Didaktik məşğələlərin keçirilməsi metodikası
Didaktik məşğələlər zamanı uşaqlara verilən bütün çalışmaları şərti
olaraq hər bir çalışmalar blokunda təmsil olunmuş aşağıdakı bölmələrə
ayırmaq olar.
Diqqət və yaddaş
Bir neçə anlayışla eyni vaxtda məşq etmək, bir hərəkəti yerinə
yetirmək və bununla yanaşı növbəti addımın neçə olacağını yadda saxlamaq
bacarığı ən müxtəlif fəaliyyət növlərində mühüm əhəmiyyətə malikdir.
Yazını oxuyarkən onu bitirməmiş başlanğıc sözləri yaddan çıxarmamaq,
hərfi yazarkən bütün sözü yadda saxlamaq, əşyaları sadalayarkən neçə ədəd
olduğunu yadda saxlamaq, telefonla danışarkən südün daşdığını yaddan
çıxarmamaq, qapını şappıltı ilə bağlayarkən açarı yaddan çıxarmamaq
lazımdır.
Məntiqi çalışmalar
Abstrakt təfəkkürün inkişafı üçün zəmin yaradır, əşyavi material ilə
bağlı təhlil və assosiasiya etmə qabiliyyətlərini inkişaf etdirir.
Ölçü, forma, rəng
Əşyaların ölçü, forma və rəngi anlayışlarının formalaşması və onların
fəal şəkildə istifadə edilməsi
Quruculuq fəaliyyəti
Quruculuq fəaliyyəti, nümunənin surətini köçürmə bacarığı, süjetli
şəkil və sxemi təhlil etmə məkanı təsəvvür və təhlil qabiliyyətlərinin
inkişafı üçün əsasdır. Hissələrdən tamın yığılması oxunun prototipidir.
Sxem əsasında qurma isə yazının öyrənilməsindən xəbər verir.
13
Saymağın öyrənilməsi
Hesabın öyrənilməsi rəqəm ardıcıllığı, cəmləməklə əşyaların sayılması
ilə bağlı bilikləri, götürülməsi xahiş edilən əşyaların sayını bilmək bacarığı,
kəmiyyət və sayın uyğunlaşdırılması, hesablayıcı materialdan istifadə
etməklə nümunə və tapşırıqların həllini əhatə edir.
Oyun fəaliyyəti
Süjet xətti və rol oyunları uşağın gerçək həyatda baş verən hadisələrin
məqsədini və ardıcıllığını başa düşməsinə yardım edir, yaddaşı, assosiativ
təfəkkürü və planlaşdırmanı inkişaf etdirir, ona gələcəkdə öz oyunlarına
və digər uşaqlarla oyunlarına daxil edə biləcəyi süjet ünsürlərini təqdim
edir. Uşaqları oyuna öyrətməklə biz onun öz yaşıdları ilə əlaqə qurmaq
imkanlarını asanlaşdırır, onun ətraf aləmlə bağlı biliklərini genişləndirir və
çevik davranışının əsasını qoyuruq. Bu isə nəticə etibarilə onu daha sərbəst
və müstəqil edir.
Daun sindromu olan uşaqların idrak fəaliyyətinin ardıcıl formalaşması
və inkişafına yönəlmiş çalışmalar blokunun hər biri üzərində ətraflı
duracağıq.
Blok 1. Obyektin daimiliyi barədə təsəvvür və “eynilik”
anlayışına əsaslanan çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Obyektin daimiliyi
barədə təsəvvür
Uşağın gözünün qabağında
gizlədilmiş 1-2 şeyi tapmaq
Ölçü,
forma,
rəng.
Nümunə
əsasında
çeşidləmə
“Eynilik” anlayışının
formalaşması
Eyni şəkillərin cüt-cüt yığılması.
Şəkilli loto
Ölçüyə görə çeşidləmə
Böyük və kiçik dairələri iki qutuya
yığmaq
Formaya görə çeşidləmə Üçbucaqları və kvadratları iki qutuya
yığmaq
Rəngə görə çeşidləmə
İki rəngdə olan detalları iki qutuya
yığmaq
14
Quruculuq
fəaliyyəti
Sərt sxemə əsasında
qurma
Seqen lövhəsini yığmaq
(3-4 forma)
Nümunə əsasında qurma Eyni istiqamətdə qurulan kərpiclərdən
ibarət konstruksiya inşa etmək
(yollar, hasarlar və s.)
Hissələrdən tamın
quraşdırılması
Süjeti təhlil edərək iki hissədən ibarət
şəklin quraşdırılması
Saymağın
öyrədilməsi
“Bir” anlayışının
formalaşması
Əşya qrupundan birini götürmək
Oyun
fəaliyyəti
Oyuncaqla funksional
hərəkətlərin sərbəst
şəkildə yerinə yetirilməsi
“İnkişaf etdirən mərkəz”lə sərbəst
oynamaq, maşın sürmək, qəpiyi
daxıla atmaq və s.
Valideynin rəhbərliyi
altında ayrı-ayrı süjetli-
oyun fəaliyyətinin yerinə
yetirilməsi
Valideynin xahişi ilə kuklanı
yedizdirmək və ya onu yatızdırmaq
Diqqət və yaddaş
• Obyektin daimiliyi barədə təsəvvür
Materiallar: kiçik oyuncaqlar və altında əşya gizlədilən stəkan.
“Oyuncaq” mövzusunda şəkillər olan bir dəst kart.
Kiçik uşaqlar çox vaxt onların hazırda görmədiyi əşyaların əvvəlki
kimi mövcud olmasına əmin olmurlar. Hazırkı bölmədən daha mürəkkəb
çalışmalara keçməzdən əvvəl uşağınızda obyektin daimiliyi barədə
təsəvvürün formalaşdığına əmin olun. Yəni, o, doğurdan da, onun gözünün
qabağında gizlətdiyiniz yerdə oyuncağı axtarır.
Bundan sonra onun gözünün qabağında ona tanış olan iki balaca
oyuncağı stəkan ilə örtərək gizlətmək və ya bu oyuncaqları ovucda sıxmaqla
soruşmaq lazımdır: “İt hardadır?” və ya “Maşınlar hardadır?” və s. Körpə
oyuncaqları tapmağı öyrəndikdə kartlardan istifadə etməklə ona eyni cür
çalışma vermək olar.
Uşaqla kartlarda olan iki-üç şəklə baxın və müvafiq jestlərdən istifadə
edərək onların adını deyin, sonra isə onları çevirin və soruşun. Məsələn:
“Top hardadır?”. Uşaq lazım olan kartı açmalıdır.
Ölçü, forma, rəng. Nümunə əsasında çeşidləmə
• “Eynilik” anlayışının formalaşdırılması
Materiallar: “Oyuncaq”, “ərzaq”, “paltar”, “mebel” mövzularında
sadə, lakin dəqiqliklə çəkilmiş şəkillər olan cüt kartlar dəsti. Bu mövzular
üzrə 4-6 şəkil olan loto kartları.
15
Uşağın qarşısına sadə şəkilli iki-üç kart qoyun. Öz qarşınıza da bu
kartlardan qoyun. Əvvəlcə eyni şəkilli kartları bir-birinin üstünə necə
qoymağı uşağa öyrədin. Sonra öz kartlarınızdan birini göstərin və adını
deyin, onu uşağa verin və eynilə belə kartın harada olduğunu uşaqdan
soruşun (işarət barmağını paralel tutaraq “eynilə belə” jestindən istifadə
etmək olar). Uşaq eyni kartı qarşısındakı iki-üç şəkil arasından tapmalı və
sizin ona verdiyiniz kartı bu kartın üzərinə qoymalıdır. Oyunda əvvəlcə cüt
kartlar dəstindən istifadə edilir, sonra isə dörd-altı şəkil olan loto kartından
istifadə edə bilər.
Uşaq eyni kartları bir-birinin üstünə yığmağı öyrəndikdə bütün ailə ilə
loto oynamaq olar.
Eləcə də uşaqdan corabları cüt-cüt yığmağı istəmək olar (bir şərtlə ki,
bu cütlər bir-birindən kifayət qədər fərqlənsin) və s.
• Növə görə çeşidləmə
Materiallar: şam qozaları və şabalıdlar (ümumilikdə iyirmiyə yaxın),
iki qutu
Uşaqda çeşidləmə haqqında təsəvvürlərin yaradılması üçün əvvəlcə
təkcə növünə görə deyil, eləcə də formasına görə (məsələn, şam qozaları və
şabalıdlar) əhəmiyyətli dərəcədə fərqlənməlidir. Uşağın qabağına nümunə
üçün iki qutu qoyun və onlardan birinin içərisinə şabalıd yığın, digərinə isə
şam qozası. Sonra isə uşağa bir qoza və bir şabalıd verin və onları lazımi
qutulara qoymasını istəyin. Bu zaman xüsusi vurğulayın ki, eyni əşyalar
bir qutuya qoyulmalıdır. Məsələn: “Eynilə belə” jestindən istifadə etməklə
“Qoza. Belələri hardadır? Ora qoy”. Daha sonra bütün qoza və şabalıdları
uşağa göstərib onları iki qutuya yığmasını istəyin.
Növə görə çeşidləməni öyrətmək üçün həmçinin karandaş, düymə,
xırda daş, çarx və ya digər materiallardan istifadə etmək olar. Uşağa
çəngəl və qaşığı qab-qacaq qutusunun bölmələrinə yığmağı, almaları bir
səbətə, soğanları isə digər səbətə yığmağı, yuyulduqdan sonra tumanları
və corabları çeşidləməyi və s. tapşırın. Uşağın çeşidləmə anlayışını
qavramasından sonra ölçü, forma və rəngə görə çeşidləmənin öyrədilməsinə
keçmək olar.
• Ölçüyə görə çeşidləmə
Materiallar: iki ölçüdə (böyük və kiçik) müxtəlif rəngli dairəciklər
dəsti və iki qutu. Belə bir dəsti kartondan da hazırlamaq olar.
Əvvəlcə bir rəngdə olan dairəciklərdən istifadə edin. Uşağın qabağına
iki qutu qoyun. Onlardan birinə kiçik dairəni, digərinə isə böyüyünü qoyun.
Dairəcikləri uşağa bir-bir göstərib ölçüsünü deyin və onları lazımi qutu-
lara qoymasını istəyin. Bu zaman xüsusi vurğulayın ki, eyni fiqurlar bir
qutuda olmalıdır. Məsələn: “Bu – böyükdür. Böyüklər hardadır? Belələri
16
hardadır?” Uşağın daha yaxşı başa düşməsi üçün “böyük” və “kiçik”, eləcə
də “belələri” jestindən istifadə etmək olar.
Uşaq dairəcikləri nümunə üzrə düzgün yerləşdirməyi öyrəndikdən
sonra ona müxtəlif rəngli dairəcikləri verin. Növbəti mərhələdə uşağa on
dairəcik verin və onları nümunəyə uyğun qutulara yerləşdirməyi tapşırın.
Uşağa həmçinin böyük və kiçik qaşıqları qab-qacaq qutusuna yığmağı,
böyük (atanın) və kiçik (uşağın) corabları iki yerdə çeşidləməyi tapşırmaq
olar.
• Formaya görə çeşidləmə
Materiallar: eyni cür üçbucaq, dairə və kvadratlardan ibarət həndəsi
fiqurlar dəsti (onları müxtəlif rəngdə hazırlamaq lazımdır) və iki qutu.
Bu həndəsi fiqurlar dəstini qalın karton kağızından hazırlamaq (büzməli
qablaşdırma kartonundan istifadə etmək olar) və onlara rəngli kağız
yapışdırmaq olar.
Əvvəlcə eyni rəngli fiqurlardan istifadə edin. Uşağın qabağına iki qutu
qoyun və hər birinə nümunə üçün
fiqur, məsələn, birinin içərisinə
kvadrat, digərinə dairə qoyun.
Uşağa fiquru göstərib adını deyin
və onu lazımi qutuya qoymasını
tapşırın. Bu zaman xüsusi
vurğulayın ki, eyni fiqurlar bir
qutuda olmalıdır.
Uşaq fiqurları nümunə üzrə
düzgün yerləşdirməyi öyrəndikdən
sonra ona müxtəlif rəngli fiqurlar verin. Tapşırıq eyni rəngli fiqurda olduğu
kimi verilir. Növbəti mərhələdə uşağa on fiqur verin və onları nümunəyə
uyğun iki qutuya yerləşdirməyi tapşırın. Uşağın qavrama səviyyəsindən asılı
olaraq ona çeşidləmə üçün üç fiqur və üç qutu təklif edin.
Həmçinin oyunda olduğu kimi, məsələn, ayıcıq yalnız dairəvi peçeny-
eni, it isə yalnız üçbucaqları xoşlayır demək olar.
• Rəngə görə çeşidləmə
Materiallar: dörd əsas rəngdən (qırmızı, göy, yaşıl və sarı) ibarət
iri mozaika dəsti və iki qutu.
Bu təlim mərhələsində dörd əsas rəngdən istifadə edilir: qırmızı,
sarı, yaşıl və göy. İki müxtəlif rəngli mozaikanı götürün və mozaikanın
hissələrini nümunə üçün bir-bir qutulara yığın. Mozaika hissələrini bir-bir
uşağa göstərin, rəngini deyin və uyğun qutuya qoymağı tapşırın. Məsələn:
“Bu – sarıdır. Sarılar hardadır? Belələri hardadır? Oraya qoy”. Sonra uşağa
iki rəngdə olan 10 mozaika hissəsini verin və onları nümunəyə uyğun
17
iki qutuya yığmağı tapşırın. Uşağın qavrama səviyyəsindən asılı olaraq
çeşidləmə üçün üç, daha sonra isə dörd rəng təklif etmək olar.
Rənglərin adından gündəlik həyatda istifadə edin: “bu göy maykadır,
belə göy corab götür” və s. Oyun quraraq uşağa kukla üçün nəlbəkinin
rənginə uyğun fincan seçmək, əsgərləri iki orduya ayırmaq, dovşancıq üçün
sarı, ayıcıq üçün isə göy kubiklərdən (kubik nümunələrini göstəririk) ev
tikməyi tapşırın.
Quruculuq fəaliyyəti
• Sərt sxem əsasında qurma. Görmə-hərəkət əlaqəliliyinin
inkişaf etdirilməsi
Materiallar: 4-6 hissəsi olan lövhə (Seqen lövhəsi). Hissələrin dəstəyi
rahat olmalıdır.
Seqen lövhəsini uşağın qabağına qoyun və onunla birlikdə bütün
hissələri götürün. Sonra hissələri bir-bir uşağa verin və onları yerinə
qoymağı tapşırın. Sınaq metodundan istifadə edin: “Oraya uyğun gəlmir.
Bura qoyaraq yoxla”. Uşaq əhəmiyyətli dərəcədə çətinlik duyarsa əvvəllər
oyuqların bir hissəsini bağlayın və ona iki oyuqdan lazım olanını seçmək
imkanı verin. Tədricən görmə vasitəsilə uyğunlaşdırma vərdişləri inkişaf
edəcək və uşaq oyuqları demək olar ki, səhv salmadan hissələri öz yerinə
qoymağı öyrənəcək. Bu halda bütün hissələri ona verin və onları yerinə
qoymağı tapşırın.
Siz Seqen lövhəsinin əvəzinə ayaqqabı qutusundan rahatca “poçt
qutusu” hazırlaya bilərsiniz. Qapağında uşaqların diyircək və kubiklər ata
biləcəyi kvadrat və dairəvi oyuqlar açın. Uşağa təklif edilə biləcək digər bir
çalışma “daxıl”dır. Daxılı metal bankanın plastik qapağında yarıq açmaqla
düzəltmək olar. Oyunun gedişində daxılı tədricən döndərməklə yarığın yeri
dəyişsək, uşaq buna uyğun olaraq qəpikləri döndərməli olacaq və beləliklə
də görmə-hərəkət əlaqəliliyini inkişaf etdirəcək və əlin biləkdən dönməsini
məşq etdirəcək.
• Nümunə əsasında qurma
Materiallar: taxta kərpic dəsti (10 ədəd)
Şaquli qoyulmuş kərpicdən yol, qüllə, hündür hasar və ya alçaq
hasar (köndələninə qoyulmuş kərpicdən) qurmağa başlayın (əlavə 2-yə
bax). 3-4 kərpicdən ibarət nümunə tikin. Sizin nümunədə bütün kərpiclərin
istiqaməti eyni olmalıdır. Sonra kərpicləri bir-bir uşağa verin və ona yol və
ya hasar tikintisini davam etdirməyi tapşırın. Əgər onda alınmırsa, özünüzün
kərpicləri necə düzdüyünüzü ona göstərin. Əgər bu da kifayət etməzsə,
birgə hərəkətə keçməli və onun əlindən tutaraq bir neçə kərpici qoymaqda
ona yardın edin, daha sonra isə başlanmış nümunəni sərbəst şəkildə davam
etdirməsini ona tapşırın. Tikinti işini bitirdikdən sonra mütləq onu istifadə
18
etmək lazımdır. Uşağa iki barmağı ilə yolda yeriməyi, maşın sürməyi,
hasarın arxasında isə kiçik oyuncaqları gizlətməyi, qülləni uçurtmağı və
s. təklif etmək olar. Kərpicdən qurma işlərini oyun fəaliyyətində geniş
istifadə etmək olar. Bu zaman uşaq yol və hasar tikir, valideyn isə onu
daha mürəkkəb konstruksiyalarla tamamlayır. Kərpic əvəzinə uşaq yeməyi
qutularından və kasetlərindən istifadə etmək olar.
• Hissələrdən tamın yığılması
Materiallar: iki hissədən ibarət kəsik şəkillər dəsti. Şəkillər müxtəlif
istiqamətlərdə kəsilməlidir. Belə dəsti çəkilmiş sadə süjetli bir neçə parlaq
şəkli qalın karton kağızının üzərinə yapışdırmaqla və onların hər birini
maket bıçağı ilə iki hissəyə kəsməklə özünüz də hazırlaya bilərsiniz. Onlar
əyri xətlərlə elə kəsilməlidir ki, şəkilin hissələrini bir-biri ilə tutuşdurmaq
ehtiyacı yaransın. İnsan fiqurları təsvir edilmiş dəb jurnallarındakı
şəkillərdən də istifadə etmək olar.
Yığılmış şəkli uşağa göstərərək oradakı təsvirləri onunla müzakirə
edin və müxtəlif detalları göstərməyi ondan istəyin. Məsələn: “Bu
ayıcıqdır. Ayıcığın başı hardadır? Qarnı hardadır? Pəncələri hardadır?
Gəl, ayıcığa baxaq. Ayıcıq sağdır”. Sonra şəklin hissələrinə ayırın və onu
yenidən qurmağı uşağa tapşırın. O, bunu mənimsədikdə çalışmanı daha da
çətinləşdirin. Şəkili hissələrə ayırarkən elə edin ki, uşaq onu yığarkən onları
çevirməli olsun. Diqqəti süjetə və şəkilin hissələrinin tutuşdurulmasına
yönəltməklə uşağa kömək etmək olar. Məsələn: “Bir bax. Burada top (hissə)
var. Orada da top (hissə) var. Bu topu bütöv elə”. Şəkil yığıldıqdan sonra
şəklin tam olduğunu təsdiqləyin və uşağıq tərifləyin.
Hesablamanın öyrədilməsi
• “Bir” anlayışının formalaşdırılması
Materiallar: “Meyvə və tərəvəz”, kukla və boşqab mövzusunda
hesablama materialı dəsti.
Uşaq valideynin tapşırığı ilə bir neçə əşya içərisindən birini
götürməyi, “bir” deməyi və ya müvafiq “bir” jestindən istifadə etməyi (bir
barmağını göstərməyi) bacarmalıdır.
Boşqabı kuklanın qabağına qoyun və hesablama dəstindən üç-dörd
pomidoru uşağın qabağına düzün. Kuklanın adından istəyin: “Mənə bir
pomidor verin”, eyni zamanda isə “bir” jestini göstərin. Uşaq bir pomi-
doru boşqaba qoyacaq. Boşqabdakı pomidoru ona göstərin və soruşun:
“orada neçə pomidor var?” Uşaq “bir” cavabını verəcək və ya “bir”
jestini göstərəcək. Uşaqdan barmağı ilə pomidora işarə etməklə “bir”
jestini göstərməsini istəyin. Bu, əlavə olaraq jest və əşyanın sayını
uyğunlaşdırmaqda ona yardım edir. Bundan sonra uşaqdan kuklaya po-
midor yedizdirməsini istəyin. Qoy, kukla ona desin, məsələn, “Sağ ol,
19
çox dadlıdır!” İndi pomidoru yığışdırın və üç-dörd “alma” qoyun. Oyun
təkrarlanır.
Gündəlik nitqə “bir” anlayışını daxil edin. Deyin: “Bir qaşıq, bir kon-
fet götür, mənə bir peçenye ver” və müvafiq şəkildə “bir” jesti edin. “Bir”
sözündən istifadə əksər hallarda süni olur, lakin bununla belə, onun nitqdə
işlədilməsi faydalıdır.
Oyun fəaliyyəti
• Oyuncaqla funksional hərəkətlərin sərbəst şəkildə yerinə
yetirilməsi
Materiallar: “effekt”li oyuncaqlar, “inkişaf etdirici mərkəz”.
Uşaq tədricən oyuncaqla funksional hərəkətlərin yerinə yetirilməsini,
yəni, topla oynamağı, maşın sürməyi, “effekt”li oyuncaqla oynamağı
öyrənir. “İnkişaf etdirici mərkəz” kimi oyuncaqlar çox faydalıdır. Burada,
uşağın sadə bir hərəkətinə cavab olaraq kifayət qədər parlaq effekt yaranır.
Bu da uşağın onun hərəkətinin hansı nəticəyə gətirib çıxaracağını və
nəticəyə nail olmaq üçün hansı hərəkəti etməyin lazım olduğunu anlamasına
kömək edir. Beləliklə, uşaq hərəkət və nəticə arasındakı səbəb-nəticə
əlaqəsinin mövcudluğunu və öz hərəkətlərinin mənasını dərk edir.
• Valideynin rəhbərliyi altında ayrı-ayrı süjetli-oyun
fəaliyyətinin yerinə yetirilməsi
Materiallar: kukla, oyuncaq mebel, qab-qacaq, yük maşını, kubiklər
(kukla və maşınlar həm oğlanlara, həm də qızlara lazımdır).
Uşaqla süjetli oyun oynayın. Ona kuklanı necə yedizdirməyi və onu
necə yatızdırmağı göstərin. Bu kifayət etmədikdə kuklanı birlikdə yedizdi-
rin. Təlim qısa, asan başa düşülən süjetlərlə başlamaq lazımdır. Uşaq
yemək yeyəndən sonra kuklanı də yedizdirin, yatmağa uzandısa kuklanı də
yatızdırın. Çalışın ki, oyun zamanı uşağınızın gündəlik həyatda etdiklərini
yerinə yetirin. Uşaqlar kuklanı çanaqda oturtmağı xüsusən çox xoşlayırlar.
Hərdən kukla uşağın xoşuna gəlmir. Kuklanın əvəzinə xovlu oyuncaqlardan
istifadə etmək olar.
Blok 2. Bir anlayışla işləmək bacarığı əsasında çalışmalar
Bölmə
Bölmənin məzmunu
Təklif edilən çalışmalar
Qiymət
Diqqət və
yaddaş
Təqdim edilmiş
3-4 obyektin yadda
saxlanılması
Uşağın gözünün qabağında
gizlədilmiş 1-2 şeyi tapmaq
20
Ölçü,
forma,
rəng.
Adı ilə
seçmə
Ölçü
Böyük və kiçik əşyaları seçmək
Forma
Dairə, üçbucaq və kvadratları seçmək
Rəng
Qırmızı, sarı, göy və yaşıl rəngləri
seçmək
Quruculuq
fəaliyyəti
Sərt sxemə əsasında
qurma
Həndəsi mozaikanın 2-3 detalının
sxemə yerləşdirilməsi (3-4 forma)
Üst-üstə qoymaqla
qurma
Nümunənin surətində müxtəlif
istiqamətdə iki kərpicdən ibarət
konstruksiyaların qurulması
(divan, stul və s.)
Hissələrdən tamın
quraşdırılması
Süjeti təhlil edərək üç hissədən ibarət
şəklin quraşdırılması
Saymağın
öyrədilməsi
“Bir”, “iki” anlayışı
Əşya qrupundan bir və ya
ikisini götürmək. 1, 2 rəqəminin
əzbərlənməsi
Oyun
fəaliyyəti
Sərbəst şəkildə ayrı-ayrı
süjetli-oyun fəaliyyətinin
yerinə yetirilməsi
Sərbəst şəkildə kuklanı yedizdirmək
və ya onu yatızdırmaq
Ardıcıl bir neçə oyun
hərəkətlərindən ibarət
süjetli oyun (valideynin
rəhbərliyi altında)
Ardıcıl bir neçə oyun hərəkətlərinin
yerinə yetirilməsi (sıyıq bişirmək,
kuklanı yedizdirmək, onu
yatızdırmaq)
Diqqət və yaddaş
• Təqdim edilmiş 3-4 obyektin yadda saxlanılması
Materiallar: dörd kiçik oyuncaq və onları gizlətmək üçün stəkanlar.
Uşağa tanış olan mövzularda (“Oyuncaq”, “ərzaq”, “heyvan” “paltar”, “me-
bel”) şəkilli kartlar dəsti
Uşağın gözünün qabağında əvvəlcə üç, sonra isə dörd kiçik oyuncağı
gizlədin və soruşun: “Maşın hardadır?” Uşaq düzgün stəkanı qaldırıb
baxmalı və maşını sürməlidir. Sonra oyuncağı yenidən stəkanın altında
gizlədin və soruşun: “Məstan pişik hardadır?” və s. Uşaq oyuncağı tapmağı
öyrəndikdən sonra şəkilli kartın istifadə edildiyi eyni çalışmanı yerinə
yetirmək olar. Uşaqla birlikdə şəkillərə baxın və üçünü, sonra isə dördünü
seçin. Hər dəfə sözləri jestlərlə ifadə edin. Sonra isə uşağın gözü qarşısında
kartı tərs üzünə çevirin və soruşun: “Stul hardadır?” və ya “Fincan
hardadır?” və s. Uşaq düzgün kartı açmalıdır. Çalışmanın düzgün yerinə
yetirildiyini təsdiqləyin: “Düzdür, afərin, bu fincandır!”
İki karta baxmaq və üzünü çevirməklə soruşmaq olar: “Burada nə
var?” Uşaq sözlə və ya müvafiq jestlə cavab verir, sonra isə kartı açıb
cavabın düzgünlüyünü yoxlayır. Uşağın seçiminin düzgün olduğunu
21
təsdiqləyin: “Düzdür, bu qaşıqdır! Afərin!” və ya onun səhvini göstərin:
“Xeyr, bu qaşıq deyil, bir daha fikirləş!”
Görünüş sahəsində olmayan, məsələn, digər otaqdan hər hansı bir
əşyanı gətirməyi uşağa buyurun. Yaxşı olar ki, bu buyruqları edərkən hər
dəfə nəsə yeni bir əşyanı seçin. Uşaq anlamalı və yadda saxlamalıdır ki, on-
dan istəyirlər ki, digər otağa getsin, lazımi əşyanı götürsün və onu gətirsin,
yəni, tapşırılmış məqsədə nail olmaq üçün bir necə ardıcıl hərəkəti yerinə
yetirsin.
Ölçü, forma, rəng. Adı ilə seçmə
• Ölçü
Materiallar: müxtəlif ölçüdə səkkiz-on halqadan ibarət piramida.
Uşaqla birlikdə piramidanı sökün və bütün halqaları Sonra uşağa iki
halqa göstərin və soruşun: “Böyüyünü götür!” və ya “Kiçiyini götür!”.
Piramida tam yığılana qədər növbə ilə böyük və kiçik halqaları seçin.
(Nəticədə piramida qayda ilə yığılmayacaq.) Uşaq seçimində yanıldıqda
jestdən istifadə etməklə tapşırığı təkrarlayın. Sonra isə lazımi halqanı
seçməkdə ona kömək etmək olar. Əvvəlcə böyüklüyünə görə bir-birindən
əhəmiyyətli dərəcədə fərqlənən halqalardan, sonra isə onun öyrənmə
səviyyəsindən asılı olaraq ölçüsünə görə bir-birinə yaxın olan halqaları
təklif etmək olar. Daha sonra uşağa əvvəlcə üç, sonra isə daha çoxsaylı
halqalar arasından ən böyük və ya ən kiçiyini götürməyi tapşırmaq olar.
Uşaq bir neçə halqanın arasından lazım olanını seçməyi öyrəndikdən sonra
piramidanı nizamla yığmağı ona öyrətmək olar. Bu zaman, hər dəfə ən
böyük halqanı götürməyi xatırlatmaq lazımdır.
Dostları ilə paylaş: |