Up with down



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix13.02.2017
ölçüsü4,08 Mb.
#8415
1   2   3   4   5   6   7

“Avropada analoqu olmayan teatr” kimi təsdiq edilmiş, artistləri 

I və II qrup əlil uşaq və yeniyetmələr olan “Dəcəllər” teatrı 

yaradılmışdır.

2007-ci ildə teatrın üzvləri Türkiyənin İstanbul şəhərində 


61

keçirilmiş festivala dəvət almiş və orada uğurla çıxiş etmişlər. 

2004, 2007 və 2010-cu illərdə teatrın kollektivi Moskva 

şəhərində “Proteatr” II, III və IV Ümumrusiya Festivallarının 

iştirakçısı olmuş və nəticədə Ümumrusiya teatrlarının reyestri 

toplusuna daxil edilmişdir. 2011-ci ilin sonunda Assosiasiya 

kollektivi Fransanın paytaxtı Parijdə keçirilən Beynəlxalq Fes-

tivalda iştirak etmişdir və uğurla qarşılanıblar.

Teatrın kollektivi dəfələrlə Dövlət Uşaq Filarmoniyasi, 

M.Maqomayev adına Filarmoniya, Rəşid Behbudov adına 

Mahnı Teatrı, Aktyorlar Evi, Şəhriyar adına Mədəniyyət Sarayı, 

Dövlət Gənc Tamaşaçılar Teatrının, Xəzər Universitetinin 

səhnəsində öz konsertləri ilə uğurla çıxış etmişlər.

Bütün bu tədbirlər Assosiasiyanın rəhbəri tərəfindən 

Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi, Mədəniyyət 

və Turizm Naziriliyi, Azərbaycan Dövlət Ailə, Qadın və Uşaq 

Komitəsi, Əməк və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 

Səhiyyə Nazirliyi və digər dövlət və özəl təşkilatların köməyi 

ilə təmənnasız olaraq təşkil olunmuşdur.

Teatrla yanaşı Assosiasiyanin nəzdində həmçinin rəqs

əl işləri, rəsm dərnəkləri fəaliyyət göstərir, 2006-ci ildən 


62

isə “Özümə qəlyanaltı hazırlayıram” aşpazlıq məktəbi 

yaradılmışdır. Bu dərslər zamanı uşaqlar özlərinə müxtəlif 

yeməklər hazırlamağı öyrənirlər.  2009 cu ildə I-ci qrup 

əlil olan bir qrup  üşaqlara  fotoşəkil çəkmək, fotoşop və 

videokliplər  yaratmaq   bacarığı təlim edilmişdir. 

Daun sindromu olan uşaqların əl işlərinin və rəsm 

əsərlərinin sərgisi dəfələrlə Dövlət Qalereyalarında, 2007-ci 

ildə  isə Türkiyənin İstanbul şəhərində  keçirilmişdir.

Qeyd edilən bütün Festival ve konsertlərdə Assosiasi-

yanin üzvləri diplom və sertifikatlarla, habelə 2006-ci ildə 

Uşaqların Əl  İşlərinin Ümumrespublika Baxışı, 2009-cu ildə 

İdman və Gənclər Nazirliyi tərəfindən il ərzində uğurlara görə, 

2010-cu ildə Əməк və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 

tərəfindən Əlillərin 5-ci Umumrespublika Bədii Yaradıcılıq 

Baxış-müsabiqəsində fəal iştiraklarına görə xüsusi diplom-

larla  mükafatlandırılmışdırlar.  2011-ci ildə Azərbaycan 

Respublikasının dövlət müstəqilliyinin bərpasının   iyirminci il 

dönümü  və Beynəlxalq Gənclər İli ilə əlaqədar keçirilən Əlil 

Yeniyetmə və Gənclərin Respublika Yaradıcılıq Festivalında 

fərqləndiyinə görə Assosiasiya və 16  yeniyetmələr diplomla 

təltif edilmişdilər.

Bunlarla yanaşı, Daun sindromu ilə dogulmuş  uşaqların 

valideynlərinə kömək məqsədilə Assosiasiyamız tərəfindən 

hələ 2003-cu ildən hazırlanan kitabçanın 2009-cu ildə nəşri 

həyata keçirilmiş, həmçinin 2010-cu ildə Rusiyanın “Daunsayd 

Ap” ilk yardım Mərkəzinin “Daun Sindromu Faktlar”,  “Daun 

sindromu olan uşaqlar üçün loqoritmika”, 2011-ci ildə “Daun 

sindromu olan uşaqlarda idrak fəaliyyətinin inkişafı” və 2010-

cu ilin axırında “Daun sindromlu uşağın doğulması” doğuşa 

yardımçı və uşaq müalicə müəssisələrində tibbi heyətə kömək 

məqsədilə   vəsaitlər azərbaycan dilinə tərcümə edilib çap 

olunmuşdur. Hal-hazırda valideynlər, tibb işçiləri və Daun sin-

dromlu azyaşlı və məktəbəqədər yaşlı uşaqlarla işləyən xüsusi 

pedaqoqlar üçün lazımlı və maraqlı olan “Daun sindromu olan 

uşaqlar və onların inkişafının xüsusiyyətləri” altıncı kitab nəşr 



63

olunur. Kitabçalar doğum və uşaq evlərinə, internatlara ve 

valideynlərə pulsuz paylanılmaq uçün nəzərdə tutulub.

