İki hissədən və ya iki mənalı sözdən ibarət tapşırığın yerinə
yetirilməsi
Materiallar: böyük, kiçik və orta ölçülü matryoşkalar, üç ölçüdə
boşqablar, “meyvə və tərəvəz” mövzusunda hesablama materialı dəsti.
Matryoşkalar boy sırası ilə uşağın qabağına qoyun, ona boşqab verin
və tapşırın: “Kiçik boşqabı böyük matryoşkaya ver”. Sonra stola, məsələn,
dörd xiyar, iki pomidor və iki limon qoyun. Təklif edilən tapşırıqlar: “Bu
matryoşkaya iki xiyar və pomidor ver”, “Böyük matryoşkaya limon və
pomidor ver”, “Xiyarı, pomidoru və limonu bu boşqaba qoy” və s. Bütün
tapşırığı bir dəfəyə deyin və əgər uşaq onu yerinə yetirməkdə çətinlik
hiss edərsə, onu hissələrə bölmədən təkrarən bütövlükdə deyin. Yerinə
yetirməzdən əvvəl tapşırığı təkrar etməsini uşaqdan istəmək və ya yönəldici
və dəqiqləşdirici suallarla ona kömək etmək olar. Məsələn, uşaq yalnız
tapşırığın bir hissəsini yerinə yetirdikdə deyin: “Bu matryoşkaya iki xiyar
və pomidor ver”. Uşaq yalnız iki xiyar verdi. Bu halda soruşmaq olar:
“Matryoşka daha nə istəyirdi?”, sonra isə “Pomidor yoxsa limon?”
Bu tipli çalışmaları yerinə yetirərkən “Üç ayı” nağılındakı ayılardan
oyunda istifadə etmək olar. İndi uşaqdan ayılara yalnız müvafiq ölçünü qeyd
etmədən boşqablar, qaşıqlar, fincanlar və s. verməsini istəmək olar. Artıq
bundan sonra tapşırığı davam etdirərək demək lazımdır: “Böyük ayıya orta
ölçülü çəngəl ver”.
Bu tipli tapşırıqlardan bu blokda verilmiş müxtəlif bölmələrdən olan
çalışmaların yerinə yetirilməsi zamanı istifadə edilir.
Bir neçə mənası olan söz və hissələrdən ibarət tapşırıq və ya istəklərin
yerinə yetirilməsinin uşağa öyrədilməsi şübhəsiz stol arxasında deyil, məişət
şəraitində məşq etdirilməsi daha təbii olardı. Üç ardıcıl hissədən ibarət
olan “uzun” tapşırıqlarla, onlardan birinin əlamətini və ya yerini deməklə
iki əşyanı gətirmək buyruğu ilə uşağa müraciət etmək olar. Məsələn: “İki
çəngəl və çörək gətir. Qırmızı dəsmalı ver.
38
Çəngəli boşqabın içinə qoy və nənəyə apar”. Uzun tapşırıqlar gündəlik
həyatın adi bir hissəsinə çevrilməlidir. Uşaq tapşırığın öhdəsindən gələ
bilmədikdə hissələrə bölmədən bütün tapşırığı bir daha təkrarlayın. Bu da
kömək etməzsə, uşaqda yerinə yetirməli olduğu hərəkətləri təkrar etməsini
istəyin və ya ona yönəldici suallar verin.
Uşağın verilən vəziyyətə əsasən vərdiş etdiyi qaydada davranmadığına
deyil, tapşırığı doğrudan da yadda saxladığına və ona əməl etdiyinə əmin
olmaq üçün ona ziddiyyətli tapşırıq vermək olar. Qeyri-adi çalışmaları
olan şən bir oyun olacağı barədə onu xəbərdarlıq edin. Məsələn: “Çəngəl
və kubik götür və onları papağın içinə qoy”, “Fincan və qırmızı corabları
gətir”, “Stolun altından çəngəli götür, çarpayıya qoy”, “Çay qaşığını götür
və stolun altına at”. Uşaq da cavabında sizə istənilən tapşırığı verə bilər.
Uşaqdan onun dünən nə etdiyi, sonra nə edəcəyi barədə soruşun:
“Biz gəzməyə gedirik. Sən nə geyinəcəksən? Daha nə?” O, formal və ya
səhv cavab verərsə, ona yönəldici suallar verin və incəlikləri dəqiqləşdirin.
Məsələn soruşmaq olar: “Sən səhər yeməyində sıyıq yoxsa sup yemisən?”,
“Sup naharda yoxsa səhər yeməyində idi?” və s.
Uşağın özünün ardıcıl hərəkətlərdən ibarət və yerinə yetirilməsi
kifayət qədər müddət tələb edən hər hansı ev işini görməsini istəmək olar.
Məsələn: qab-qacağı yumaq, oyuncaqları yerinə yığmaq, qabları silmək və
qutusuna yığmaq və ya bütün otaqlarda gülləri sulamaq.
Məntiqi təfəkkür
Dostları ilə paylaş: |