Məqsədimiz Daun sindromlu uşaqları olan ailələrə 

mənəvi dayaq göstərmək, 7-8 yaşına qədər Daun sindromu ilə 

doğulmuş körpələrlə düzgün davranmağı başa salmaq, cavan 

ailələrə yardım etmək və maarifləndirmə  işi aparmaqdır.

Hal-hazırda, Assosiasiyada iki bölmə yaradılmış və 

fəaliyyət göstərir. Bu bölmələrdə uşaqların əqli inkişafı 

üçün, valideynlərin idrak fəaliyyətinin artırılması və onların 

uşaqlarının koordinasiya bacarıqlarının, ünsiyyət və danışıq 

qabiliyyətinin artırılması sahəsində məşğələlər keçirilir. Bu 

istiqamətdə praktik dərsliklərin tərcüməsi və çapa buraxılması 

hazırlanır. Həm çinin 2011-ci ildən 5-8 yaşlı uşaqlar üçün rəsm 

və rəqs quruplar yaradılmışdır.

Bakıda inkişafında xüsusiliklər olan uşaqlar üçün 

yardimçı məktəblərlə yanaşı, həmçinin inkluziv təhsilli bir 

neçə məktəb də var. Daun sindromu olan uşaqlar artıq bu təhsil 

ocaqlarına, hətta digər uşaqlarla bərabər adi uşaq bağçalarına 

və məktəblərə də gedirlər.



64

                                    

                                  Mündəricat 

 

 



Uşaqla nə üçün xüsusi məşğul olmaq lazımdır?......................3 

Daun sindromu olan uşaqların inkişaf xüsusiyyətləri..............4 

Uşaqla necə məşğul olmalı......................................................5 

Didaktik məşğələlərin keçirilməsi metodikası.......................12 

Blok 1. Obyektin daimiliyi barədə təsəvvürlər və 

“eynilik” anlayışına əsaslanan çalışmalar.......................13 

Blok 2. Bir anlayışla işləmək bacarığı əsasında

çalışmalar........................................................................19 

Blok 3. Eyni zamanda iki anlayışla işləmək 

             bacarığı əsasında çalışmalar...............................25 

Blok 4. Eyni zamanda üç anlayışla işləmək 

             bacarığı əsasında çalışmalar..............................36 

Didaktik məşğələlərin keçirilməsi nümunəsi.........................48 

Əlavə 1. Qiymət cədvəli.........................................................49 

Əlavə 2. Kubik-kərpicdən qurma nümunələri........................54 

Əlavə 3. Həndəsi fiqurlardan qurma nümunələri...................55 

Əlavə 4. İdrak fəaliyyətinin inkişaf etdirilməsi üzrə 

   məşğələlərdə istifadə edilən materiallar......................58 

Bakıda yerləşən Daun Sindromlu Şəxslərin

Assosiasiyası haqqında...........................................................61

“Daun sindromu olan uşaqlar və onların inkişafının 

xüsusiyyətləri” silsilə əsər



65

Daunsayd Ap Xeyriyyə Fondu

İlkin Yardım Mərkəzi

“Daunsayd Ap” Daun sindromu olan körpə və məktəbəqədər yaşlı 

uşaqları tərbiyə edən ailələrə pulsuz pedaqoji, psixoloji və sosial yardımlar 

edir. 


Mərkəzin Proqramları

•  Ailələrə psixoloji və sosial dəstək 

•  Evdə konsultasiyalar

•  Uşaqlarla qrup halında məşğələlər

•  Uşaqlarla fərdi məşğələlər

•  Başqa şəhərdən olan ailələr üçün konsultasiyalar

•  Elmi-metodiki iş (mütəxəssislər və valideynlər üçün seminarlar, 

xüsusi ədəbiyyatların nəşri)

Mərkəzdə ixtisaslı psixoloqlar, loqopedlər və pedaqoq-defektoloqlar 

çalışırlar.

Ünvanımız: Rusiya, 105043, Moskva şəhəri, 3-cü Park küçəsi, ev 

14A.


Əlavə məlumat əldə etmək məqsədilə aşağıdakı telefon nömrələrinə və 

ya elektron poçta müraciət edə bilərsiniz: 

(495) 376-10-00, 367-26-36 və ya downsideup@ 

Internet ünvanımız: www.downsideup.org

Daunsayd Ap – qeydiyyatdan keçmiş britaniya 

              xeyriyyə cəmiyyəti                № 1055087;

  qeydiyyatdan keçmiş şirkət   № 3026295;

Rusiyada qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatı

“Daunsayd Ap”   Xeyriyyə Fondu  № 67698.


66

T.P. Medvedeva

 

   Daun sindromu olan uşaqlarda idrak fəaliyyətinin inkişafı



Valideynlər üçün vəsait

Redaktor 

E. V. Pole 

Üz vərəqinin dizaynı

M. İ. Berlənd 

Tərtibatçı



V. İ. Roxlin

67

Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin